Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb .....                     Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? .....                     “Tərtər işi”nə görə həbs edilən generalın işi .....                     Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır .....                     Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı .....                     “Ermənistanın qonşularla ticarəti məhv olacaq” .....                     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib .....                     Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? .....                     Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib .....                     Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? .....                     ADSU-nun rektor əvəzi özü də tələbədir? .....                     Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir .....                     Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik! .....                     Azər Qasımlı ilə bağlı qərar verildi .....                     Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür .....                     Dünyanın ən amansız ordusu Ermənistana girə bilər .....                     “Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." .....                     “PASHA Real Estate”də yeni təyinat .....                     Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər .....                     Bu idarənin rəis müavininə cinayət işi açıldı .....                     Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi .....                     Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi .....                     Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb .....                     Ordumuzun əsgəri vəfat edib .....                     ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... .....                     Paşinyan KTMT-dən çıxdığını .....                     Blinken və Mirzoyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər .....                     "Qayınanamın ayaqlarından öpərəm" .....                     Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyıb .....                     Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyi niyə hədəfə aldı? .....                     "Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir .....                     Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... .....                     “Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir .....                     ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? .....                     Bayramova ingiliscə saxta məktub... .....                     Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik .....                     “Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli .....                     İranın Zəngəzur planı üzə çıxdı .....                     Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır .....                     "Başqası ilə eşq yaşayırdı" .....                 

“Milli Şuranın odunu söndürüb, külü ilə oynayırlar” - Sabir Rüstəmxanlı
Tarix: 7-04-2014, 14:23 | Çap et
“Milli Şuranın odunu söndürüb, külü ilə oynayırlar”
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının APA-ya müsahibəsi

- Sabir bəy, VHP-nin qurultayı sonuncu dəfə 2007-ci ildə keçirilib. Nizamnaməyə uyğun olaraq qurultay 5 ildən bir keçirilir. Bu müddətin artıq başa çatdığını nəzərə alsaq, partiyanın qurultayı hansı səbəbdən gecikir?

- 2012-ci ildə qurultay səviyyəsində yubiley tədbirimiz oldu. Buna görə də qurultayın gecikməsi ilə bağlı sıxıntı yaşamırıq. Əsas odur ki, bu il bütün rayonlarda konfranslar keçirilməlidir. Təbii ki, sonuncu qurultaydan xeyli vaxt keçdiyindən, bəzi rayon təşkilatlarının işindən, onların sədrlərindən ümumi narazılıqlar var. Seçkilərlə bağlı, xüsusən də məntəqə və dairələrdə təmsilçilərimizin müəyyənləşməsi ilə əlaqədar müəyyən rayonlarda narazılıqlar meydana çıxır. Bunların hamısını aydınlaşdırmaq və partiyanın rayon təşkilatlarını təzə hala gətirmək üçün hökmən rayonlarda konfranslar keçirilməlidir. Bu ilin payızına doğru çalışacağıq ki, qurultayı keçirək. Bu il bizim işimiz çoxdur, mən həm Dünya Azərbaycanlıları Konqresinin qurultayına hazırlaşıram, həm də partiya ilə bağlı işlərim var. Bunlar hamısı vaxt istəyir. Lakin bütün bunlara baxmayaraq, işlərimiz gedir və çalışacağıq ki, bu il qurultayı keçirək.

- Partiyanın sədrliyindən getməyi düşünürsünüzmü?

- Doğrudan da, mən öz yerimə partiyanın işini apara bilən, problem yaratmayan, bacarıqlı, gənc və partiyanın bütün təşkilatları tərəfindən qəbul olunan bir adamın təyin olunmasını istəyirəm. Bəlkə də qurultayın gecikməsinin bir səbəbi də budur. Mənim partiya sədrliyindən getmək niyyətim var. Bu, yalnız mətbuat üçün blef, yaxud boş yerdən ortaya atılmış söz deyil, mən bunu səmimi şəkildə istəyirəm. Eyni zamanda bir sıra başqa işlərim də var ki, onlar mənim üçün çox zəruridir. Xüsusən də, yaradıcılıq sahəsində işlərim var, əlimdə yarımçıq kitablarım qalıb. Burda otura-otura, partiyanın işini görə-görə, əgər mənim fikrim yarımçıq işlərimin yanındadırsa, yaxud yazılarımı yazarkən fikrim qalır ki, partiyada kimsə ilə görüşməliyəm, bu şəkildə əvvəllər işləmək olurdu, ancaq indi işləyə bilmirəm. Çünki zaman qovur, yarımçıq işlər məni onların ardınca getməyə məcbur edir. Buna görə də mən partiya sədrliyindən getmək istəyirəm. Yəni bir lider kimi yox, partiyanın sıravi üzvü kimi qalmaq istəyirəm.

- Ümumiyyətlə, siyasətdən getmək niyyətiniz var?

- Siyasətdən getmək hələ ki mümkün deyil, çünki mən millət vəkiliyəm. O müddət başa çatdıqdan sonra yəqin ki, siyasətdən də gedəcəyəm. Əslində, yazıçılıq daim siyasətin içində olmaqdır. Mənim təbiətim və yaradıcılığımın ümumi ruhu siyasətdən uzaqda deyil. Mənim yazılarım vətəndaşlıq ruhundan yoğrulmuş və Azərbaycanda sovet dövründən başlayaraq cəmiyyət içində baş verən proseslərlə sıx bağlıdır. Yəni, mənim sovet dövründəki kitablarıma nəzər salsaq görərik ki, siyasi hədəfi olan, Azərbaycanın tarixi yaddaşını diriltməyə, millətin yaddaşını özünə qaytarmağa, müstəqilliyə xidmət edən kitablardır. Bunlar da əslində siyasətin bir növüdür. Əsərlərimdə ədəbiyyatdan istifadə yolu ilə ictimai problemləri qaldırmaq var. Mən bu mənada siyasətdən kənar deyiləm. Yəni düşünsəm ki, bundan sonra yazacaqlarım siyasətdən tam kənar olacaq, bu doğru deyil. Mənim sırf milli ruhdan qidalanan, mənəvi proseslərdən doğan son dərəcə zərif ruhlu lirik şeirlərim də var. Amma partiya işi gündəlik siyasətdir və mən gündəlik siyasətdən uzaqlaşmaq, daha çox millətimizin gələcəyinə yönəlik, daha uzun vədəli milli siyasətlə məşğul olmaq istəyirəm.

- Fikrinizdən belə başa düşülür ki, 2015-ci il parlament seçkilərində də iştirak etməyəcəksiniz.

- Hələ bu barədə düşünməmişəm. Mən tək olsam, çox asanlıqla çantamı əlimə alıb gedə bilərəm. Lakin 23 il bir yerdə olduğumuz insanlar var və onların bir çox məsələlərdə məndən umacaqları var. Məsələn, partiyanın parlamentdə təmsil olunması. Əvvəldən biz parlamentdə təmsil olunmuşuq, bu mövqeyi itirməmək şərtilə partiyadan getmək istəyirəm. Yəni, elə bir dəyişiklik olsun ki, bizim parlamentdə təmsil olunmağımıza ziyan vurmasın. Bax, bunların hamısı ölçüb-biçirik. Mənsiz bu məsələlər həll olunsa, parlamentdə iştirak etməyəcəyəm. Ancaq görəndə ki, mənə ehtiyac var, onda buna uyğun addım atacağam.

- Sabir bəy, prezident seçkilərindən sonra Azərbaycandakı ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?

- İnsan qəribə bir məxluqdur, rahat yaşamaq istəmir. Müharibəsiz, iğtişaşsız yaşaya bilmir. Bütün toplumlarda daimi bir gərginlik var. ABŞ-ın, Avropanın hegemonluq siyasəti istər-istəməz gərginlik yaradır və bütün bunlar hamısı Azərbaycana da təsir edir. Azərbaycan coğrafi olaraq son dərəcədə mürəkkəb bir bölgədədir, bütün yolların qovşağı, bir çox dövlətlərin maraqlarının kəsişdiyi yerdir. Yəni, ətrafımızda bütün güclər hamısı bir-birinə qarşı ağız-ağıza yatıblar. Şimalda Rusiya var, itirdiyi torpaqlarda öz nüfuzunu qoruyub saxlamağa çalışır, Ermənistan düşmən dövlətdir, 20 faiz torpaqlarımızı işğal edib, bizə rahat yaşamağa imkan vermir. Müharibə olmasa, Azərbaycanı dünyanın gözəl guşələrindən birinə çevirərdik. Güney Azərbaycan bizdən ayrılıb, biz oradakı soydaşlarımızı unuda bilmərik. İslam-şiə dövləti adı altında fars şovinizmi orada yaşayan 35 milyon soydaşımızın qanını sorur. Biz azərbaycanlı olaraq öz həyatımızı bunlardan kənarda hiss edə bilmərik. Bütün bunlar hamısı həm də Azərbaycanın daxili siyasətinə təsir göstərir. Təsəvvür edin ki, müharibə olmasa, Azərbaycan idarəçiliyi nə qədər rahat nəfəs ala bilərdi. Bütün bunlar həm də iqtidar-müxalifət qarşıdurması üçün əlavə mövzu verir. Bu da daimi həyatımızda izlənilən bir gərginlikdir. Azərbaycanda seçkilərdə müəyyən gərginliklərin yaşanmasına baxmayaraq, seçkilərdən sonra həm siyasi həyat, həm də ölkənin həyatı sakit bir məcraya düşüb. Bunun bir səbəbi də elə dediyim gərginlikləri millətin duymasıdır. Millət başa düşür ki, Azərbaycanda indiki durumu dəyişdirmək o qədər asan deyil, əvvəla, dəyişdirdikdən sonra da daha yaxşı variant olmalıdır. O yaxşı variant meydanda olmadıqca, yalnız boş vədlərdən ibarət olduqca, hakimiyyət belə davam edəcək. Çünki doğrudan da ortaya çıxan o alternativ qüvvələr elə prezident seçkilərində xırda istisnalarla, hamısı, hakimiyyətin apardığı təbliğatın yanında solğun görünürdü. Bu, reallıqdır. Ona görə də, xalq boş vədlərə, ümidlərə səs vermir. İndi vəziyyəti görür və ona uyğun addımlar atır. Bu gün partiya mübarizəsi adı altında, təəssüf ki, bir sıra o qədər də şəffaf olmayan maraqlarla birləşən qrupların qarşılıqlı mübarizələri var. Bu mübarizələrə kənardan müdaxilələr var. Bu iqtidara qarşı olan kənar qüvvələr özlərinə müxalifət düşərgəsində yuva qurmağa çalışırlar, orada tərəfdarlar axtarırlar. Bütün bunlar toqquşur və bunlar toqquşanda hər şeyi xalqın iradəsi həll etmir. Amma yekun olaraq, mən Azərbaycanda daxili sabitliyə sevinən adamlardan biriyəm və güman edirəm ki, zaman hər şeyi qaydasına qoyur.

- Müxalif partiyanın sədri kimi Azərbaycanın müxalifət düşərgəsindəki hazırkı durumu necə qiymətləndirirsiniz? Xüsusilə də Milli Şura ətrafında cərəyan edən prosesləri nəzərdə tuturam. Nəzərə alsaq ki, sizin partiyanın bir neçə funksioneri qurumda təmsil olunur...

- Biz partiya olaraq orada iştirak etmirik, ancaq partiyanın müəyyən üzvləri iştirak edir. Onlar da İctimai Palatadan ora gediblər. Biz müxalifət partiyası olaraq müxalifət düşərgəsində gedən proseslərdən kənarda deyilik, hər hansı şəkildə orada iştirak edirik. Mən Milli Məclisdəyəm və orada ola-ola Milli Şuraya gedə bilməzdim. Milli Şura guya Milli Məclisə alternativ kimi nəzərdə tutulurdu. Mən Milli Şurada tam süstlük görürəm. Digər tərəfdən, Milli Şuraya toplaşmış adamların bu birliyə sona qədər sadiq qalacağına inanmırdım. Onların bir azdan bir-birinə qarşı yenidən ittihamlara qalxacağını da bilirdim. Ümumiyyətlə, o tərkiblə, o heyətlə hətta qalib gəlsə belə, yalnız o adamların iştirakı ilə ciddi bir hakimiyyət formalaşdırıb Azərbaycanın bu sıxıntılardan qurtula biləcəyinə inanmırdım. Bu gün 1988-90-cı illərə nisbətən mənəvi-psixoloji cəhətdən zəifləmiş, bir-birinə münasibətdə bir çox körpüləri yandırmış adamların zahiri görüntü yaradaraq, guya yenidən hakimiyyətə gələcəkləri və gələndən sonra ölkədə ciddi dəyişikliklər edəcəyinə inanmırdım. Ona görə də mən inanmadığım yerə heç vaxt getmərəm. Mən bütün əvvəldən yaranan birliklərin hamısını görmüşəm, təşəbbüskarı olmuşam, illər uzunu əsəblərimiz gedib, bir-birimizə yaxınlaşmağa çalışmışıq, amma sonradan görmüşəm ki, bu gün üz-üzə oturursan, sabah arxanda yüz cür böhtanlar deyilir. Yəni, müxalifətdə qarşılıqlı etimad mühiti yoxdur. Müxalifət düşərgəsi əvvəllər çox geniş idi. Orada hansı maraqdır bu böyük birliyi getdikcə parçalayan? Əsas müxalifət, nə bilim, radikal müxalifət... Bu, əslində öz oturduğun budağı kəsməkdir. Bunlar əslində millətin etimadından özünü məhrum etməkdir. Burada bir məqsəd var, dünya görsün ki, Azərbaycanın “ana” müxalifəti mənəm. Bu xırda şöhrətpərəstik və bu gün mənim sübut edə bilməyəcəyim başqa maraqlar var idi. O da yaşamaq mübarizəsidir. Yaşamaq üçün müxalifətçiliyin müəyyən qaynaqları var, məsələ odur ki, o qaynaqlara kim təkbaşına sahiblənmək istəyir. Buna görə adam illər uzunu yanaşı gəldiyi dostunu itirməz, xalqın ümidlərini qırmaz. Bunların hamısını biz görmüşük. Ona görə də təcrübədən dəfələrlə keçirdiyimiz və hər dəfə də peşmançılığını yaşadığımız birlik yolu məni çəkmir. Yəni, kimsə aldana bilər, mənim isə bu yaşda aldanmaq vaxtım deyil axı...

- Bəzi siyasətçilər Milli Şuranın sədri Cəmil Həsənlinin ziyalı kimi siyasətə qoşulmasını, sözügedən birliyə daxil olmasını düzgün addım hesab etmir. Siz necə düşünürsünüz?

- Cəmil Həsənli siyasətdə yeni deyil. Bir müddət Milli Məclisin fəal deputatlarından biri olub. Buna baxmayaraq, hesab edirəm ki, Cəmil müəllim Milli Şuraya getməli, orda sədrliyi boynuna götürməli deyildi. Cəmil müəllim Azərbaycanın böyük tarixçisi və ziyalısıdır, çox gözəl əsərlər yazır və o işini də davam etdirməli idi. Bir dəstə adam onu qabağa verib, onun kölgəsində gizlənir. Qabaqcadan bəlli idi ki, o birliyin sonu necə olacaq. Ona görə də düşünürəm ki, səmərəsiz mübarizəyə girişmək vaxtımız keçib. İndi onlar Milli Şuranın odunu söndürüb, külü ilə oynayırlar.

- Milli Şurada təmsil olunan Müsavat Partiyasının qurumu tərk etməsi və bundan sonra bir zaman onun müttəfiqləri olmuş şəxslərin partiyanı hakimiyyətlə mandat alverində ittiham etməsi, əlaqələri kəsməsi sizcə nə ilə bağlıdır?

- Mənim Müsavat Partiyasında heç kimlə şəxsi problemim yoxdur. Tarixi Müsavat Azərbaycan üçün unudulmaz bir dəyərdir - XX yüzilliyin əvvəlindən başlayan, Məhəmməd Əmin Rəsulzadənin qurduğu Müsavat. O müsavatçılıq Azərbaycanda demək olar ki, hər kəsin ürəyindədir. Onu bugünkü Müsavat Partiyasının divarları içinə sığışdırmaq mümkün deyil. Ümumiyyətlə isə, son illərin təcrübəsi göstərir ki, Azərbaycan müxalifətinin iki problemi var. Biri Müsavatdır, biri də Xalq Cəbhəsi. Xalq Cəbhəsi, o boyda hərəkat neçə yerə parçalandı, halbuki onu qorumaq olardı. Ümumiyyətlə, bu partiyalaşmanı biz bir müddət yubada bilərdik. Mən özüm də bu proseslərin içində olmuşam, amma sözümü həmişə mümkün qədər demişəm. Xalq Cəbhəsi təbii şəkildə o vaxt sovetlərə qarşı qalxan kütlənin etiraz dalğasında yetişmiş hərəkat idi. Bütün millət də bu hərəkatın üzvü idi. Müsavat da yenə o tarixi xatirənin üzərində qurulmuş böyük partiyadır. Onların heç biri bu gün onlara başçılıq edən şəxslərin zəhməti ilə yaranmış partiya deyil. Onlar xatirə ilə, xalqın iradəsi ilə yaranmış qurumlardır. Buna görə də onların bir yerdə olmamaları və həmişə aralarındakı konfliktlər bütövlükdə xalqın iradəsinə və bizim tarixi xatirəmizə vurulan zərbədir. Fikrimcə, onların bu problemi olmasa, müxalifətin mənzərəsi ayrı cür olardı.

- Kinorejissor Rüstəm İbrahimbəyovun Milli Şuraya gəlişi və sonradan qurumda təmsil olunanların ona qarşı olan münasibəti barədə nə dəyə bilərsiniz?

- Bilirsiniz, hər kəs öz yerində dəyərlidir. Rüstəm İbrahimbəyov böyük yazıçı, dramaturq və kinorejissordur. Buna baxmayaraq, Rüstəm İbrahimbəyovun da Milli Şuraya rəhbərliyini yanlış hesab edirəm O, əgər müxalifət düşərgəsinə yardım etmək istəyirdisə, yardımını edə bilərdi. Yəni, birdən-birə hakimiyyətlə şəxsi problemlər yaranandan sonra siyasətə gəlmək mənim düşüncəmə görə bəri başdan məhkumluqdur. Çünki onun sonu olmayacaq. Amma digər tərəfdən, mənim Rüstəmə çox böyük hörmətim var və heç vaxt da o hörmətə kölgə düşməyini istəmərəm. Eyni zamanda mən hakimiyyətin də Rüstəm İbrahimbəyova qarşı münasibətini yanlış hesab edirəm. Mən istərdim ki, Rüstəm İbrahimbəyov, Cəmil Həsənli kimi adamlar millətin ümid yeri kimi qalsınlar, daxili münaqişələrdən kənarda qalan bir ağıl mərkəzimiz olsunlar. Bir çox partiyaların onlara münasibətinin səmimi olduğuna da inanmıram. Ona görə, bu adamların ayrı-ayrı partiyaların maraqlarına qoşulmasının tərəfdarı deyiləm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56
Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55
“Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48
Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46
Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43
“Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18
Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17
Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14
Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12
ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01
Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59
Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!
Bu gün, 15:57
Azər Qasımlı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 15:56
Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür - Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 15:53
Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 15:39
“Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." - Ekspert
Bu gün, 15:35
“PASHA Real Estate”də yeni təyinat
Bu gün, 15:34
Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər
Bu gün, 15:32
Bu idarənin rəis müavininə cinayət işi açıldı - FOTO
Bu gün, 15:30
Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi - ŞƏRH
Bu gün, 15:24
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi - LƏĞV OLUNUR
Bu gün, 15:20
Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:17
Ordumuzun əsgəri vəfat edib - FOTO
Bu gün, 15:10
ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... - AKTUAL
Bu gün, 15:08
Paşinyan KTMT-dən çıxdığını ELAN EDƏCƏK
Bu gün, 15:02
Blinken və Mirzoyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər - Ermənistan XİN
Bu gün, 14:58
"Qayınanamın ayaqlarından öpərəm"
Bu gün, 14:43
Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyıb
Bu gün, 14:41
Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyi niyə hədəfə aldı? - İLGİNC
Bu gün, 14:32
"Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir - ARAŞDIRMA
Bu gün, 14:02
Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... -RƏY
Bu gün, 14:00
“Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir - “Nezavisimaya qazeta”
Bu gün, 13:58
ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02
Bayramova ingiliscə saxta məktub... - Arkov
Bu gün, 12:56
Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 12:53
“Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli - Əhalinin şikayət etdiyi bank
Bu gün, 12:50
İranın Zəngəzur planı üzə çıxdı - Dəhlizi əngəlləmək üçün bu yola əl atdılar
Bu gün, 12:47
Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır - Pritçin
Bu gün, 12:46
"Başqası ilə eşq yaşayırdı" - Həyat yoldaşını qətlə yetirən şəxs
Bu gün, 12:43
NƏ ETSƏK DƏ... ÇÖRƏYİMİZİN DUZU YOXDUR! - İran ABŞ-la qolboyun olan İrəvanı sükutla seyr edir, Rusiya isə...
Bu gün, 12:39
İntihar edən gənc İbrahim Kərbalıyevin oğlu imiş... - FOTO
Bu gün, 12:34
AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib
Bu gün, 12:32
Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi - "ATLANT İŞİ"
Bu gün, 12:30
Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? - TƏFƏRRÜAT
Bu gün, 12:25
Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək - DETALLAR
Bu gün, 12:22
“1 milyon əsgər Azərbaycana gələcək” – növbəti çərənləmə
Bu gün, 12:19
Bakı Reqional Məşğulluq Filialına yeni müdir təyin olunub - ƏMR
Bu gün, 12:16
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Bu gün, 12:14
Atası oğlunu öldürəni bağışladı, məhkəmə isə… - Hökm
Bu gün, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru