“Məni şərləyib işdən çıxarmaq istəyirlər” .....                     "Allah telefon çıxardanın qapısını bağlasın" .....                     Azərbaycanın tələbi gündəmdə qalır .....                     Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... .....                     Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” .....                     Müəllim direktoru hədələyib? .....                     AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri .....                     BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... .....                     “Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq .....                     Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol .....                     “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı .....                     “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub .....                     Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı .....                     ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? .....                     Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: .....                     Bir həftə əvvəl yaradılan şirkət də .....                     Müğənni Rəqsanədən ETİRAF: .....                     Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə .....                     Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi .....                     “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” .....                     Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı .....                     Qusara yeni prokuror təyin olundu .....                     NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək .....                     Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar .....                     Əmək normalarının tətbiqi... .....                     Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib .....                     Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib .....                     Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir .....                     “Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” .....                     Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… .....                     “Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR .....                     Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri .....                     Paşinyan bir həftəlik məzuniyyətə çıxıb .....                     Hələ də bu şirkətə etibar edən varmı? .....                     Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil .....                     Baş redaktor vəzifəsindən ayrıldı .....                     Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif .....                     Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu .....                 

"Bir savadlı kadr tapmırıq ki..." - Göyçay sanki QUYUNUN DİBİNDƏ QALIB...
Tarix: 20-12-2022, 10:35 | Çap et
"Bir savadlı kadr tapmırıq ki..."
Göyçayda əhali internetin sürətindən və tez-tez kəsilməsində narazıdır. Onlar deyirlər ki, son bir ayda durum daha da pisləşib.

Sakinlərin sözlərinə görə, bu vəziyyət rayon mərkəzindən daha çox uzaqda – kəndlərdə müşahidə olunur.

Göyçayın 55 kəndi var, çoxu da kiçik kəndlərdir.

Amma nisbtən böyük kəndlərdə də bu problemlərin müşahidə olunduğu deyilir.

Məsələn, rayonun Çaxırlı kəndində 600-dən çox təsərrüfat var ki, onlardan təxminən 200-də internet xətti var.

Sakinlər deyirlər ki, internetin çəkilişi telefon xətti və nömrəsinə bağlı olur və bu da əlavə xərc tələb edir. Üstəlik, xərc çəkib də çəkdirənlər internetdən normal istifadə edə bilmirlər.

“Xətlər yamaq olduğundan hörümçək toruna bənzəyir”

Kənd sakini Orucəli Qəribov Meydan TV-yə bildirib ki, kənddə xətlər və dirəklər yarasız haldadır:

“Xətlər yamaq olduğundan hörümçək toruna bənzəyir, dirəklər isə ağacdan olduğundan çürüyüb. Mütəxəssis isə çatışmır. Yeni fiber obtik internet xətlərin çəkilişi gecikir”.

“Aztelekom”un çəkdiyi xətlər də köhnədir. Şikayətlər hər gün artır. Bir yaşlı montyor var, o da yaramır, heç çatdırıb baxa da bilmir. Bir savadlı kadr tapmırıq ki, bu kənddəki internet probleminin səbəbini deyə bilsin. Məsələn, evə çəkdirdiyim modem köhnə buraxılış idi, işləmədi. Dedilər ki, yenisini al. Gedib 50 manat təzəsini aldım, o da işləmədi. Yəni o modem alınandan sonra komputerim internetə qoşulmur, çünki problem internet xəttindədir”, – deyə Çaxırlı sakini bildirib.

Orucəli Qəribov deyir ki, normal internetin verilməməsinə baxmayaraq, aylıq abunəhaqqı bir gün geciksə, internet kəsilir:

“Hər ay 15 manat ödəyirik. Bir gün geciksə, interneti kəsirlər. Amma bir ay bizə elə internet verirlər ki, ona internet demək olmaz, ancaq adı var. Şikayət də edirsən, baxan yoxdur. Xətti dəyişməyə də imkanımız yoxdur, vətəndaş nə ilə 300-400 metr naqili alsın?. İkincisi də, problem təkcə xətlə bağlı deyil axı, sürəti də aşağı salıblar”.

“Bir bəhanələri var ki, xətt köhnədir”

Kənd sakinləri deyir ki, xətlər və dirəklər köhnə olduğu üçün adi bir külək əsəndə qırılıb tökülür, onlar da günlərlə internetə həsrət qalırlar.

Çaxırlı kənd sakini Bəkir Qasımov on ildir ki, internet çəkdirib. Dediyinə görə, xərci 300 manatdan çox olub. İki dəfə naqili dəyişsə də, problem aradan qalxmayıb. Son bir ayda cəmi iki gün internetdən normal yararlana bilib.

“Məhəllədə 20 ailə yaşayır. Bütün qonşular şikayətçidir, sürət ölüb, tez-tez də kəsinti olur. Göyçay Telekommunikasiya Qovşağına müracitlər də nəticə vermir. “Aztelekom”a getdik, dedilər ki, problem xətlə bağlıdır, modemlikdir filan. Bir bəhanələri var ki, xətt köhnədir. Yaxşı, tutaq ki, mənim modemim köhnədir, axı qonşu təzə çəkdirib. Onun da evində eyni problem yaşanır. Mən də iki dəfə xətti dəyişmişəm. Bəs niyə nəticə yoxdur. Əvvəl 10 manatlıq, üstəgəl, 3 manatlıq da telefon pulu ödəniş olurdu. Sonradan interneti 15 manata qaldırdıq. Lap 20 manatlıq da istifadə etsək, yenə düzəlməyəcək”, – Bəkir Qasımov belə deyir.

“İmkanım yoxdur, ona görə internet çəkdirə bilmədim”

Bəkir Qasımov deyir ki, internetin çəkilişi də çox xərc tələb edir. Buna da hər kəsin imkanı olmur. Odur ki, ucqar və kiçik kəndlərin çoxunda internet yoxdur. Bu isə vətəndaşları ünsiyyət qurmaqda, informasiya almaqda geri salır:

“Məhəllənin girişinə qədər çəkirlər. Oradan evlərə mis kabel xətti çəkdirmək artıq vətəndaşın öhdəliyinə düşür. Hər ailəyə 100 manat. Elə adam var ki, 2 km uzaqa yaşayır. O necə çəkdirsin? Hamının da gücü çatmır axı. Metrəsi 50 qəpikdir. Əvvəl 30 qəpik idi. Əvvəlki xətlərə də 200-300, hətta 500-600 manat xərc çıxır. İmkanım yoxdur deyə çəkdirə bilməmişəm. Ancaq uşaqların təhsil üçün vacindir. Kəndlərdə çox adam imkansızlıqdan internet çəkdirə bilmir”, – Ləkçıplaq kənd sakini Vüsalə Əhmədova isə belə deyir.

“Bu, həm vəsait, həm də vaxt aparan işdir”

“Rayonun böyük yaşayış məntəqələrindən olan Alpoud kəndində də durum lap bərbaddır”.

Bunu isə kənd sakini Əliheydər Rzayev deyir.

Onun sözlərinə görə, kənddə 500-dən çox ailədən yalnız 20-si internet çəkə bilib: “Çoxlu sayda rəsmi müraciət olsa da, kənddə rabitə xətti olmadığından vətəndaşlar illərdir ki, internetin çəkiləcəyini gözləyirlər. Bu üzdən insanlar mobil internet paketlərindən yararlanırlar. Bu da əlavə xərcə səbəb olur”.

Əliheydər Rzayev deyir ki, kəndə avtomat qovşaq stansiya aparatı olsa da, indiyə qədər quraşdırılmayıb.

O bildirib ki, kənddən 80-dən çox ailə internetin çəkilməsi ilə bağlı müraciət etsə də, onlara da müsbət cavab verilməyib:

“Sakinlərə deyiblər ki, yuxarı instansiyalara yazın. Onlar texniki xərclər üçün vəsait ayırsalar, interneti çəkərik. Biz dəfələrlə demişik ki, pandemiya dövründə onlayn dərslər zamanı uşaqlarımız zülm çəkdilər. Demək olar ki, dərs keçilmədi, uşaqların iki ili boşa getdi. Bəzi adamlar mobil internetdən istifadə edirdilər, o da çox xərc aparırdı”.

“Məktəblərdə nə düzgün kompüter dərsləri keçirilir, nə internet var”

Sakinlərdən Tural Əliyev rayonun Mırtı, Alıkənd, Şıxbəy, Şıxəmir Kürdəmiş, Müskürlü, Bığır kimi kəndlərində də eyni durumun olduğunu deyir:

“Orta məktəblərdə də nə müəllimlər, nə şagirdlər internetdən yararlana bilir, nə də düzgün kompüter dərsləri keçə bilirlər”.

2017-ci ildən etibarən rayonun bir çox kəndlərində fiber-optik internet xətlərinin çəkilməsinə başlanılıb.

Bələdiyyə sədri də problemlərin olduğunu deyir…

Göyçay sakini Sərkər Süleymanov Meydan TV-yə deyib ki, sədri olduğu Şıxbəy, Şıxəmir və Məlikkənd bələdiyyəsində ancaq Şıxbəyə yeni internet xətti çəkilir və artıq işlər yekunlaşmaq üzrədir.

O, Məlikkəndlə Çaxırlının növbədə olduğunu qeyd edib. Sakinlərin şikayətlərinə gəlincə, bələdiyyə sədri problemlərin olduğunu da deyir.

Göyçay Telekommunikasiya Qovşağı iddiaları bölüşmür

Göyçay telekommunikasiya qovşağının rəhbəri Eynulla Məmmədov Meydan TV-yə bildirib ki, rayonda davamlı internet var.

O, sakinlərin şikayətlərə baxılmaması ilə bağlı iddiasını bölüşmür. Qeyd edir ki, bütün şikayətlərə araşdırılır, müvafiq tədbirlər görülür:

“İnternetlə bağlı şikayətlər gərək fərdi qaydada edilsin. Bəzən bizə müraciət daxil olanda gedib görürük ki, problem vətəndaşın evinin içindədir. Kəsintilər əsasən xətt və dirəklərlə bağlı deyil, modemlərlə bağlı olur. Mən rayonda internetl bağlı davamlı problemlərin olduğunu müşahidə etməmişəm. Hazırda rabitə sahəsində də ciddi nöqsan görmürəm”.

Eynulla Məmmədov bir çox kəndlərdə internetin olmamasını da vətəndaşların müraciət etməməsi ilə əlaqələndirib:

“İnternet çəkilişində xərcin çoxu vətəndaşa aiddir. Gərək vətəndaşların istəyi olsun ki, internet çəkilsin”.

Məktəblərdə yaşanan problemlərə gəlincə, qovşaq rəhbəri bildirib ki, rayonda mövcud şəhər məktəblərinin hamısı, kənd məktəblərindən isə 10-u fiber-optik internetlə təmin olunub:

“Digər kənd məktəbləri isə gözləmə növbəsindədir. Dörd kənddə fiber-optik internetin çəkilişi bitib, beşində isə çəkiliş davam edir. Layihənin isə nə vaxt bitəcəyi bilinmir. Düzdür, çox ucqar kəndlərimizə hələ internet çəkilməyib. Alpoud, Şıxəmir kimi digər kəndlər də var ki, məhəllələrin çoxunda əvvəldən kabelləşmə getməyib deyə internet çəkilməyib. Belə texniki imkan olmayan yerlərimiz var. Amma rayonun Bəydövül, Xəlitli, Yeniarx, Müskürlü kəndlərinə fiber-optik internet çəkilib və istifadəyə verilib. Çayarxı, Yalman, Qaraman, Məlikkənd, yəni Şıxbəy istiqamətində işlər həyata keçirilir”.

Elm və Təhsil Naziri Emin Əmrullayev isə keçirdiyi brifinqdə jurnalistlərə bildirib ki, ölkə üzrə 4 331 məktəb artıq Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub.

Nazir deyib ki, onların həm internetlə, həm də komputerlə təminat məsələsi gündəmdədir:

“Məktəblərimizin 1 235-i fiber-optik internetlə təchiz olunub. Yalnız bu il 403 təhsil müəssisəsi lokal şəbəkələrdə müvafiq olaraq yüksək sürətli internetlə təmin edilib. Bundan əlavə, bu il ərzində maksimal rekord sayda – 30 minə yaxın məktəbə kompüterlər verilib”.

“Növbəti ildə bu rekord yenilənəcək. Biz 45 minə yaxın kompüterin verilməsini planlaşdırırıq. 2026-cı ilə qədər şagird-kompüter nisbətini 6/1-ə çatdırmağı planlaşdırırıq. Məlumat üçün deyim ki, hazırda təxminən bu nisbət 18-20/1 civarındadır”, – deyə Əmrullayev qeyd edib.

Rəsmi məlumata görə, ölkə üzrə indiyədək 650 minə yaxın ev təsərrüfatı fiber-optik internetlə təmin olunub.

Meydan TV










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Məni şərləyib işdən çıxarmaq istəyirlər” – Kollecdə təzyiq iddiası
Bu gün, 16:59
"Allah telefon çıxardanın qapısını bağlasın"
Bu gün, 16:54
Azərbaycanın tələbi gündəmdə qalır - İLGİNC DETALLAR
Bu gün, 16:52
Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... - VİDEO
Bu gün, 16:47
Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Bu gün, 15:43
Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Bu gün, 15:39
AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Bu gün, 15:28
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Bu gün, 15:27
BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Bu gün, 15:23
“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Bu gün, 13:01
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Bu gün, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:55
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Bu gün, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Bu gün, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Bu gün, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Bu gün, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Bu gün, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Bu gün, 10:48
Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Bu gün, 10:46
“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Bu gün, 10:40
Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:35
Qusara yeni prokuror təyin olundu - ƏMR
Bu gün, 10:23
NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Bu gün, 10:22
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Bu gün, 10:16
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Bu gün, 10:15
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Bu gün, 10:10
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Bu gün, 10:09
Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:07
“Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Bu gün, 10:05
Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Bu gün, 10:02
“Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 10:00
Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri - Ermənistan qorxur, yoxsa...
Bu gün, 09:52
Paşinyan bir həftəlik məzuniyyətə çıxıb
Bu gün, 09:41
Hələ də bu şirkətə etibar edən varmı? - GİLEY
Bu gün, 09:40
Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil - AKTUAL
Bu gün, 09:34
Baş redaktor vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 09:32
Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif – Qarabağ variantı işə düşə bilər
Bu gün, 09:30
Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu - İNCƏLƏMƏ
Bu gün, 09:24
Naxçıvanda nə haq var... nə də ədalət... - NARAZILIQ VAR...
Bu gün, 09:20
“Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... - FOTOFAKT
Bu gün, 09:17
Suriya-İsrail toqquşması bizim işimizə yaramır... - AMMA...
Bu gün, 09:12
NATO Azərbaycanda... ruslar əndişədə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:07
Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... - İTTİHAM VAR...
Bu gün, 09:03
Bakı dayandı, Moskva davam edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:17
Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır - General
Bu gün, 07:03
“Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:01
Bura körpələri əmanət etmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:56
Amerika Azərbaycanı rüsumla “vurur”? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru