Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                     Mərdəkanda çirkab suları evlərə dolur .....                     “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun” .....                     “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” .....                     PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür .....                     Ermənistan atəşkəsi pozur: .....                     “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib .....                     Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş .....                     Nikol Paşinyanın partiyası: .....                     “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək .....                     Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək .....                     Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi .....                     Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ .....                     "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" .....                     Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Teymur Kərimovun cəzası 1 İL AZALDILDI .....                     Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” .....                     Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? .....                     “Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, .....                     Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz .....                     Səudiyyə Ərəbistanı statusunu gücləndirdi .....                     Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” .....                     Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! .....                     Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib .....                     Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi .....                     “Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” .....                     Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi .....                     “AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI .....                     Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir .....                     Səidə Niyamı dostluqdan .....                 

KTN-nin ÖLÜ CANLARI VƏ... - digər korrupsiya əməlləri
Tarix: 24-06-2021, 11:58 | Çap et
KTN-nin ÖLÜ CANLARI VƏ...
Hesablama Palatası ötən il Kənd Təsərrüfatı Nazirliyində və nazirliyə aid olan qurumlarda ümumilikdə 79 nöqsan aşkarlayıb.

Ovqat.com-un məlumatına görə, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında bildirilir.

2 ay əvvəl açıqlanan hesabatda vurğulanır ki, Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitlərinin formalaşması və istifadəsinə dair audit üzrə - ayrılmış kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi faktları ilə bağlı "Para" BOKT ASC üzrə ümumilikdə 210,6 min manat məbləğində vəsaiti əhatə edən 5 halda cinayət tərkibinin əlamətlərinin olması ehtimalını nəzərə alaraq materialları Baş Prokurorluğa göndərib.

Bunlar hələ ortaya çıxarılanlardır. Məşhur bir fikir var: “bir dənizin duzlu olduğunu anlamaq üçün bütün suyunu içməyə ehtiyac yoxdur. Sadəcə bir damla belə, onun duzluluq dərəcəsini müəyyənləşdirmək üçün yetər”. Fikrimizcə, Hesablamalar Palatasının ortaya çıxardığı təyinatı üzrə xərclənməyən vəsaitlər də KTN maxinasiyasının bir damlasıdır. Nazirliyin sabiq əməkdaşlarından birinin redaksiyamıza göndərdiyi məlumatlarda KTN rəhbərliyinin daha böyük məbləğdə vəsaitləri xırd etdiyindən və digər korrupsiya əməllərindən danışılır.

Vaxtilə Nazirliyin yanında Aqrar Xidmətlər Agentliyinin bitki sortlarının qeydiyyat və toxum nəzarəti şöbəsində baş məsləhətçi işləyən, qarşılaşdığı qanunsuzlar barədə dilini dinc qoymayıb danışan və elə bu səbəbdən də işdən uzaqlaşdırılan Orucov Oruc Bəhrəm oğlunun 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Hesablamalar Palatasının sədri Vüqar Gülməmmədova göndərdiyi şikayət məktubunda 10-dan çox epizod üzrə yeyinti faktlarından bəhs olunur. Sabiq əməkdaşın ifşa məktubuna düşən iddialarından bəziləri:

2019-cu ildə Nazirlər Kabinetinin qərarı ilə Baytarlıq idarəsinə ayrılmış 10 milyon manatlıq vəsait dərman pereparatlarının alınması məqsədilə KTN rəhbərinə yaxın bir Türk şirkətinin balansına köçürülüb. Lakin heç bir dərman pereparatı alınmayıb. Bundan əlavə, qısa müddətdən sonra eyni məqsədlə həmin şirkətin balansına daha 7 milyon manat yatırılıb.
Fitosanitar labaratoriyasına 1.5 milyon manat köçürülüb və yenə bunun müqabilində heç nə alınmadan vəsait göyə sovrulub.
2020-ci ildə Baytarlıq İdarəsinə ayrılmış 35 milyon manatın 12 milyonu mənimsəmək məqsədi ilə satınalmalara yönləndirilib və s.

Şikayətçinin iddiasına görə, nazirliyin ən asan pul mənimsəmə metodlarından biri də sınaq-təcrübə adı ilə ayrılan əkin sahələrində cibə doldurulan vəsaitlərdir. “Belə ki, 2019-cu ilin yekunlarına görə bütün xərclər çıxıldıqdan sonra yerdə qalan 200 min manatdan artıq vəsait AXA-ya mədaxil edilib. Həmin vəsaitin 110 min manatı 40 hektar sahəsi olan Kürdəmir Dövlət Sort Sınaq Məntəqəsinə ödənib”, – Hesablamalar Palatasına göndərilən məlum şikayət məktubunda iddia olunur. Şikayətçinin bildirdiyinə görə, 2020-ci ildə də eyni maxinasiyalar davam edib. Bu səfər isə korrupsiya yolu ilə qazanılan müftə vəsaitdən faydalanan Kürdəmir məntəqəsinin yeni sədri Asəf adlı bəxtəvər olub. Bənzər mənimsəmə halı Zaqatala Dövlət Sort Sınaq Məntəqəsində və digər şöbələrdə də baş verib. Bir sözlə, Azərbaycan hökumətinin aqrar sektorun inkişafı üçün ayırdığı vəsaitlər sınaq sıçovulu kimi necə gəldi məhv edilib. Ortaya isə heç nə çıxarılmayıb.

Şikayət məktubunda KTN-də “ölü canlar”ın varlığından da bəhs olunur. Burada adları maaş cədvəlinə yazılıb özləri işsiz olan insanlardan söhbət gedir. İddialara görə, KTN-nin “ölü can”larının böyük əksəriyyəti “işlədiklərindən” koronavirus yardımı üçün ayrılan adambaşına 190 manatlıq kompensasiyanı almaq niyyətilə müvafiq orqanlara mürəciət etdikləri zaman xəbər tutublar. Eynilə bir neçə ay əvvəl qollarına qandal vurulmuş icra başçılarının adı olub özü olmayan işçiləri kimi, KTN-nin də işlədiklərindən bixəbər xeyli əməkdaşları var imiş. Nə yazıq ki, bu faktları araşdırmaq bizim imkanımız xaricindədir. Amma Oruc Orucovun Hesablamalar Palatasına göndərdiyi məktuba həmin şəxslərdən bəzilərinin siyahısı əlavə olunub. Biz həmin siyahını dərc edib səhihliyini yoxlamağı əlaqədar qurumlara öhdəsinə buraxırıq. Çünki KTN-də Prezidentin “yaxın dostları” adlandırdığı jurnalisti adam yerinə qoyub sorğularına cavab vermək istəyən yoxdur və biz də bu cür münasibətlərlə bir daha üzləşmək istəmirik. Ümid edirik ki, nazirliyin özündən müştəbeh rəhbərliyi müvafiq dövlət qurumlarına eyni nəzərlə baxmaz və onların yoxlamalarına münbit şərait yaradar, nəticədə biz və ölkə ictimaiyyəti bu faktlarla bağlı məlumatlandırılarlar.

“Ölü can”ların siyahısı

KTN-nin ÖLÜ CANLARI VƏ...
KTN-nin ÖLÜ CANLARI VƏ...
KTN-nin ÖLÜ CANLARI VƏ...
KTN-nin ÖLÜ CANLARI VƏ...

KTN-də maxinasiyalar barədə məlumatlar yeni də deyil. Yadınızdadırsa, bir il əvvəl Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin iştirakı ilə birgə xüsusi əməliyyat tədbirləri keçirilmişdi. Əməliyyat nəticəsində fermerlərə verilməsi üçün nəzərdə tutulan kreditlərin mənimsənilməsi faktı aşkarlanmış və müəyyən olunmuşdur ki, həmin şəxslər əvvəlcə Quba, Xaçmaz, İmişli, Şəmkir və sair rayonlarda fəaliyyət göstərən fermerlərə məxsus subsidiya vəsaitlərinin köçürüldüyü kartları qanunsuz olaraq öz əllərində cəmləşdiriblər. Daha sonra dəstə üzvləri onlara yaxın olan adamların adlarına formal hüquqi şəxslər yaradaraq müxtəlif əmtəəsiz maliyyə əməliyyatları aparmaqla vəsaitləri nağdlaşdıraraq yox yerdən 5 milyon manat “qazanmışdılar”.

Rəsmi məlumatda deyilirdi:

“Kənd təsərrüfatına dövlət dəstəyindən sui-istifadə edərək bu sahəyə ayrılmış vəsaitləri saxta sənədlərə əsaslanan maliyyə əməliyyatları ilə nağdlaşdıraraq ələ keçirən mütəşəkkil dəstəyə daxil olan 30-a yaxın şəxsin dairəsi müəyyənləşdirilib. Həmin şəxslər ətrafında kompleks əməliyyat tədbirləri hazırlanaraq həyata keçirilib, onların cinayət əməlləri qeydə alınaraq zəruri sübutlar toplanılıb. Cinayətkar dəstəyə rəhbərlik edən Quba rayon sakini Elnur Haxtari və İmişli rayon sakini Hümmət Həsənov, eləcə də əlaqədar şirkətlərin vəzifəli şəxsləri də daxil olmaqla ümumilikdə 12 nəfər əməliyyat nəticəsində saxlanılaraq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriliblər.

Araşdırma zamanı müəyyən olub ki, həmin şəxslər əvvəlcə Quba, Xaçmaz, İmişli, Şəmkir və sair rayonlarda fəaliyyət göstərən fermerlərə məxsus subsidiya vəsaitlərinin köçürüldüyü kartları qanunsuz olaraq öz əllərində cəmləşdiriblər. Daha sonra dəstə üzvləri onlara yaxın olan adamların adlarına formal hüquqi şəxslər yaradaraq müxtəlif əmtəəsiz maliyyə əməliyyatları aparmaqla vəsaitləri nağdlaşdıraraq mənimsəyiblər.

İlkin araşdırmalarla həmçinin o da müəyyən olunub ki, dəstə üzvləri tərəfindən yaradılan “High Agro”, “Rövşənoğlu Agro” MMC-lər və digər 6 fiziki şəxs vasitəsilə cari ilin 3 ayı ərzində Respublikanın ayrı-ayrı bölgəsindən 2.000-dən artıq fermerə məxsus subsidiya kartları toplanılıb. Daha sonra kartlardakı pul vəsaitləri saxta sənədlər əsasında formal şəxslərin adlarına yaradılmış şirkətlərin bank hesablarına köçürülüb və 25-40% ödəniş müqabilində nağdlaşdırılıb. Bu qanunsuz maliyyə əməliyyatları nəticəsində ümumilikdə 5.000.000 manata yaxın subsidiya üçün ayrılmış maddi vəsait təyinat üzrə istifadədən yayındırılaraq dəstə üzvləri tərəfindən mənimsənilib”.

Maraqlı yanaşmadır, deyilmi? Birbaşa KTN-nin nəzarəti altında olan kreditlərin verilməsində 30 nəfərlik çete tutulur. Çete başı kimi bütün məsuliyyət Quba rayon sakini Elnur Haxtari və İmişli rayon sakini Hümmət Həsənov, eləcə də əlaqədar şirkətlərin vəzifəli şəxsləri kimi heç bir rəsmi vəzifə daşımayan mücərrəd insanların üzərinə qoyulur. KTN-dən bir nəfərin belə adı, bu cinayətkar qrupun arasında çəkilmir. Halbuki, KTN rəhbərliyinin razılığı alınmadan bu qədər böyük həngamənin törədilməsinin mümkün olmayacağı uşağa belə bəllidir. Görünən budur ki, həmin əməliyyatdan KTN rəhbərliyi süddən ağ qaşıq kimi çıxmış, yaxalanan kərtələ kimi quyruğunu əməliyyatçıların əlində buraxıb gözdən itməyi bacarmışdı. Bütün günahlar isə 30 nəfərlik “günah keçiləri”nin üzərinə yüklənmişdir.

Üstəlik, bu çete vasitəsilə mənimsənilən vəsait hansı məqsədlə ayrılsa yaxşıdır? Məlum əməliyyatı keçirən rəsmi qurumlar yaydıqları birgə açıqlamada bu suala belə aydınlıq gətirir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanından irəli gələrək cari ilin əvvəlindən fermerlərə dövlət yardımlarının vahid mexanizm vasitəsilə çatdırılması prosesinə başlanılıb. Lakin həmin vəsaitlərin təyinatı üzrə istifadə olunmaması və bir qrup mütəşəkkil cinayətkar dəstə halında birləşən şəxslər tərəfindən mənimsənilməsində əsaslı şübhələr olduğundan bu istiqamətdə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin iştirakı iləbirgə xüsusi əməliyyat tədbirləri keçiriblər”.

Rəsmi qurumların birgə açıqlamasından aydın olur ki, əslində bu maxinasiya prezident İlham Əliyevin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanından irəli gələrək cari ilin əvvəlindən fermerlərə göstərilən dövlət yardımlarının öz hədəfindən yayınması üçün həyata keçirilib. Başqa sözlə, məqsəd təkcə qaz vurub qazan doldurmaq da deyilmiş. Böyük ehtimalla, Prezidentin ərzaq təhlükəsizliyi proqramını sabotaj etmək məlum cinayət hadisəsinin başlıca məqsədlərdən biri olub. Dərindən araşdıranda bu maxinasiyaların izi gedib “5-ci kolon”un məqsəd və məramlarına çıxır. Yəni başlı-başına siyasi bir cinayətdən söhbət gedir. Bəs istintaq bu ehtimalı nəzərə alıbmı? Rəsmi açıqlamadan belə anlaşılır ki, yox; istintaq araşdırmaları sadəcə 30 nəfərlik çetenin üzərində qurulub. Zənnimizcə, o da mümkündür ki, həmin vaxt 44 günlük savaşın astanasında olan Azərbaycan hakimiyyəti “5-ci kolon”un xarici hamilərini daha artıq qəzəbləndirməmək üçün məsələni böyütmək istəməyib. Mənzərəyə bu məntiqlə nəzər salanda hüquq mühafizə orqanlarının problemə səthi yanaşmasını hardasa anlamaq mümkündür. Əgər belədirsə, xarici təhlükələr sovuşduqca KTN-nin bu əməlləri daha dərindən araşdırılacaq. Bəlkə də, üzərindən 1 ilə yaxın zaman keçəndən sonra Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatının ortaya çıxması KTN-nin məşhər ayağına çəkiləcəyinə işarədir.

Yeri gəlmişkən, 2 ay əvvəl yayılan həmin hesabatda təkcə ötən il Kənd Təsərrüfatı Nazirliyində və nazirliyə aid olan qurumlarda ümumilikdə 79 nöqsanın aşkarlanması barədə rəsmi məlumarlar da KTN-dəki korrupsiya hallarının təkcə saxta kredit kartları ilə məhdudlaşmadığını göstərir. Belə məlum olur ki, KTN mütəmadi olaraq bu saxtakarlıqla məşğul olub və tərkibində cinayət əməli elementləri daşıyan korrupsiya hallarına yol veriblər. Bir də bu faktlara bizə təqdim olunan “ölü canlar” siyahısını əlavə etsək, KTN-də korrupsiya iddiaları yeni çalar və keyfiyyət qazanır.

Bütün bu ifşa olunan həngamələrə baxmayaraq, İnam Kərimov hələ də öz postundadır. Vəzifəyə təyin olunduğu 21 aprel 2018 tarixindən bu yana keçən 3 il 2 ay ərzində onun KTN-ə gətirdiyi “yeniliklər” isə dəftər-kitaba sığmaz. Azərbaycanın “innovasiyalar allahı” kimi özünü təqdim edən bu adamın ən böyük xidməti KTN-də “damazlıq” kimi gözə təpiləcək kənd təsərrüfatı mütəxəssisi qoymaması, əksəriyyətini çıxarıb yerinə öz tarixçi, hüquqşünas, iqtisadçı, hətta ilahiyyatçı kimi qohum-əqrəbalarını, dost-tanışlarını doldurmasıdır. Bir sözlə, İnam müəllimin 3 illik xidməti nəticəsində KTN-nin abreviaturasının açılışını Kərimovun Tayfa Nazirliyi kimi də oxuya bilərsiniz.

Prezidentin böyük etimad göstərib Azərbaycan iqtisadiyyatının ən mühüm sahəsini tapşırdığı, ərzaq təhlükəsizliyi kimi strateji hədəflərinin əsas bazası olaraq gördüyü bir nazirliyi özünün qohum-əqraba klubuna çevirən İnam Kərimovun tayfabazlıq fəaliyyətini dərindən araşdıracaq və onun yanında işləyən qohumlarının soy şəcərəsini diqqətinizə çatdıracağıq. Hələlik isə onu xatırlatmaqla kifayətlənirik ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” və “Vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması Haqqında” Azərbaycan Respublikası Qanunları yaxın qohumların bir yerdə işləməsini qəti qadağan edir. İnam Kərimov üçün isə Prezidentin strateji hədəfləri kimi, qanunlar da topuqdan aşağıdır. Atalar demişkən, “biz ki deyilik rəiyyət, bizlərə nə şəriət?”.

Heydər Oğuz,
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
"Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39
Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37
Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31
Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22
Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15
“Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12
Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08
Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06
Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03
Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00
Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55
Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51
“Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ
Bu gün, 11:48
Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
“AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI – “ÜZR İSTƏMƏLİSƏN!”
Bu gün, 11:36
Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Bu gün, 11:35
Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28
Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26
İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22
Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21
Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14
Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12
Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05
“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02
"Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru