Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? .....                     Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq .....                     İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... .....                     "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" .....                     Ermənilərin gözü yenə orda-burda .....                     Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir .....                     Paytaxtda “at oynadan” MTK-lar .....                     Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar .....                     Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu .....                     İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir .....                     Daha bir ekspert Əmrullayevi TOPA TUTDU .....                     Görün, millətə nə yedirdirlər... .....                     Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək .....                     “Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” .....                     Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ .....                     "Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" .....                     "Bağlamamı 40 gündür göndərmirlər" .....                     "Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.." .....                     Boran Əzizli təhsil nazirini haqlı saydı .....                     Su, qaz və işığın qiyməti ilə bağlı mühüm xəbər .....                     Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? .....                     “Həsən Turabovun mənə şərait yaratması yalandır” .....                     Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq .....                     Biləsuvarda Heydər Əliyevin abidəsini .....                     Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir .....                     Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb .....                     Xarici kəşfiyyatlar, daxili təxribatlar... .....                     DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq .....                     Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib .....                     Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI .....                     Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? .....                     Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? .....                     Ter-Petrosyandan Paşinyana xəbərdarlıq .....                     Kreml FAKT QARŞISINDA .....                     Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? .....                     Tanınmış ekspert deputatı BİABIR ETDİ... .....                     Xırdalanda yolların təmirinə 1,5 milyon manat .....                     Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq .....                     Dilarənin bikinili fotoları... .....                     Gəncə təhsilini bazara çeviriblər... .....                 

Sərdar Cəlaloğlu nəyin müqabilində seçkidən GERİ ÇƏKİLDİ? - “Partiya rəhbərliyində də bilirdilər ki...”
Tarix: 29-07-2024, 12:26 | Çap et
Sərdar Cəlaloğlu nəyin müqabilində seçkidən GERİ ÇƏKİLDİ?
Azərbaycanda parlament seçkilərinə 1 aya yaxın vaxt qalmasına baxmayaraq, ölkənin bir sıra müxalifət partiyaları seçkilərdə iştirakla bağlı hələlik yekun qərar verməyib. Bundan əlavə, hətta namizədliyini geri götürən siyasilərlə bağlı informasiyalar artıq mətbuatda dərc olunmaqdadır.

Həmin şəxslərdən biri də Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, 3 saylı Şahbuz-Babək-Kəngərli seçki dairəsindən deputatlığa namizədliyini vermiş Sərdar Cəlaloğludur.

Məsələ ilə bağlı partiya sədrindən namizədliyinin geri götürməsinin səbəblərini soruşduq.

Yenicag.az-a müsahibəsində S. Cəlaloğlu sözügedən addımının səbəblərini belə izah edib.

-Sərdar bəy, seçkilərdən geri çəkilməyiniz bir xeyli müzakirələr səbəb oldu. Maraqlıdır, ADP-nin seçki kampaniyasını idarə etməyə resursu çatmadı, yoxsa siz seçkiləri boykot etdiniz?

-Seçkilərdən 2 ay qabaq mən dəfələrlə bəyan etmişdim ki, parlament seçkilərində iştirak etməyəcəyəm. Sonra elə oldu ki, həyat yoldaşım çox ağır bir əməliyyat oldu və hər iki diz oynağının implantasiyası əməliyyatı keçirildi. Başım oraya qarışdı, ona görə də heç cür seçkilərə vaxt ayırmağa, oraya-buraya getməyə imkanım oldu. Nəticədə götür-qoy etdim və seçkilərdə iştirak etməməklə bağlı qərarımı möhkəmləndirdim.

Daha sonra seçkilər elan olundu və baxıb gördüm ki, seçkilərə qatılmamağım partiya üzvlərimizin seçkilərə olan marağını öldürəcək. Çünki onlar qoşulmaq istəmirdilər. Ona görə də söylədim ki, formal da olsa, seçkilərə qoşularam. Partiyamızın İdarə Heyətinə demişdim ki, seçkilərə qoşulub, daha sonra çəkilərək, gəlib sizin kampaniyalarınızda iştirak edəcəyəm. ADP rəhbərliyi bunu bilirdi ki, mən axıra qədər getməyəcəyəm.

-Seçicilərin sizə qarşı münasibət necə idi bəs?

-İmzatoplama kampaniyasında gördüm ki, namizədliyimi verdiyim 3 saylı Şahbuz-Babək-Kəngərli seçki dairəsindəki əhali həddən artıq qeyri-adi dərəcədə və fəal şəkildə mənim seçilməyimə hazırlaşırdı. Hətta mənə yüzlərlə telefon zəngləri gəldi, bölgələrdən müraciətlər oldu. Gördüm ki, hökumət istəsə belə, həmin dairədən məni seçkilərə buraxmaya bilməyəcək. Lakin daha sonra fikirləşdim ki, parlamentə düşsəm belə, əməkdaşlıq etdiyimiz heç bir müxalif partiya seçkiyə getmir. Ona görə də fikirləşdim ki, görüşlər keçirim və seçiləcəyim təqdirdə, kənarda qalan partiyalardan hansı dəstək alacağımı öyrənim. Hətta onlarla maraqlandım ki, niyə onlar seçkilərə qoşulmurlar? 1-2 dəfə cəhd etdim və bizə ən yaxın, nüfuzlu partiyaların rəhbərləri ilə görüşdüm, bəzi liderlər isə ümumiyyətlə, görüşə gəlmədi. Mənim bu görüşlərdən aldığım təəssürat bundan ibarət oldu ki, həmin partiyaların seçkilərlə bağlı hər hansı bir mövqe ortaya qoymaq, aktivlik etmək fikirləri yoxdur.

-Yəni iddia edirsiniz ki, müxalifət düşərgəsində istədiyinzi dəstəyi ala bilmədiniz…

-Demək olar ki, hə. Artıq onda anladım ki, seçilsəm də, ortalıqda və tək qalacağam. Fikirləşdim ki, əgər parlamentə getsəm belə, orada müxalifət adı ilə təmsil olunan qüvvələrin heç biri ilə yaxşı münasibətim yoxdur, əksinə, hamısı ilə konfliktim olub.

Yaxşı, mən getdim parlamentə, seçicilər də böyük ümidlə yanaşacaqlar ki, mən parlamentə getsəm, onların hansısa problemini həll edəcəyəm. Amma bu şərtlərdə mən heç bir problemi həll edə bilməyəcəyəm. Belə çıxacaq ki, mən mandat əldə etmək üçün camaatı aldatmışam. Bu yaşdan sonra da mənim elə bir şeyə ehtiyacım yoxdur ki, mandat naminə camaatı aldadıb parlamentə düşəm. Bu qənaətə gəldim ki, yaxşısı budur, namizədliyimi geri çəkim.

-Mən imzatoplama ərəfəsində bütün imzaları toplamışdım. Hətta bir dənə də olsun qüsurlu imzam yox idi, hətta imza verən adamların şəkillərini çəkmişdik ki, sabah deməsinlər ki, imzalar saxtadır və s. Lakin bütün bunlara baxmayaraq, fikirləşdim ki, əgər cəbhəmizdə olan partiya sədrləri seçkiyə getmir, ona hər hansı bir münasibət bildirmək istəmirsə, eləcə də mən də parlamentdə düşüb seçicilərə verdiyim vədlərin heç birini həll edə bilməyəcəmsə, onda namizədliyimi verməyin nə mənası var? Ona görə də bu qənaətə gəldim ki, seçkilərdən çəkilim. Lakin partiya üzvlərimizin seçkilərdən çəkilməsinə imkan verməyəcəm və çalışacağam ki, axıra qədər getsinlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Bu gün, 09:41
Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26
İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Bu gün, 09:23
"Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Bu gün, 09:13
Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Bu gün, 09:05
Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Bu gün, 09:04
Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Bu gün, 08:47
Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Bu gün, 07:39
Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Bu gün, 07:38
İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Bu gün, 07:29
Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Bu gün, 07:23
Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Bu gün, 07:19
Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14
“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Bu gün, 07:12
Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ - İLGİNC FAKTLAR
Bu gün, 07:04
"Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Bu gün, 06:51
"Bağlamamı 40 gündür göndərmirlər" - GİLEY
Bu gün, 06:47
"Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.."
Bu gün, 06:38
Boran Əzizli təhsil nazirini haqlı saydı - RƏY
Bu gün, 06:35
Su, qaz və işığın qiyməti ilə bağlı mühüm xəbər – Yaxın zamanlarda…
Bu gün, 06:32
Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? - ETİRAZ
Bu gün, 01:47
“Həsən Turabovun mənə şərait yaratması yalandır” - Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab
Bu gün, 01:44
Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq - Reuters
Bu gün, 01:40
Biləsuvarda Heydər Əliyevin abidəsini görün, KİM TƏMİR EDƏCƏK...
Bu gün, 01:37
Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir - GƏLİŞMƏ
Dünən, 23:34
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Dünən, 23:30
Xarici kəşfiyyatlar, daxili təxribatlar... - AKTUAL
Dünən, 20:12
DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq - MƏHKƏMƏ
Dünən, 20:09
Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib – CNN
Dünən, 19:52
Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 19:49
Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? – İqtisadçı açıqladı
Dünən, 19:45
Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - AKTUAL
Dünən, 19:43
Ter-Petrosyandan Paşinyana xəbərdarlıq - "Ermənistanın paşası,.."
Dünən, 18:03
Kreml FAKT QARŞISINDA – Polşa və Azərbaycanı bağlayan səbəblər NƏDİR?
Dünən, 18:02
Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? – İlginc səbəb…
Dünən, 18:00
Tanınmış ekspert deputatı BİABIR ETDİ... - "Təəssüf ki, bəzən belə populist çıxışlar olur"
Dünən, 17:56
Xırdalanda yolların təmirinə 1,5 milyon manat - SƏRF OLUNACAQ
Dünən, 17:49
Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq - DETALLAR
Dünən, 17:47
Dilarənin bikinili fotoları... YAYILDI...
Dünən, 17:39
Gəncə təhsilini bazara çeviriblər... - İTTİHAM VAR...
Dünən, 17:32
Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı - BUNA GÖRƏ...
Dünən, 17:22
Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: - Aldıqdan bir neçə saat sonra geri qaytarmaq istəyirlər
Dünən, 17:16
Almaniyada azərbaycanlı saxlanıldı: - İnsan qaçaqçılığında ittiham olunur
Dünən, 17:12
Daha bir dövlət teatrı rəhbərsiz qalıb - 3 ildir direktor təyin edilmir
Dünən, 17:11
Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... - FOTO
Dünən, 17:04
Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? – Açıqlama
Dünən, 16:55
Aqro monopolist TST Rüfətin gizli əməlləri - Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?
Dünən, 16:50
Kreml Bakı və İrəvandan bunu gözləyir -Zaxarova deyir ki...
Dünən, 16:45
Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi – təyinat
Dünən, 16:43
Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru