Nəqliyyat şirkətinə yeni sədr seçiləcək .....                     “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu .....                     "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." .....                     Adil Vəliyevdən YENİ TƏYİNATLAR .....                     Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. .....                     Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi .....                     Elnur Şükürov azadlığa çıxdı .....                     Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? .....                     Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq .....                     İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... .....                     "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" .....                     Ermənilərin gözü yenə orda-burda .....                     Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir .....                     Paytaxtda “at oynadan” MTK-lar .....                     Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar .....                     Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu .....                     İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir .....                     Daha bir ekspert Əmrullayevi TOPA TUTDU .....                     Görün, millətə nə yedirdirlər... .....                     Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək .....                     “Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” .....                     Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ .....                     "Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" .....                     "Bağlamamı 40 gündür göndərmirlər" .....                     "Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.." .....                     Boran Əzizli təhsil nazirini haqlı saydı .....                     Su, qaz və işığın qiyməti ilə bağlı mühüm xəbər .....                     Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? .....                     “Həsən Turabovun mənə şərait yaratması yalandır” .....                     Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq .....                     Biləsuvarda Heydər Əliyevin abidəsini .....                     Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir .....                     Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb .....                     Xarici kəşfiyyatlar, daxili təxribatlar... .....                     DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq .....                     Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib .....                     Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI .....                     Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? .....                     Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? .....                     Ter-Petrosyandan Paşinyana xəbərdarlıq .....                 

İCAZƏLİ MÜXALİFƏTÇİLƏRİN “SİYASİ FƏRARİLİYİ”... - Partiya sədrləri niyə deputatlığa namizəd olmurlar?
Tarix: 26-07-2024, 13:00 | Çap et
İCAZƏLİ MÜXALİFƏTÇİLƏRİN “SİYASİ FƏRARİLİYİ”...
“Azərbaycanda müxalifət yoxdur” deyənləri bəzən qınayırlar və ictimai müzakirələrdə buna ən çox etiraz edənlər də məhz həmin “müxalif partiya” sədrləri, eləcə də “avtobus müxalifəti” ifadəsindən inciyən məlum şəxslərdir.

Lakin hazırda imzatoplama kampaniyası davam edən parlament seçkisinin ilk mərhələsi göstərdi ki, doğrudan da özlərini müxalifət partiyası, müxalifət lideri adlandıranların böyük əksəriyyətinin davranışları siyasi müxalifət, siyasi mübarizə anlayışları ilə qətiyyən üst-üstə düşmür və daha çox siyası bazarlıq, mənfəətpərəstlik, alış-veriş anlayışlarına uyğundur...

Görünən odur ki, üzdə olan müxalif partiya sədrlərinin əksəriyyəti seçkidə deputatlığa namizəd kimi iştirakdan ya imtina ediblər, ya da hələ qərar verməkdə çətinlik çəkir, “gah nala, ah mgıxa vururlar”. İştirak edənlər isə haranı "məsləhət" bilirlər, oradan namizəd olurlar...

Bu sıraya Ümid partiyasının sədri İqbal Ağazadəni, Musavat rəhbərləri İsa Qəmbəri, Arif Hacılını, Ədalət partiyasının sədri İlyas İsmayılovu, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlını və digərlərini aid etmək olar. Maraqlıdır ki, bir çox partiya sədrləri əvvəlki seçkilərdə heç olmasa namizəd kimi iştirak edir, mandat üçün mübarizə aparır, ya da ən azından mübarizə görüntüsü yaradırdılar, ancaq məlum razılıq verilmədiyi üçün deputat ola bilmirdilər. “Mübarizələri” də bununla bitirdi. Bu dəfə isə nəinki deputat, hətta namizəd olmaq üçün icazə, razılıq gözləyirlər...

Məsələn, İqbal Ağazadə əvvəlcə səs-küylə 36 saylı Xətai-Suraxanı seçki dairəsindən deputatlığa namizədliyini verdi. Sonra nə oldu, nə baş verdi, bilinmədi və ərizəsini geri götürdü. Onun öz dilindən ifadə edilən rəsmi izahı isə belə oldu: “Ümid Partiyasının İdarə Heyəti növbədənkənar seçkilərdə namizədliyimin irəli sürülməsini məsləhət bilməyib. Ona görə də budəfəki seçkidə iştirak etməyəcəyəm”.

Yəni, guya partiyanın idarə heyəti “məsləhət bilməyib”.

Hələ seçiciləri, medianı və s. bir tərəfə qoyaq, görəsən həmin "idarə heyətində" oturanların özləri bu tragikomik bəhanəyə inanırlarmı? Hamıya yaxşı məlumdur ki, əsl səbəb, son dövrlərin dəbdə olan "prikolu" ilə desək, "həkim rəyinin", yəni mandat veriləcəyinə "qarantiyanın" olmamasıdır.

Yaxşı, sadaladığımız və sadalamadığımız partiya sədrləri nəinki deputatlıq, hətta deputatlığa namizədlik üçün də icazə gözləyirlərsə və buna qarşı gedəcək, mübarizə aparacaq cəsarətə, siyasi iradəyə malik deyillərsə, o zaman belə müxalifətçiliyin nə mənası, nə əhəmiyyəti, cəmiyyət üçün nə xeyri var?

Nə prezident seçkisində, nə də parlament seçkisində iştirak etməyən bir partiya sədri hansı adla, hansı məntiqlə siyasətdə və partiya sədrliyində qalır?

Özünü siyasətçi, partiya sədri adlandırsa da, deputatlığa namizədlik pilləsinə belə qədəm qoymaq üçün icazə gözləyən, bu icazəni almadıqda isə acizlik göstərən birisi hansısa siyasi liderlikdən dəm vurmaq, xalqın, dövlətin gələcəyi ilə bağlı böyük-böyük siyasi-fəlsəfi fikirlər söyləmək haqqına malikdirmi? Bunun adı siyasi mütilik, acizlik, hətta fərarilik deyil də, nədir?

Bu partiya sədrləri üçün maraqlı bir nümunə göstərə bilərik. Məsələn, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov MSK-nı və həmin qurumun sədri Məzahir Pənahovu onun namizədliyini qeydə almadığı üçün sərt tənqid etdi. Beləliklə də təkbaşına bu partiya sədrlərinin topasından daha böyük cəsarət və iradə ortaya qoymuş oldu.

O da maraqlıdır ki, bu partiya sədrləri öz namizədliklərini vermədikləri halda partiyadakı sədr müavinlərini və digər partiya təmsilçilərini qabağa veriblər. Məsələn, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyini deyib. Lakin partiyadan son Milli Məclisdə təmsil olunan deputatlar Fəzail İbrahimli və Rafael Hüseynovun namizədliyi yenidən irəli sürülüb.

Yaxud, Müsavat başqanı İsa Qəmbər seçkiyə getmir, amma sabiq deputat İkram İsrafil də daxil olmaqla, xeyli sayda namizəd irəli sürür. Eyni mənzərə digər partiyalarda da var. Yaxşı, bu nə siyasi bazarlıq, nə alış-veriş, nə sövdələşmələrdir belə?

Bütün bu baş verənlər bir daha göstərir ki, Azərbaycanda normal siyasi mühitin, seçki gündəminin, siyasi fəallığın, nəhayət, əhalidə siyasətə və siyasətçilərə qarşı laqeyidliyin, inanmsızlığın kökündə duran səbəblərdən biri də məhz bu onurğasız “müxalifət liderləri”nin iradəsizliyi, siyasi fərariliyi və alverçiliyidir...

“AzPolitika.info”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Bu gün, 10:39
“Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Bu gün, 10:28
"Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02
Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 09:56
Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Bu gün, 09:52
Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Bu gün, 09:50
Elnur Şükürov azadlığa çıxdı
Bu gün, 09:44
Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Bu gün, 09:41
Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26
İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Bu gün, 09:23
"Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Bu gün, 09:13
Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Bu gün, 09:05
Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Bu gün, 09:04
Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Bu gün, 08:47
Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Bu gün, 07:39
Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Bu gün, 07:38
İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Bu gün, 07:29
Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Bu gün, 07:23
Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Bu gün, 07:19
Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14
“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Bu gün, 07:12
Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ - İLGİNC FAKTLAR
Bu gün, 07:04
"Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Bu gün, 06:51
"Bağlamamı 40 gündür göndərmirlər" - GİLEY
Bu gün, 06:47
"Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.."
Bu gün, 06:38
Boran Əzizli təhsil nazirini haqlı saydı - RƏY
Bu gün, 06:35
Su, qaz və işığın qiyməti ilə bağlı mühüm xəbər – Yaxın zamanlarda…
Bu gün, 06:32
Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? - ETİRAZ
Bu gün, 01:47
“Həsən Turabovun mənə şərait yaratması yalandır” - Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab
Bu gün, 01:44
Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq - Reuters
Bu gün, 01:40
Biləsuvarda Heydər Əliyevin abidəsini görün, KİM TƏMİR EDƏCƏK...
Bu gün, 01:37
Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir - GƏLİŞMƏ
Dünən, 23:34
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Dünən, 23:30
Xarici kəşfiyyatlar, daxili təxribatlar... - AKTUAL
Dünən, 20:12
DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq - MƏHKƏMƏ
Dünən, 20:09
Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib – CNN
Dünən, 19:52
Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 19:49
Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? – İqtisadçı açıqladı
Dünən, 19:45
Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - AKTUAL
Dünən, 19:43
Ter-Petrosyandan Paşinyana xəbərdarlıq - "Ermənistanın paşası,.."
Dünən, 18:03
Kreml FAKT QARŞISINDA – Polşa və Azərbaycanı bağlayan səbəblər NƏDİR?
Dünən, 18:02
Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? – İlginc səbəb…
Dünən, 18:00
Tanınmış ekspert deputatı BİABIR ETDİ... - "Təəssüf ki, bəzən belə populist çıxışlar olur"
Dünən, 17:56
Xırdalanda yolların təmirinə 1,5 milyon manat - SƏRF OLUNACAQ
Dünən, 17:49
Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq - DETALLAR
Dünən, 17:47
Dilarənin bikinili fotoları... YAYILDI...
Dünən, 17:39
Gəncə təhsilini bazara çeviriblər... - İTTİHAM VAR...
Dünən, 17:32
Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı - BUNA GÖRƏ...
Dünən, 17:22
Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: - Aldıqdan bir neçə saat sonra geri qaytarmaq istəyirlər
Dünən, 17:16
Almaniyada azərbaycanlı saxlanıldı: - İnsan qaçaqçılığında ittiham olunur
Dünən, 17:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru