“Heç bir düşmənçilikdən söz gedə bilməz” .....                     TƏBİB-in daha bir milyonluq tenderi ləğv olundu .....                     Sabiq partiya sədrinin oğlu vəfat etdi .....                     İcra başçısının müavini korrupsiyaya görə işdən çıxarılıb? .....                     İran ABŞ-a qarşı əməliyyat keçirməyi planlayır .....                     "Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir .....                     Həbs edilən müğənni aranı qatdı .....                     Güney Azərbaycan “ölüm zonası”na çevriləcək .....                     İranda kürdlər silahlanır: .....                     “SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer .....                     Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı .....                     Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil .....                     Bazar üçün böyük təhdid: Əgər baş verərsə... .....                     Ermənistanda keçmiş şəhər meri saxlanılıb .....                     Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? .....                     Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır .....                     Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib .....                     Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA .....                     Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     “Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” .....                     Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub .....                     Gədəbəydə baş memarın OYUNBAZLIĞI... .....                     İran ilk dəfə İsrailə “Xeybər” raketləri .....                     Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? .....                     Hörmüz boğazında gərginlik artır .....                     16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? .....                     Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? .....                     Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir .....                     Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək .....                     Sara Netanyahudan İran xalqına: .....                     İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat .....                     İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu .....                     ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib .....                     TƏBİB artıq bu xəstələrə dərman verməyəcək .....                     Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar .....                     Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı .....                     Hörmüz boğazında ilişib qalan KAL ARMUD... .....                     ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib .....                     Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib .....                     Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir .....                 

“Prezident ən azı üç mühüm istiqamətdə böyük bir cəbhə açıb...” - deputat
Tarix: 5-01-2016, 08:51 | Çap et
“Prezident ən azı üç mühüm istiqamətdə böyük bir cəbhə açıb...”
Ötən həftə prezident İlham Əliyev Bakının Xəzər rayonunun sakinləri qarşısında etdiyi çıxışda və Yeni il münasibətilə xalqa təbrikində islahatlarla bağlı qısa, ancaq kifayət qədər mühüm mesaj verdi. Prezident bildirdi ki, 2016-cı il idarəetmə sahəsində islahatlar “yeni formatda” davam etdiriləcək, vergi, gömrük orqanlarının, icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflıq təmin olunacaq.

Bir çox ekspertlər prezidentin əslində yeni hökumət quracağının anonsunu verdiyini düşünürlər.

Bu mövzuda “Yeni Müsavat”a danışan deputat Zahid Oruc olduqca maraqlı açıqlamalar verdi. Z.Oruca görə, ölkə başçısının çıxışındakı həmin tezislər 2016-cı il üçün böyük siyasi, iqtisadi dəyişikliklərin anonsu kimi də qəbul oluna bilər: “Birinci növbədə nəzərə almalıyıq ki, ümumiyyətlə, dünyada ənənəvi iqtisadi sikllər, inkişaf modelləri dəyişir. Bir çoxları bunu yeni iqtisadi era kimi xarakterizə edirlər. Buna adekvat olaraq dünyada geopolitik sistemlərin də dəyişməsi qabardılır.

Bu, təkcə Yaxın Şərq regionu ilə bağlı deyil. Postsovet məkanında da belə sürətli dəyişmələrin şahidiyik. Avtomatik olaraq istənilən hökumətlər əvvəlki kursla davam edə bilmirlər. Bu, təkcə neft amilinin əvvəlkindən fərqli olaraq güclü bir səviyyədə qalmaması ilə bağlı deyil. Əlbəttə, neftin rolu kifayət qədər böyükdür. Lakin bununla bərabər etiraf etmək lazımdır ki, hər bir xalqın inkişaf xüsusiyyətləri var və qarşıya qoyulmuş vəzifələrə nail olmaq üçün mühüm dəyişikliklər həyata keçirilməlidir. Bu baxımdan ölkə başçısı əslində belə düşünür ki, əvvəlki illərdə atılmış çox sərt addımlar, qərarlar öz nəticəsini daha böyük miqyasda verməli idi. Fakt bundan ibarətdir ki, xırda və orta sahibkarlığın bugünkü iqtisadi təsirlərə daha yaxşı cavab verə biləcəyi məsələsi üzə çıxıb. Çünki iri kampaniyalar məlum beynəlxalq konyuktura fonunda duruş gətirə bilmir. Biz bunu sadə dilə çevirsək, SOCAR brendi altında hərəkət etmək, həm xaricdə böyük vəsaitlər qoymaq, eyni zamanda daxildə əsas maliyyələşməni yalnız SOCAR üzərində aparmaq siyasəti öz yerini yeni sahələrə verməlidir”.

Z.Oruc hesab etdi ki, bahalı neft erası bitib: “Onun yerinə həmin o böyük pullara, milyardlara qərar verən hökumətdənsə, yeni sahələrin gücünü qəbul edən, yeni çağırışları öz fəaliyyətində güclü bir şəkildə nəzərə almağı bacaran məmur sistemlərinə ciddi ehtiyac var. Yəni texnologiyalar, qabaqcıl mütərəqqi modellər, hətta aqrar sferada müasir təcrübi sistemləri tətbiq eləməyə çox ciddi ehtiyac var. Sahibkarlıq üzərində müxtəlif tələblər, haqq qoymalar bu gün də var və bütün yerli icra orqanları öz hakimiyyətlərini onların üstündə qurublar. Sahibkarlığı nəfəs almağa qoymayanlardan biri də həmin qüvvələrdir. Üçüncüsü, inhisarçılığın ləğvi önəmli bir məsələ kimi meydana çıxıb. Bu amil və prezidentin məlum çıxışı avtomatik hökumətin özünün içərisində biznesi himayə edən dairələrin öz vəzifələri ilə vidalaşması üçün siqnallar verir. Yəni ya biznesi tutmalısan, ya da idarəetmədə çalışmalısan. Demokratiyanın təriflərindən biri də budur ki, idarə edənlər biznesdə olmamalıdır.

Dördüncü əsas önəmli məsələ idxal və ixrac əməliyyatında liberallaşmaya nail olmaqdır. Yəni əslində manatın neft çəlləyindən azad olmağını istəyiriksə və bunu maliyyə-bank termini ilə tənzimlənən üzən məzənnə adlandırmaq istəyiriksə, obrazlı qaydada deməliyik ki, manat Xəzər dənizindən çıxıb ölkə ərazisində üzməyi də bacarmalıdır. Bunun üçün də iqtisadiyyatın ətrafına çəkilmiş buxovlar, divarlar aradan qalxmalıdır. Əks halda, devalvasiyalar qaçılmaz olacaq və beləliklə də bu, hökumətlərin də fəaliyyətinə çox ciddi mənfi təsir göstərəcək. Çünki Azərbaycan insanının bu gün ən etimadlı yanaşdığı lider və qüvvə yeganə olaraq prezidentdir. Hər kəs də qərarları məhz ondan gözləyir. Heç bir başqa siyasi qüvvə, şəxs, partiya, hətta hökumətin içindəki şəxslər, o cümlədən parlament təmsilçiləri də belə bir nüfuzun beş-on faizi civarında deyillər. Ona görə də xalq etimadı ölkə rəhbərinə imkan verəcək ki, hökumətdə dəyişikliklərlə paralel, idarəetmə sistemini optimallaşdırmaqla şişmiş aparatlar, böyük kadr korpusları, dövlət hesabına saxlanan maşınlar, texniki xərclər və sairdən azad olunsun. Bir çox qurumlardan tamamilə azad olunmaq mümkündür. Adi departament, şöbə səviyyəsində olacaq təsisatları gətirib biz komitələrə, agentliklərə, hətta nazirliklərə çevirmişik".

Deputatın sözlərinə görə, dövlət rəhbəri həm də öz komandasını sınağa çəkib: “Bu fikri açıq söyləmək lazımdır ki, indi qabaqcıl texnoloqlar, neftdən kənar düşünməyi bacaranlar, ağıllarında, şüurlarında, sadəcə, asan pullara qərar verməyənlər, daşımalar sistemi, ölkənin coğrafiyasının üstünlüyündən faydalanmağı bacaranlar və sair kimi əsas menecerlər hazırkı dövrdə daha önəmlidir. Bu mənada icra orqanlarında da geniş dəyişikliklərin olacağını ehtimal edirik. Ən başlıca məsələ ondan ibarətdir ki, iqtisadiyyatın liberallaşması getməlidir ki, Azərbaycan insanı hər gün yuxusundan oyanıb London və ya Nyu-York birjalarında katirofkaları izləmək məcburiyyətindən azad olsun.

Manatın kursu həmişə ölkədə siyasi sabitlik, təhlükəsizlik kursu kimi olub. Manatın kursu sadə insanları dövlət ətrafında birləşdirə bilib. Neft bumu sönürsə, əsl hökumətlərin vəziyyəti üzə çıxır, əsl peşəkarlar ortaya gəlir. Ona görə də cənab prezidentin çıxışındakı həmin tezisləri 2016-cı il üçün böyük siyasi, iqtisadi dəyişikliklərin anonsu kimi də qəbul eləyə bilərik. Bu mənada əminəm ki, hökumət çox mühüm qərarlar qarşısındadır. Cənab prezident də bu prosesləri aparmağa iradəlidir. Lakin etiraf eləmək lazımdır ki, bu, o qədər asan məsələ deyil. Yəni cənab prezident ən azı üç mühüm istiqamətdə böyük bir cəbhə açıb. Bir tərəfdən Qarabağ məsələsində dünya erməniçiliyi ilə savaş vəziyyətindədir. İkincisi, siyasi sistemdə dəyişikliklər həyata keçirmək yönündədir. Üçüncüsü, iqtisadi sferada böyük dəyişikliklər ərəfəsindədir”.

Z.Oruc sonda vurğuladı ki, bu prosesin kifayət qədər ehtiyatlı aparılması gərəkdir ki, hökumət müxtəlif siyasi toqquşmalardan kənarda dayana bilsin.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Heç bir düşmənçilikdən söz gedə bilməz” - Xalq artistlərindən Cavidana CAVAB
Bu gün, 18:15
TƏBİB-in daha bir milyonluq tenderi ləğv olundu
Bu gün, 18:12
Sabiq partiya sədrinin oğlu vəfat etdi - FOTO
Bu gün, 18:00
İcra başçısının müavini korrupsiyaya görə işdən çıxarılıb? - FOTO
Bu gün, 17:55
İran ABŞ-a qarşı əməliyyat keçirməyi planlayır
Bu gün, 17:52
"Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir – şirkətdən baş nazirin ittihamlarına cavab
Bu gün, 17:46
Həbs edilən müğənni aranı qatdı – Yeni qalmaqal
Bu gün, 17:37
Güney Azərbaycan “ölüm zonası”na çevriləcək – Britaniyadan SENSASİYA
Bu gün, 17:32
İranda kürdlər silahlanır: - Bu ərazidə onlara dövlət yaratmağa çalışacaqlar
Bu gün, 17:27
“SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer - BUNDAN SONRA...
Bu gün, 17:22
Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı
Bu gün, 17:20
Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil - “Regnum”
Bu gün, 17:18
Bazar üçün böyük təhdid: Əgər baş verərsə... - GƏLİŞMƏ
Bu gün, 17:09
Ermənistanda keçmiş şəhər meri saxlanılıb
Bu gün, 17:04
Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? - İNCƏLƏMƏ
Bu gün, 17:01
Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır - ŞƏRH
Bu gün, 16:57
Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib - TƏFƏRRÜAT
Bu gün, 16:53
Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA – “Yeniyetməni ailə qurmağa təhrik edib…”
Bu gün, 16:49
Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? -FOTOLAR
Bu gün, 16:42
“Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” - Məşhur sənətkar İLLƏR SONRA
Bu gün, 16:37
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub - DETALLAR
Bu gün, 16:33
Gədəbəydə baş memarın OYUNBAZLIĞI... - FOTO, VİDEO
Bu gün, 16:31
İran ilk dəfə İsrailə “Xeybər” raketləri ATDI
Bu gün, 16:23
Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? - SİYAHI
Bu gün, 16:21
Hörmüz boğazında gərginlik artır - Gəmilər istiqamətini dəyişir
Bu gün, 16:17
16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 16:15
Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? - AKTUAL
Bu gün, 16:10
Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir
Bu gün, 16:08
Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək - TƏFƏRRÜAT
Bu gün, 16:05
Sara Netanyahudan İran xalqına: - Mübarizəmiz sizinlə deyil!
Bu gün, 16:04
İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat - BUNDAN SONRA...
Bu gün, 16:01
İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu - VİDEO
Bu gün, 15:51
ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib - KİV
Bu gün, 15:48
TƏBİB artıq bu xəstələrə dərman verməyəcək - Qurumdan ŞOK ADDIM
Bu gün, 15:00
Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar - DƏHŞƏTLİ FAKTLAR
Bu gün, 14:57
Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı - “Emosiyalara qapıldım”
Bu gün, 14:52
Hörmüz boğazında ilişib qalan KAL ARMUD... - AKTUAL
Bu gün, 14:49
ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib - "Mehr"
Bu gün, 14:45
Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib - TƏFƏRRÜAT
Bu gün, 13:08
Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir
Bu gün, 12:59
Şimal-qərb küləyi gündüz arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:47
Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı - FOTO
Bu gün, 12:35
“American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Bu gün, 12:29
Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: - “7 ay arxasınca süründüm”
Bu gün, 12:28
Kilsə Paşinyanı devirəcək? - “Yaxın 2 ay ərzində...”
Bu gün, 12:22
Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... - GƏLİŞMƏ
Bu gün, 12:16
AMİP qurultaya hazırlaşır - AÇIQLAMA
Bu gün, 12:13
İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? -Yəhudi açarı, Amerika qapısı
Bu gün, 12:09
Xüsusi karantin rejiminin müddəti uzadıldı - QƏRAR
Bu gün, 12:03
Ermənistan XİN başçısı Çinə səfər edəcək
Bu gün, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru