Bir çamadan qızılı oğurlanan generalla bağlı - Sensasion ittihamlar
Tarix: 26-03-2016, 12:45 | Çap et
Dövlət Gömrük Komitəsinin generalı Qambay Əliyevin mənzilindən (İzzət Həmidov küçəsi 7, ev 8) 50 000 manat və xeyli miqdarda qızıl-zinət əşyaları oğurlanması ilə bağlı məlumat vermişdik. Oğurluqda generalın evində qulluqçu işləyən Sədaqət Məmmədova ittiham olunur. Məsələ ilə bağlı istintaqa cəlb olunan S.Məmmədova guya, mənzildən oğurlanan pulu və zinət əşyalarını götürdüyünü etiraf edib.
DİA.AZ xəbər verir ki, hazırda ev dustağı olan S.Məmmədova aznews.az-a hadisənin təfərrüatlarını, eləcə də generalın həyat tərzi, sərvəti, başına açılan dəhşətli işgəncələrdən danışıb:
- Sədaqət xanım, general Qambay Əliyevin evinə kimin vasitəçiliyi ilə işə düzəlmişdiniz?
- Mən Qambay müəllimin idarəsində işləyirdim. İdarə sədri Rauf Mehdiyev dedi ki, Qambay müəllimin anası xəstədir, gəl sən get ona bax. Razılaşdım. 2014-ci ilin oktyabr ayında Rauf müəllimlə deyilən evə getdik. O dedi ki, evin hər yerində kamera var, işləyir. 2015-ci ilin sentyabr ayına kimi mən generalın anasına baxdım. Evdə iki işim var idİ: anasına baxırdım və generalın işə aparması üçün yemək hazırlayırdım.
Bir müddət sonra, qəfildən xəbər yayıldı ki, evdən oğurluq olunub, içi qızılla dolu çamadan və pul aparılıb.
- Oğurlandığı bildirilən çamadan harada olub?
- Qambay müəllimin anasının otağında. İnanın, çamadan otaqda elə yerdə olub ki, mən işlədiyim 1 il ərzində onu görməmişəm. Çamadanın uzunluğu 1 metr, eni isə 80 sm olub. Özüm boyda olan çamadanı necə apara bilərdim? Xəbər yayılanda ailə üzvlərinin hamısı gəldi, dedim ki, niyə narahatsınız, evdə kameralar var. Bundan sonra bildirdilər ki, kameralar işləmir. Sən demə, kameralar sadəcə görüntü üçünmüş...
Evdə işləyənlərin hər birini dindirdilər, ən çox da mənim üzərimdə dayandılar. Polislər məni şübhəli şəxs kimi saxlayıb, izahatımı aldılar. 5-6 gün evdə qaldım, sonra polislər dedi ki, səndən başqa şübhəli şəxs kimi heç kim yoxdur. Ya oğrunu, ya da çamadanı kimə vermisənsə onun adını de. Dedim ki, mənim xəbərim yoxdur. Polislər mənim yaşadığım evi görüb. Bir evdə 3 ailə yaşayırıq, inanın ki, evin heç ayaqyolusu da yoxdur.
- Pulu və qızılları kim apara bilərdi?
- Hadisədən bir az əvvəl evdə təmir işləri gedirdi. O ərəfədə generalın kürəkəni təmir zamanı evdə təsadüfən arvadının gizli saxladığı sənədləri tapmışdı. Generalın qızı Sevinc ərindən gizli 300 min manatlıq ev almışdı. Onun bu hərəkəti ərinə çox pis təsir etmişdi. Məndən soruşdu ki, sizin onun 300 min manata gizli ev aldığından xəbəriniz varmı? Dedim ki, hə, məgər sən bilmirsən? And-aman elədi ki, yox. Dedi ki, eybi yoxdur, gör mən ona nə sürpriz edəcəyəm, məndən gizli ev almaq nə deməkdir? Aradan bir gün keçəndən sonra kürəkən əlində Sevincin 300 min manata aldığı evin sənədi ilə gəldi ki, xala, bu sənədi saxlaya bilərsən? Bunun əvəzində mənə “hörmət” edəcəyini söz verdi. Mən də kəndli qadın, inandım ona. Götürdüm sənədi, saxladım. Məni də 5 ay içəridə bu sənədə görə saxlayıblar. Polislərin yanında dedim ki, ay kürəkən, mənə verdiyin ev sənədinin bu çamadana aidiyyəti yoxdur ki? Oğlunun ölüsünə and içdi ki, bu oğurluğa aidiyyətı yoxdur.
Mən o evdə üzüm ağ, alnım açıq işləmişəm. Generalın anası da ərizəsində bildirib ki, evə girən oğrunu tapın. Deməyib ki, evimi Sədaqət qarət edib. Buna baxmayaraq, etmədiyim işə görə 5 ay təcridxanada qalmışam və olmazın zülmlər görmüşəm.
- Zülmləri kim edib?
- Təcridxanada qaldığım 5 ay müddətində işi aparan müstəntiqi iki dəfə görmüşəm. Məni Kürdəxanıdan polis bölməsinə gətirib işgəncə verirdilər. Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin rəisi - Orxan Muxtarov ona tabe olan əməkdaşları ilə birlikdə gecə saat 11-dən sonra mənə olmazın işgəncələr verirdi. Ayağıma, barmaqlarıma elə zərbələr endiriblər ki, indi şikəstəm. Bundan əlavə, eşitmədiyin nalayiq ifadələri onlardan eşitmişəm. Bu 5 ay ərzində üzümə nələr deyilmədi, görmədiyim hansı işgəncələr qalıb...
Yazıb xahiş elədim ki, məni təcridxanada dindirsinlər, Nəsimi rayon Polis İdarəsinə aparmasınlar. Bunla bağlı aidiyyəti qurumlara rəsmi müraciət etdim. Bundan sonra ekspertiza təşkil edib, məni yoxladılar. Gördülər ki, həqiqətən də bədənimdə xəsarət izləri var. Ondan sonra hər yerə müraciətlər etdilər.
- İşgəncə verənlər sizdən nə istəyirdilər?
- Deyirdilər ki, oğurluğu boynuna al, generalın yeznəsi Raminin adını hallandırma. Sənə iş veriləcək, 3-5 il həbs çəkərsən, sonra da gedib göy-göyərti satarsan. Hətta Gömrük Komitəsinin işçisi Rauf Mehdiyev qanunsuz olaraq Cinayət Axtarış Şöbəsində görüş alıb məni məcbur edirdi ki, işi öz boynuma götürüm.
Deyirdi ki, nə badə kürəkənin adını deyəsən. İstəyirdi ki, kürəkinin saxlamaq üçün mənə hansısa sənəd verdiyini də inkar edim. Mən isə onun dediyinə qulaq asmadım. İstədim həqiqət üzə çıxsın, hamıya məlum olsun ki, mən oğru deyiləm.
Ona dedim ki, Rauf müəllim, bu evdən nəsə oğurlanıbsa, orada sizin əliniz var. Çünki siz mənə dediniz ki, evdə kameralar var, bütün işçilər də kameranın olduğuna inanıb. Bu evə məndən başqa ən çox girib-çıxan sənsən. Bəlkə sən aparmısan? Təzyiq edirsən ki, boynuma alım, yaxşı, bəs o zaman oğurlanan pulu və qızılı qaytarmalı deyiləm? Onu haradan alacağam? Məni o qədər incidirdilər ki...
İnandırım sizə ki, heç ermənilər belə zülm etməyiblər. İnanmıram hansısa insan bəndəsi bu zülmləri görə.
- Təcridxanadan necə çıxa bildiniz?
- Mənim əməlimdə cinayət tərkibini sübut edəcək heç bir dəlil yox idi.
Müstəntiq mənim övladlarıma görüş üçün sənəd vermirdi. Kürəkən gedəndən 10-15 gün sonra dedilər ki, yanına gələn var. Sevinə-sevinə getdim, birdən baxdım ki, Sevinc. Onu görən kimi halım dəyişdi. Düşündüm görəsən, bu nə istəyir? Dedi ki, onsuz da biz Ramini bu “oyun”dan çıxarmışıq, sən sus. Susmağımın qarşılığında mənə 150 min manatlıq ev təklif etdi.. Mən də açıq şəkildə dedim ki, get nənənə de ki, anama etmədiyim yaxşılığı ona etmişəm, halal eləmirəm. Atana da de ki, bu işdən əl çəksin, mənim günahım yoxdur. Bu qızılı və pulu sənin ərin aparıb. Əgər aparmayıbsa, burada nə işin var? Sənin evin, mülkün ayrı, oğurluq atanın evində olub, sən niyə bura gəlmisən? Əgər mən onu götürsəydim deyərdim ki, oğrudan-oğruya halaldır. Görürdüm də o evə nələr gəlir... Generalın, anasının portfellə dolu pulu, çamadanlarla qızılı...
-Bəs məsələyə Qambay Əliyevin münasibəti necə idi?
- O evdə nə varsa generala məxsusdur, amma nə alırlarsa arvadın adına sənədləşdirirlər. 5 gündən sonra generalın anası onu ailədən birinə bağışlayır. Bütün alqı-satqı işləri evdə baş verirdi. Tanış Notariat Kontoru var idi, evə gəlirdilər.
General səyahətə çıxanda mən gecələr onun evində qalırdım. Oğurluq olan günü Sevinc mənə dedi ki, sən get, bu gecə evdə özüm qalacağam. O qız da bir stəkan çay dəmləmək qabiliyyətinə belə malik deyil. Yəni, o, nənəsinə baxa bilməzdi. Dedim lap yaxşı. Axşam eşitdim ki, guya Sevincin boyunbağısı olub, onu çamadana qoymaq istəyib. Elə bu vaxt çamadanın yoxa çıxdığını görüb. Burada müəmmalı məqamlar kifayət qədərdir... Deyirdi ki, ərinin evində neçə min manatlıq seyf var. Əri düzgün adam idisə, boyunbağısını elə aparıb evindəki seyfə qoyardı da... Niyə nənənin çamadanına qoyursan?
- Dediyinizdən belə çıxır ki, Sevinc sizi evdən oğurluğu görməyəsiniz deyə uzaqlaşdırıb?
- Mənə elə gəlir ki, pulu generalın qızı əri ilə əlbir olub oğurlayıb. Çünki generalın Xurşud adında bir qızı da var, nənəsinin vəsiyyətinə görə, qızıllar qızların arasında bölünməlidir. Sevinc isə buna razı deyildi.
Generalın evinə o qədər qeyri-qanuni şeylər gəlirdi ki... Pul, ərzaq və daha başqa şeylər. Sonra başa düşdüm ki, kameranı buna görə sönülü saxlayıblar. Qambay müəllimin anası avqust ayında bir torba qızılı mənə yuduzdurub. Onları yuyub divanda qəzetin üstünə sərdim. Sonra da o qızılları torbaya yığdım. Bundan əlavə bir portfel də qızıl vardı. İtən çamadanı isə heç görməmişəm. Oğurlanandan sonra bilmişəm ki, o çamadan şüşəli şkafın içində paltarların arxasında olub.
- Generalın kürəkəni nə işlə məşğuldur?
- Çörək zavodunda menecer işləyir. O, Novxanıda bir bağ tikdirib ki, heç nazirin elə evi yoxdur. Bundan başqa isə ayrı-ayrı məkanlarda evi var.
- Nəsimi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən edilən işgəncələrə görə aidiyyəti qurumlara hüquq-mühafizə orqanlarına müraciət etmək, təzminat davası açmaq fikriniz varmı?
- Eləmişəm. Amma bundan sonra yenə də müraciət edəcəm. Məni şikəst ediblər. Prezident İlham Əliyevə, Daxili İşlər Nazirliyinə, Baş Prokuror Zakir Qaralova müraciət edirəm, buna ədalətlə, qanunla baxsınlar. Mənim o işdə günahım yoxdur. Əgər günahkar varsa, o da generalın kürəkənidir. Qoy hamı bilsin, təcridxanada olanda Orxan müəllim məni qorxudurdu. Deyirdi ki, oğlunun cibinə nəşə atıb tutduracağam. Bütün qohum-əqrabamın oğlanlarını saxlamışdılar, hamını incidirdilər. Mənim bu məsələdə bir günahım olub, o da kürəkənin verdiyi sənədi saxlamaq. Heç kəs bu işə baxmır, iş birtərəfli aparılır. Generaldır deyə arxasız insanlar məhv olmalıdır?
- İndi də sizə generalın ailəsi tərəfdən hər hansı təzyiqlər varmı?
- Məni generalın ailəsi deyil, polislər incidir. Orxan Muxtarov mənə deyir ki, birinci adamsan ki, istəyirəm səni didib-parçalayım. Deyirlər ki, o, Namiq Abbasovun yeznəsidir. Əvvəllər Bakı Şəhər Polis İdarəsində işləyib. Qadınları incitdiyinə görə onu oradan çıxarıblar. Mən olduğum müddətdə ora gələnləri ölümcül döydürürdü. Bir dəfə məni otağına gətirtdi. Baxdım ki, mərhum prezident Heydər Əliyevin şəklini asılıb. Məni söyüb, təhqir edəndə dedim ki, səni and verirəm Heydər Əliyevin ruhuna, mənə dəymə, qurban olum dövlətimə, mən dövlətimizə inanıram, burada qalmayacağam...
Qeyd: Xanım şikayətçinin səsləndirdiyi ittihamlarla bağlı general Q. Əliyevin fikirlərini öyrənmək cəhdləri nəticəsiz qalıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47 |
|
|
|
• Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45 |
|
|
|
• İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43 |
|
|
|
• Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR - gömrükdəki ÖZBAŞINALIQLA bağlı...
Bu gün, 08:38 |
|
|
|
• "Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" - deputat
Bu gün, 08:33 |
|
|
|
• Binəqədi-Novxanı yolunun üstündə TƏHLÜKƏ! - BU NƏDİ BELƏ?..
Bu gün, 08:27 |
|
|
|
• Haça-paça qalan İrəvan üçün SEÇİM ANI... - AKTUAL
Bu gün, 08:22 |
|
|
|
• Şəhərsalma və Memarlıq Dövlət Komitəsində şok korrupsiya... - Nəzarət orqanının rəhbərinə layihələr verilir
Bu gün, 07:14 |
|
|
|
• Yerin altında gizlədilməyə çalışılan 'KARYERA YÜKSƏLİŞİ "... - İLGİNC FAKTLAR
Bu gün, 07:06 |
|
|
|
• Əhmədian İrəvana səfərlə bu mesajı ötürdü - Manqasaryan
Bu gün, 07:02 |
|
|
|
• İran hər baxımdan "kritik durumda" - GƏLİŞMƏ
Bu gün, 06:56 |
|
|
|
• Paşinyanın qəbuledilməz təklifləri... - Bəndlər üzrə İNCƏLƏMƏ
Bu gün, 06:53 |
|
|
|
• Cənubi Qafqaz: Qlobal fırtınalar və ortaq gələcək ümidi arasında - “Xəyali icma”nın gerçək təsviri
Bu gün, 06:47 |
|
|
|
• "Xalq yazıçısı Anar pis idi, yaşlandıqca daha da pis oldu..." - Orxan Saffari
Bu gün, 06:41 |
|
|
|
• "İcra başçısı evimizi ikinci dəfə dağıtdı" - Gəncə terrorunda valideynlərini itirən şəxs FƏRYAD EDİR
Bu gün, 06:37 |
|
|
|
• "Ermənistan dəhlizi xoşluqla açmasa,,," - deputat
Bu gün, 06:27 |
|
|
|
• Dünya xəritəsi yenidən cızılır: Ermənistan belə yerləşəcək - İLGİNC
Bu gün, 06:22 |
|
|
|
• Baydendən QORXUNC anons: Benzinin qiyməti artacaq - ABŞ artıq tədarük görür...
Bu gün, 06:14 |
|
|
|
• Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub
Bu gün, 06:12 |
|
|
|
• "Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb - AÇIQLAMA
Bu gün, 00:35 |
|
|
|
• Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır – Bu, qanun pozuntusudur
Bu gün, 00:29 |
|
|
|
• Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA - "Biri mənim anadan olduğum tarix..."
Bu gün, 00:28 |
|
|
|
• Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil - Ağ Ev
Bu gün, 00:23 |
|
|
|
• Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05 |
|
|
|
• Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• “Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48 |
|
|
|
• Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44 |
|
|
|
• Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40 |
|
|
|
• Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20 |
|
|
|
|