BAKI MERİ POSTU OLMAYACAQ
Tarix: 18-05-2012, 12:55 | Çap et
HACIBALA ABUTALIBOV SONUNCU İCRA BAŞÇISI KİMİ TARİXƏ ÇEVRİLİR
DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov nəhayət ki, uzun mətbu müzakirələrin ardından istefaya göndərilir. Xəbərimizdə onu da qeyd etmişdik ki, Hacıbala Abutalıbovun gedişi yaxın günlərə təsadüf etməsə də, bu barədə artıq konkret qərar verilib.
Bu məsələ ilə bağlı redaksiyamıza çox maraqlı faktlar daxil olub. Belə ki, mötəbər mənbələrdən sızan informasiyada bildirilir ki, əslində Hacıbala Abutalıbov gələn ilin may ayına qədər görəv başında saxlanılacaq.
Mənbənin bu barədə söylədikləri: В«Əslində burada qeyri-adi heç nə yoxdur. Hacıbala Abutalıbov В«Avroviziya-2012В» hazırlıqları ilə bağlı yaradılmış komissiyanın üzvüdür. Yəni bu dolayı yolla həm də o deməkdir ki, icra başçısı ən azından may ayına qədər görəv başındadırВ».
Əslində bunun yeganə sübut olmadığını bildirən mənbəmiz Hacıbala Abutalıbovun gedişi ərəfəsində bir sıra islahatların da həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirdi. Mənbəmizin sözlərinə görə, Hacıbala Abutalıbov Bakının sonuncu icra başçısı ola bilər: В«Çünki islahatlar nəzərdə tutulub və bu islahatlara görə Bakı meriyasının yaradılması planlaşdırılırВ».
Xatırladaq ki, gələn il Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda monitorinqlərə başlayacaq. Monitorinq zamanı Konqresin Azərbaycan qarşısında hələ 2003-cü ildə qoyduğu öhdəliklərə əməl olunub-olunmaması araşdırılacaq. Bildirək ki, öu barədə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Kit Vitmor (Keith Whitmore) AzadlıqRadiosuna verdiyi müsahibəsində də məlumat verib.
K.Vitmorun fikrincə, bu monitorinq imkan verəcək ki, bələdiyyələrin hazırkı vəziyyəti haqda məlumat toplanılsın: В«Konqres vəziyyəti qiymətləndirəcək və növbəti tövsiyələr verəcəkВ».
Onu da xatırladaq ki, konqresin 2003-cü ildəki tövsiyələri arasında Bakı şəhərinin statusu, paytaxtda meriya institutunun yaradılması da var. Amma indiyədək Azərbaycan hakimiyyəti bu tövsiyəyə əməl etməyib. K.Vitmor AzadlıqRadiosuna müsahibəsində bildirib ki, Gürcüstan və Ermənistanda şəhərlərdə meriya institutu yaradılıb və ortaya müsbət nümunə qoyulub. Prezident bildirir ki, onlar Bakı şəhərində vahid bələdiyyənin yaradılmasının üstündə dayanırlar və hesab edirlər ki, yerli hakimiyyətdə demokratiya üçün bu, vacibdir.
Onu da nəzərinizə çatdıraq ki, Azərbaycan artıq Avropa Şurasının üzv ölkələri arasında yeganə ölkədir ki, paytaxtının statusu yoxdur.
Bununla bağlı DİA.AZ-a danışan mənbə bildirir ki, hakimiyyət nəhayətdə Cənubi Qafqaz ölkələrindən onu geriyə salan problemi həll etmək qərarını verib. Yəni Bakının paytaxt statusu ilə bağlı yeni hüquqi baza yaradılır və Bakı meriyası formalaşdırılır: В«Məhz bu proses Hacıbala Abutalıbovun təbii yolla gedişinə şərait yaradacaq və o, Bakının sonuncu icra başçısı kimi bəlkə də tarixə çevrilmiş olacaqВ».
Onu da bildirək ki, bu vaxta qədər onlarla maraqlı fiqur Bakı şəhər icra hakimiyyətinin başçısı postu uğrunda mübarizəyə qalxmışdı. Və bu qərarla həm də onların arzuları birdəfəlik olaraq gömülmüş olur. Məlumatlı mənbə bildirir ki, əslində Gəncəyə getməyə razı olan Elmar Vəliyevlə, Sumqayıta başçı gedən Eldar Əzizov da məhz bu səbəbdən Bakı şəhər icra başçısı postundan gözlərini birdəfəlik çəkiblər.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
Bu gün, 18:30 |
|
|
|
• Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
Bu gün, 13:00 |
|
|
|
• Kərim məhkəmədən narazıdır
Bu gün, 12:51 |
|
|
|
• Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
Bu gün, 12:44 |
|
|
|
• Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
Bu gün, 12:37 |
|
|
|
• AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
Bu gün, 12:31 |
|
|
|
• Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
Bu gün, 12:28 |
|
|
|
• BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
Bu gün, 12:26 |
|
|
|
• Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
Bu gün, 12:24 |
|
|
|
• "Elçin mənim mükafatımdır"
Bu gün, 11:19 |
|
|
|
• Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Bu gün, 11:17 |
|
|
|
• SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:25 |
|
|
|
• Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
Bu gün, 10:19 |
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Bu gün, 10:03 |
|
|
|
• Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Bu gün, 09:45 |
|
|
|
• Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Bu gün, 09:43 |
|
|
|
• “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Bu gün, 09:36 |
|
|
|
• Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Bu gün, 09:25 |
|
|
|
• “Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Bu gün, 09:15 |
|
|
|
• Görkəmli memar Arif Əzizov vəfat edib
Bu gün, 09:13 |
|
|
|
• SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Bu gün, 09:07 |
|
|
|
• Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Bu gün, 09:00 |
|
|
|
• "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Bu gün, 08:57 |
|
|
|
• Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Bu gün, 08:41 |
|
|
|
• Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Bu gün, 08:38 |
|
|
|
• İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Bu gün, 08:36 |
|
|
|
• “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Bu gün, 07:41 |
|
|
|
• ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Bu gün, 07:38 |
|
|
|
• Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR - dövlətin bahalı TENDERYEYƏNİ
Bu gün, 07:28 |
|
|
|
• Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib - SİYAHI
Bu gün, 07:11 |
|
|
|
• Həm işçinin pulunu vermir, həm də hədələyir... - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Cəbrayılov: yerində olmayan başçı... Sakinlər problem içində, başçı para peşində...
Bu gün, 07:03 |
|
|
|
• Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Bu gün, 07:00 |
|
|
|
• "Nazirlik imtina cavabı verir" - GİLEY
Bu gün, 06:58 |
|
|
|
• “Bolton planı” addım-addım həyata keçir - GƏLİŞMƏ
Bu gün, 06:55 |
|
|
|
• Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR - icra başçısına desə də...
Bu gün, 06:52 |
|
|
|
• Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: - Miqrantların aqibəti NECƏ OLACAQ?
Bu gün, 06:27 |
|
|
|
• Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:16 |
|
|
|
• "Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" - Ekspert həll yolu GÖSTƏRDİ
Bu gün, 06:13 |
|
|
|
• Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir - GƏLİŞMƏ
Bu gün, 06:09 |
|
|
|
• Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… – “Bunu etməyin!”
Bu gün, 06:06 |
|
|
|
• “Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” - Etibar Məmmədov
Bu gün, 06:01 |
|
|
|
• Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi - BUNDAN SONRA...
Bu gün, 05:59 |
|
|
|
• Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
Bu gün, 05:57 |
|
|
|
• İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir - İranın keçmiş səfirindən ilginc açıqlamalar
Bu gün, 05:54 |
|
|
|
• "Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq"
Bu gün, 05:51 |
|
|
|
• İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər
Bu gün, 05:47 |
|
|
|
• Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib - Rusiya nefti BAHA SATILA BİLMƏZ
Bu gün, 05:43 |
|
|
|
• Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43 |
|
|
|
• İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41 |
|
|
|
|