
“BİZİM ONLARA GÖSTƏRIŞ VERMƏK HÜQUQUMUZ YOXDUR”
“Avropa Birliyi ifadə azadlığının tərəfdarıdır.
Ona görə də hər kəs nə istəyirsə, danışa bilər. Biz öz tərəfinizdən Əli Həsənovun qeydlərini nəzərə aldıq”.
APA-nın xəbərinə görə, bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun Avropa Parlamentinin və Avropa ölkələrinin ünvanına səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirərkən deyib.
R. Kobia Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə də toxunub: “Bu, tamamilə müstəqil bir parlamentin qətnaməsidir. Bizim onlara göstəriş vermək hüququmuz yoxdur. Amma Avropa Birliyi Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir”.