DİA.AZ: - Ölkənin tanınmış mobil internet xidmətlərindən biri olan "Sazz" şəbəkəsindən son günlər şikayətlər durmadan artmaqdadır. DİA.AZ xəbər verir ki, növbəti narazılıq "Müştəriyəm Şikayətim Var" sosial şəbəkə qurpunda paylaşılıb.
Belə ki, vətəndaş Rəcəb Zadə bildirir ki, nıinki "Sazz"ın xidmətləri keyfiyyətsizdir, hətta bu mobil internet xidmətinin qaynar xətti də insanları ələ salmaqla məşğuldur. diaaz.space narazı vətəndaşın iddialarını təqdim edir:
"Şikayətim adı "Sazz" olub, özü milləti qaz yerinə qoyan simsiz internet təqdim edən şirkətdəndi. Sizin 191 qaynar xəttinizə 10 dəfə yığmışam. Hər dəfə 7-8 ci adam oluram. (Bu o deməkdi ki, şikayətlər çoxdu) Telefonda adam nə qədər gözləyər? Ağlınıza gəlmir ki, bəlkə biri mobil telefonla yığır?!
Təqdim etdiyiniz internet bərbaddı. Speedtest ilə internetin sürətinin şəkilini də bura yerləşdirirəm. Baxın, bəlkə utandız. 25 manata belə sürət olar?"
diaaz.space olaraq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...