İran ABŞ-a qarşı əməliyyat keçirməyi planlayır .....                     "Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir .....                     Həbs edilən müğənni aranı qatdı .....                     Güney Azərbaycan “ölüm zonası”na çevriləcək .....                     İranda kürdlər silahlanır: .....                     “SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer .....                     Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı .....                     Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil .....                     Bazar üçün böyük təhdid: Əgər baş verərsə... .....                     Ermənistanda keçmiş şəhər meri saxlanılıb .....                     Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? .....                     Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır .....                     Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib .....                     Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA .....                     Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     “Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” .....                     Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub .....                     Gədəbəydə baş memarın OYUNBAZLIĞI... .....                     İran ilk dəfə İsrailə “Xeybər” raketləri .....                     Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? .....                     Hörmüz boğazında gərginlik artır .....                     16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? .....                     Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? .....                     Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir .....                     Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək .....                     Sara Netanyahudan İran xalqına: .....                     İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat .....                     İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu .....                     ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib .....                     TƏBİB artıq bu xəstələrə dərman verməyəcək .....                     Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar .....                     Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı .....                     Hörmüz boğazında ilişib qalan KAL ARMUD... .....                     ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib .....                     Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib .....                     Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir .....                     Şimal-qərb küləyi gündüz arabir güclənəcək .....                     Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı .....                     “American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib .....                     Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: .....                 

Bulanıq suda balıq tutmaq istəyənlər...
Tarix: 18-01-2016, 09:12 | Çap et
Bulanıq suda balıq tutmaq istəyənlər...
Ötən ilin əvvəlindən başlayaraq dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması neft ixrac edən ölkələrin gəlirlərini azaldıb. Bu isə həmin ölkələrin iqtisadiyyatına təsirsiz ötüşməyib. Bu dövlətlərin milli valyutaları dollar qarşısında nisbətən ucuzlaşıb, devalvasiya, qiymət artımı baş verib. Geosiyasi səbəblərdən qara qızılın qiymətinin təxminən 4 dəfə ucuzlaşması digər neft ixrac edən ölkə kimi Azərbaycan iqtisadiyyatında da özünü büruzə verib. Manat devalvasiyaya uğrayıb, dollar bahalaşıb və təbii olaraq xaricdən ölkəmizə idxal olunan bəzi məhsullarda qiymət artımı müşahidə olunub. Əfsuslar olsun ki, radikal müxalifət təmsilçiləri üzləşdiyimiz bu durumdan sui-istifadə etməyə, insanlarda təşviş yaratmağa, 1990-cı illərin əvvəlindəki xaos və anarxiyanı xalqa yenidən yaşatmağa çalışırlar. Azərbaycanda bu günə qədər keçirilən bütün seçkiləri uduzan, xalqın etimadını və səsini qazana bilməyən Azərbaycan Xalq Cəbhəsi (AXCP) və Müsavat (MP) partiyalarının rəhbərliyi müvəqqəti iqtisadi çətinlikdən divident qazanmaq, hansısa narazı insanı öz tərəfinə çəkmək, bununla dağılan sosial bazalarını qurmağa çalışmaq, siyasi ambisiyalarını, şəxsi maraqlarını reallaşdırmaq istəyirlər.

Misal üçün son günlər Lənkəran, Füzuli, Ağcabədi, Ağsu və Siyəzən rayonlarında baş verən hadisələri göstərmək olar. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumata görə, təkcə Siyəzən rayonunda ictimai qaydanı kobud surətdə pozan aksiya iştirakçıları hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmayaraq nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin pozulmasına səbəb olan qanunazidd hərəkətlər törədiblər. Həyata keçirilən ilkin prosessual araşdırmalarla məlum olub ki, Siyəzən, Lənkəran, Füzuli, Ağcabədi, Ağsu şəhər və rayonlarında törədilmiş, ölkədə ictimai asayişin pozulmasına hesablanmış qanunazidd əməllər AXC və Müsavat partiyalarının fəalları, həmçinin bir sıra radikal və dini ekstremist qüvvələr tərəfindən təşkil edilib. Bu fakt onu göstərir ki, radikal müxalifət bulanıq suda balıq tutmaq həvəsindən hələ də əl çəkməyib.

Onu da əlavə edək ki, yanvarın 13-də elə bu məsələlərlə əlaqədar, MP-nın başqanı Arif Hacılı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb. BMCMİ-nin rəisi, polis generalı Seyfulla Əzimov A.Hacılı ilə görüşərək, son günlər Siyəzən, Lənkəran və digər rayonlarda baş verən etiraz aksiyalarının təşkilində MP-nın rolu barədə məlumatlar olduğunu diqqətinə çatdırıb, bununla əlaqədar partiya sədrinə xəbərdarlıq edib. Elə həmin gün AXCP Lənkəran rayon şöbəsinin sədri Nazim Həsənli və MP Lənkəran rayon təşkilatının sədri İmanverdi Əliyev barəsində inzibati həbs qərarının verilməsi də radikal müxalifətin baş verən hadisələrdə qızışdırıcı rolunun olduğunu sübut edir.

Radikal müxalifətin bu davranışı ilə bağlı mövqeyini “Kaspi”yə bildirən Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı baş verənləri antimilli hərəkət kimi qiymətləndirib. Deyib ki, radikal müxalifətin bu davranışı dövlətin zəiflədilməsinə yönələn aksiyadır. O, bir neçə gün bundan öncə partiyasının Siyəzəndən aldığı dəqiq məlumatları diqqətə çatdıraraq deyib ki, bu rayondakı aksiya Müsavat Partiyası tərəfindən təşkil olunub: “Düzdür, həmin vaxt Müsavat başqanı Arif Hacılı bunu təkzib etdi. Lakin həm bizim o zaman aldığımız dəqiq məlumatlar, həm də sonradan hüquq-mühafizə orqanlarının yaydığı xəbərlər göstərdi ki, Arif Hacılı tamamilə yalan danışır. Bunlar riyakarlıq edirlər. Əgər sənin sosial bazan, siyasi gücün varsa, aksiya keçirirsənsə, niyyətin təmizdirsə, bunu niyə inkar edirsən? Sənin məqsədin Azərbaycanda demokratiyaya, insanların həyat tərzinə hər hansı formada töhfə verməkdirsə, dürüst şəkildə bəyan et ki, aksiyanı mən təşkil etmişəm. Amma biz bunun əksini görürük, onlar gizlənirlər. AXCP və Müsavat partiyaları, həmçinin müxtəlif təşkilatlarda toplaşan dini-siyasi ekstremistlər Azərbaycandakı siyasi sabitliyi pozmağa çalışırlar. Bu, birmənalıdır. Belə insanlar Azərbaycanda antimilli qüvvə kimi fəaliyyət göstərir, antiAzərbaycan şəbəkənin içində yer alır, vahid mərkəzdən idarə olunurlar. Onlar Azərbaycanı Suriya, Yəmən, İraq, Liviyanın gününə salmaq istəyirlər. Bu səbəbdən də hüquq-mühafizə orqanları kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan qanunları çərçivəsində çox sərt tədbirlər həyata keçirməlidirlər. Heç kimə güzəşt edilə bilməz. İmkan verməli deyilik ki, Azərbaycan fəlakət, münaqişə və müharibə meydanına çevrilsin. Bütün hallarda bu kimi aksiyaların qarşısı alınmalıdır”.

Millət vəkili radikal müxalifətin, ekstremist qüvvələrin qanunsuz hərəkətlərinin, anti Azərbaycan fəaliyyətinin qarşısının alınması ilə paralel olaraq, süni qiymət artımını həyata keçirən möhtəkirlərin də cəzalandırılmasını vacib sayıb. Deyib ki, şərəfini, ləyaqətini, vicdanını pula satan insanlar süni qiymət artımı yaratmaqla insanlar arasında narazılıq yaradır, radikal ekstremistlərin də bundan yararlanaraq aksiyalar təşkil etməsinə zəmin yaradırlar: “Belələrinin yaratmış olduğu süni bahalaşma insanlarda narazılıq doğurur, onları radikal müxalifətin siyasi məqsədləri üçün vasitəyə çevirir, aksiyalara təhrik edir. Paralel şəkildə buna rəvac verən, süni bahalaşma yaradanlarla da mübarizə aparılmalıdır ki, xaricdən Azərbaycana qarşı yönəldilən planlar həyata keçməsin. Hüquq-mühafizə orqanları bu istiqamətdə də lazımi tədbirlər görməlidirlər”.
\\kaspi.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran ABŞ-a qarşı əməliyyat keçirməyi planlayır
Bu gün, 17:52
"Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir – şirkətdən baş nazirin ittihamlarına cavab
Bu gün, 17:46
Həbs edilən müğənni aranı qatdı – Yeni qalmaqal
Bu gün, 17:37
Güney Azərbaycan “ölüm zonası”na çevriləcək – Britaniyadan SENSASİYA
Bu gün, 17:32
İranda kürdlər silahlanır: - Bu ərazidə onlara dövlət yaratmağa çalışacaqlar
Bu gün, 17:27
“SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer - BUNDAN SONRA...
Bu gün, 17:22
Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı
Bu gün, 17:20
Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil - “Regnum”
Bu gün, 17:18
Bazar üçün böyük təhdid: Əgər baş verərsə... - GƏLİŞMƏ
Bu gün, 17:09
Ermənistanda keçmiş şəhər meri saxlanılıb
Bu gün, 17:04
Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? - İNCƏLƏMƏ
Bu gün, 17:01
Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır - ŞƏRH
Bu gün, 16:57
Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib - TƏFƏRRÜAT
Bu gün, 16:53
Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA – “Yeniyetməni ailə qurmağa təhrik edib…”
Bu gün, 16:49
Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? -FOTOLAR
Bu gün, 16:42
“Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” - Məşhur sənətkar İLLƏR SONRA
Bu gün, 16:37
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub - DETALLAR
Bu gün, 16:33
Gədəbəydə baş memarın OYUNBAZLIĞI... - FOTO, VİDEO
Bu gün, 16:31
İran ilk dəfə İsrailə “Xeybər” raketləri ATDI
Bu gün, 16:23
Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? - SİYAHI
Bu gün, 16:21
Hörmüz boğazında gərginlik artır - Gəmilər istiqamətini dəyişir
Bu gün, 16:17
16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 16:15
Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? - AKTUAL
Bu gün, 16:10
Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir
Bu gün, 16:08
Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək - TƏFƏRRÜAT
Bu gün, 16:05
Sara Netanyahudan İran xalqına: - Mübarizəmiz sizinlə deyil!
Bu gün, 16:04
İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat - BUNDAN SONRA...
Bu gün, 16:01
İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu - VİDEO
Bu gün, 15:51
ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib - KİV
Bu gün, 15:48
TƏBİB artıq bu xəstələrə dərman verməyəcək - Qurumdan ŞOK ADDIM
Bu gün, 15:00
Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar - DƏHŞƏTLİ FAKTLAR
Bu gün, 14:57
Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı - “Emosiyalara qapıldım”
Bu gün, 14:52
Hörmüz boğazında ilişib qalan KAL ARMUD... - AKTUAL
Bu gün, 14:49
ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib - "Mehr"
Bu gün, 14:45
Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib - TƏFƏRRÜAT
Bu gün, 13:08
Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir
Bu gün, 12:59
Şimal-qərb küləyi gündüz arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:47
Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı - FOTO
Bu gün, 12:35
“American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Bu gün, 12:29
Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: - “7 ay arxasınca süründüm”
Bu gün, 12:28
Kilsə Paşinyanı devirəcək? - “Yaxın 2 ay ərzində...”
Bu gün, 12:22
Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... - GƏLİŞMƏ
Bu gün, 12:16
AMİP qurultaya hazırlaşır - AÇIQLAMA
Bu gün, 12:13
İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? -Yəhudi açarı, Amerika qapısı
Bu gün, 12:09
Xüsusi karantin rejiminin müddəti uzadıldı - QƏRAR
Bu gün, 12:03
Ermənistan XİN başçısı Çinə səfər edəcək
Bu gün, 12:00
İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı - BAŞLARI QAÇIB...
Bu gün, 11:55
İndi qəzet oxuyan var? - Tanınmışlar CAVAB VERDİLƏR
Bu gün, 11:53
İstanbulda qəbul edilən qətnamə İrəvanda təşviş yaradıb - Ölkə “türk tələsi”nə salınıb
Bu gün, 11:49
“Bakı Mexanizasiya Tikinti” ASC-nin əmlakı səhmdarlar arasında bölünəcək
Bu gün, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru