“Axtarışda olan adam Türkanda torpaq alıb satır, hər kəsə meydan oxuyur” - İDDİA
Tarix: 20-05-2021, 10:16 | Çap et
 “Bakının Xəzər rayonu, Türkan qəsəbəsində 91 yaşlı Xumara Şabanova və 80 yaşlı Əzizəxanım Atayevanın sağ olduqları halda, ölmüş kimi sənədləşdirilib hər birinin 25 sot torpaq sahəsinin özlərindən xəbərsiz satılması ilə əlaqədar axtarışda olan Qərib Nadirov qəsəbədə sərbəst gəzib dolaşır”.
Bu haqda redaksiyamıza Türkan sakinləri məlumat verib. Sakinlər bildirir ki, Qərib Nadirov yenə də öz işi ilə məşğuldur, Türkanda torpaq alıb-satır: “O, qəsəbə ərazisində qara rəngli, ”Mersedes" markalı, Az 99 SS 744 nömrə nişanlı avtomobildə sərbəst gəzib dolaşır. Qəsəbə sakinlərinə isə tezliklə barəsindəki axtarış işinin ləğv ediləcəyini, bu iş üzrə həbs olunan digər şəxslərin isə məhkəmədən azad olunacaqlarını deyir. 91 yaşlı Xumara Şabanova və 80 yaşlı Əzizəxanım Atayevanın torpaqlarının cinayət yolu ilə ələ keçirilməsinə görə 5 nəfərin haqqında cinayət işi baxılması üçün aprelin 29-da Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Qərib Nadirov və Türkan bələdiyyəsinin keçmiş sədri Mehman Ağayev isə axtarışa verilib.
Hakim önünə çıxarılacaq 5 nəfərdən də yalnız ikisi həbsdədir - Çingiz Səfərov və Xəzər rayonunun icra başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi olmuş Rahil Babayev. Digər 3 nəfərdən Daşqın Nəsirov dekabrda həbs olunsa da, martda ev dustaqlığına buraxılıb. Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu olan Nəsirovun ev dustaqlığına buraxılmasına əsas kimi onun səhhətində problemlər olması göstərilib. Daha iki təqsirləndirilən isə Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulov və onun müavini olmuş Eldar Mirzəyevdir. İstintaq dövründə onların barəsində polis nəzarətinə vermə-qətimkan tədbiri seçilib.
Axtarışda olanlara gəlincə, bunlar Türkan bələdiyyəsinin keçmiş sədri Mehman Ağayev və qəsəbədə torpaq alqı-satqısı ilə məşğul olmuş Qərib Nadirovdur. Axtarışda olduqlarına görə cinayət işi məhkəməyə göndəriləndə onların haqqında iş ayrılıb və Baş Prokurorluğun İstintaq İdarəsində araşdırmalar davam etdirilir. İttihama görə, torpaq alqı-satqısı ilə məşğul olan Səfərov, Nadirov və Nəsirovun təhriki ilə icra başçısının sabiq nümayəndəsi və bələdiyyə sədri, eləcə də Dövlət Reyestr Xidmətinin vəzifəliləri əlbir olub. Nəticədə Türkan qəsəbəsində dəniz sahilində yerləşən Atayeva və Şabanovaya məxsus ümumilikdə 1.12 hektar torpaq sahəsi saxta sənədlərlə qanunsuz satılıb. İstintaq saxta sənədlərlə satılmış torpaq sahələrini 190 min manat dəyərləndirib. Torpaq sahələrinin real bazar qiyməti isə bu məbləği dəfələrlə üstələyir".
Zərərçəkənlər torpaq sahələrinin onlara qaytarılmasını tələb edirlər. Təqsirləndirilən şəxslərə qarşı CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bu ilin martında Türkan qəsəbə sakini Natiq Məhəmmədsoy da həbs olunub. O, qanunsuz silah saxlama və narkotik satışında suçlanır. 55-yaşlı Məhəmmədsoy isə ittihamları qəbul etmir, təqsirsiz olduğunu deyir. O, barəsində həbs qərarı verilərkən məhkəmədə deyib ki, qəsəbə sakinləri Atayeva və Şabanovaya vəkil tapmaqda, dövlət orqanlarına şikayətlərdə yardım etdiyinə görə saxta ittihamla cəzalandırılıb. Atayeva və Şabanova da Məhəmmədsoyun günahsız olduğunu, onlara yardım etdiyinə görə şərləndiyini iddia edir. “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Vətəndaşın cibi hesabına büdcəni doldurmaq uğursuz olacaq" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:48 |
|
|
|
• Azərbaycan ən çox bu beş ölkəyə mal ixrac edib - DETALLAR
Bu gün, 15:44 |
|
|
|
• “Xankəndindəki son terror cəhdinin arxasında Rusiya ilə bağlı qurumların durmasına zərrə qədər şübhəm yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 13:09 |
|
|
|
• Ermənistan Fransa ilə strateji tərəfdaşlıq sənədinin imzalanma tarixini müzakirə edib
Bu gün, 13:06 |
|
|
|
• “AİD Language Center” xaricdə təhsil adıyla gəncləri aldadıb pulunu mənimsəyir - NARAZILIQ VAR...
Bu gün, 13:05 |
|
|
|
• Məşhur müğənnilər arasında qalmaqal böyüyür - "Müğənni dedi ki, atası ölüb"
Bu gün, 12:59 |
|
|
|
• Rusiyadan Azərbaycanla bağlı inanılmaz həmlə: “eyni anda əməliyyatlar” – ŞOK gizlinlər
Bu gün, 12:58 |
|
|
|
• Paşinyandan müxalifətə erkən seçki şoku
Bu gün, 12:55 |
|
|
|
• İrəvanda “artsax nümayəndəliyi”: - məhkəmə niyə 2026-ya qalır?
Bu gün, 12:53 |
|
|
|
• “Alliance Logistics” şirkətində rəhbər dəyişikliyi - BUNDAN SONRA...
Bu gün, 12:29 |
|
|
|
• Yanvarın 1-dən özəl sektorda maaşlar 14% azala bilər – Ekspert səbəbini açıqladı
Bu gün, 12:25 |
|
|
|
• “Azərenerji”nin 24 milyon manatlıq tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 12:24 |
|
|
|
• MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirilib - VİDEO
Bu gün, 12:10 |
|
|
|
• 23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi - MƏQALƏ
Bu gün, 12:05 |
|
|
|
• Vidadi Mustafayevin Azərbaycan əleyhinə fəaliyyəti... - Diaspor adı altında Rusiya layihəsi
Bu gün, 12:00 |
|
|
|
• Arvadına 20 bıçaq zərbəsi vuran qısqanc ərə 14 il HƏBS CƏZASI
Bu gün, 11:54 |
|
|
|
• Vəkil Cavidan Osmanlı dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 11:51 |
|
|
|
• Əbdül Xalidlə bağlı ŞOK İDDİA - “İlk evliliyindən olan uşağına…”
Bu gün, 11:47 |
|
|
|
• Bakıda İsrail və Suriya arasında kritik GÖRÜŞ - "Sky News Arabia"
Bu gün, 11:41 |
|
|
|
• Yetərsay çatmadı, bir qurumun tenderi - LƏĞV OLUNNDU
Bu gün, 11:34 |
|
|
|
• İran “Mossad agenti”ni dar ağacına göndərdi - İRNA
Bu gün, 11:32 |
|
|
|
• Kişi 7-ci mərtəbədən yıxılıb öldü - Bakıda DƏHŞƏT
Bu gün, 11:29 |
|
|
|
• Paşinyanın növbəti hiyləsi: - “Qarabağ binası” niyə ləğv olunmur?
Bu gün, 11:27 |
|
|
|
• "Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər"
Bu gün, 11:23 |
|
|
|
• Vardanyanın Paşinyanı Bakıya gətirmək planı – MƏHKƏMƏ ZALINDAN ERMƏNİSTANA ATILAN "BOMBA"
Bu gün, 11:17 |
|
|
|
• Zelenski Qərbə çağırış etdi: - “Daha çox Ukraynanı düşünün”
Bu gün, 11:01 |
|
|
|
• "Hələ də anlaya bilmirəm ki,..."
Bu gün, 10:58 |
|
|
|
• Paşinyan II Qareginin yerinə namizəd tapıb
Bu gün, 10:56 |
|
|
|
• Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara SƏRT REAKSİYA
Bu gün, 10:54 |
|
|
|
• “Qarabağ”ın Lissabon FƏTHİ – “Benfika” qalibiyyəti illüziya yaratmamalıdır”
Bu gün, 10:52 |
|
|
|
• "Tamar" qaz layihəsinə görə Azərbaycanın İsrailə yatırımları yarım mlrd. dolları ötüb
Bu gün, 10:47 |
|
|
|
• Kriminal aləmdə “Gəncəli Püsük” kimi tanınan şəxslə bağlı QƏRAR
Bu gün, 10:46 |
|
|
|
• "Onları ifşa etdiyim üçün məni məhkəmənin əli ilə cəzalandırmaq istəyirdilər..." - TƏFƏRRÜAT
Bu gün, 10:35 |
|
|
|
• "Qarabağ"ın hər hücumu təhlükəli idi" - "Benfika"nın ukraynalı futbolçusu
Bu gün, 10:30 |
|
|
|
• Köhnə rəhbərlik NƏDƏN CƏZASIZ QALIB? - Nöqsana görə işdən atılır, amma nöqsan aradan qaldırılmır...
Bu gün, 10:28 |
|
|
|
• Böyük Britaniya Cənubi Qafqaza qayıdır -ŞƏRH
Bu gün, 10:15 |
|
|
|
• Gürcüstan Azərbaycana olan borcunu tam ödədi
Bu gün, 10:08 |
|
|
|
• Paşinyandan “Putin NATO-su”na hücum - Bakıdan əl çəkmir
Bu gün, 09:59 |
|
|
|
• Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib
Bu gün, 09:57 |
|
|
|
• "Axı niyə fəhləyə qul kimi baxırlar?.." - ETİRAZ VAR...
Bu gün, 09:55 |
|
|
|
• Sahil Babayev nazirin pulunu kəsdi – Qayıbovun maliyyə qeybinin pərdəarxası
Bu gün, 09:47 |
|
|
|
• Tərtərdə 20 illik hotel bağlanır
Bu gün, 09:40 |
|
|
|
• Bakıdan İrəvana sərt tələb - o əski parçalarını yığışdır!
Bu gün, 09:39 |
|
|
|
• Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr - MƏQALƏ
Bu gün, 09:33 |
|
|
|
• Azərbaycanda BOKT ləğv olunur
Bu gün, 09:29 |
|
|
|
• Azərbaycanın müttəfiqi Türkiyə ilə dostu İsrail arasında müharibə riski ən pik həddə çatıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20 |
|
|
|
• "Finoko" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:16 |
|
|
|
• "Teatrda heç kimlə ikili oyun oynamıram" - Nicat Kazımov
Bu gün, 09:14 |
|
|
|
• "Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb
Bu gün, 09:06 |
|
|
|
• ‘Lotto Lombard’ mənim sığorta pulumu mənimsədi, maşınımı da qaytarmır” - Qarabağ qazisi NARAZILIQ EDİR
Bu gün, 07:34 |
|
|
|
|