
QAZINTI İŞLƏRİ APARILARKƏN
Ağstafada məscidin həyətindən mərmi tapılıb.
SalamNews-un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağstafa şəhər İmaməli Məscidinin həyətində qazıntı işləri aparılarkən 2 ədəd başlıqsız mərmi aşkarlanıb.
Mərmilər Ərazilərin Minalaradan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları tərəfindən zərərsizləşdirilib.