Bütün avadanlıqlar söndürülüb, amma SAYĞACINIZ FIRLANIR .....                     Əfqanıstanın XİN başçısının müavini ölkəsinin Bakıdakı səfirliyini ziyarət edib .....                     Memarlıqda... təhlükəli DURUM... .....                     Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır? .....                     Məktəb direktoru faciəvi şəkildə vəfat etdi .....                     Əməliyyatdan sonra ölən qadının anası naziri məhkəməyə verdi .....                     Tramp və Zelenski ABŞ-ın Ukraynaya hərbi yardımları dayandırmasını müzakirə edəcək .....                     “Bilmirəm ömrümə nə qədər qalıb, ən böyük arzum onu xoşbəxt görməkdir...” .....                     İƏT-lə əməkdaşlıq ölkəmizin nüfuzunun artırılması baxımından xüsusi önəm daşıyır .....                     Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir .....                     Rusiyada Azərbaycan xəbər saytlarına giriş məhdudlaşdırılıb .....                     Agentlik 189 mənzil alacaqdı: .....                     Kremldəkilərin “günah keçisi” axtarışı VƏ... .....                     Fərid Əsgərovun təyinatdan sonra ilk .....                     Ali Məhkəmə Vüqar Səfərlinin cinayət işi üzrə qərar verib .....                     Məşhur tikinti şirkəti yarım milyon borca düşdü .....                     KOBİA ölkədaxili sərgilərin keçirilməsinə 160 min xərcləyəcək .....                     Ermənistanla “qapı”ya Tələt Paşanın adı veriləcək? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Ordumuz qərbdədir, Bakını “yerinə oturda” bilməyəcəyik! .....                     Agentlik sədri onu departament müdiri təyin etdi .....                     Azərbaycanla Naxçıvanı birləşdirəcək “Tramp dəhlizi” .....                     Ermənistan parlamentində deputatlar arasında mübahisə düşüb .....                     Qarabağ qazisindən icra başçısına MÜRACİƏT .....                     Azərbaycan Mərkəzi Bankı “MilliKart”a lisenziya verib .....                     “Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı .....                     Günel Hacıya "Bakı Metropoliteni"ndə vəzifə verildi .....                     Mədəniyyət naziri şəxsən mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir .....                     “Dəmir Yumruq” şirkəti İTTİHAM OLUNUR .....                     “Nizami “Xəmsə” yazanda ruslar meşədə ayılarla gəzirdi” .....                     Başçının başı PULYIĞIMINA QARIŞIB: Bələdiyyə də belə... .....                     Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır .....                     “Əliyev və Paşinyan tezliklə görüşəcək, Naxçıvana yol açılacaq” .....                     Ekstrasensdən ZƏNGƏZUR PROQNOZU .....                     Bakıda 14-cü mərtəbədən yıxılan qız .....                     Rusca təhsil alanlar XAİNDİRMİ? .....                     AZAL təyyarəsinin Rusiya Müdafiə Nazirliyinin əmri ilə vurulduğu TƏSDİQLƏNDİ .....                     TƏBİB 1 milyon manata yaxın dərman alır .....                     Rusiya bizi BOYKOT ETSƏ... .....                     “Zaman-zaman həbsimə səbəb olacaq səhvlər etmişəm” .....                 

“Azərbaycana asfalt salan, pul paylayan, boş vədlərlə, sosial məsələlərlə camaatı aldadan deputatlar lazım deyil” - Partiya sədri
Tarix: 3-07-2024, 09:00 | Çap et
“Azərbaycana asfalt salan, pul paylayan, boş vədlərlə, sosial məsələlərlə camaatı aldadan deputatlar lazım deyil”
Azərbaycanda mandatlı seçki dairələri üzrə deputatlığa namizədliyin irəli sürülməsi prosesi başlayıb. Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova deyib ki, seçkilərin təyin olunması ilə bağlı dövlət başçısının rəsmi sərəncamı dərc olunduqdan sonra namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması haqqında qərarın qəbul edilməsi üçün sənədlər müvafiq dairə seçki komissiyasına təqdim edilir. Həmçinin qeyd olunub ki, Milli Məclisə növbədənkənar seçkilər üçün seçkiqabağı təşviqat avqustun 9-u başlayacaq, avqustun 31-i saat 08:00-da dayandırılacaq. Qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələri seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlamalıdır. Səsvermənin başlanmasına 24 saat qalmış isə dayandırmalıdırlar. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, Milli Məclisə növbədənkənar seçkilərdə siyasi partiyaların iştirakı geniş olacaq. Onun sözlərinə görə, növbədənkənar parlament seçkiləri ilə bağlı geniş şəkildə tədbirlər keçirilməlidir: "Müxtəlif qurumlarla birgə tədbirlərin keçirilməsi üçün addımlar atılacaq. Gənclər, qadınlar, müxtəlif təbəqələrdən olan insanlarla maarifləndirici tədbirlər vacibdir. Siyasi partiyaların bu seçkidə iştirakı geniş olacaq. Əgər siyasi partiyalar maraq göstərirlərsə, müraciət edə bilərlər". Artıq ölkədəki partiyalar, ictimai-siyasi təşkilatlar, ayrı-ayrı şəxslər növbədənkənar seçkilərə hazırlığa başlayıblar.

"Sherg.az"ın növbədənkənar parlament seçkiləri ilə bağlı budəfəki müsahibi Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, sabiq millət vəkili Fərəc Quliyevdir. Suallarımızı cavablandıran partiya rəhbəri seçkiyə hazırlıq prosesinə start verdiklərini açıqlayıb. Keçmiş millət vəkili yeni parlamentin formalaşmasından da danışıb...

- Fərəc bəy, "yeni dönəmin yeni parlamenti" necə olmalıdır? Müasir çağırışların tələb etdiyi Milli Məclisin forması necədir?
- Hər insanın inkişaf və kamilləşmə dövrü, mərhələsi olur. Dövlətlərin də tərəqqisi eyniylə bu cür olur. Dövrün tələbləri, şərtləri, çağırışları dəyişməkdədir. Nəzərə alaq ki, Azərbaycan bir vaxtlar sıxıntılara məruz qalan, bəzi dövlətlərin humanitar yardımlarına möhtac olan ölkə səviyyəsinə düşmüşdü. Ancaq indi Azərbaycan bölgənin əsas gücünə çevrilib. Heç bir regional layihə Azərbaycansız həyata keçirilə bilməz. Türkiyə-Azərbaycan tandemi dünya səviyyəsində proseslərə təsiretmə gücündədir. Təbii ki, idarəetmədə, qanunvericilikdə buna adekvat islahatlar olmalıdır. Yəqin ki, gələcəkdə, proporsional seçki sisteminin tətbiqi, parlamentin say tərkibinin artırılması və s. məsələlərə də baxılacaq. Düzdür, parlamentin hazırkı fəaliyyətinə baxsaq, deputatların üzərinə düşən öhdəlikləri müəyyən mənada icra etdiklərini söyləmək olar. Xüsusən, rəhbərlik, komitə sədrləri, müavinləri çox çalışdılar. Amma bu fəallığı hamıya, bütün deputatlara aid etmək olmaz. Bunu cəmiyyət də görürdü. Həmçinin noyabr ayında ölkəmizdə mühüm tədbir keçiriləcək, 80 minə yaxın adamı qəbul edəcəyik. Bu mənada parlament seçkilərinin önə çəkilməsi labüd idi. Çünki beynəlxalq tədbir zamanı artıq seçilmiş deputatlar, formalaşmış yeni parlament qonaqlarla ünsiyyətdə olmalıdır. Qanunvericilik təşəbbüsləri ilə çıxış etməlidirlər. Həm də müasir çağırışlara uyğun yeni insanların yeni təşəbbüslərinə ehtiyac yaranıb. Proseslərə ustalıqla yanaşma çox önəmlidir. Dünənədək siyasi mənada müdafiə mövqeyində çıxış edirdiksə, bu gün hücum diplomatiyası ilə ərazilərimizin bütövlüyünü təmin etmək, Böyük Qayıdış, Zəngəzur dəhlizinin açılması və s. məsələlər gündəmdədir. Bu məsələlərə də yeni yanaşmalar lazımdır. Artıq Azərbaycan da bütövləşib, vətəndaşlar öz namizədliklərini birbaşa işğaldan azad edilmiş ərazilərdən irəli sürəcəklər, orada seçki təbliğatı aparacaqlar. Bu da vacib şərtlərdən biridir.

- Yeni dönəmin parlamentində kimlər, necə adamlar təmsil olunmalıdır?
- Biz keçmiş dövrdə fəaliyyət göstərən deputatları qınamırıq. Hər kəs öz gücü daxilində işini görüb. Ancaq o dönəm üçün həmin deputatlar vacib idisə, indi daha fərqli ampluada olan millət vəkillərinə ehtiyac yarandığı ortaya çıxır. Mən də razıyam ki, əgər zaman dəyişibsə, dövrün trendinə uyğun çağırışlara cavab verən, proseslərin içində siyasi mənada bişmiş şəxslərin parlamentdə təmsilçiliyi vacibdir. Azərbaycanın mövcud durumu, mövqeyi onu tələb edir ki, parlamentdə asfalt salan, pul paylayan, boş vədlərlə, sosial məsələlərlə camaatı aldadan deputatlar lazım deyil. Milli Məclisə Almaniya Bundestaqının, ABŞ Konqresinin, Rusiya Dumasının, İsrail Knessetin üzvləri ilə üz-üzə əyləşib beynəlxalq məsələləri mübahisələndirə bilən adamlar lazımdır. Xarici siyasətdə parlamentarilər də mühüm rol oynamalıdır. Ona görə Milli Məclisdə yeni simaların görünməsinə ehtiyac yaranıb.

- Siyasi partiyalar seçki sistemi məsələsini də sıx gündəmə gətirirlər. Parlamentə seçkilərin təkcə majoritar deyil, həm də proporsional qaydada keçirilməsi faydalı olardımı?
- Bu fikri dəfələrlə gündəmə gətirənlərdən biri də mənəm. Proporsional seçki sistemi ona görə vacibdir ki, orada iştirakçılıq çox mühümdür. İnsanların siyasətə marağı artacaq. Seçki proporsional sistemlə keçiriləndə cəmiyyət partiyaya, düşüncəyə səs verəcək. Bununla partiyalar arasında rəqabət də artacaq. Partiya üzvləri çalışacaqlar ki, daha yuxarı səviyyədə təmsil olunsunlar və parlament seçkiləri siyahısında adları öndə gəlsin. Həmçinin partiyalara münasibət də dəyişəcək. İnsanlarda partiyalara daxil olmaq, orada fəaliyyət göstərmək istəyi baş qaldıracaq. Eyni zamanda cəmiyyətdə partiyaların gerçək gücü ortaya çıxacaq. Məlum olacaq ki, cəmiyyət daha çox hansı düşüncəyə, iradəyə səs verir. Bu həm də, bələdiyyə seçkilərinə aiddir. Təklif etmişdi ki, icra strukturlarının səlahiyyətlərinin böyük əksəriyyəti bələdiyyələrə verilsin. Belə olanda bələdiyyələrə səlahiyyətlə yanaşı, həm də məsuliyyət yüklənilir. Partiyalar yerli idarəetməni üzərinə götürəndə bütün məsuliyyət onların üzərində qalır. Bu da partiyaları daim öz üzərində işləməyə məcbur edir. Öz dünya görüşlərini, siyasi təfəkkürlərini təqdim edərək cəmiyyətdən mandat alırlar. Proporsional seçki sistemi idarəetmədə çevikliyi təmin etmək baxımından da faydalıdır. Mən Nazirlər Kabinetinin ləğv olunmasını təklif etmişdim, çünki Vitse-prezidentlik bu strukturu əvəz edir. Yəni proporsional seçki sistemini müdafiə edirəm. Başa düşürəm, mühüm proseslər var və ola bilsin, iki daşın arasında referendum keçirilməsi vacib sayılmır. Amma gələcəkdə bunların nəzərə alınması yaxşı olar.

- Parlamentdə "yaşlı-gənc" söhbətinə baxışınız necədir? Məsələn, bəzi gənc deputatların özünü doğrultmadığı iddia olunur...
- İstənilən məsələdə insan özünə kənardan baxmağı bacarmalıdır. Qərar verməlidir ki, görsün, həmin işi bacarar, öhdəsindən gələr, ya yox. Bu, mühüm məsələdir. Milli və dövlət maraqlarında şəxsi və qrup maraqlarını kənara qoymalıyıq. Doğrudur, yaşı münasib olan hər bir vətəndaşın parlament seçkinə qatılmaq, namizədliyini irəli sürmək hüququ var. Baxırsan, bu gün çıxış edir, sabah özünü doğrultmur. Axşam bir kitab oxuyub, səhər gəlib ondan danışmaq olar. Amma əsas cəmiyyətə hesabat vermək bacarığının olmasıdır. Kimsə vəd verirsə, gələcəkdə bunları edəcəyini deyirsə, bunu əsaslandırmalıdır. İnsanlar ona necə, niyə inansın? Yaşın o qədər fərqi yoxdur. Yenə deyirəm, əsas məsələ insanın keçdiyi həyat yolu, onun bioqrafiyasıdır. Elə yaşlı deputatımız, dövlət adamımız var ki, dövlətə, cəmiyyətə ciddi faydaları olur. Gənclər arasında da özünü doğruldanlar var. Ona görə də ümumi baxışı total olaraq hamıya tətbiq etmək olmaz. Lakin çalışmaq lazımdır ki, insanların gözləntiləri özünü doğrultsun. Böyük ehtimal seçicilər narazı qaldıqları deputatların yenidən namizədliyinə "hə" deməyəcək.

- MDHP-də seçki hazırlığı başlayıbmı? Şəxsən sizin namizədliyiniz gündəmdədirmi?
- İyunun 30-da partiyanın Kural adlı qurumunda, yəni Ali Qanunvericilik Orqanında iclasımızı keçirtdik və parlament seçkilərində iştirak etmək qərarını aldıq. Qısa zaman ərzində bütün namizədlərimizi, dairələri müəyyən edəcəyik. Artıq ilkin siyahı var və dəqiqləşmələr aparılır. Mənim də konkret hansı dairədən namizədliyimi verəcəyim barədə hələlik düşüncəm yoxdur. Amma partiyamız mənim də seçkiyə qatılmağımla bağlı qərar verdi. MDHP bütün seçkilərdə aktiv iştirak edir. Seçkilərdən kənarda qalmırıq. Çünki məntiq onu deyir ki, əgər partiya öz düşüncəsini hakim etmək istəyirsə, bunun yolu seçkilərdir. Partiya seçkilərə qatılmırsa, hansı yolla hakimiyyətə gəlmək istəyir?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bütün avadanlıqlar söndürülüb, amma SAYĞACINIZ FIRLANIR – Azərbaycanda hara şikayət edilməli?
Bu gün, 16:17
Əfqanıstanın XİN başçısının müavini ölkəsinin Bakıdakı səfirliyini ziyarət edib
Bu gün, 16:07
Memarlıqda... təhlükəli DURUM... - AXI NİYƏ?
Bu gün, 16:01
Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır? - TƏFƏRRÜAT
Bu gün, 15:45
Məktəb direktoru faciəvi şəkildə vəfat etdi
Bu gün, 15:36
Əməliyyatdan sonra ölən qadının anası naziri məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 15:31
Tramp və Zelenski ABŞ-ın Ukraynaya hərbi yardımları dayandırmasını müzakirə edəcək
Bu gün, 15:26
“Bilmirəm ömrümə nə qədər qalıb, ən böyük arzum onu xoşbəxt görməkdir...”
Bu gün, 15:16
İƏT-lə əməkdaşlıq ölkəmizin nüfuzunun artırılması baxımından xüsusi önəm daşıyır -ŞƏRH
Bu gün, 15:11
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir
Bu gün, 15:07
Rusiyada Azərbaycan xəbər saytlarına giriş məhdudlaşdırılıb
Bu gün, 13:37
Agentlik 189 mənzil alacaqdı: -13 milyonluq satınalma niyə baş tutmadı?
Bu gün, 13:34
Kremldəkilərin “günah keçisi” axtarışı VƏ... - “ən yaxşı günahkar miqrantlardır”
Bu gün, 13:26
Fərid Əsgərovun təyinatdan sonra ilk - Fotosu
Bu gün, 13:22
Ali Məhkəmə Vüqar Səfərlinin cinayət işi üzrə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 13:17
Məşhur tikinti şirkəti yarım milyon borca düşdü
Bu gün, 13:07
KOBİA ölkədaxili sərgilərin keçirilməsinə 160 min xərcləyəcək
Bu gün, 13:00
Ermənistanla “qapı”ya Tələt Paşanın adı veriləcək? - KİV
Bu gün, 12:54
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:37
Ordumuz qərbdədir, Bakını “yerinə oturda” bilməyəcəyik! - Ruslardan ETİRAF
Bu gün, 12:33
Agentlik sədri onu departament müdiri təyin etdi - ƏMR
Bu gün, 12:28
Azərbaycanla Naxçıvanı birləşdirəcək “Tramp dəhlizi” – İrəvandan reaksiya gəldi
Bu gün, 12:24
Ermənistan parlamentində deputatlar arasında mübahisə düşüb
Bu gün, 12:18
Qarabağ qazisindən icra başçısına MÜRACİƏT - "Mən heç kəsdən pul, yardım istəmirəm, amma..."
Bu gün, 12:14
Azərbaycan Mərkəzi Bankı “MilliKart”a lisenziya verib
Bu gün, 12:09
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 11:50
Günel Hacıya "Bakı Metropoliteni"ndə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 11:46
Mədəniyyət naziri şəxsən mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir - Əməkdar artist Zemfira Sadıxova
Bu gün, 11:43
“Dəmir Yumruq” şirkəti İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 11:37
“Nizami “Xəmsə” yazanda ruslar meşədə ayılarla gəzirdi” - FAKT BUDUR!
Bu gün, 11:31
Başçının başı PULYIĞIMINA QARIŞIB: Bələdiyyə də belə... - NARAZILIQ VAR...
Bu gün, 11:22
Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır - İLGİNC FAKTLAR
Bu gün, 11:14
“Əliyev və Paşinyan tezliklə görüşəcək, Naxçıvana yol açılacaq” - Trampdan Zəngəzurla bağlı yeni təklif
Bu gün, 11:10
Ekstrasensdən ZƏNGƏZUR PROQNOZU - 2027-ci ildə…
Bu gün, 11:07
Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
Bu gün, 11:00
Rusca təhsil alanlar XAİNDİRMİ? - NƏ BAŞ VERİR?
Bu gün, 10:58
AZAL təyyarəsinin Rusiya Müdafiə Nazirliyinin əmri ilə vurulduğu TƏSDİQLƏNDİ - VİDEO
Bu gün, 10:55
TƏBİB 1 milyon manata yaxın dərman alır
Bu gün, 10:52
Rusiya bizi BOYKOT ETSƏ... - İtirən KİM OLACAQ?
Bu gün, 10:48
“Zaman-zaman həbsimə səbəb olacaq səhvlər etmişəm” - Bəxtiyar Hacıyev
Bu gün, 10:45
Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac varmı? - AKTUAL
Bu gün, 10:35
Vəziyyət dəyişir: - Putinə “yaşıl işıq” yandırıldı
Bu gün, 10:32
Masallıda “İstisu” istirahət mərkəzi BÖYÜK ZİBİLXANAYA ÇEVRİLİB - NARAZILIQ VAR...
Bu gün, 10:28
Ağcabədidə FERMER ÜSYANI... - Başçıya HÜCUM ETDİLƏR...
Bu gün, 10:18
Xankəndi sammiti: Qarabağdan dünyaya yeni mesaj - sülh, inkişaf və strateji liderliyin zirvəsi
Bu gün, 10:05
Araz Ağalarova qarşı icraatdan sonra Emin Rusiyadakı konsertini ləğv etdi - AÇIQLAMA
Bu gün, 10:02
"Dedim, bilirsən ki, mənim nə boyda oğlum var?"
Bu gün, 09:59
Bonus pulu iki aydır gecikdirilir: Həkimlər özlərini cəhbə bölgəsində hiss edirlər... - Maliyyə Nazirliyi kütləvi narazılıq yaradır
Bu gün, 09:50
Sosial şəbəkələrdə MARKETİNQ OYUNU – Məhsulun qiyməti niyə dövlət sirri kimi GİZLƏDİLİR?
Bu gün, 09:45
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru