Şimal-qərb küləyi gündüz arabir güclənəcək .....                     Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı .....                     “American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib .....                     Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: .....                     Kilsə Paşinyanı devirəcək? .....                     Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... .....                     AMİP qurultaya hazırlaşır .....                     İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? .....                     Xüsusi karantin rejiminin müddəti uzadıldı .....                     Ermənistan XİN başçısı Çinə səfər edəcək .....                     İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı .....                     İndi qəzet oxuyan var? .....                     İstanbulda qəbul edilən qətnamə İrəvanda təşviş yaradıb .....                     “Bakı Mexanizasiya Tikinti” ASC-nin əmlakı səhmdarlar arasında bölünəcək .....                     "İnsanlara həmişə şans vermək lazımdır ki, .....                     “CFİ Financial İnvestisiya Şirkəti”nin rəhərliyində təyinatlar olub .....                     Qarabağ Qazisi 6 illik məzuniyyət pulunu ALA BİLMİR... .....                     Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma .....                     Polis rəisinə rüşvət verən azərbaycanlı narkotacir .....                     Dolların hökmranlığı bitir: Pekin dağıtmır, alternativ qurur .....                     “OFİS-A.M.” MMC dövlət satınalmalarında rekord qırır .....                     Sevgilisinin maşınını icazəsiz götürdü .....                     İranda Ukrayna kəşfiyyatının əməkdaşları diversiyaya hazırlıq ittihamı ilə saxlanılıb .....                     “Pensiyaların və müavinətlərin artırılması mütəmadi olaraq baş verəcək” .....                     QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib .....                     Fəda Abbasovla monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı .....                     Daha bir tiktoker ev dustaqlığına buraxılıb .....                     2 trilyon dollara başa gəlmiş antimilli bir layihə havaya sovrulub .....                     Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur .....                     Binəqədi rayonunda icarəyə götürülən obyektdə qanunsuz tikinti aparılır .....                     Gündəmi silkələyən olay: 16 yaşlı qızı qaçıran axund… .....                     Xameneiyə qarşı gizli komitə quruldu .....                     Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini İŞLƏYİR .....                     Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir? .....                     Binəqədidəki ailəvi restoran ətrafdakı AİLƏLƏRİ NARAHAT EDİR .....                     AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir .....                     İran Silahlı Qüvvələrinin rəhbəri ABŞ-ni cavab zərbələri ilə hədələyib .....                     Uranın zənginləşdirilməsini davam etdirəcəyik .....                     İsrail səfiri Elçibəyə hansı sirri açıb? .....                     Nigar onu polislə hədələdi .....                 

“Seçiciyə vədlər verib, onları yerinə yetirməmək zamanı geridə qalıb” - deputat
Tarix: 5-12-2015, 11:06 | Çap et
“Seçiciyə vədlər verib, onları yerinə yetirməmək zamanı geridə qalıb”
V çağırış Milli Məclis artıq öz işinə başlayıb. Bu günə qədər parlamentin və komitələrin iclasları keçirilib, qanunverici orqanın və komitələrin sədrləri, həmçinin onların müavinləri seçilib, bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi təşəbbüsləri irəli sürülüb. Parlamentin yeni tərkibində iştirak edən millət vəkillərindən biri də 17 saylı Yasamal III Seçki Dairəsindən deputat seçilmiş Elşad Həsənovdur. Onunla görüşüb söhbətləşdik, seçki mübarizəsi, qalibiyyət sevinci, gələcək planları barədə “Kaspi” qəzeti üçün müsahibə aldıq.

- Elşad müəllim, Siz ilk dəfədir ki, millət vəkili seçilmisiniz və artıq parlamentin iki iclasında iştirakçı olmusunuz. Deputat kimi hansı hissləri keçirirsiniz?
- Müstəqil dövlətimizin ali qanunverici orqanının üzvü olmaq şübhəsiz ki, insanda ilk olaraq qürur hissi yaradır. Hansı vəzifədə, hansı səlahiyyətdə olmasına baxmayaraq, hər bir Azərbaycan vətəndaşının yeganə məqsədi müstəqilliyimizin daha da möhkəmləndirilməsi, dövlətimizin gücünün artırılmasıdır. Bu baxımdan millət vəkili seçilməklə qürur hissi keçirdim ki, ali qanunverici orqanda deputat statusu ilə Azərbaycana xidmət edəcəm. Fikrimcə, indiyə qədər bu istiqamətdə göstərdiyim fəaliyyətimin genişləndirilməsi üçün yeni imkanlar yaranıb.

- Təxminən iki-üç ay bundan əvvələ qayıtsaq, o zaman bu yola çıxarkən, yəni millət vəkilliyinə namizədliyinizi irəli sürərkən qalib gələcəyinizə əmin idinizmi?
- Seçki kimi önəmli prosesə qoşulursansa, bütün imkanlarını götür-qoy etməlisən. Təbii ki, imkanlara nəzər salanda qalib olmaq şansın da özünə, sənə dəstək verən insanlara aydın olur. Mən bundan öncə 2 dəfə parlamentə keçirilən seçkilərin iştirakçısı olmuşam. Seçki marafonuna hər dəfə qoşulmağım qalib gələcəyimə inam hissi ilə bağlı olub. Bu dəfə isə artıq əminlik yaranmışdı. Çünki həm əvvəlki seçkilərdən böyük təcrübə qazanmışdıq, həm də ötən illərdə 17 saylı Yasamal III Seçki Dairəsində fasiləsiz iş aparmışdıq. Mənim bu ərazi ilə bağlılığım ancaq seçki dövrlərinə təsadüf etməyib. Ona görə də qələbəmizə mənə səs verən seçicilərim də əmin idi.

- 17 saylı Yasamal III Seçki Dairəsindən Sizinlə bərabər daha bir neçə nəfər deputatlığa namizədliyini irəli sürmüşdü. Onları üstələmək, seçicilərinizin səsini toplamaq üçün həmin vaxt təbliğat-təşviqatınızı necə qururdunuz?
- Qeyd etdiyim kimi, bu seçki dairəsi ilə təmaslarım ancaq seçkiqabağı təşviqat dövrü ilə məhdudlaşmayıb. Prosesə qoşularkən təşviqatla məşğul olan komandamız bəlli bir elektoratın artıq bir neçə ildir formalaşdığını müşahidə etdi. Amma bu reallıq bizi arxayınlaşdırmadı. Biz təbliğat dövründə qapı-qapı gəzərək minlərlə seçici ilə görüşdük, ərazidə kütləvi görüşlər keçirdik. Təbliğat-təşviqat kampaniyasını əsas etibarı ilə ərazidə qurduq. Nəyə görə ərazi məsələsini xüsusi qeyd edirəm? Çünki bəzi namizədlər elə bilirdilər ki, təbliğat ancaq sosial şəbəkələrdə və yaxud mediada olur. Düzdür, biz də sosial şəbəkələrdən, media resurslarından faydalandıq. Amma əsas işimiz dairənin hüdudlarında aparıldı.

- Seçki dövründə Sizinlə eyni dairədən namizədliyini irəli sürənlər arasında özünüzə əsas güclü rəqib kimi daha çox kimi görürdünüz?
- Rəqibin güclü və yaxud zəif kateqoriyalarına ayrılmasının tərəfdarı deyiləm. Əgər mübarizəyə qoşulmuşsansa, istənilən rəqibini tam ciddi qəbul etməlisən. Bizim uğurumuzun bir səbəbi də budur: rəqibləri hesaba almaq və sağlam mübarizə aparmaq.

- Qeyd etdiniz ki, seçicilərlə görüşlər keçirmişsiniz. Çox maraqlıdır seçiciləriniz qarşısında çıxış edərkən, onlara hansı vədlər verirdiniz, hansı problemlərin həllinə nail olacağınızı söyləyirdiniz? Ümumiyyətlə, həmin vaxt, elə bu gün də seçiciləriniz hansı məsələləri qaldırır, nədən şikayət edirlər sizə?
- Mən görüşlərimdə seçicilərə vəd verməyəcəyimi dedim. Artıq seçiciyə vədlər verib, sonra onları yerinə yetirməmək zamanı geridə qalıb. Mən seçicilərimlə bir yerdə olacağımı, problemləri birgə aradan qaldırmağa çalışacağımı açıqlamışdım. Onların qaldırdıqları əsas məsələlər isə Yasamal ərazisindəki problemlər idi. Bilirsiniz ki, rayonda indi bütün diqqət “Sovetski” adlanan ərazidə aparılan yenidənqurma işlərinin üzərindədir. O zaman da, elə indi də müraciətlərin bir qismi bu məsələ ilə bağlıdır. Hər bir müraciəti diqqətlə dinləyir, dövlətimizin yaratdığı imkanlar çərçivəsində həlli üçün köməklik göstərməyə çalışıram. Ümumilikdə vətəndaşlar bütün fəaliyyətimizlə cənab prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək olmağa çağırırlar. Bu fikirlər indi də daxil olan müraciətlərdə əksini tapır.

- Bəs, bütövlükdə seçki prosesini necə qiymətləndirirsiniz?
- Seçki prosesi ədalətli, şəffaf və qanunların tələb etdiyi şəraitdə keçdi. Daha güclü olan, seçicidə inam yarada bilən namizədlər qələbə qazandı. Seçicilərin iradəsinin əksi üçün bütün şərait yaradılmışdı.

- Gələcək 5 il üçün planlarınız nədən ibarətdir?
- 5 il ərzində fəaliyyətimlə mənə etimad göstərən insanların inamını doğrultmağa çalışacağam. Onların öz seçimlərində yanılmadıqlarını təsdiqləməyi bacaracağıma inanıram. Şübhəsiz ki, millət vəkilinin əsas vəzifəsi qanunvericiliyin təkmilləşdirilməsi işinə öz töhfəsini verməkdir. Bir hüquqşünas kimi bu istiqamətdə dövlətimiz və xalqımız üçün faydalı olacağıma əminəm.

- Bəzi qərb dairələri, eləcə də Azərbaycandakı radikal müxalifət seçkinin nəticələrinə kölgə salmağa cəhd edir, bu məqsədlə müxtəlif bəyanatlar verirdilər. Seçkinin sona çatmasından bir aydan artıq vaxt keçməsinə rəğmən, sözügedən dairələr köhnə fikirlərini ara-sıra təkrarlamaqdan əl çəkmirlər. Sizin buna münasibətiniz necədir?
- Seçkilər Azərbaycan xalqının iradəsini tam ifadə edib. Bunu biz yox, prosesi izləyən on minlərlə beynəlxalq və yerli müşahidəçi deyir. Onların yekun fikri budur ki, seçkilər ən yüksək beynəlxalq standartlara cavab verir, Azərbaycan xalqı bu seçkilərdə öz iradəsini azad şəkildə ifadə edib. Təəssüf ki, Azərbaycanın demokratiya yolunda atdığı hər bir uğurlu addımı bəzi dairələrdə əks reaksiya doğurur. Həmin dairələr dövlətimizin nailiyyətlərinə sevinə bilmirlər, çünki güclü Azərbaycan onların maraqlarına uyğun gəlmir. Azərbaycan demokratiyaya sadiqdir və atılan hər bir addım, hər bir seçki prosesi bunu növbəti dəfə təsdiqləyir. Ona görə də bəzi xarici dairələrin Azərbaycan əleyhinə bu istiqamətdə qarayaxma kampaniyası aparmasının heç bir əhəmiyyəti yoxdur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şimal-qərb küləyi gündüz arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:47
Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı - FOTO
Bu gün, 12:35
“American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Bu gün, 12:29
Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: - “7 ay arxasınca süründüm”
Bu gün, 12:28
Kilsə Paşinyanı devirəcək? - “Yaxın 2 ay ərzində...”
Bu gün, 12:22
Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... - GƏLİŞMƏ
Bu gün, 12:16
AMİP qurultaya hazırlaşır - AÇIQLAMA
Bu gün, 12:13
İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? -Yəhudi açarı, Amerika qapısı
Bu gün, 12:09
Xüsusi karantin rejiminin müddəti uzadıldı - QƏRAR
Bu gün, 12:03
Ermənistan XİN başçısı Çinə səfər edəcək
Bu gün, 12:00
İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı - BAŞLARI QAÇIB...
Bu gün, 11:55
İndi qəzet oxuyan var? - Tanınmışlar CAVAB VERDİLƏR
Bu gün, 11:53
İstanbulda qəbul edilən qətnamə İrəvanda təşviş yaradıb - Ölkə “türk tələsi”nə salınıb
Bu gün, 11:49
“Bakı Mexanizasiya Tikinti” ASC-nin əmlakı səhmdarlar arasında bölünəcək
Bu gün, 11:44
"İnsanlara həmişə şans vermək lazımdır ki, özlərini sona qədər alçalda bilsinlər"
Bu gün, 11:42
“CFİ Financial İnvestisiya Şirkəti”nin rəhərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 11:37
Qarabağ Qazisi 6 illik məzuniyyət pulunu ALA BİLMİR... - AXI NİYƏ?
Bu gün, 11:30
Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma - BU NƏDİ BELƏ?
Bu gün, 11:25
Polis rəisinə rüşvət verən azərbaycanlı narkotacir HƏBS OLUNDU
Bu gün, 11:21
Dolların hökmranlığı bitir: Pekin dağıtmır, alternativ qurur - İNCƏLƏMƏ
Bu gün, 11:12
“OFİS-A.M.” MMC dövlət satınalmalarında rekord qırır - İcazə verin, şübhələnək...
Bu gün, 11:01
Sevgilisinin maşınını icazəsiz götürdü - Məhkəməlik oldular
Bu gün, 11:00
İranda Ukrayna kəşfiyyatının əməkdaşları diversiyaya hazırlıq ittihamı ilə saxlanılıb - KİV
Bu gün, 10:55
“Pensiyaların və müavinətlərin artırılması mütəmadi olaraq baş verəcək” - deputat
Bu gün, 10:45
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib - DETALLAR
Bu gün, 10:41
Fəda Abbasovla monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı - İLGİNC FAKTLAR
Bu gün, 10:33
Daha bir tiktoker ev dustaqlığına buraxılıb
Bu gün, 10:29
2 trilyon dollara başa gəlmiş antimilli bir layihə havaya sovrulub - MƏRYƏM RƏCƏVİ
Bu gün, 10:27
Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur - İTTİHAM VAR...
Bu gün, 10:25
Binəqədi rayonunda icarəyə götürülən obyektdə qanunsuz tikinti aparılır - ÖZBAŞINALIQ
Bu gün, 10:23
Gündəmi silkələyən olay: 16 yaşlı qızı qaçıran axund… – Hüquqşünas açıqlayır
Bu gün, 10:20
Xameneiyə qarşı gizli komitə quruldu - “Ruhanini hakimiyyətə gətirmək istəyirlər”
Bu gün, 10:18
Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini İŞLƏYİR - TƏFƏRRÜAT
Bu gün, 10:15
Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir? - AKTUAL
Bu gün, 10:13
Binəqədidəki ailəvi restoran ətrafdakı AİLƏLƏRİ NARAHAT EDİR - GİLEY
Bu gün, 10:10
AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Bu gün, 10:04
İran Silahlı Qüvvələrinin rəhbəri ABŞ-ni cavab zərbələri ilə hədələyib - “The Times of Israel”
Bu gün, 09:59
Uranın zənginləşdirilməsini davam etdirəcəyik - İran XİN
Bu gün, 09:58
İsrail səfiri Elçibəyə hansı sirri açıb? – Azərbaycanla bağlı sensasion plan olub
Bu gün, 09:34
Nigar onu polislə hədələdi - Fotolar
Bu gün, 09:31
ABŞ ordusu İranın nüvə obyektini sıradan çıxarıb - FOTO
Bu gün, 09:20
Azərbaycanda 5 şirkət yenidən təşkil edilərək QSC-dən MMC-yə çevrilir - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:16
İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb - TƏFƏRRÜAT
Bu gün, 09:10
Dollarla bağlı kritik durum: vəziyyət dəyişir – Tarix verildi
Bu gün, 09:03
SOCAR rəhbərliyi bu QOVHAQOVA `DUR` deməsə... - Bəhanə axtarırlar ki...
Bu gün, 08:57
Gəmidə çalışanlar üçün VACİB BİLGİ - Ekspert danışır...
Bu gün, 08:44
Naxçıvan banklarında ARTIM İDDİASI... - rəqəmləri şişirdirlər, ya da...
Bu gün, 08:40
ABB-dən vətəndaşa qarşı açıq DƏLƏDUZLUQ - BU NƏDİ BELƏ?
Bu gün, 08:20
Tramp zərbədən öncə hər kəsi belə aldadıb... - KİV
Bu gün, 07:23
ABŞ Prezidenti İranda hakimiyyət dəyişikliyinin mümkünlüyünü istisna etməyib - "Truth Social"
Bu gün, 07:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru