“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                     “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” .....                     Xalq artisti Hacı Murad Yagizarov vəfat edib .....                     "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur .....                     Gəlinsiz, musiqisiz və içkisiz toy .....                     15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər .....                     “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir .....                     Simonyanın Bakı nefti arzusu .....                     Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib .....                     Xalq artistinin evində ŞADYANALIQ: .....                     Mərkəzi Nəbatat Bağında təlim keçirildi .....                     Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ .....                     Delimitasiya bu sərhəddən başlaya bilər .....                     "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır .....                     İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı... .....                     “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” .....                     İran Fələstini niyə dəstəkləmədi .....                     DOST-umuz dövlət büdcəsinə qonub... .....                     “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” .....                     Quşçuluq şirkətinə yeni direktor seçilir .....                     Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? .....                     Zəngəzur dəhlizi... .....                     Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq .....                     Nəqliyyat şirkətinə yeni sədr seçiləcək .....                     “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu .....                     "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." .....                     Adil Vəliyevdən YENİ TƏYİNATLAR .....                     Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. .....                     Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi .....                     Elnur Şükürov azadlığa çıxdı .....                     Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? .....                     Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq .....                     İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... .....                     "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" .....                     Ermənilərin gözü yenə orda-burda .....                     Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir .....                     Paytaxtda “at oynadan” MTK-lar .....                     Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar .....                 

Hamı YAP-ın siyahısını GÖZLƏYİR... - YAP İSƏ...
Tarix: 2-07-2024, 08:56 | Çap et
Hamı YAP-ın siyahısını GÖZLƏYİR...
İyulun 1-dən 1 sentyabr növbədənkənar parlament seçkilərinə rəsmən start verilib. Bununla bağlı Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il iyunun 29-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən “Yeni Müsavat”a verilən məlumata görə, əvvəlcə sədr Məzahir Pənahov komissiya üzvlərini Azərbaycan Respublikası Prezidentinin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncamı ilə tanış edib və bildirib ki, dövlət başçısının sərəncamı ilə seçkilər 2024-cü il sentyabrın 1-nə təyin olunub. Sonra seçkilərin keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin müəyyən edilmiş qaydada və müddətdə seçki subyektləri tərəfindən ardıcıl, sistemli və keyfiyyətlə icra olunması, onlara metodiki yardım göstərilməsi və fəaliyyətlərinin səmərəliliyinin artırılması məqsədilə seçki prosesinin bütün başlıca mərhələlərini əhatə edən zəruri məqamların əks olunduğu təqvim planı komissiya üzvlərinin müzakirəsinə təqdim edilib. Sözügedən mühüm seçki sənədinin hər bir hissəsi ayrı-ayrılıqda diqqətə çatdırılıb və aparılan müzakirələrin ardınca təsdiq olunması qərara alınıb.

İclasda daha sonra qarşıdan gələn seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb və 9 nəfərdən ibarət tərkibdə ekspert qrupunun yaradılmasına qərar verilib. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə seçki dairələrinin dairə seçki komissiyalarına həvalə olunub.

Komissiyanın iclasında, həmçinin deputatlığa namizədliyin qeydə alınması məsələsinə MSK-da baxılması zərurəti yarandığı halda müvafiq sənəd və məlumatların yenidən yoxlanılması məqsədilə komissiya nəzdində aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və MSK-nın üzvü işçi qrupunun rəhbəri təyin olunub.

MSK bəyan edib ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar birmandatlı seçki dairəsi üzrə deputatlığa namizədlərin irəli sürülməsi prosesi artıq başlayıb.

MSK katibi Arifə Muxtarova deyib ki, seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsinə başlaya bilər: “DSK-lar isə sənədlərin seçki komissiyasına təqdim edilməsindən sonra 5 gün müddətində namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul edirlər”.

Bəs siyasi partiyalar namizədlərini dəqiqləşdirib və irəli sürüblərmi? Partiyalar namizədlər siyahısını nə zaman açıqlayacaq? Hansı partiyalar artıq seçkidə iştirak qərarı verib?

YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov Gununsesi.info-ya açıqlamasında bildirib ki, hazırda deputatlığa namizədlər siyahısı üzərində iş gedir: “Bir neçə gündən sonra YAP İdarə Heyətinin toplantısı olacaq və deputatlığa namizədlərimiz elan olunacaq”.

Yeni siyahıda hazırkı deputatlardan kimlərin kənarda qalıb-qalmamasına gəlincə, Tahir Budaqov bu barədə suala belə cavab verib: “Bu barədə yalnız YAP İdarə Heyəti qərar verəcək. Onu da deyim ki, YAP əvvəlki dövrlərdə olduğu kimi bəzi dairələrdə yenə də müstəqil namizədləri dəstəkləyəcək”.

AMİP sədri Arzuxan Əlizadə isə “Yeni Müsavat”a bildirdi ki, partiyanın namizədləri demək olar dəqiqləşdirilib: “Bəzi dairələrdə üst-üstə düşən namizədlərimiz var, indi bu məsələləri tənzimləyirik. Bəzi texniki prosedurlar da qalıb ki, onları da həll edəcəyik və həftə ərzində Siyasi Şuranın iclası olacaq, iclasda həm partiyanın namizədləri açıqlanacaq, həm də seçkidə hansı formada iştirak edəcəyi ilə bağlı qərar olacaq. Qərarlarımızı mediaya açıqlayacağıq”.

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, təxminən 25 nəfərdən ibarət namizədlər siyahısı hazırdır. Hazırda dəqiqləşdirmələr gedir: “Həm namizədlərin özlərinin qəti qərarını almaq istəyirik, həm müxtəlif dairələrdəki vəziyyəti müzakirə edirik. Ona görə də məsələ bir qədər ləngiyir. Hələ başqa partiyalardan kimlərin hansı dairələrdən namizəd olacağı məlum deyil. Bu məsələləri də dəqiqləşdirmək lazımdır. Bu həftə ərzində düşünürük ki, Siyasi Şuranın iclasını keçirək, həm siyahını tam dəqiqləşdirək, həm də seçki məsələləri ilə bağlı tapşırıqları verək, sənədlərimizi hazırlayaq, qərarımızı verək ki, namizədlərimiz partiya siyahısı ilə seçkiyə gedəcək, yoxsa fərdi qaydada gedəcəklər. Namizədlərimiz mütləq olacaq”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə bildirdi ki, partiyanın səlahiyyətli nümayəndələrini müəyyənləşdirib iyulun 2-də MSK-ya təqdim edəcəklər: “Həftənin sonuna kimi isə namizədləri müəyyənləşdirib müvafiq dairələrdən irəli sürməyi planlaşdırmışıq”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, namizədlər dəqiqləşdirilir. Tam hazır olanda məlumat veriləcək.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qeyd etdi ki, rəhbərlik etdiyi partiya seçkidə iştirak qərarını verib. Partiya adından deputatlığa namizədliyi irəli sürüləcək şəxslərin siyahısı və dairələrin, eləcə seçki prosesində iştirak edəcək müşahidəçi və səlahiyyətli nümayəndələrin müəyyən edilməsi ilə bağlı işçi qrupu yaradılıb.

AĞ Partiyanın seçki qərargahının rəhbəri Kamran Məmmədli bildirdi ki, iyulun 1-də partiyanın nümayəndələri Mərkəzi Seçki Komissiyasına ilkin sənədləri təqdim ediblər. Partiyanın yüzə yaxın səlahiyyətli nümayəndələri müəyyən olunub və həmin nümayəndələrin sənədləri, müvafiq siyahısı MSK-ya günün birinci yarısı təqdim olunub: “MSK-dan bizə cavab gəlməlidir, səlahiyyətli nümayəndələr təsdiqlənməlidir. Bundan sonra isə dairə seçki komissiyalarına AĞ Partiyanın namizədlərinin sənədləri təqdim olunacaq. Partiyanın hazırda minimum 30-a yaxın namizədi partiyada təsdiqlənib, partiyaya yüzə yaxın şəxsdən namizəd olmaq üçün müraciət var. Bunların arasında seçim gedir. Bundan sonra da 30-a yaxın namizədimiz müəyyənləşəcək. Çox güman ki, təxminən 60 namizədimiz irəli sürüləcək. Bu məsələ qarşıdakı iki-üç gün ərzində həyata keçiriləcək”.

Respublikaçı Alternativ Partiyası (REAL) Siyasi Komitəsinin üzvü Natiq Cəfərli qeyd edib ki, partiyanın sənədləri artıq hazırdır: “Partiyanın səlahiyyətli nümayəndələrinin siyahısını MSK-ya təqdim etmişik. Çox operativ şəkildə siyahını təsdiqlədilər. Həm də siyahını bir çox seçki dairəsinə göndərmişik. İyulun 2-də prosesi yekunlaşdıracağıq”.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyəti isə iyulun 6-da partiyanın Ali Məclisinin çağırılması barədə qərar qəbul edib. Partiyanın baş katibi Yaşar Kələntərli bununla bağlı açıqlama verib: “Biz mövcud şəraitdə erməni işğalına son qoymuş hakim partiyanın resurslarını nəzərə alaraq çox istərdik ki, iqtidar ölkəmizin imicini və milli maraqları nəzərə alaraq, çoxpartiyalı siyasi sistemin inkişafı naminə 83-dən artıq dairədə öz namizədini irəli sürməsin. Bəzi ölkələrin qanunvericiliyində təsbit olunub ki, heç bir partiya və ya seçki bloku parlamentdə yerlərin üçdə ikisindən (2/3-dən) çoxunu tuta bilməz. İmkan yaradılsın ki, digər partiyalarda formalaşmış peşəkar siyasətçilər Milli Məclisə seçilə bilsin, parlament çoxpartiyalılıq prinsipi əsasında formalaşsın və fəaliyyət göstərsin, Milli Məclisdə heç olmasa bir müxalifət fraksiyası olsun.

Əgər Ali Məclis partiyanın öz namizədləri ilə seçkiyə qatılması barədə qərar qəbul edərsə, biz başqa partiyalarla seçki bloku yaradılması istiqamətində danışıqlar aparacaq və cəhd edəcəyik ki, mümkün qədər digər partiyaların tanınmış şəxsləri ilə eyni dairədən namizədlər irəli sürməyək. Ali Məclis öz namizədlərimizlə seçkiyə qatılmağı məqbul saymasa, biz digər müxalifət partiyalarından namizədliyi irəli sürülmüş, yaxud müstəqil namizəd olan vicdanlı və peşəkar siyasətçiləri müdafiə edəcəyik".

Qeyd edək ki, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın 1-ci bəndinə uyğun olaraq birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsi Prezidentin sərəncamı rəsmi dərc olunduqdan sonra başlayır və bir neçə həftə ərzində davam edir.

MSK-nın Media və ictimaiyyətlə əlaqələr şöbəsinə müdiri Şahin Əsədli Axar.az-a deyib ki, namizədliyin irəli sürülməsi ilə bağlı sənədlər seçki dairəsinə təqdim edildikdən sonrakı 5 gün ərzində təsdiq edilib-edilməməsi barədə qərar qəbul olunur: “Namizədliyin qeydə alınması üçün sənədlərin təqdim olunması 13 iyul tarixində başlayır, 2 avqust, saat 18:00-da isə başa çatır. Namizədliyi irəli sürmək ayrı hüquqi institutdur, qeydə alınması başqa. Namizədliyini irəli sürmək istəyən şəxs müvafiq dairə seçki komissiyasına yaxınlaşaraq hazır formanı doldurur. Doldurulan formaya 5 gün ərzində baxılır, qərar verilir ki, bu şəxs deputatlığa namizədliyini irəli sürə bilər, ya yox. Təsdiq olunduğu halda imza vərəqələri verilir. İmza toplanıldıqdan sonra isə müvafiq seçki sənədləri dairə seçki komissiyasına təqdim olunur. İmza vərəqələri və seçki sənədlərinin təqdim edilməsi üçün müddət avqustun 2-si başa çatır. Bu proses üçün sənədləri iyulun 13-dən tez, avqustun 2-dən isə gec verə bilməzsiniz. Namizədin qeydə alınması başa çatdıqdan sonra isə 9 avqust tarixində seçkiqabağı təşviqatın aparılması başlanır və avqustun 31-i saat 08:00-da dayandırılır. Bununla bağlı Təqvim Planının 1, 2, 15, 27 və digər bəndlərində ətraflı məlumat var”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Bu gün, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
Bu gün, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Bu gün, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Bu gün, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Bu gün, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Bu gün, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Bu gün, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Bu gün, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Bu gün, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Bu gün, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Bu gün, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Bu gün, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Bu gün, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Bu gün, 11:59
"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Bu gün, 11:58
İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Bu gün, 11:57
“50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Bu gün, 11:51
İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Bu gün, 11:47
DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Bu gün, 11:35
“Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Bu gün, 11:32
Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Bu gün, 11:30
Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Bu gün, 11:29
Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Bu gün, 10:59
Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Bu gün, 10:51
Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Bu gün, 10:39
“Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Bu gün, 10:28
"Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02
Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 09:56
Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Bu gün, 09:52
Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Bu gün, 09:50
Elnur Şükürov azadlığa çıxdı
Bu gün, 09:44
Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Bu gün, 09:41
Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26
İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Bu gün, 09:23
"Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Bu gün, 09:13
Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Bu gün, 09:05
Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Bu gün, 09:04
Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Bu gün, 08:47
Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Bu gün, 07:39
Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Bu gün, 07:38
İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Bu gün, 07:29
Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Bu gün, 07:23
Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Bu gün, 07:19
Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14
“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Bu gün, 07:12
Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ - İLGİNC FAKTLAR
Bu gün, 07:04
"Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Bu gün, 06:51
"Bağlamamı 40 gündür göndərmirlər" - GİLEY
Bu gün, 06:47
"Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.."
Bu gün, 06:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru