"Kapital Bank"ın XIRDA DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 14-01-2023, 13:25 |
Çap et
DİA.AZ: - "`Kapital Bank` yeni il ərəfəsi 900 manat limitlə çox "əlverişli" şərtlərlə "BirBank" kəşbek taksit kartını təkilf etdi. 62 gün güzəşt, 30 faizə qədər kəşbek, partnyor mağazalarda 3,6,12 aylıq faizsiz kredit və sair..." DİA.AZ bildirir ki, bunu öz "facebook" səhifəsində tanınmış jurnalist Zülfüqar Xeyirxəbər bəyan edir.
Daha sonra jurnalist yazır: "3 gün əvvəl "Sədərək"dəki yanğınla bağlı ora getmişdim. Velosiped aksesuarları və oyuncaq satılan dükanın üzərindəki BirKartla alış-veriş elanı diqqətimi cəlb etdi. Daxil oldum, bankın şirnikləndirici vədlərini yoxlamaq üçün 20 AZN-lik alış-veriş etdim. Kartda olan 900 AZN-dən 20 AZN çıxıldı, 30 qəpik kəşbek gəldi, qaldı 880 AZN. Amma dünən Kapital Bank mənə 20 AZN-ə görə 6.15 qəpik borc yazıb, yəni guya mən 26.15 AZN xərcləmişəm. Məsələni aydınlaşdırmaq üçün online müraciətlərimə də cavab verilmir, qaynar xəttələrinə də düşmək olmur. Kapital Bank zəhmət olsa da olmasa da buna bir aydınlıq gətirin".
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...