ABŞ Prezidenti İranda hakimiyyət dəyişikliyinin mümkünlüyünü istisna etməyib .....                     Gömrükdə daha bir HƏBS TƏDARÜKÜ .....                     "Azəriqaz"da saxta imtahan, yoxsa... .....                     1 saylı Dəri-Zöhrəvi Dispanserdə SAXTA ƏLİLLİK... .....                     “N1” çörəyini yedi: ÖLÜMDƏN QAYITDI... .....                     Sevinc Orucovanın “Son zəng” üçün pul yılğması təsdiqləndi .....                     Əhalinin NƏZƏRİNƏ: binalarda belə yerlər qurulmalıdır, əks halda… .....                     Qolf klubda verilən razılıq, Əraqçiyə göndərilən məktub .....                     "İmtahanda olmaya-olmaya yazıblar ki..." .....                     "Sertifikasiyadan 50 faiz nəticə toplaya bilməyən müəllimlər... .....                     NATO-nun Haaqa sammiti və Kiyev üçün gözləntilər .....                     Uşaqlar niyə 12 qram ətlə böyüməlidir? .....                     "Məsləhət gördülər ki, boşan, soyadına asan qayıdacaqsan" .....                     İran malları bahalaşdı .....                     İranın xarici işlər naziri Moskvaya səfər edib .....                     İranda “Mossad”la əlaqəli casus saxlanıldı .....                     Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb .....                     "Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" .....                     ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi .....                     ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub .....                     İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib .....                     Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır .....                     Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? .....                     Paşinyanın ERKƏN BANI .....                     Naxçıvanın idarəçiliyində yeni dövr başlayır .....                     ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb .....                     "Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" .....                     "İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" .....                     Həbs olunan başçının övladları oliqarx çıxdı .....                     ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub .....                     "Məhərrəmlikdə toy da, nişan da etmək olar" .....                     'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... .....                     Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR .....                     Binəqədinin özbaşına QADİRİ... .....                     "Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" .....                     Kreditlə alınan status və bank hesabımızdakı depressiya .....                     Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı .....                     Bu müsəlman ölkələri İranı satdı .....                     Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ .....                     Paşinyan yenidən Kilsəni hədəfə aldı .....                 

“Birləşmək niyyətimiz yoxdur”
Tarix: 26-11-2015, 13:23 | Çap et
“Birləşmək niyyətimiz yoxdur”
Müxalif partiyaların daxilindəki narazılıqlar nəinki səngimir, hətta məsələlər artıq məhkəmə müstəvisində həll olunur. Məsələn, bu günlərdə Binəqədi rayon Məhkəməsində Müsavat Partiyasının son qurultayının nəticələrindən narazı qalan bir qrup şəxsin müraciəti ilə bağlı hazırlıq iclası keçirilib. Narazılar Qubad İbadoğlu tərəfdarları olduğuna görə Müsavat bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) partiyaya qarşı fəaliyyəti hesab etdiyini gizlətməyib. Oxşar proses AXCP-də də yaşanır. Belə ki, onların da məsələsinin məhkəmə müstəvisində həll olunacağı qaçılmaz olub. Əsil AXCP adına iddialı olan Razi Nurullayevin Ədliyyə Nazirliyinə müraciəti cavabsız qalıb. Belə ki, qurum həm R.Nurullayevin, həm də Əli Kərimlinin sənədlərini geri qaytarıb və onlara məsələnin həllini tapması üçün məhkəməyə müraciət etməyi tövsiyə edib.

Sənədləri təsdiqlənməsə də, faktiki olaraq, R.Nurullayev də, ADR də ayrıca təşkilat kimi fəaliyyət göstərməkdədirlər. Bu fonda isə başqa bir mövzu gündəmə gəlib. Belə fikirlər var ki, hər iki partiyanın fəaliyyətindən narazı qalaraq ayrılan təşkilatlar – ADR və R.Nurullayev AXCP-si birləşə bilər. Çünki onların siyasi baxışları və açıqladıqları gələcək fəaliyyət planları uyğundur və bu yolla onlar ölkə müxalifətinin konstruktiv güc mərkəzinə çevrilə bilərlər. Məsələnin nə dərəcədə real olması ilə maraqlandıq. Mövzu haqda fikirlərini “Kaspi”yə açıqlayan R.Nurullayev dedi ki, bu məsələ bir müddət öncə də gündəmə gəlmişdi və AXCP-nin ADR-lə birləşəcəyi deyilirdi: “Təəssüf ki, yanlış anlaşılma olmuşdu. Jurnalist mənə sual vermişdi ki, bizim təşkilat ADR-lə birləşə bilərmi. Mən hazırda belə bir mövzunun gündəmdə olmadığını, müraciət olunacağı təqdirdə isə müzakirəyə çıxarılacağını demişdim. Amma fikirlər bir qədər fərqli yazılmışdı və ideya müəllifi kimi mənim adım qeyd olunmuşdu. Açıq desəm, bu, jurnalistin səhvindən yaranan mövzu idi. Halbuki biz o mövzu haqda heç düşünməmişdik də. Mən siyasi təşkilatların birləşmə meyllərinə, inteqrasiyasına, müxalif cəbhənin daha da güclənmək üçün atdığı addımlara pis baxmıram. ADR hərəkatına da təbii ki, hörmətimiz, izzətimiz var. Əgər onlar gələcəkdə belə bir təşəbbüs irəli sürsələr, sözsüz ki, biz onu müzakirə edəcəyik. Ümumiyyətlə, təşkilatımız ehtiyac yaranacağı təqdirdə mövzunun müzakirə olunmasına, müsbət və mənfi tərəflərinin aydınlaşdırılmasına hər zaman hazırdır. Amma hazırda gündəmimizdə belə bir məsələ yoxdur”.

R.Nurullayevin fikrincə, mövzunun hələ də müzakirə olunması onu göstərir ki, sözügedən təşkilatların birləşməsini istəyənlər var: “Amma hələ ki, bu iki qurumun arasında belə bir mövzu müzakirə olunmayıb. Nə biz buna təşəbbüs göstərmişik, nə də onlar bu məsələ ilə bağlı bizə müraciət ediblər. Yaxın gələcəkdə də belə bir mövzu bizim gündəmimizdə yoxdur. Amma qarşı tərəfdən təklif gəlsə, bunu müzakirə edəcəyimiz mütləqdir. Əgər bu istiqamətdə hansısa qərar verilsə, məlumatlar mətbuata veriləcək. Amma bu gün üçün nə belə bir təklif, nə də onun müzakirəsivar”.

ADR-in sədr müavini Vurğun Əyyub da belə bir məsələnin gündəmdə olmadığını açıqladı: “İlk olaraq, Müsavat Partiyasının bizə qarşı qərəzli mövqeyi haqda fikirlərimi bildirmək istəyirəm. Partiya rəhbərliyindən narazı qalan insanlar məhkəməyə müraciət ediblərsə, bu, onların hüququdur. ADR həmin şəxslərin bu hüququnu məhdudlaşdıra bilməz. Mən özüm də qurultayın nəticələrindən narazı qalan biriyəm, amma mən məhkəməyə müraciət etmədim. Həmin şəxslərin başqa yolu qalmayıb və məhkəməyə müraciət etməyi qərara alıblarsa, bu, sırf onların öz seçimidir. ADR-in bura nə qarışacağı var ki, durub bizi ittiham edirlər, adımızı hallandırırlar. O ki qaldı Razi Nurullayevin AXCP-si ilə birləşməyimizə, hazırda bizim gündəliyimizdə belə bir mövzu yoxdur. Ümumiyyətlə, hərəkatımız ilə Razi Nurullayev AXCP-sini eyni tutmaq düz deyil. Çünki bu iki təşkilat tamamilə fərqli motivlər və yollarla yaranıb. Biz partiyadan narazı qalıb ayrılmışıq və hərəkat kimi fəaliyyət göstəririk. Burada təkcə Müsavat yox, digər siyasi təşkilatların da təmsilçiləri var. Həmçinin biz Müsavat Partiyası adına iddia etmirik. Hərəkat olaraq da heç bir siyasi təşkilatla və ya ictimai hərəkatla birləşmək fikrində deyilik. Çünki qarşımıza belə bir məqsəd qoymamışıq. Yarananda da belə fikirlərimiz, hədəflərimiz yox idi. Təbii ki, birləşib birgə fəaliyyət qurmaqda qəbahət bir şey yoxdur. Belə hallar həmişə olub. Amma bizim bu kimi bir niyyətimiz yoxdur. Hərəkatımıza da bu istiqamətdə müraciətlər daxil olmayıb. Bu barədə fikir söyləyənlər havadan və heç bir əsas olmadan danışırlar”.

V.Əyyub hərəkata belə müraciət daxil olacağı təqdirdə məsələnin müzakirə ediləcəyini bildirdi: “Siyasət şərtlər daxilində danışmağı sevmir. Təbii ki, təklif gəlsə, biz bu haqda qurum daxilində söhbətlər aparacağıq. Amma mən ADR rəhbərlərindən biri kimi sizə açıq deyəcəyəm - ADR-in heç kimlə birləşmək niyyəti yoxdur. Ona görə də belə bir təklif gələrsə belə, düşünürəm ki, onun müsbət cavablandırılması şansı çox azdır”.

Onu da deyək ki, bir müddət öncə ADR sədri Qubad İbadoğlu da ictimai təşkilat olaraq siyasi partiyalarla birləşə bilməyəcəklərini açıqlamışdı: “Bu, bizim nizamnamə öhdəliklərimizə ziddir. Lakin demokratik təsisatlarla əməkdaşlıq şəbəkələnmə fəaliyyətimizin tərkib hissəsi olduğundan, onunla bağlı ayrıca müavinlik institutu yaradılıb. Demokratik təsisatlarla iş üzrə müavinlik institutuna Məlahət Mürşüdova rəhbərlik edir. Bizimlə əməkdaşlıq etmək istəyən təşkilatlardan daxil olan müraciətlər əvvəlcə müavinlikdə, sonra isə ADR Hərəkatının İdarə Heyətində müzakirə olunur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Prezidenti İranda hakimiyyət dəyişikliyinin mümkünlüyünü istisna etməyib - "Truth Social"
Bu gün, 07:16
Gömrükdə daha bir HƏBS TƏDARÜKÜ - İLGİNC İDDİA
Bu gün, 07:13
"Azəriqaz"da saxta imtahan, yoxsa... - Kütləvi ixtisarlar başlayıb
Bu gün, 07:00
1 saylı Dəri-Zöhrəvi Dispanserdə SAXTA ƏLİLLİK... - İTTİHAM VAR...
Bu gün, 06:49
“N1” çörəyini yedi: ÖLÜMDƏN QAYITDI... - BU NƏDİ BELƏ?
Bu gün, 06:44
Sevinc Orucovanın “Son zəng” üçün pul yılğması təsdiqləndi - "Pul yığmaq barədə şikayət etsəniz..."
Bu gün, 06:36
Əhalinin NƏZƏRİNƏ: binalarda belə yerlər qurulmalıdır, əks halda… - AKTUAL
Bu gün, 06:23
Qolf klubda verilən razılıq, Əraqçiyə göndərilən məktub - ABŞ-nin İrana hücumunun təfərrüatı
Bu gün, 06:19
"İmtahanda olmaya-olmaya yazıblar ki..." - İŞÇİLƏR KOMİK İSLAHATA ETİRAZ EDİRLƏR
Bu gün, 00:57
"Sertifikasiyadan 50 faiz nəticə toplaya bilməyən müəllimlər... təkrar MİQ imtahanına girməlidir"
Bu gün, 00:52
NATO-nun Haaqa sammiti və Kiyev üçün gözləntilər - GƏLİŞMƏ
Bu gün, 00:44
Uşaqlar niyə 12 qram ətlə böyüməlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:41
"Məsləhət gördülər ki, boşan, soyadına asan qayıdacaqsan"
Bu gün, 00:37
İran malları bahalaşdı – Sərhəddə böhran, mağazalarda qiymət şoku
Dünən, 23:32
İranın xarici işlər naziri Moskvaya səfər edib - IRNA
Dünən, 23:29
İranda “Mossad”la əlaqəli casus saxlanıldı
Dünən, 18:01
Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb - AKTUAL
Dünən, 17:57
"Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" - FOTO
Dünən, 17:45
ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi – B-2 hücumuna rəsmi etiraf gəldi
Dünən, 17:41
ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub - Pezeşkian
Dünən, 17:39
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib - MÜHÜM
Dünən, 17:37
Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır - KİV
Dünən, 10:41
Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:40
Paşinyanın ERKƏN BANI - GƏLİŞMƏ
Dünən, 10:29
Naxçıvanın idarəçiliyində yeni dövr başlayır - İNCƏLƏMƏ
Dünən, 10:26
ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb
Dünən, 09:20
"Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" - AKTUAL
Dünən, 09:19
"İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" - "Siz savaşa, biz tamaşa"...
Dünən, 09:15
Həbs olunan başçının övladları oliqarx çıxdı - FOTO
Dünən, 09:11
ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub - İran XİN
Dünən, 09:02
"Məhərrəmlikdə toy da, nişan da etmək olar" - İlahiyyatçıdan ÇAĞIRIŞ
Dünən, 06:42
'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... - MALƏSƏF...
Dünən, 06:38
Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR - elə zənn edirdi ki, unudulub...
Dünən, 06:32
Binəqədinin özbaşına QADİRİ... - "asdığını asır... kəsdiyini kəsir..."
Dünən, 06:29
"Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" - Sertifikasiyadan kəsilənlərə İRAD
Dünən, 06:24
Kreditlə alınan status və bank hesabımızdakı depressiya - ARAŞDIRMA
Dünən, 06:19
Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı - GƏLİŞMƏ
Dünən, 06:16
Bu müsəlman ölkələri İranı satdı – İsraillə gizli işbirliyinin inanılmaz səbəbi
Dünən, 06:11
Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ - GƏLİŞMƏ
Dünən, 00:40
Paşinyan yenidən Kilsəni hədəfə aldı - “Şam pulları qohumların cibinə gedir”
Dünən, 00:32
Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
21-06-2025, 23:36
Fateh Altaylı həbs olundu - SƏBƏB
21-06-2025, 23:33
“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
21-06-2025, 18:00
Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
21-06-2025, 17:56
“ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
21-06-2025, 17:41
Deputatdan İcra başçısının həbsinə REAKSİYA
21-06-2025, 17:38
Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
21-06-2025, 17:34
Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
21-06-2025, 17:25
“A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
21-06-2025, 17:19
Mərkəzi Bankda yeni təyinat - ƏMR
21-06-2025, 17:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru