“Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin şəkillərindən istifadə edərək “facebook” sosial şəbəkəsində saxta reklam hazırlayıblar. DİA.AZ Kommersant.az-a istinadla xəbər verir ki, “Kapital Bank”ın adından istifadə edərək “kredit reklamı” hazırlayan səhifə kreditlə bağlı 5 sual verdikdən sonra başqa istifadəçidən telefon, ad, soyad və bu kimi özəl məlumatlar yığır.
“Data” toplanması üçün “Kapital Bank”ın adından və İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin şəkillərindən istifadə edən səhifə haqqında şəkilləri təqdim edirik:
DİA.AZ-dan: Təbii ki, nə "Kapital Bank" rəhbərliyinin, nə də şəxsən cənab Rövşən Allahverdiyevin bu saxtakarlıqda iştirakları yoxdur. Amma xəbərləri ki var və yox idisə, bundan sonra olsun. Çünki məhz onlara olan etimad hesabına insanlarımız aldadılır. Bu isə ciddi məsələdir və ilk başdan onları narahat etməlidir...
Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...