“80 manatla yaşamaq olmaz” - deputat
Tarix: 24-06-2024, 15:14 | Çap et
Lent.az-ın “Rəsmilərlə qeyri rəsmi” rubrikasında növbəti müsahibi, “Şöhrət” ordenli deputat Arzu Nağıyevdir
- Arzu müəllim, mən sizi əslən tovuzlu bilirdim, amma haqqınızdakı məlumatlarda doğum yeriniz Oğuz rayonu yazılıb.
- Tovuzluyam. Anamla atam təyinatla Oğuzda həkim işləyiblər, orda doğulmuşam deyə sənədimdə elə yazılıb.Tovuzun Bozalqanlı kəndində böyüyüb məktəbi də orada bitirmişəm.
- Öncələr inşaat mühəndisi, sonra Dövlət Təhlükəsizlik Komitəsinin Əməkdaşı, Media orqanında rəhbər, Yazıçılar Birliyinin üzvü, şair və deputat. Bütün bu fərqli sahələr sizin həyatınızda necə birləşib?
- Orta məktəbi bitirdikdən sonra Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən xaricdə təhsil proqramı çərçivəsində 1985-ci ildə Moskva İdarəetmə İnstitutunun Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili bölməsindən məzun oldum. 1985–1987-ci illərdə Azərbaycan Sənaye-Tikinti Nazirliyinin 4 saylı trestində iqtisadçı və baş iqtisadçı vəzifələrində, 1987–1989-cu illərdə komsomolun Nərimanov rayon Komitəsinin təlimatçısı və şöbə müdiri işləyirdim. O zaman belə bir təklif gəldi, razılaşdım. 2 il oxuduqdan sonra 1991–2011-ci illərdə Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə oldum. 30 il əməliyyat müvəkkili -şöbə rəisi vəzifələrində çalışmışam.
- Adətən deyirlər, bu peşədə işləyənlərin ailələrinin belə onların nə iş görməsindən xəbəri olmur...
- Orda bir tam məxfi qrup var, bir də məxfi. Mənim ətrafımdakılar harada işlədiyimi bilirdilər, amma nə iş gördüyümü bilmirdilər. Bunu ancaq iş yoldaşlarım və rəislərim bilirdi.
- Hələ də gizlətdiyiniz sirlər var?
- Var və yəqin ki, mənimlə məzara gedəcəklər. Ümumiyyətlə, bu peşə çox maraqlı, maraqlı olduğu qədər də məsuliyyətlidir. Hər bir əməliyyat işçisinin ikili həyatı var, onu heç vaxt açıqlamaq olmaz.
- Deputat olduqdan sonra həyatınızda, ətrafınızda çox şey dəyişdi?
- Yox. Bəzi məqamlar oldu ki, onları mən özüm bir az çərçivəyə salmalı oldum.
- Köhnə peşə vərdişi olaraq insanlarla tanışlıq, yoldaşlıq edərkən, onların kimliyini araşdırıb, ələdiyiniz olur?
- Olur. Hətta sosial şəbəkədə dostluq təklifləri göndəriləndə belə, araşdırıram, o adamın yaşam tərzini, həyata baxışını nəzərdən keçirirəm.
- Dostlarınız çoxdur?
- Var. Amma çox deyil. Hər oturub çörək yediyin adama da dost deyilməz. Dost ailənin içinə buraxdığın, evinin açarını verib, “biz evdə yoxuq, evimizə bax” deyə biləcəyin qədər güvəndiyin adamdır.
- Səhvlərinə görə uzun illər yol getdiyiniz dostlarla yolunuzu ayırmısınız ?
- Olub. Bir zamanlar çox şirin dostluq olub. Sonra müəyyən fikir ayrılıqlarına görə uzaqlaşmışıq. Mənim məramıma, düşüncələrimə, əqidəmə zidd olanda uzaqlaşıram. Mənim məramım dövlətdir, dövlətçilikdir. Həmişə fəxr eləmişəm ki, çiyinlərimdə, alnımda dövlətin gerbini gəzdirmişəm.
- Özünüzü hansı yaşda hiss edirsiniz?
- Vallah sənədə baxmayınca inanmıram ki, mənim 61 yaşım var. Deyirlər kişilər hiss etdikləri, qadınlar isə göstərdikləri yaşdadırlar. Necə deyərlər, dəyərəm yüz cavana. Özümü hardasa 40 yaşımda hiss edirəm.
- Bürclərə inanırsınız?
- Şir bürcüyəm. Çox inanmasam da, bu bürcün xüsusiyyətlərinin məndə olduğunu görürəm. Liderlik qabiliyyəti, çətinliklərdən qorxmamaq, öz dəmir prinsipləri olmaq və s.
- Hobbiniz var?
- Rəsm qabiliyyətim yaxşıdır. Köhnə mebellləri restavrasiya etmək, piano çalmaq hobbimdir. Yaxşı çalıram pianoda. Hətta bir neçə bəstələrim də var. Gənclikdə ov eləməyi sevirdim. Yaxşı ov köpəklərim və ov silahlarım var idi.
- Heç yalan danışmısınız?
- Bir dəfə atamdan soruşdum ki, yalan demək olar, ya yox. O dedi ki, bəzən acı həqiqətdənsə şirin yalan yaxşıdır. Bir insana ümid vermək, həyata bağlamaq üçün. Belə baxıram, yalanım olubsa da az olub, elə bu məqsədlə olub. Yalandan sözlər verib, böyük-böyük danışmamışam. Əslində mənim peşəmlə yalan danışmaq heç mümkün də deyildi.
- Borc verməyi xoşlayırsınız?
- Vallah o qədər borc verdim, sonra qaytarmadılar ki, indi biri min manat borc istəyəndə deyirəm, al bu 200 manatı, olanım budur, geri istəmirəm, məndən borc istəmə. Əlimlə verib, ayağımla axtarmaqdan xoşum gəlmir.
- Siz həm də I Qarabağ müharibəsi iştirakçısınız. Bildiyimə görə uzun illər başınızda qəlpə ilə gəzmisiniz.
- Hə əridimi, çürüdümü bilmirəm, yoxa çıxdı o qəlpə. Amma heç vaxt onun varlığı məni narahat eləməmişdi. Qarabağ müharibəsinə 1990-cı ilin aprel ayında getmişəm. Onda DTK da kapitan idim, amma adi döyüşçü kimi iştirak eləmişik. Allah rəhmət eləsin, bu yaxınlarda Milli Qəhrəman Riad Əhmədovun nəşi tapılıb dəfn edildi, mən də dəfndə iştirak elədim. O bizim xüsusi təyinatlı dəstələrin komandiri idi. Çaykənd əməliyyatı ilə döyüşlərə başlamışıq. Bu ermənilərin ən qorxduğu əməliyyat olub, hələ də “operasiya kolso” (üzük əməliyyatı) deyə xatırlayırlar onu. 131 gün döyüş bölgələrində olmuşam. Vətən qarşısında borcumu yerinə yetirməyimlə fəxr eləyirəm. Bir də fəxrlə veteran pulu alıram, ayda 80 manat. O pulu xərcləmirəm, kartda toplayıram.
- Sizcə 80 manat az deyil?
- Azdır, 80 manatla yaşamaq olmaz və bu barədə dəfələrlə Milli Məclisdə məsələ qaldırmışam.
- Ölüm qorxusu yaşamısınız?
- Döyüş zamanı bir dəfə hiss elədim ki, snayper başımı nişan alıb. Avtomatı alnıma tutdum, atəş açıldı, avtomatın dəstəyi alnımı parçaladı. Qan axa-axa ailəmi düşünürdüm ki, uşaqlar balacadır, çətin dövrdür. Ölümü o qədər yaxından bir tək onda düşündüm. Vəssalam. İşimlə bağlı həmişə əldə silah, cinayətkar dəstələrin üstünə getmişəm. Narkotiklər və insan alveri şöbələrində çalışmışam. Ota Asiyada əməliyyatlarda olmuşam. Təhlükə hər an bir addımlığımda olub. Atamın zarafatla bir sözü var. Deyir “birdən adi ölümlə, urvatsız ölüb bizi biabır edərsən. Motosiklet zad vurar səni rüsvay olarıq. Öləndə kişi kimi ölmək lazımdır, ucuz ölümlə ölmə”. Mənə adi ölümü yaraşdırmır atam.
- Ovçuluğa həvəsli adam çöl adamı olur. Yemək hazırlamaqla aranız necədir?
- Lazım gəlsə özüm və yanımdakıları ac qoymaram. Yaxşı çölçüyəm.
- Yenidən deputat seçilmək arzunuz var?
- Vəziyyətə baxacam. Əsas odur deputat işlədiyim bu müddətdə seçicilərimi özümdən narazı salmadım. Bir şeyi heç vaxt unutmuram. Tovuzda mənim anamın məzarı var və 62 il bu rayonda həkim işləmiş atam yaşayır. Elə işləməliyəm ki, ora gedəndə üzüm ağ olsun.
- Özünüzə ən yaxın bildiyiniz deputata kimdir?
- Heç kimlə münasibətlərim pis deyil. Milli Məclisin sədri Sahibə xanımdan rahatlıqla bilmədiyim sahələr üzrə məlumat alıram, iqtisadçı deputatlardan iqtisadiyyata dair suallar verirəm, hərbi və təhlükəsizlik məsələlərini isə məndən soruşurlar.
- Həmişə qızıl orta prinsipini qoruyursunuz. Həyatda da bu belədir? Özünüzə kənardan qiymət versəniz, pis cəhətiniz nədir?
- Unuda bilməmək. Mənə edilmiş heç bir əməli unutmuram. Bu kin saxlamaq da deyil. Xalq olaraq başımıza hər şey unutmaq üzündən gəldi. Nə unutqanam, nə tələskən. Ola bilər cavanlıqda çılğınlıqlarım olub. İndi yaxşını, pisi analiz edirəm, hər şeyin yerli-yerində olmasına cəhd göstərirəm.
- Gözəl sevgi şeirləriniz var. Sizə görə, sevgi nədir?
- Sevgi cismani və ruhani istəyin vəhdət tapdığı nöqtədir.
- Şeirlərinizi həsr etdiyiniz o gizli qəhrəman kimdir?
- Bir-iki dəfə evdə də bu sualı veriblər, demişəm hər şeirin öz qəhrəmanı var.
- O dərəcədə?
- (Gülür). Buna başqa nə cavab verəsən? Şeirlər ruh halı ilə, ilhamla yaranır, xəyali qəhrəmanlara həsr olunur.
- Xanımınızı sevib ailə qurmuşdunuz?
- Ailələrimiz yaxın idilər, biz bir- birimizi 6-7 ay tanıyıb sonra evləndik. Əsas odur sevgisiz deyildik. Baxdım ki, ziyalı qızdır. İndi İqtisad Universitetində dərs deyir. Eşq olsun ona ki, 30 il orqanda işləmiş əməliyyatçının həyat yoldaşı olaraq çox çətinliklərə dözüb. Hara təyinat almışam addım-addım mənimlə gedib, rayonlarda, hərbi şəhərciklərdə yaşayıb.
- Övladlarınızın karyerasında öz satusunuzdan istifadə eləmisiniz?
- Onların təhsilinə həddən çox diqqət göstərmişəm. Bir oğlum xaricdə təhsil alıb, NATO qüvvələrində çalışır, ikinci oğlumun da iki ali təhsili var. Təhsil bizim ailədə atamdan gəlmə bir şərt, tələb olub.
- Uşaqlıq dostlarınızla görüşürsünüz?
- Bəzən hə. Görüşəndə elə bilirik heç yaşlanmamışıq, elə həmin uşaqlarıq.
- Mən sizdə bahalı əşyalara, markalara bir maraq hiss eləmişəm. Ən qiymətli əşyanız nədir?
- Ən bahalı əşyam atamla anamın nişan üzüyüdür. O mənim talismanımdır və həmişə üzərimdə gəzdirirəm. Üzüyün içində atam Nəsibin adı yazılıb. Anam ölməzdən öncə onu mənə hədiyyə elədi. Dedi gəlininə verərsən. Mən nəvəm Nəsibin xanımına verəcəm qismət olsa. Nəvəm Nəsiblə atam Nəsibin arasında düz 84 il yaş fərqi var. Allah ikisinə də can sağlığı versin.
- Ömrün bircə gününə geri qayıtmaq şansı verilsəydi, hansı günü seçərdiniz, hansı günə geri qayıdardınız?
- Bircə dəfə anamın sağ olduğu günlərə qayıdıb onunla dərdləşmək istəyərdim. Deyərdim ki, sənin arzularının çoxusunu yerinə yetirmişəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Camış balasına 100 manat verəcəklər, o demək deyil ki, uşağı camış balasından az istəyirlər” - Aqil Abbas
Bu gün, 12:02 |
|
|
|
• Məhkəmə "Azercell"lə bağlı QƏRAR VERƏCƏK
Bu gün, 11:48 |
|
|
|
• Sabiq icra başçısının qardaşı oğulları HAKİM QARŞISINDA
Bu gün, 11:45 |
|
|
|
• Vaşinqtonun İranla bağlı acı etirafı
Bu gün, 11:40 |
|
|
|
• Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib - DETALLAR
Bu gün, 11:38 |
|
|
|
• Belə bir sui-qəsd təşkil etmək üçün Ukraynanın imkanları məhduddur
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb - “Şahbuz Office” MMC...
Bu gün, 11:35 |
|
|
|
• ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 4 pillə yüksəlib
Bu gün, 11:33 |
|
|
|
• Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:28 |
|
|
|
• Yeganə dələduzu ifşa etdi, başına iş gəldi - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• Fuad Nəcəflinin ƏCAİB STATİSTİKASI... - Rəqəmlər bir başqa... reallıq tamam başqa...
Bu gün, 11:14 |
|
|
|
• İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir - İLGİNC FAKTLAR...
Bu gün, 11:10 |
|
|
|
• Xırdalanın yolları BURMA-BURMADIR... - NARAZILIQ VAR...
Bu gün, 11:02 |
|
|
|
• Paşinyanla gizli anlaşma üzə çıxdı - 11 ölkədən 170 minlik ordu...
Bu gün, 10:56 |
|
|
|
• Azərbaycanda bloger estetik əməliyyatdan iki gün sonra öldü
Bu gün, 10:53 |
|
|
|
• Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? - ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 10:50 |
|
|
|
• 18 yaş əsgərlik üçün tezdir? - Psixoterapevt danışdı
Bu gün, 10:43 |
|
|
|
• Azərbaycanın əsas sülh tələbləri gündəmdədir - İki şərt dəyişməyib
Bu gün, 10:38 |
|
|
|
• Erməni separatçılarının işi: məhkəməyə səfirliklər dəvət olunsun? - AKTUAL
Bu gün, 10:35 |
|
|
|
• `Azəriqaz`da yeni ixtisarlar gözlənilir... - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
• General polkovniki Qobustan İstintaq təcridxanasına rəis təyin etdi - ƏMR
Bu gün, 10:15 |
|
|
|
• Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu
Bu gün, 10:10 |
|
|
|
• Prezident Administrasiyasında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:06 |
|
|
|
• Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR? - İLGİNC İDDİALAR
Bu gün, 10:00 |
|
|
|
• Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı qərar çıxarıldı
Bu gün, 09:53 |
|
|
|
• Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 09:48 |
|
|
|
• Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• Ermənistanın yeni münaqişə planı – “Bakının ilk iki hədəfi bu olacaq”
Bu gün, 09:27 |
|
|
|
• "Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" - ŞƏRH
Bu gün, 09:25 |
|
|
|
• Ermənistan Fransa silahını rus pulu ilə alır - BU DA FAKT!
Bu gün, 09:23 |
|
|
|
• «“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» - NARAZILIQ VAR...
Bu gün, 09:18 |
|
|
|
• Sərbəst auditor Novruz Pənahov vəfat edib
Bu gün, 09:12 |
|
|
|
• Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi - “Şlyapa Zahid”in məhkəməsi
Bu gün, 09:09 |
|
|
|
• "Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." - Müştərisi "Bank of Baku"ya SƏSLƏNDİ
Bu gün, 09:08 |
|
|
|
• "Bank Respublika" mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 09:01 |
|
|
|
• İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... - Seçkilərdə BAŞÇI BARMAĞI...
Bu gün, 08:57 |
|
|
|
• XİN-nin sabiq müavini də həbsin bir addımlığında - NADİR HÜSEYNOVUN YÜZ MİLYONLARLA ÖLÇÜLƏN ƏMLAKI
Bu gün, 08:45 |
|
|
|
• İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:39 |
|
|
|
• Zəngəzur üçün tarixi şəraitin yetişməsi... - NƏ BAŞ VERİR?
Bu gün, 08:37 |
|
|
|
• Ünvanlı sosial yardım üçün müraciət etsə də... - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• 4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
Bu gün, 08:28 |
|
|
|
• Epidemiologiya Mərkəzinin direktorundan ŞİKAYƏT - SAXTA SƏNƏD İTTİHAMI...
Bu gün, 08:26 |
|
|
|
• Artıq günün bütün vaxtları "pik saat"dır: Niyə taksi tapa bilmirik? - AKTUAL
Bu gün, 08:21 |
|
|
|
• Xaçmazın elə bil ki başçısı... başbiləni yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 08:20 |
|
|
|
• Çıxış yolu çıxılmazlıqda tapılır - Aqşin Yenisey yazır...
Bu gün, 08:06 |
|
|
|
• Əmək hüquqları sahəsində əlillərin hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? - Ekspert danışır...
Bu gün, 08:03 |
|
|
|
• İlham Əliyev ona işarə etdi ki... - İNCƏLƏMƏ
Bu gün, 08:01 |
|
|
|
• Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? - GƏLİŞMƏ
Bu gün, 07:04 |
|
|
|
• “ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır?
Bu gün, 06:26 |
|
|
|
|