
QARDAŞ TÜRKİYƏ DADIMIZA YETDİ
Türkiyə öz ərazisi ilə Gürcüstandan Naxçıvan Muxtar Respublikasına benzin və dizel yanacağının tranzitinə icazə verib. Bu barədə Trend çərşənbə günü Türkiyə KİV-ə istinadən məlumat verir.
Müvafiq icazə üç il müddətinə verilib.
Tranzit həm dəmiryol, həm də avtomobil nəqliyyatı ilə həyata keçirilə bilər.