Xameneiyə qarşı gizli komitə quruldu .....                     Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini İŞLƏYİR .....                     Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir? .....                     Binəqədidəki ailəvi restoran ətrafdakı AİLƏLƏRİ NARAHAT EDİR .....                     AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir .....                     İran Silahlı Qüvvələrinin rəhbəri ABŞ-ni cavab zərbələri ilə hədələyib .....                     Uranın zənginləşdirilməsini davam etdirəcəyik .....                     İsrail səfiri Elçibəyə hansı sirri açıb? .....                     Nigar onu polislə hədələdi .....                     ABŞ ordusu İranın nüvə obyektini sıradan çıxarıb .....                     Azərbaycanda 5 şirkət yenidən təşkil edilərək QSC-dən MMC-yə çevrilir .....                     İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb .....                     Dollarla bağlı kritik durum: vəziyyət dəyişir .....                     SOCAR rəhbərliyi bu QOVHAQOVA `DUR` deməsə... .....                     Gəmidə çalışanlar üçün VACİB BİLGİ .....                     Naxçıvan banklarında ARTIM İDDİASI... .....                     ABB-dən vətəndaşa qarşı açıq DƏLƏDUZLUQ .....                     Tramp zərbədən öncə hər kəsi belə aldadıb... .....                     ABŞ Prezidenti İranda hakimiyyət dəyişikliyinin mümkünlüyünü istisna etməyib .....                     Gömrükdə daha bir HƏBS TƏDARÜKÜ .....                     "Azəriqaz"da saxta imtahan, yoxsa... .....                     1 saylı Dəri-Zöhrəvi Dispanserdə SAXTA ƏLİLLİK... .....                     “N1” çörəyini yedi: ÖLÜMDƏN QAYITDI... .....                     Sevinc Orucovanın “Son zəng” üçün pul yılğması təsdiqləndi .....                     Əhalinin NƏZƏRİNƏ: binalarda belə yerlər qurulmalıdır, əks halda… .....                     Qolf klubda verilən razılıq, Əraqçiyə göndərilən məktub .....                     "İmtahanda olmaya-olmaya yazıblar ki..." .....                     "Sertifikasiyadan 50 faiz nəticə toplaya bilməyən müəllimlər... .....                     NATO-nun Haaqa sammiti və Kiyev üçün gözləntilər .....                     Uşaqlar niyə 12 qram ətlə böyüməlidir? .....                     "Məsləhət gördülər ki, boşan, soyadına asan qayıdacaqsan" .....                     İran malları bahalaşdı .....                     İranın xarici işlər naziri Moskvaya səfər edib .....                     İranda “Mossad”la əlaqəli casus saxlanıldı .....                     Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb .....                     "Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" .....                     ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi .....                     ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub .....                     İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib .....                     Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır .....                 

"Niyə o ağsaqqallar şurası əvvəldən Taleh Bağırzadəni qəsəbədən uzaqlaşdırmırdılar?" - deputat
Tarix: 4-12-2015, 09:26 | Çap et
"Niyə o ağsaqqallar şurası əvvəldən Taleh Bağırzadəni qəsəbədən uzaqlaşdırmırdılar?"
Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirildikdən sonra ayrı-ayrı destruktiv elementlər həmin yaşayış məntəqəsində icazəsiz toplantı keçirməyə, sakinləri konstitusion quruluşa qarşı çıxmağa, hakimiyyət nümayəndələrinə zor tətbiq olunmasına, kütləvi itaətsizliyə çağırışlar ediblər. Hətta onlar yolları bağlayaraq, barrikadalar quraraq, dayandıqları ərazilərə silah qismində əşyalar toplayıb, hakimiyyət nümayəndələrinə, polisə müqavimət göstərməyə hazırlaşıblar. Lakin hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində bu cür qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınıb. Beləliklə də Nardaran qəsəbəsində ictimai asayiş tam təmin olunub. Sözügedən hadisələrlə bağlı “Kaspi”nin suallarını Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli cavablandırır.

- Tahir müəllim, noyabr ayının əvvəlində, eləcə də ötən həftə Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verən hadisələrə, hüquq-mühafizə orqanları tərəfindən orada həyata keçirilən əməliyyatlara münasibətiniz necədir?

- Bu hadisələr barədə fikrimi ifadə etməzdən öncə, “Müsəlman Birliyi Hərəkatı” adlandırılan dini təşkilatın Nardaranı özünə mərkəz kimi seçməsindən narahatlığımı bildirmək istəyirəm. İsmayıllının hansısa kəndindən olan, Nardaranla hər hansı bağlılığı olmayan Taleh Bağırzadənin, eləcə də onun Masallı rayonundan olan silahdaşlarının Bakı kəndini özlərinə məkan seçmələri əvvəlcədən şübhə doğurmalı idi. Bilirsiniz ki, Bakı kəndlərinin İslam dini etiqadlı əhalisi, saf, səmimi mömin kimi dinimizin bütün adət-ənənələrinə, qayda-qanunlarına riayət edirlər. Belə olan halda Taleh Bağırzadə və tərəfdarlarının həmin insanların dini inancından öz məqsədləri naminə sui-istifadə etməsi qəti yolverilməzdir. Baxın, görün onların Nardaranda yerləşməsi, oradakı İslam etiqadlı səmimi insanları təsir altına salmaları nə ilə nəticələndi? Hüquq-mühafizə orqanları əməliyyat keçirərkən həmin təsir altında olanlar hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərdilər, 2 polisimiz şəhid oldu, 5 kənd sakini də öldü. Bu nəticə heç kimə lazım deyildi. Nə dövlətə, nə də nardaranlılara. Heç bir dövlət öz vətəndaşına qarşı zor tətbiq etməkdə maraqlı deyil. O zamana qədər ki, həmin vətəndaş qanunun tələblərinə riayət etməkdən boyun qaçırır, polisə silah çəkir, ictimai asayişi pozur və sair. Nardaranlılar da vəziyyətin belə olmasını istəmirdilər. Çünki qəsəbə sakinlərindən bir neçə nəfər mənimlə də söhbət edib oradakı vəziyyəti müzakirə etmişdi. Onlarla söhbətdən də görürdüm ki, nardaranlılar radikal dini ekstremistləri dəstəkləmirlər. Sadəcə, Taleh Bağırzadənin ətrafında toplaşan bir qrup var idi ki, Nardarandakı insanlara psixoloji, mənəvi təzyiq göstərirdilər. Məhz buna görə də hüquq-mühafizə orqanları Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirmək məcburiyyətində qaldı. Bu əməliyyatdan sonra bizə bəlli oldu ki, bəzi nardaranlılarda sözün əsl mənasında cəbbəxana varmış. Avtomat və tapança silahlar, qumbaralar, soyuq silahlar və sair. Adını dindar qoyan bu şəxslərdə bu cür silah-sursatın olması onu deməyə əsas verir ki, onlar həqiqi dindar deyil, cinayətkardırlar. Onların nə etmək istəmələrini bir kənara qoysaq, silah-sursat saxlamağın özü də bir cinayət əməlidir. İstənilən dövlətdə olduğu kimi Azərbaycanda da Konstitusiyanın, eləcə də digər qanunların ölkə ərazisində hər kəs tərəfindən qəbulu, ona riayət olunması vacib şərtdir. Düşünürəm ki, dövlət bu qanunların Nardaran qəsəbəsində də təmin edilməsi istiqamətində düzgün addım atdı. Eyni zamanda Azərbaycanı gələcəkdə gözləyə biləcək böyük bir təhlükənin qarşısı alındı. Azərbaycanın dövlət suverenliyi bütün ərazilərimizdə olduğu kimi Nardaranda da təmin olunmalı idi və oldu. Heç kimə haqq və səlahiyyət verilməyib ki, Azərbaycanda yaşaya-yaşaya bu ölkənin qanunlarına qarşı çıxsın.

- Ötən həftə keçirilən əməliyyatdan sonra Nardaranda bəzi şəxslər qəsəbəyə giriş-çıxışda barrikadalar qurdular, polisə müqavimət göstərmək üçün armatur və dəyənəklərlə silahlandılar. Polisin - hakimiyyət nümayəndələrinin, qanunçuluğun keşiyində dayanan şəxslərin haqlı addımına bu cür reaksiya verilməsi nə dərəcədə düzgün idi?

- Onlar nəinki polisə, eləcə də hadisə yerinə gələn jurnalistlərə də zor tətbiq etmişdilər. “Azad Azərbaycan” televiziya kanalının əməkdaşları, jurnalistlər hadisə yerinə gəlib dinc şəkildə öz peşə borclarını yerinə yetirmək istəmişdilər. Telekanalın avtomobilinin şüşələri sındırılmış, sürücü və jurnalistlərə müxtəlif xəsarətlər yetirilmişdi. Tutaq ki, hüquq-mühafizə orqanları radikal ekstremistlər barədə sərt tədbirlər gördükləri üçün onların bəzi tərəfdarları buna görə polisə acıqlı idilər, bəs işi-gücü sadəcə informasiya hazırlamaq olan jurnalisti nədə günahkar bilirdilər? Onun ki, işi xəbər, sujet hazırlamaqdır. Jurnalistlərin peşə borcunu yerinə yetirməsinə mane olmaq həm yerli, həm də beynəlxalq hüququn prinsiplərinə də ziddir. Burdan da görünürdü ki, Nardarandakı bir qrup şəxs açıq-aşkar ölkə qanunlarına itaətsizlik nümayiş etdirir, hər kəsin onlarla hesablaşmasını istəyirmişlər. Bu isə yolverilməzdir. Nardaranda əvvəllər də kiçik həcmli aksiyalar olub, İslam dinindən irəli gələn müəyyən əlamətdar günlərdə mərasimlər də keçirilib. Amma 26 noyabr tarixinə qədər olan aksiyaların heç birində nardaranlılar silah-sursat işlətməyib, barrikadalar qurmayıb, polisə belə müqavimət göstərməyiblər. Hər bir insan fərqli düşünə, fərqli dinə sitayiş edə bilər. Ancaq bu zaman heç kim konstitusion tələbləri poza bilməz. Ona görə də Azərbaycan hakimiyyətinin bu məsələdə atdığı addımları hüquqi, qanuni sayıram. Buna qarşı olanlar Azərbaycanın suverenliyinə qarşı olduqlarını əyani şəkildə ortaya qoyurlar.

- Azərbaycanın digər yaşayış məntəqələrindən fərqli olaraq Nardaranda nə üçün yerli özünüidarəetmə orqanı, icra nümayəndəliyi, polis olmamalı, yalnız ağsaqqallar şurası, yaxud da hansısa təşkilat tərəfindən idarəetmə müəyyən edilməlidir?

- Əlbəttə ki, bələdiyyənin, polisin, icra nümayəndəsinin qəsəbədə olmaması yaxşı hal deyil. Çünki hər hansı yerli problemi məhz bu qurumların köməkliyi ilə həll etmək olar. İcra nümayəndəsi kimdir? Prezidentin rayona təyin etdiyi nümayəndənin təmsilçisi. Əgər sən o təmsilçinin fəaliyyətinə imkan vermirsənsə, necə iddia edə bilərsən ki, hakimiyyət nümayəndəsi sənin üzləşdiyin çətinliyə biganədir. Yaxud, sosial problemlərin həllindən danışılırsa, bələdiyyə də bu problemlərin həllində iştirak edə bilər. Lakin onun da fəaliyyətinə imkan yaradılmır. Polisin qəsəbədə olmaması isə bəzi radikalların Nardaranda kök atmasına, silah-sursat yığmasına səbəb olub. Ona görə də müvafiq qurumların bu kənddə də olması vacibdir. Nardaran Azərbaycanın bir parçasıdır və burada da dövlətin bütün maraqları, qurumları, o cümlədən seçkili orqanı olmalıdır. O ki, qaldı orada olan ağsaqqallar şurasının əməkdaşlıq, danışıq təklifinə, nə üçün belə təkliflər son hadisələr baş verməzdən əvvəl gündəmə gəlmirdi? Niyə o ağsaqqallar şurası qan tökülmə ehtimalını əvvəldən görüb Taleh Bağırzadə və tərəfdarlarını qəsəbədən uzaqlaşdırmırdılar? İki polis nəfəri şəhid, 5 kənd sakini həlak olandan sonra danışıqların nə mənası var? Dövlət öz suveren hüquqlarını təmin etmək üçün nəyə görə kimlərlə isə danışıqlar aparmalıdır? Həmin hadisə baş verəndən sonra hansısa qrup, radikal ekstremisti özünü tərəf hesab edirdi. Radikalla, terroristlə, polisə silahlı müqavimət göstərən cinayətkar dəstə ilə danışıqlar aparmaq olmaz. Qanuna, dövlətin konstitusion quruluşuna qarşı çıxanlar ən sərt şəkildə cəzalandırılmalıdırlar.

- Bir sıra hallarda bu hadisələri Nardarandakı kommunal problemlərlə əlaqələndirmək cəhdləri də oldu. Amma rəsmi qurumların ortaya çıxardığı faktlar deyilənlərin həqiqətdən uzaq olduğunu təsdiqlədi. Bununla bağlı fikriniz nədən ibarətdir?

- Həqiqətən də həm “Azəriqaz”ın, həm də “Azərişıq”ın açıqladığı faktlar nardaranlıların guya ki, kommunal problemlərlə əlaqədar hakimiyyətə etiraz etməsi iddiasını tamamilə inkar etdi. Bu qəsəbə əhalisinin ümumilikdə dövlətə kommunal xidmətlərə görə milyonlarla manat borclu olmasına rəğmən, onlara böyük güzəştlər edilib. Gələcəkdə vətəndaşlar tərəfindən bu borcların ödəniləcəyi ümidi ilə onların qazı, işığı kəsilməyib. Lakin görəndə ki, bu güzəştlər sakinlər tərəfindən düzgün başa düşülmür, onda həm qaz, həm də işıq kəsildi. Heç bir ölkə vətəndaşı dövlətin büdcəsinə ödəməli olduğu vəsaiti ödəməkdən boyun qaçıra bilməz. Bu əməlin özü də qanun pozuntusudur. Humanistliyi qorxaqlıq, gücsüzlük kimi qəbul etmək olmaz. Hər bir şüurlu vətəndaş bilir ki, aydan-aya kommunal xidmətə görə ödəmələr etməlidir. Nə üçün nardaranlılar istisna təşkil etməlidir? Qanun hər kəs üçündür, hamı da ona eyni dərəcədə əməl etməlidir.

- Hüquq-mühafizə orqanları Nardaran qəsəbəsi ilə yanaşı, Gəncə, Neftçala, Lənkəranda da əməliyyatlar keçirdi və “Müsəlman Birliyi Hərəkatı”nı dəstəkləyən bəzi radikalları saxladı. Onlardan da çoxsaylı silah-sursat və sair götürüldü. Özünü dindar hesab edən şəxs nə üçün odlu və soyuq silah toplamalı, cinayətkar dəstə yaratmalıdır ki? Məgər İslama etiqad göstərmək üçün bu vacib şərtdir?

- Dövlət uzun müddətdir ki, ciddi yoxlamalar aparır, hüquq-mühafizə orqanları vasitəsilə müxtəlif əməliyyat məlumatlarını analiz edir. Məhz bu analizlər nəticəsində müəyyən olub ki, ölkədə yaradılan din-etiqad azadlığından bəzi şəxslər açıq-aşkar sui-istifadə edir, radikal qruplar, cinayətkar dəstələr yaradırlar. Hətta bunu Azərbaycanın müxtəlif bölgələrində edirlər. Xarici qüvvələrin təsiri altında olan bu dəstələr gələcəkdə ölkədə şəriət dövləti qurmaq, Azərbaycanı Suriya, İraq, Liviya kimi ölkələrin gününə salmaq istəyirlər. Ona görə də Nardarandan start götürən əməliyyatlarla bu istəyin qarşısı alındı, radikal ekstremistçi, terrorçu qruplar zərərsizləşdirildi. İnanıram ki, bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Dövlət ölkənin milli təhlükəsizliyinə təhdid və təhlükə ola biləcək hər hansı hadisəyə göz yummayacaq. Azərbaycanın mütləq əksəriyyəti də dövlətin, siyasi hakimiyyətin, hüquq-mühafizə orqanlarının bu addımını birmənalı şəkildə dəstəkləyir. Çünki bu dövlətin gələcəyi bizim gələcəyimizdir. Kimsə Azərbaycan qanunlarını bəyənmir, onlarla hesablaşmaq istəmirsə, onun üçün iki yol var. Birinci halda o, dincə şəkildə bu ölkəni tərk etməli, bəyəndiyi dövlətdə həyatını, yaşayışını davam etdirməlidir. İkinci halda isə həmin adamlar barədə qanun çərçivəsində tədbir görüləcəkdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xameneiyə qarşı gizli komitə quruldu - “Ruhanini hakimiyyətə gətirmək istəyirlər”
Bu gün, 10:18
Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini İŞLƏYİR - TƏFƏRRÜAT
Bu gün, 10:15
Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir? - AKTUAL
Bu gün, 10:13
Binəqədidəki ailəvi restoran ətrafdakı AİLƏLƏRİ NARAHAT EDİR - GİLEY
Bu gün, 10:10
AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Bu gün, 10:04
İran Silahlı Qüvvələrinin rəhbəri ABŞ-ni cavab zərbələri ilə hədələyib - “The Times of Israel”
Bu gün, 09:59
Uranın zənginləşdirilməsini davam etdirəcəyik - İran XİN
Bu gün, 09:58
İsrail səfiri Elçibəyə hansı sirri açıb? – Azərbaycanla bağlı sensasion plan olub
Bu gün, 09:34
Nigar onu polislə hədələdi - Fotolar
Bu gün, 09:31
ABŞ ordusu İranın nüvə obyektini sıradan çıxarıb - FOTO
Bu gün, 09:20
Azərbaycanda 5 şirkət yenidən təşkil edilərək QSC-dən MMC-yə çevrilir - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:16
İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb - TƏFƏRRÜAT
Bu gün, 09:10
Dollarla bağlı kritik durum: vəziyyət dəyişir – Tarix verildi
Bu gün, 09:03
SOCAR rəhbərliyi bu QOVHAQOVA `DUR` deməsə... - Bəhanə axtarırlar ki...
Bu gün, 08:57
Gəmidə çalışanlar üçün VACİB BİLGİ - Ekspert danışır...
Bu gün, 08:44
Naxçıvan banklarında ARTIM İDDİASI... - rəqəmləri şişirdirlər, ya da...
Bu gün, 08:40
ABB-dən vətəndaşa qarşı açıq DƏLƏDUZLUQ - BU NƏDİ BELƏ?
Bu gün, 08:20
Tramp zərbədən öncə hər kəsi belə aldadıb... - KİV
Bu gün, 07:23
ABŞ Prezidenti İranda hakimiyyət dəyişikliyinin mümkünlüyünü istisna etməyib - "Truth Social"
Bu gün, 07:16
Gömrükdə daha bir HƏBS TƏDARÜKÜ - İLGİNC İDDİA
Bu gün, 07:13
"Azəriqaz"da saxta imtahan, yoxsa... - Kütləvi ixtisarlar başlayıb
Bu gün, 07:00
1 saylı Dəri-Zöhrəvi Dispanserdə SAXTA ƏLİLLİK... - İTTİHAM VAR...
Bu gün, 06:49
“N1” çörəyini yedi: ÖLÜMDƏN QAYITDI... - BU NƏDİ BELƏ?
Bu gün, 06:44
Sevinc Orucovanın “Son zəng” üçün pul yılğması təsdiqləndi - "Pul yığmaq barədə şikayət etsəniz..."
Bu gün, 06:36
Əhalinin NƏZƏRİNƏ: binalarda belə yerlər qurulmalıdır, əks halda… - AKTUAL
Bu gün, 06:23
Qolf klubda verilən razılıq, Əraqçiyə göndərilən məktub - ABŞ-nin İrana hücumunun təfərrüatı
Bu gün, 06:19
"İmtahanda olmaya-olmaya yazıblar ki..." - İŞÇİLƏR KOMİK İSLAHATA ETİRAZ EDİRLƏR
Bu gün, 00:57
"Sertifikasiyadan 50 faiz nəticə toplaya bilməyən müəllimlər... təkrar MİQ imtahanına girməlidir"
Bu gün, 00:52
NATO-nun Haaqa sammiti və Kiyev üçün gözləntilər - GƏLİŞMƏ
Bu gün, 00:44
Uşaqlar niyə 12 qram ətlə böyüməlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:41
"Məsləhət gördülər ki, boşan, soyadına asan qayıdacaqsan"
Bu gün, 00:37
İran malları bahalaşdı – Sərhəddə böhran, mağazalarda qiymət şoku
Dünən, 23:32
İranın xarici işlər naziri Moskvaya səfər edib - IRNA
Dünən, 23:29
İranda “Mossad”la əlaqəli casus saxlanıldı
Dünən, 18:01
Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb - AKTUAL
Dünən, 17:57
"Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" - FOTO
Dünən, 17:45
ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi – B-2 hücumuna rəsmi etiraf gəldi
Dünən, 17:41
ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub - Pezeşkian
Dünən, 17:39
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib - MÜHÜM
Dünən, 17:37
Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır - KİV
Dünən, 10:41
Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:40
Paşinyanın ERKƏN BANI - GƏLİŞMƏ
Dünən, 10:29
Naxçıvanın idarəçiliyində yeni dövr başlayır - İNCƏLƏMƏ
Dünən, 10:26
ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb
Dünən, 09:20
"Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" - AKTUAL
Dünən, 09:19
"İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" - "Siz savaşa, biz tamaşa"...
Dünən, 09:15
Həbs olunan başçının övladları oliqarx çıxdı - FOTO
Dünən, 09:11
ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub - İran XİN
Dünən, 09:02
"Məhərrəmlikdə toy da, nişan da etmək olar" - İlahiyyatçıdan ÇAĞIRIŞ
Dünən, 06:42
'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... - MALƏSƏF...
Dünən, 06:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru