"YAP üzvləri parlament seçkilərində prinsipial mövqe nümayiş etdirməlidirlər" - Əli Əhmədov
Tarix: 24-08-2015, 09:29 | Çap et
 "Yeni Azərbaycan Partiyasının üzvləri parlament seçkilərində bütün imkanlardan istifadə etməklə prinsipial mövqe nümayiş etdirməlidirlər. Xüsusilə təbliğat-təşviqat kampaniyasında verilən seçici tapşırıqlarına ciddi nəzarət etməli, seçkilərin azad, şəffaf və demokratik keçirilməsinə öz töhfələrini verməlidirlər". Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı respublikamızın qərb bölgəsi üzrə şəhər və rayon şöbələrinin qarşıdakı parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar Gəncədə keçirilən zona müşavirəsində çıxışı zamanı nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.
Baş nazirin müavini deyib ki, əvvəlki seçkilərdə olduğu kimi, Yeni Azərbaycan Partiyası növbəti seçkilərə də ciddi hazırlaşır. İlk növbədə seçkilərdə mütəşəkkillik nümayiş etdirmək üçün rayon və şəhər təşkilatlarında YAP Mərkəzi Seçki Qərargahının şöbələri yaradılaraq, partiyanın fəalları hazırlıq prosesinə cəlb edilib.
Azərbaycanda keçirilən bütün seçkilərdə insanların rəğbətini qazanan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də qələbə qazanacağına inamını ifadə edən Əli Əhmədov bildirib ki, bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyinin daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərarlar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi uğurlu gələcəyə aparır: "Dövlətimizin uğurlu sosial-iqtisadi siyasətinin nəticəsidir ki, beynəlxalq aləm inkişafın Azərbaycan modelinin mövcudluğunu təqdir edir və öyrənilməsinin vacibliyini bildirir. Ölkəmizin hərtərəfli tərəqqisində qeyri-neft sektorunun inkişafını vacib amil kimi önə çəkən Prezident İlham Əliyevin bu istiqamətdə atdığı davamlı addımlar iqtisadiyyatımızın şaxələndirilməsini reallığa çevirib. Nəticədə son 10 ildə Azərbaycanda iqtisadiyyat dörd dəfə artıb. Əlbəttə, bu rəqəmin arxasında güclü siyasət dayanır. Əhalinin həyat səviyyəsi ildən-ilə yüksəlir. Regionlarda həyata keçirilən infrastruktur layihələri insanların uzun illərdən bəri çəkdiyi əziyyətlərə son qoyub. Onların həyatının keyfiyyətcə dəyişməsi gələcəyə olan ümidlərini artırıb. Ən əsası isə Azərbaycanda ictimai-siyasi sabitlik daimi xarakter alıb".
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı və Milli Məclisin aqrar siyasət daimi komitəsinin sədri Eldar İbrahimov müşavirədə iştirak ediblər.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
Dünən, 23:36 |
|
|
|
• Fateh Altaylı həbs olundu - SƏBƏB
Dünən, 23:33 |
|
|
|
• “Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
Dünən, 18:00 |
|
|
|
• Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
Dünən, 17:56 |
|
|
|
• “ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
Dünən, 17:41 |
|
|
|
• Deputatdan İcra başçısının həbsinə REAKSİYA
Dünən, 17:38 |
|
|
|
• Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
Dünən, 17:34 |
|
|
|
• Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 17:25 |
|
|
|
• “A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:19 |
|
|
|
• Mərkəzi Bankda yeni təyinat - ƏMR
Dünən, 17:15 |
|
|
|
• İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
Dünən, 17:08 |
|
|
|
• Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
Dünən, 17:01 |
|
|
|
• Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
Dünən, 16:59 |
|
|
|
• Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
Dünən, 16:57 |
|
|
|
• Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Dünən, 16:04 |
|
|
|
• 72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Dünən, 15:51 |
|
|
|
• “Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Dünən, 15:47 |
|
|
|
• Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Dünən, 15:45 |
|
|
|
• "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Dünən, 15:42 |
|
|
|
• Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Dünən, 15:37 |
|
|
|
• “Forfinance” BOKT-a lisenziya verilib
Dünən, 15:26 |
|
|
|
• Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Dünən, 15:24 |
|
|
|
• Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Dünən, 15:19 |
|
|
|
• Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:15 |
|
|
|
• Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Dünən, 15:00 |
|
|
|
• Bəşər Əsədin əmisi oğlu saxlanılıb - TASS
Dünən, 14:49 |
|
|
|
• Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” - MƏHKƏMƏ
Dünən, 14:43 |
|
|
|
• Pirallahıdan Allahın da xəbəri yoxdur... - BU NƏDİ BELƏ?
Dünən, 14:36 |
|
|
|
• İranın vuran əlini “sındırdılar” – “Hizbullah” çaşqın və iflic vəziyyətdə
Dünən, 14:29 |
|
|
|
• Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - Heç kimə sirr deyil ki...
Dünən, 14:26 |
|
|
|
• ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Dünən, 14:15 |
|
|
|
• Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi - FOTO
Dünən, 14:14 |
|
|
|
• Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI - İLGİNC
Dünən, 14:10 |
|
|
|
• Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı - TƏFƏRRÜAT
Dünən, 14:00 |
|
|
|
• Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər
Dünən, 13:55 |
|
|
|
• Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... - REALDIR...
Dünən, 13:53 |
|
|
|
• Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI - Nikol Ərdoğanla nələri müzakirə edib?
Dünən, 13:38 |
|
|
|
• Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq - İDDİA
Dünən, 13:34 |
|
|
|
• “Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
Dünən, 13:27 |
|
|
|
• İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
Dünən, 13:23 |
|
|
|
• Paşinyan Türkiyəyə bu məqsədlə gedib - Koncoryan
Dünən, 11:09 |
|
|
|
• Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb - DİQQƏT!
Dünən, 11:06 |
|
|
|
• “Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb - HESABAT
Dünən, 11:05 |
|
|
|
• “A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 11:03 |
|
|
|
• “Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” - nə deyəsən, necə deyəsən, niyə susasan...
Dünən, 11:01 |
|
|
|
• “Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir
Dünən, 10:59 |
|
|
|
• Putindən İrana AÇIQ DƏSTƏK - “Sky News Arabia”
Dünən, 10:53 |
|
|
|
• Əliuzun məmurların qandallanması – “qaramaskalı”ların qonaq gedəcəyi yerlər çoxdur
Dünən, 10:52 |
|
|
|
• Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? - İNCƏLƏMƏ
Dünən, 09:17 |
|
|
|
• "Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" - deputat
Dünən, 09:15 |
|
|
|
|