"Rusiyada insanın qiyməti olmadığı üçün 2500 ölü onlar üçün heç bir şeydir" - Rəsul Quliyev
Tarix: 19-07-2014, 10:03 | Çap et
Mühacirətdə yaşayan eks-spiker Rəsul Quliyev Moderator.az-ın aşağıdakı sualını cavablandırıb: “Rusiyanın bu qədər basqılara rəğmən hələ də ərköyün uşaq kimi davranması, əksinə, daha da azğınlaşaraq əsl ayı kimi davranması dünyaya meydan oxumaq deyilmi? Artıq mülki təyyarənin vurulması həm də açıq-aşkar müharibə üçün əldən-ayaqdan getməsi anlanına gəlmirmi? Rəsul Quliyev sualı tarixə ekskurs edib paralellər aparmaqla çox geniş cavablandırıb: “Tarixdə ictimaiyət üçün baş verən faciəli hadisələrin əksəriyyətinin başında millitarizm durur.Əvvəl millitarizmin nə olduğunu anlamaq lazımdır. Ətrafındakı ölkələri işğal edib öz istədiyini zorla qəbul etdirmək üçün millətçilik və ya dindən istifadə etməklə xalqın psixoloju durumunu normal vəziyyətdən çıxarmaq və total şəkildə iradənə tabe etməkdir. Son 4 əsrdə Rusiya militarizmidən ən çox istifadə edən ölkə olub. Birinci Pyotr, birinci Nikolay, Stalin (sosialist sisteminin fetişləşdirilməsi ideyası) militarizmi rus xalqını və qonşularını çox böyük insan tələfatı verməyə düçür edib,baxmayaraq ki, həmişə uduzub. İndi Rusiyanın üfüqlərində yeni bir militarist- cənab Putin peyda olub. Putin son 10 ildə bu günkü imperiya yaratmaq planına başlamaq üçün böyük hazırlıq görüb, 20-ci əsrin militarist �?’dahiləri’’ Hitler və Stalinin ideyalarını dərindən öyrənib və bu işə başlamzdan öncə inqilabı informasiya texnologiyasından istifadə edərək özünün əvəzedilməz şəxs imicini yarada bilib. İntlektual insanların cəmi bir neçə faiz təşkil etdiyi Rusiya Federasiyasında TV-lərdə Qebbels propaqanda metodlarından istifadə edərək faktiki olaraq özünün mütləq rejimini yarada bilib. Krımın işğalından sonra reytinqi 90 faizə qalxmış Putin artıq ayaqlarının altında torpağı hiss etmir. 90 faizin bir adamı dəstəklədiyi cəmiyyət anormal cəmiyyətdir, törədiləcək istənilən cinayətin aktiv iştirakçısı ola bilər. Müqayisə üçün 2-ci dünya müharibəsində faktiki əsas rol oynamış cəmi 300 min insan qurban vermiş prezident Ruzveltin reytinqy 55 faizə, 20-ci əsrin ən böyük siyasətçisi hesab edilən hamıdan çox müharibədə iştirak edən cəmi 500 min insan qurban vermiş Çörçilin 50 faizə, Sosialist sistemini dağıtmış iqtisadiyatda inqilabı reformalar etmiş (reygonomika) prezident Reyqanın reytinqi 58 faizə belə çatmamışdır. Ancaq 40 milyondan artıq (1918-1945) əhalisini məhv etmiş Stalinin reytinqi isə absolyut 100 faiz olub, bununsa ancaq bir- adı var cəmiyyət anormal vəziyyətdədir. İndi zor gücünə imperiya yaratmaq istəyən 90 faiz reytinqli Putinin qarşısı necə alınacaq, bu insan ən azından 3 Baltik ölkəsindən başqa yerdə qalan respublikaların hamısını Rusiyanın maraq dairəsi elan edib, başqa sözlə, bu regionlarda ağalıq etmək istəyir. Bu insan ilk növbədə Ukraynaya 15 milyard dollar rüşvət verərək (Bogdan Xmelnitski rüşvətə görə Ukraynanı Polşa ilə yox, Rusiya ilə ittifaqa cəlb etmək faktı və onun rüşvətlə hər şeyi almaq olar mentalı) Avropa İttifaqına girməkdən daşındırmağa cəhd etdi. Ukraynalılar ayağa qalxıb onun planlarını alt -üst etdikdə Krımı işğal etdi. Krımın işğalına görə qərb tərəfindən kifayət qədər etiraza rast gəlməyən Putin Ukraynanın şərqində açıq aşkar, utanmadan separatçılar bayrağı altında partizan müharibəsi təşkil etdi. Ukraynanın şərqində gedən proseslərin bir adı var. Rusiyanın Ukraynaya qarşı aqressiyası. İndiyə qədər statistika dəqiq olmasa da 5 minə yaxın insan həlak olub. Onların təqribən yarısı ukraynalı, yarısı isə rusiyanın vətəndaşlarıdır. Ölən Ukrayna vətəndaşlarınından 80 faizi rus millətindən olan separatçılardır. Rusiyada insanın qiyməti olmadığı üçün 2500 ölü onlar üçün heç bir şeydir. Çeçenistan müharibəsində azı 100 minə yaxın (hər iki tərəfdən) qurban verən Rusiya üçün 2500 insanın Ukraynada həlak olması heç bir əhəmiyyət kəsb etmir. Bir çoxları Ukraynanın bir ovuc separatçıya qalib gəlməməsindən təəssüflənir. Bu əslində belə deyil. 1942-44 illərdə bu regionda partizan hərəkatının qarşısını RF-nın yarısını işğal etmiş almanlar da ala bilmədilər. Terroristlərlərlə müharibə etmək nizami ordu ilə müharibə etməkdən qat- qat çətindir. Əgər Rusiya açıq- aşkar partizan müharibəsi aparmasaydı, Ukraynanın separatçıları ləğv etməyi 1 aydan uzun çəkməzdi.Putin bir həftə bundan öncə , Latın Amerikası səfərindən sonra özünü Hitlerin 1938-ci il Münhen müqaviləsindən (Çexoslovakiyanınm Sudet vilayətinin Almaniyaya verilməsi barədə Fransa və İngiltərənin imzaladığı müqavilədən söhbət gedir) sonrakı eyforiya vəziyyətində hiss edirdi. Hitlerin dünya müharibəsinə başlaması və bütün avropanı işğal etməsi həmin bu sazişdən başlayır. Bu müqavilə ilə əlaqədar dahi Çörçilin dedikləri �?’ʼİngiltərə və Fransa guya müharibənin qarşısını almaq üçün belə bir rüsvayçılığı qəbul etdi, indi onlar rüsvayçılıqla yanaşı müharibəni də aldılar.’’ fikri çin oldu. Aralarında 75 il fərq olmasına baxmayaraq Krımın işğalı Münhen sazişindən sonra Çexoslovakiyanın Sudet vilayətinin işğalı ilə eynidir.O dövrdədə indi olduğu kimi İngiltərə və Fransa Çexslovakiyanın ərazi bütövlüyünün qarantına imza atmışdılar. Faktiki Avropa İttifaqı Rusiyanın Krımı işğalından sonra sərt sanksiyalar tətbiq etmədi. 1938-ci ildə olduğu kimi yenə Avropanın 2 ən böyük ölkəsi (Fransa və Almaniya) militaristə qarşı yumşaq mövqe tutmaq istədilər.20-ci əsr tarixində hər iki ölkənin bugün belə qüdrətli olmasının səbəbi ABŞ-dır.O faktiki Fransanı 2 dəfə Almaniyanın işğalından xilas edib. 4 yerə parçalanmış Almaniyanın vahid dövlət şəkilində birləşməsini və iqtisadi dirçəlişinidə Amerika edib. İndi hər iki ölkə Amerikanın təsirini Avropada zəiflətmək siyasəti aparırlar. Fransa və Almaniyanın və onlara qoşulmuş İtaliyanın pozisiyasından ruhlanan Putin artıq strateji işğalçılıq planına yol açılacağına əmin idi. Onun fikrincə Ukrayna ilə müharibədən usanacaq xalq indiki rejimi yıxacaq,maksimum 2 ilə və o öz adamını prezident gətirəcək. İkincisi, yerdə qalan ölkələriŞ o cümlədən Azərbaycanı müxtəlif vasitələrlə Avroasiya birliyinə qatacaq və yenidən 1945-ci il sərhədlərini bərpa edəcək. Ancaq Putinin separatçılarının Rus raketi ilə Malaziya sərnişin təyyarəsini vurması müvəqqəti olsada Putinin planlarını alt- üst etdi. İndi o bu vəziyyətdən çıxmaq üçün yollar axtarır. Atəşkəs üçün canfəşanlıq edəcək. Çox ehtimal o separatçılardan bir ikisini təyyarəni vurmaqda suçluyub həbs etdirəcək yenidən Fransa və Almaniyanın loyal münasibətlərinə nail olmağa çalışacaq. Avropa Putin aqressiyasına qarşı sərt mövqe tutmasa rüsvayçılıqla yanaşı müharibənidə almış olacaq. Sözsüz ilk növbədə orta asiya ölkələri , Qazaxstan və Azərbaycan bu aqresiyanın qurbanları olacaq, ardınca şərqi avropanın baltik ölkələri,Bolqarıstan, Polşa və sairələri gələcək. Orta asiya ölkələri və Azərbaycan 20-ci əsrin əvvəllərində olduğu kimi heç bir müqavimət göstərmədən Rusiyanın hegemonluğunu qəbul edəcək. Ən ağır vəziyyətdə Azərbaycan olacaq. Çünki Azərbaycanın sərhədlərində olan ölkələrin heç biri Rus aqressiyasına qarşı çıxış edən deyillər. Xalqın ümidi türk qardaşlarımızadır. Ancaq tarix göstərir ki, Türk höküməti öz maraqlarına görə həmişə Azərbaycanı qurban verməyə hazırdır. Necə ki, 1918-ci ilin aprelində ermənilərin Türkiyəyə olan ərazi iddialarını Azərbaycanın torpaqları hesabına ödədi və bizim bu gün qəhrəman hesab etdiyimiz siyasi xadimlərdə qeydsiz şərtsiz Azərbaycanın Rus imperiyasına qarşı 1806-1828 –ci illərə qədər ölüm dirim müharibəsi aparan qədim İrəvan xanlığını başda İrəvan şəhəri olmaqla ermənilərə peşkaş etdi.1920-ci ildə Azərbaycan hökümətini bolşeviklərə təslim olmağa təhrik etdi. Rusiyanın Krımı işğal etməsinə qarşı hətta Yaponiya çıxdığı halda Türkiyə deklarativ qınamaqdan başqa RF-na heç bir sanksiya tətbiq etmədi. Düşünürsünüz ki, Azərbaycana görə RF ilə üz üzə dayanacaq çox böyük səhvə yol verərsiniz. Ona görədə Azərbaycan başına çarə qılmalıdır. Birincisi RF ilə əlaqədar apardığı siyasəti maksimum açıq olmalıdır. Açıq elan etməlidir ki, ərazi bötövlüyü bərpa edilməyənə qədər Azərbaycan heç bir ittifaqa girə bilməz,çünki torpaqlarının 20 faizi onun kontrolunda deyildir. Əgər RF onun Avro asiya ittifaqına daxil olmasını istəyirsə ilk növbədə artıq müstəqilliyini itirib faktiki Rusiyanın bir əyalətinə çevrilmiş Ermənistanın qoşunlarını bu ərazilərdən çıxartmalıdır. Bu siyasət gizli yox açıq aparılmalıdır, bütün beynəlxalq təşkilatlar, qərb ölkələri bunları eşitməlidirlər. Rusların aqressiv planlarının qarşısını almağın yeganə yolu budur. RF Azərbaycanın şimalında istənilən vaxt 3 rayonda vəziyyəti gərginləşdirə bilər. O regionda istənilən cüzi bir hərəkət hökümətin nəzarətində olmalıdır və ona reaksiya verilməlidir. Çox millətli Dağıstan yaranmış Avar,Kumuk, Lak, Ləzgi balansının pozulmasında maraqlı deyildir, ancaq rusiyanı militarist planından bir alət kimi istifadə edilə bilər.Xalqın müqavimətini artırmağın yeganə yolu demokratik seçkilərdir, başqa sözlə camaat yaradılan dövlət strukturlarının onunku olduğuna inanmalıdır. Əks halda hökümət özlərinindir gedib başlarına çarə qılsınlar deyəcəklər. Xalqı bu durumdan çıxarmaq müsəqilliyin qorunmasının əsas şərtidir. İndi bələdiyə seçkiləri olacaq. Heç olmazsa bu çoxda böyük əhəmiyyət kəsb etməyən hadisədən camaatın inamını yəni hər bir vətəndaşın onun səsinin əhəmiyyəti olduğuna inandırmaq lazımdır.Bu işi hökümət etməlidir. Azərbaycan müxalifəti elə bir vəziyyətdədir ki. o heç vakumdada yüngül bir şeyi qaldıra bilməz.Hər bir kənd,qəsəbə ,şəhər, rayon özünün hörmətli adamlarını tanıyır sadəcə olaraq insanlara imkan vermək lazımdır ki, o insanları seçsinlər. Rusiyanın sərnişin təyyarəsini vurması birinci dəfə deyildir. 1983-cü ildə Koreyadan Amerikaya uçan sərnişin təyyarəsinidə vurub okeanda batırdılar. O vaxt prezident Reycan Sovet ittifaqını bəlalar imperiyası adlandırdı və onu məhv etmək üçün əlindən gələni edəcəyini elan etdi. Bu işi gördü və bu gün sovetlət imperiyası yoxdur.Ancaq tarix göstərdi ki, həmin bəla imperiyasının ən yekə başı hələdə sağdır.İndi tarix bu başıda kəsib odla dağlayan yeni Reyqan yetişdirməlidir. İlk növbədə Rus xalqını ikinci növbədə qonşuları gələcək bəlalardan xilas etməlidir. Ümid edək ki, Avropa ölkələrinin liderləridə bunları çox gözəl başa düşürlər.”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05 |
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13 |
|
|
|
• Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09 |
|
|
|
• İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14 |
|
|
|
• Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07 |
|
|
|
• Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42 |
|
|
|
• Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35 |
|
|
|
• Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16 |
|
|
|
• Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14 |
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58 |
|
|
|
• Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17 |
|
|
|
• İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Dünən, 18:15 |
|
|
|
• Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Dünən, 18:13 |
|
|
|
• İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Dünən, 18:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Dünən, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Dünən, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Dünən, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Dünən, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Dünən, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Dünən, 17:33 |
|
|
|
• Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Dünən, 17:27 |
|
|
|
• Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Dünən, 17:25 |
|
|
|
• Bu, erməni xalqına baha başa gələcək - Karasin
Dünən, 17:20 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Dünən, 17:19 |
|
|
|
• Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Dünən, 17:17 |
|
|
|
• Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Dünən, 17:16 |
|
|
|
• "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Dünən, 17:14 |
|
|
|
• "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Dünən, 17:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Dünən, 17:02 |
|
|
|
• AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Dünən, 16:58 |
|
|
|
• Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Dünən, 16:56 |
|
|
|
• Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Dünən, 16:55 |
|
|
|
• “Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Dünən, 16:48 |
|
|
|
• Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Dünən, 16:46 |
|
|
|
• Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Dünən, 16:43 |
|
|
|
• “Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Dünən, 16:24 |
|
|
|
• Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Dünən, 16:18 |
|
|
|
• Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Dünən, 16:17 |
|
|
|
• Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Dünən, 16:14 |
|
|
|
• Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Dünən, 16:12 |
|
|
|
• ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Dünən, 16:01 |
|
|
|
|