“Bravo” barəsində qiymət məsələsinə görə yenidən iş qaldırılıb .....                     Azərbaycana qiyməti 586 manat olan tibbi maskanı kim gətirib? .....                     17 ildə büdcəni belə talayıblar... .....                     Nifaq salmaq istəyən nökərlərə qardaşlıq .....                     “Ailəmə Tehrandan çıxın deyə yalvardım, amma bacarmadım” .....                     “Ən pis sülh, müharibədən yaxşıdır”... .....                     Bakı-Təbriz xəttində nifaq yaratmaq cəhdi: adekvat cavab, aydın mesaj .....                     Türkiyə İranla olan sərhədlərini möhkəmləndirir .....                     Mehdiyevlərin biznes ortağı şirkəti MTK-dan MMC-yə çevirir .....                     Ermənistanda iş adamı hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunur .....                     Paşinyanın Türkiyəyə səfəri İranla əlaqəli ola bilər .....                     Dünyamalıyevanın gözü DÜNYA MALINDADIRSA... .....                     İsrail İrana qarşı müharibədə niyə ABŞ-a möhtacdır? .....                     İranda xalq DEVRİMƏ QALXARSA... .....                     Xalq bizimlə olsa, heç bir problem ölkəyə təhlükə yaratmayacaq .....                     Rövşən Nəbiyev yüksək vəzifəyə TƏYİN OLUNDU .....                     Daxili savaş gedir, .....                     Bəzi dağlıq ərazilərdə arabir duman olacaq .....                     İranda rejimi hərbi yolla dəyişmək istəyənlər... .....                     İsrail-İran gərginliyi: .....                     Sığorta şirkətinin rəhbərliyinə təyinatlar olub .....                     “Vəziyyət ağırlaşır, bacaranlar Tehranı tərk edir” .....                     Atasını öldürən yeniyetmənin anası və qardaşı da həbs edildi .....                     Naxçıvanda yeni qurum yaradılıb, rəis təyin olunub .....                     Vəhdət Partiyası və Tahir Kərimlidən nümunə götürmək zamanı... .....                     Binəqədidə tikinti anarxiyası .....                     Yeni Klinikanın həkimindən Baş Prokurora şikayət edildi: Araşdırma başlansın! .....                     Paşinyan Karapetyana məxsus elektrik şəbəkələrini milliləşdirmək niyyətindədir .....                     Solovyov yenə Azərbaycana tərəf HÜRDÜ .....                     "Rusiya görür ki, Paşinyana qarşı impiçment prosesi uğursuzluğa düçar olur: .....                     FHN "Azercell"lə anlaşdı .....                     NAZİR TAPŞIRIQ VERDİ: TROLLAR HÜCUMA KEÇDİ... .....                     Rüstəm Xəlilov 1.1 milyonluq abadlıq işləri həyata keçirəcək .....                     Bank “BTB” ASC-də Əməliyyat departamentinə rəhbər təyin olub .....                     Paşinyan yenə kilsədən yazdı .....                     7–9-cu siniflər üçün dərslikləri hazırlayacaq şirkət bəlli oldu .....                     Nazirliyin qurumu “Boston Consulting Group”dan 2 milyon manata məsləhət alacaq .....                     Azərbaycanda süni torpaq sahələrində kazino oyunları təşkil ediləcək .....                     Müalicə aldığı xəstəxananın pəncərəsindən yıxılıb öldü .....                     “Naxçıvanbank”dakı 1 milyarddan çox pul HARA QEYB OLUB? .....                 

“Əli Kərimlinin ətrafında olan öz dostları, qrup və sinif yoldaşları da onun əleyhinə çıxış edirlər”
Tarix: 6-12-2014, 10:48 | Çap et
“Əli Kərimlinin ətrafında olan öz dostları, qrup və sinif yoldaşları da onun əleyhinə çıxış edirlər”
“O, siyasət üçün demək olar ki, zərərli, öz xalqının taleyini o qədər də düşünməyən, daha çox bər-bəzəkli həyata meyl edən, xüsusi hərisliklə sərvətə və hakimiyyətə can atan adamdır”.

Bu fikirləri AzVision.az-a müsahibəsində Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib:

-Sərdar bəy, diqqət edirsinizsə son günlər müxalifət düşərgəsində vəziyyət elə də ürəkaçan deyil. Xüsusən də AXCP sədri Əli Kərimli daha çox qalmaqalla gündəmə gəlir, keçmiş müttəfiqlərinin – Müsavatın ünvanına kəskin ittihamlar səsləndirir. Müxalifət düşərgədə nə baş verir?

-Siyasi liderin hakimiyyət uğrunda mübarizə aparması təbii haldır, amma bunun hərisliyə çevrilməsi, bu zaman əxlaqın nəzərə alınmaması, Makiavellinin “nəticə səbəbə haqq qazandırır” prinsipinin rəhbər tutulması sizi bugünkü çətin vəziyyətə salar, skandal obyektinə çevirər. Əli Kərimli də Makiavellinin o prinsipini rəhbər tutaraq istənilən vasitə ilə hakimiyyətə gəlmək ideyası ilə yanaşdığına görə bugünkü çaxnaşmaların, mübahisələrin hədəfinə çevrilib.

- Sizcə, AXCP özünü müxalif cəbhədən təcrid etməklə nə əldə etmək istəyir? Ümumiyyətlə Əli Kərimlini uğurlu siyasətçi hesab etmək olarmı?

-Əli Kərimliyə Allah elə tale qismət eləmişdi ki, o, Əbülfəz Elçibəyin yanında müəyyən postu tutmuşdu, onun tərəfindən yüksək qiymətləndirilmişdi. Gözəl hüquq təhsili almışdı. Siyasətçi üçün lazım olan bir çox xüsusiyyətlər var ki, Əli Kərimli təbii şəkildə onlara malik idi. Boy-buxun, davranış, ritorika və s. Amma Əli Kərimli özündə olan istedadı, bacarığı yanlış yolda, qeyri-sağlam təfəkkür istiqamətində sərf elədi. Ona görə də Azərbaycan müxalifətində Əli Kərimlini bir mənalı qiymətləndirmək mümkün deyil. İlk baxışda danışığına, ritorikasına görə onu vətənpərvər, ağıllı, xalqı üçün hər şeyə qurban gedə bilən adam kimi görünsə də pərdəarxasında apardığı hərəkətlərə baxanda bu adamın siyasət üçün demək olar ki, zərərli, öz xalqının taleyini o qədər də düşünməyən, daha çox bər-bəzəkli həyata meyl edən, xüsusi hərisliklə sərvətə və hakimiyyətə can atan adam olduğu aydın olur.

O, 19-20 yaşlarında Dövlət Katibi vəzifəsinə gəlmişdi, bir neçə dəfə hakimiyyətlə oyunlara gedib parlamentə düşdü. Allahın insana verdiyi belə şansları o, elə qiymətləndirməli idi ki, divident kimi sonrakı inkişafına xidmət etsin. Amma təəssüf ki, Əli Kərimlinin ətrafında olan öz dostları, qrup və sinif yoldaşları belə onun əleyhinə çıxış edirlər. Fazil Mustafa, Qüdrət Həsənquliyev və Əliməmməd Nuriyevin hər üçü onunla bir yerdə oxuyub. Sinif yoldaşı olmuş Əliməmməd Nuriyev həm də onun qohumudur. Amma onların heç biri Əli Kərimlinin yanında deyil. Bir sözlə, onu yaxından tanıdıqca uzaqlaşdırlar. Kim ki, onu səthi tanıyır onlar da Əli Kərimlinin yanındadır. O, belə ziddiyyətli fiqurdur.

-Təkcə dostları ilə yox elə digər partiyalarla da münasibətləri qaydasında deyil...

-Başqa partiyları bir kənara qoyaq, Müsavatla AXCP bir-birindən nazik xəttlə ayrılır. Hər ikisi demək olar ki, eyni ideologiyaya xidmət edir, hər ikisi Elçibəy hakimiyyətinin tərkibində olub, hər ikisi xalq hərəkatında iştirak edib. Bu gün bu iki təşkilatın son 20 ildə apardığı daxili mübarizə bütövlükdə Azərbaycanın həm siyasi inkişafının da qabağını aldı, həm iqtidar-müxalifət münasibətlərinin düzgün formalaşmasına imkan vermədi, həm də müxalifətin özündə çox yanlış ənənələr formalaşdırdı – müxalifətin bir-birilə intriqa aparması və s. İkinci mühüm məsələ siyasi əxlaqa o qədər də meyl göstərilmir. Məsələn, Əli Kərimlinin tərəfdarlarının virtual aləmdə və “Azadlıq” qəzetində yazdıqları əxlaq çərçivəsindən kənara çıxmaqla ifadə olunur. Əslində insanlar öz fikirlərini elmi şəkildə arqumentlərlə əsaslandıra bilərlər, amma bunlar yalnız təhqir, söyüş yolu ilə danışırlar. Çünki ətrafında intellektual səviyyəsi olan, ziyalı adamlar yoxdur. Partiyanın dekorunda ziyalı adam iştirak etsə də, əslində onun ətrafında olanlar mənəvi cəhətdən yetkin olmayan adamlardır. Daha çox küçə psixologiyası ilə düşünən adamlardır ki, öz aləmlərində guya böyük bir kəşf edirlər, yeni söyüş tapmağı böyük siyasət hesab edirlər.

Bir də ən vacib amillərdən biri budur ki, Əli Kərimli politologiya əsasında siyasətlə məşğul olmur. O əsasən özünün şəxsi təsəvvürləri əsasında siyasət aparır. Onun bir çox fikirləri politologiya elmi ilə uzlaşmır. Buna görə də yalnış qərarlar verir. Şəxsən mən belə hesab edirəm ki, müasir dünyada elmi şəkildə siyasətlə məşul olmadan heç bir nailiyyət əldə etmək olmaz.

Azərbaycan müxalifətinin son 20 ildə ciddi nəticələr əldə etməməsinin bir səbəbi də elmi siyasətdən uzaq olmasıdır. Dünyada hansı dəyişiklilər gedir, politologiya elmi necə inkişaf edir və s. bunu bilmək lazımdır.

Bizim müxalifətdən soruşsanız elə 4 min əvvəl Aristotel demokratiyanı necə təyin edibsə, o anlayışı deyəcəklər, hansı ki, o, quldarlıq dövrünün demokratiyası idi. Bu gün 21-ci əsrdə bu anlayış tamamilə fərqlidir, hazırda uzlaşma, tolerantlıq daha çox qabardılır. Xüsusən də Əli Kərimli bu məsələdə bir addım da önə gedə bilməyib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bravo” barəsində qiymət məsələsinə görə yenidən iş qaldırılıb
Bu gün, 13:10
Azərbaycana qiyməti 586 manat olan tibbi maskanı kim gətirib? - İLGİNC
Bu gün, 13:07
17 ildə büdcəni belə talayıblar... - TƏFƏRRÜAT
Bu gün, 13:04
Nifaq salmaq istəyən nökərlərə qardaşlıq MESAJI
Bu gün, 13:02
“Ailəmə Tehrandan çıxın deyə yalvardım, amma bacarmadım” – BBC jurnalistinin şəxsi dramı
Bu gün, 12:58
“Ən pis sülh, müharibədən yaxşıdır”... - "Regionda diplomatiya əvəzinə silahlar işlədilir"
Bu gün, 12:56
Bakı-Təbriz xəttində nifaq yaratmaq cəhdi: adekvat cavab, aydın mesaj - NƏ BAŞ VERİR?
Bu gün, 12:49
Türkiyə İranla olan sərhədlərini möhkəmləndirir
Bu gün, 12:45
Mehdiyevlərin biznes ortağı şirkəti MTK-dan MMC-yə çevirir - TƏFƏRRÜAT
Bu gün, 12:43
Ermənistanda iş adamı hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunur
Bu gün, 12:42
Paşinyanın Türkiyəyə səfəri İranla əlaqəli ola bilər - AÇIQLAMA
Bu gün, 12:28
Dünyamalıyevanın gözü DÜNYA MALINDADIRSA... - NARAZILIQ VAR...
Bu gün, 12:24
İsrail İrana qarşı müharibədə niyə ABŞ-a möhtacdır? - AKTUAL
Bu gün, 12:21
İranda xalq DEVRİMƏ QALXARSA... - QAN... QİSAS... VƏ...
Bu gün, 12:19
Xalq bizimlə olsa, heç bir problem ölkəyə təhlükə yaratmayacaq - Məsud Pezeşkian
Bu gün, 12:15
Rövşən Nəbiyev yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
Bu gün, 12:13
Daxili savaş gedir, generalların yeri İsrailə ötürülür
Bu gün, 12:11
Bəzi dağlıq ərazilərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:07
İranda rejimi hərbi yolla dəyişmək istəyənlər... - Makron xəbərdarlıq etdi
Bu gün, 12:04
İsrail-İran gərginliyi: - Pezeşkian müşavirə keçirdi
Bu gün, 12:03
Sığorta şirkətinin rəhbərliyinə təyinatlar olub - ADLAR...
Bu gün, 11:53
“Vəziyyət ağırlaşır, bacaranlar Tehranı tərk edir” – Əfşar Süleymani
Bu gün, 11:50
Atasını öldürən yeniyetmənin anası və qardaşı da həbs edildi - Balakəndəki dəhşətli qətldə şok detallar
Bu gün, 11:47
Naxçıvanda yeni qurum yaradılıb, rəis təyin olunub - BUNDAN SONRA...
Bu gün, 11:31
Vəhdət Partiyası və Tahir Kərimlidən nümunə götürmək zamanı... - ÇAĞIRIŞ
Bu gün, 11:22
Binəqədidə tikinti anarxiyası – Elxan Allahverdiyevin ÇƏTİRİ ALTINDA...
Bu gün, 11:18
Yeni Klinikanın həkimindən Baş Prokurora şikayət edildi: Araşdırma başlansın! - NARAZILIQ VAR...
Bu gün, 11:15
Paşinyan Karapetyana məxsus elektrik şəbəkələrini milliləşdirmək niyyətindədir - KİV
Bu gün, 11:11
Solovyov yenə Azərbaycana tərəf HÜRDÜ - VİDEO
Bu gün, 11:01
"Rusiya görür ki, Paşinyana qarşı impiçment prosesi uğursuzluğa düçar olur: - kilsənin iştirakı kifayət etmir, odur ki..."
Bu gün, 10:59
FHN "Azercell"lə anlaşdı
Bu gün, 10:58
NAZİR TAPŞIRIQ VERDİ: TROLLAR HÜCUMA KEÇDİ... - NAXÇIVAN YENİDƏN DƏLİXANAYA DÖNÜB!!!
Bu gün, 10:56
Rüstəm Xəlilov 1.1 milyonluq abadlıq işləri həyata keçirəcək
Bu gün, 10:41
Bank “BTB” ASC-də Əməliyyat departamentinə rəhbər təyin olub - DOSYE
Bu gün, 10:33
Paşinyan yenə kilsədən yazdı - Keşişlər əxlaqsızlıq edir
Bu gün, 10:30
7–9-cu siniflər üçün dərslikləri hazırlayacaq şirkət bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 10:23
Nazirliyin qurumu “Boston Consulting Group”dan 2 milyon manata məsləhət alacaq - İcazə verin şübhələnək...
Bu gün, 10:20
Azərbaycanda süni torpaq sahələrində kazino oyunları təşkil ediləcək - TƏDARÜK VAR...
Bu gün, 10:00
Müalicə aldığı xəstəxananın pəncərəsindən yıxılıb öldü
Bu gün, 09:57
“Naxçıvanbank”dakı 1 milyarddan çox pul HARA QEYB OLUB? - İLGİNC İDDİALAR...
Bu gün, 09:55
İrandakı rejimin dəyişməsinə yalnız daxili proseslər təsir göstərə bilər - İsazadə
Bu gün, 09:34
Məhkəmə evini əxlaqsızlıq yuvasına çevirən qadınla bağlı qərar verdi - DETALLAR
Bu gün, 09:30
Baş prokuror Ləmbəranskini işdən çıxardı - ƏMR
Bu gün, 09:24
“Azərbaycan ikinci cəbhə planlarının fərqindədir” - AKTUAL
Bu gün, 09:22
Lənkəranın icra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:17
Bakıda məşhur uşaq bağçasının mühüm sənədləri yoxa çıxdı
Bu gün, 09:16
Azərbaycanda terror hücumu həyata keçirə biləcək kəşfiyyatçı qruplar yoxdur: Hazır olmaq lazımdır - ÇAĞIRIŞ
Bu gün, 09:15
“Bakı Toxucu” QSC-nin rəhbərliyi seçiləcək
Bu gün, 09:12
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 09:11
Söykəndiyi İRAN DAĞI dağılan Paşinyan yenidən Rusiyaya meyllənməkdədir... - GƏLİŞMƏ
Bu gün, 09:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru