Rusiyanın gündə min dronunu məhv edəcəyik .....                     Zaur Mikayılovun YUMOR HİSSİ... .....                     Ər-Riyad ABŞ-a etimadını itirib, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır .....                     Növrəst Cəfərovun şübhəli TENDER ORTAĞI .....                     Ağdaş sakinindən İTTİHAM YAĞIŞI .....                     Şəhid ailəsi keyfiyyətsiz mənzilə görə nazirliyi və tikinti şirkətini məhkəməyə verdi .....                     5 il əvvəl yanmış evinə təzminat ala bilmir .....                     Gömrükdəki tenderlər: özgəsinin nə işi var? .....                     Azərbaycanda QARA MÜHASİBATLIĞA dönüş... .....                     "Bu sahədə böyük bir maliyyə imkanları olmalıdır" .....                     Şagirdlər gözləyir, cədvəl isə yoxdur: Bakı Məktəbində gərginlik .....                     Çörəyimizin üstünə hansı yağı sürtürük: BİLİRİKMİ? .....                     ƏT BAHALAŞIR: Bazara nəzarət əldən çıxa bilər... .....                     SÜLH ÜÇÜN... uzağa getmək lazım deyil... .....                     "Heç kəs bilmədi ki, mənim nə problemim var" .....                     “Pomidor müharibəsi”nin davamı: Əlaqələr kəsiləcəkmi? .....                     Kiriyenkonun uğursuzluğu: sadə həqiqəti dərk etməkdən inadla imtina .....                     Avtobuslarda gedişhaqqı dəyişə bilər: 17 qəpik… .....                     Səs yazısı yayılan məktəb direktoru ilə bağlı araşdırmalara başlanıldı .....                     Pezeşkian şayiələrə son qoydu: .....                     "Büdcə planlarını dolduran qurumlar həm əhalinin, həm sahibkarın maddi vəziyyətini çətinləşdirəcək" .....                     İsrail bu tarixdə İrana zərbə endirəcək .....                     “Bu addım Trampın sülh səylərinə açıq sabotajdır" .....                     "Layihələri elə sıralamaq olar ki, borc götürmədən və vaxtı bir qədər uzatmaqla borcsuz icra etmək olar" .....                     “Rabitəbank” və "Kommersant.az": nələr baş verir? .....                     Quru sərhədlərin açılması barədə vacib AÇIQLAMA .....                     Özünə Türkiyədə 45 min manata saat və qolbağ aldı .....                     Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edilib .....                     Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     “Vergi güzəşti ləğv olunsa belə, həm sahibkarın, həm də işçinin rifahına mənfi təsirlər yaratmayacaq qaydalar tətbiq olunacaq” .....                     Bakıda ögey anasının qorxusu altında qalan qız evdən qaçdı: "Gecə saat dördə işləmiş..." .....                     Azərbaycanda sığorta şirkətinin rəhbərliyinə təyinat olub .....                     Nazirin də şikayətləndiyi dərslikləri kim hazırlayır? .....                     Dövlət qurumu kuryer poçt xidmətləri üçün şirkət tapmadı .....                     Məhkəmədə qalmaqal: .....                     Kilsənin siyasi maraqlara bağlılığı Ermənistandakı stabilliyi təhlükəyə atır .....                     "AZƏRSU", YOXSA "AZƏRYEZİD"? .....                     Dilqəm Məhərrəmovun adı siyahıda olmadı .....                     Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi .....                     Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır .....                 

“REAL FİASKO”... – Belə kampaniya ilə mandatı almaq olar, amma qazanmaq çətin...
Tarix: 4-02-2020, 12:10 | Çap et
“REAL FİASKO”...
ReAL Partiyası növbədənkənar parlament seçkilərində 30-a yaxın namizədlə iştirak etsə də, onların əksəriyyəti seçki dairələrində hərəkətlilik yarada bilmirlər. Tanınmış simalar da medianın, sosial şəbəkələrin gündəminə apardıqları effektli seçki kampaniyasının təsiri ilə deyil, müxtəlif diskusiyalarla, çəkişmələrlə gəlirlər.

Məsələn, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli, 16 sayl Yasamal Seçki Dairəsindən isə partiyanın qurucu üzvü Erkin Qədirlinin deputat mandatı alacaqları barədə müzakirələr gedir. Bu ehtimallar isə hələ seçkidən xeyli əvvəl gündəmə gəlmişdi. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) hər iki dairədən formal namizədlər irəli sürməsi isə sözügedən 2 ReAL təmsilçisinə mandat veriləcəyi ehtimalını daha da qüvvətləndirdi. Bu alternativsizliyi bir “Feysbuk” statusunda Erkin Qədirlinin özü belə ifadə etmişdi:

"16 saylı Yasamal ikinci Seçki Dairəsinin indiki durumu çox mənasızdır. Orada udmaq belə ayıbdır. Çox urvatsız qələbə olacaq. O da olacaqsa. Bu dairədən 25 namizəd var, özümdən başqa heç kimi tanımıram. Heç özümü tanıdığıma da əmin deyiləm..."

Milli Şuranın sədri Cəmil Həsənlinin açıqladığı deputat siyahısında N.Cəfərlinin və E.Qədirlinin də adlarının olması isə, sanki, odun üzərinə yağ tökdü. Xatırladaq ki, C.Həsənli 125 dairə üzrə hakimiyyətin hansı namizədə mandat verəcəyini əks etdirən siyahı yaymışdı. ReAl-ın hər iki namizədi C.Həsənliyə açıq narazılıqlarını bildirdilər. Natiq Cəfərli Milli Şuranın sədrini ağır ifadələrlə ittiham etməkdən də çəkinmədi.

Erkin Qədirli isə, incikliyini həmkarından bir qədər “yumşaq formada belə ifadə etmişdi: “Cəmil Həsənli o boyda siyahını yazmaq yerinə, bir kəlmə yazaydı ki, Milli Məclisi Natiq Cəfərliyə və Erkin Qədirliyə görə buraxıblar”.

“ReAL”çıların, deputat olub-olmayacaqları məlum olmasa da, onların apardıqları seçki kampaniyasını kifayət qədər uğursuz saymaq olar. Məsələn, Natiq Cəfərli sosial şəbəkədə seçki dairəsi ərazisində guya aktiv kampaniya apardığını əks etdirən fotolar yayımlayır. Amma fevralın 2-də onun Lökbatan Mədəniyyət Evində seçicilərlə keçirdiyi görüşdən yayılan fotolar, reallığın əslində nədən ibarət olduğunu göstərdi. 360 nəfərlik zalın bir küncündə 40-50 nəfərlə bir aya gələn namizədin piar menecerləri fotodakı boş yerləri gizlətmək üçün xeyli əziyyət çəkiblər. Buna baxmayaraq N.Cəfərlinin partiyadaşları və dostları sosial şəbəkələrdə "möhtəşəm görüş"lə bağlı postlar paylaşıb, onu təbrik ediblər.

Maraqlı məqamlardan biri də odur ki, əgər, hakimiyyət ReAL üzvünün deputat seçilməsində maraqlıdırsa, lazım olan görüntünü niyə təmin etmədi?

Görünür, ya Natiq Cəfərlinin deputat olacağı barədə ehtimallar bir qədər şişirdilib, ya da hakimiyyət ReAL namizədlərini urvatsız edərək mandat vermək istəyir.

Erkin Qədirli isə ümumiyyətlə seçkiyə könülsüz qoşulub. O, əvvəldən qeyd edib ki, seçkidə hər hansı saxtakarlıq olacaqsa, parlamentdə oturmayacaq və deputat mandatından imtina edəcək. Digər tərəfdən isə demək olar ki, təbliğat-təşviqat kampaniyası aparmır. Seçki kampaniyasının bitməsinə 4 gün qalsa da, ReAL-ın namizədi ancaq təşviqat materiallarını paylayıb, bir neçə məhəllə və binada sakinlərlə söhbət edib. Onun "Facebook" səhifəsində bir dənə də olsun seçki kampaniyasını əks etdirən foto paylaşılmayıb.

Bundan sonrakı seçki təşviqatını isə E.Qədirli evindən idarə etmək niyyətindədir. Bunu dünən özü bəyan edib. Sitat: “Söz verdiyim kimi, bu gündən başlayaraq, hər axşam saat 21:00-da səhifəmdə canlı yayım olacaq, seçki təşviqatı kontekstində danışacağam".

Əlbəttə, Erkin Qədirli tanınmış şəxsdir, sosial şəbəkələrdə kifayət qədər izləyicisi var. O, bir namizəd kimi seçki platformasını internet üzərindən, müasir kommunikasiya vasitələri ilə seçicilərə çatdıra bilər.

Amma bu üsullar, ReAL partiyasının parlament seçkilərinə qatılmaq qərarında göstərilən hədəflərlə üst-üstə düşmür. Partiya bəyan edib ki, əsas məqsədi əhalini fəallaşdırıb seçkiyə gətirmək, seçkiyə inandırmaq və səsləri ictimai təzyiqlə qorumaqdır. Şübhəsiz ki, bu hədəfə çatmağın birinci şərti namizədlərin qızğın seçki kampaniyası aparması, seçicilərlə intensiv işləməsidir. Amma ReAL-ın ən parlaq iki funksioneri bu istiqamətdə nə edirlər? Natiq Cəfərli görüntü yaratmağa çalışırdı, alınmadı. Erkin Qədirli isə evə qapanmağa üstünlük verdi.

Yeni yaradılmış siyasi partiyanın vətəndaşlarla ciddi iş aparmasına, dəstəyini artırmasına, proqramını yaymasına, cəmiyyətdə özünə inam yaratmasına ehtiyac var. Seçki prosesi bu fəaliyyət üçün ən uğurlu zaman sayılır. Amma ReAL-ın namizədləri buna çalışırlarmı? Göründüyü kimi, namizədlər partiya maraqlarını açıq şəkildə görməzdən gəlirlər.

Başqa tərəfdən, namizədlərin seçicilərlə birbaşa ünsiyyəti, seçki texnologiyalarının ən vacib şərtidir. Bu zaman seçiciyə ehtiram göstərilir, onların arzuları, problemləri özlərindən eşidilir. Vətəndaşa göstərilən bu sayğı və diqqət, əlbəttə, cavabsız qalmır. Hakimiyyəti daim seçiciyə hörmətsizlik etdiyinə görə tənqid edən müxalifət partiyasının özü iqtidar nümayəndələri ilə eyni dairədə fırlanır. Bu paralellik, sinxron yanaşma, əlbəttə, cəmiyyətin diqqətindən yayınmır. Yəqin ki, hakimiyyətin də nəzərindən qaçmayacaq...
AzPolitika.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın gündə min dronunu məhv edəcəyik - Şmıqal
Bu gün, 07:05
Zaur Mikayılovun YUMOR HİSSİ... - ƏCƏB DƏ ŞƏNDİR...
Bu gün, 07:04
Ər-Riyad ABŞ-a etimadını itirib, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır - KİV
Bu gün, 06:59
Növrəst Cəfərovun şübhəli TENDER ORTAĞI - AXI NİYƏ?..
Bu gün, 06:57
Ağdaş sakinindən İTTİHAM YAĞIŞI - "Bu üç qurum rayonda sözün əsl mənasında "at oynadırlar", insanları diri-diri öldürürlər"
Bu gün, 06:54
Şəhid ailəsi keyfiyyətsiz mənzilə görə nazirliyi və tikinti şirkətini məhkəməyə verdi - yekun qərar onun xeyrinə oldu
Bu gün, 06:46
5 il əvvəl yanmış evinə təzminat ala bilmir - GİLEY
Bu gün, 06:44
Gömrükdəki tenderlər: özgəsinin nə işi var? - TƏFƏRRÜAT
Bu gün, 06:40
Azərbaycanda QARA MÜHASİBATLIĞA dönüş... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:35
"Bu sahədə böyük bir maliyyə imkanları olmalıdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:32
Şagirdlər gözləyir, cədvəl isə yoxdur: Bakı Məktəbində gərginlik - BU NƏDİ BELƏ?
Bu gün, 06:29
Çörəyimizin üstünə hansı yağı sürtürük: BİLİRİKMİ? - İLGİNC FAKTLAR
Bu gün, 06:25
ƏT BAHALAŞIR: Bazara nəzarət əldən çıxa bilər... - vətəndaş narahatdır...
Bu gün, 06:22
SÜLH ÜÇÜN... uzağa getmək lazım deyil... - AKTUAL
Bu gün, 06:19
"Heç kəs bilmədi ki, mənim nə problemim var" - Xalq artisti
Bu gün, 06:17
“Pomidor müharibəsi”nin davamı: Əlaqələr kəsiləcəkmi? - NƏ ETMƏLİ?
Bu gün, 06:14
Kiriyenkonun uğursuzluğu: sadə həqiqəti dərk etməkdən inadla imtina - GƏLİŞMƏ
Bu gün, 06:12
Avtobuslarda gedişhaqqı dəyişə bilər: 17 qəpik… – DİQQƏT
Bu gün, 06:07
Səs yazısı yayılan məktəb direktoru ilə bağlı araşdırmalara başlanıldı - rəsmi
Bu gün, 00:05
Pezeşkian şayiələrə son qoydu: - Mən fəxr edirəm ki, türkəm!
Bu gün, 00:00
"Büdcə planlarını dolduran qurumlar həm əhalinin, həm sahibkarın maddi vəziyyətini çətinləşdirəcək" - NƏ ETMƏLİ?
Dünən, 17:08
İsrail bu tarixdə İrana zərbə endirəcək - ŞOK İDDİA
Dünən, 16:51
“Bu addım Trampın sülh səylərinə açıq sabotajdır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:46
"Layihələri elə sıralamaq olar ki, borc götürmədən və vaxtı bir qədər uzatmaqla borcsuz icra etmək olar" - ŞƏRH
Dünən, 16:43
“Rabitəbank” və "Kommersant.az": nələr baş verir? - TƏFƏRRÜAT
Dünən, 16:39
Quru sərhədlərin açılması barədə vacib AÇIQLAMA - “Tasnim”
Dünən, 16:34
Özünə Türkiyədə 45 min manata saat və qolbağ aldı - FOTO
Dünən, 16:30
Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:24
Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEOFAKT
Dünən, 16:14
“Vergi güzəşti ləğv olunsa belə, həm sahibkarın, həm də işçinin rifahına mənfi təsirlər yaratmayacaq qaydalar tətbiq olunacaq” - deputat
Dünən, 16:05
Bakıda ögey anasının qorxusu altında qalan qız evdən qaçdı: "Gecə saat dördə işləmiş..." - TƏFƏRRÜAT
Dünən, 15:55
Azərbaycanda sığorta şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:53
Nazirin də şikayətləndiyi dərslikləri kim hazırlayır? - RƏSMİ
Dünən, 15:50
Dövlət qurumu kuryer poçt xidmətləri üçün şirkət tapmadı - SATINALMA LƏĞV OLUNDU
Dünən, 15:48
Məhkəmədə qalmaqal: - Təranə Səmədovanın işi başqa hakimə verildi
Dünən, 15:45
Kilsənin siyasi maraqlara bağlılığı Ermənistandakı stabilliyi təhlükəyə atır - GƏLİŞMƏ
Dünən, 15:43
"AZƏRSU", YOXSA "AZƏRYEZİD"? - Bu qurum daha nə qədər sakinlərə zülm verəcək?!
Dünən, 15:34
Dilqəm Məhərrəmovun adı siyahıda olmadı - Bu yola əl atdı
Dünən, 15:29
Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi - FOTO
Dünən, 15:23
Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır
Dünən, 15:16
Ermənistanda respondentlərin 12%-i Paşinyana səs verməyə hazırdır - KİV
Dünən, 13:39
Bakı Moskvaya yenə “yox” dedi - bu məsələdə...
Dünən, 13:25
Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil - "Sputnik Armenia"
Dünən, 13:22
Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya DAVASI – Dövlət hansı qərarı VERƏCƏK?
Dünən, 13:13
10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR – Rusiyada rəhmətə gedən azərbaycanlının ailə üzvləri axtarılır
Dünən, 13:09
Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? – Vüqar Qurbanova sual olunur
Dünən, 13:03
Kişi geyimində evdən 45 min manat oğurlayan qadın saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:00
Amal Qrup MMC-nin özbaşnalığı…. - Təhçizatçılar Qubadlıda gördükləri işin ödənişini almaq üçün rəsmi qurumlardan imdad diləyirlər….
Dünən, 12:58
Paşinyan yolların açılmasından danışdı
Dünən, 12:47
Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib
Dünən, 12:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru