Orada vəziyyət nə qədər gərginləşsə, bizim xeyrimizədir?.. - Etibar Məmmədov
Tarix: 3-06-2024, 11:44 | Çap et
 Milli İstiqlal Partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədovla Moderator.az üçün bu dəfəki söhbətimizdə Azərbaycanla qonşu iki Güney Qafqaz dövləti: Ermənistan və Gürcüstandakı son proseslərdən danışdıq. - Etibar bəy, son vaxtlar Güney Qafqazda yaranmış vəziyyət elə 1918-1920-ci illərdəki durumu xatırladır. Yəni o dövrdə də Rusiya və Qərb region uğrunda mübarizə aparırdı, bu gün də eyni mübarizə gedir. Və təxminən bizimlə eyni günlərdə müstəqilliklərini əldə etmiş digər iki Qafqaz respublikasında, yəni Ermənistan və Gürcüstanda bu gün baş verənlər də Azərbaycan üçün önəmlidir, yəqin ki. Öncə Ermənistandan başlayaq. Necə düşünürsüz, “Rusiyanın ən yaxşı agenti” adlandırılan keşiş Baqratın başçılıq etdiyi kütləvi etiraz aksiyaları nə ilə nəticələnə bilər? -Hesab edirəm ki, hazırda Ermənistan və Gürcüstanda baş verənlər Azərbaycan dövlətinin mənafelərinə elə bir zərər vurmur. Çünki hər iki dövlət: Ermənistan da, Gürcüstan da, demək olar ki, Rusiyanın əlindən çıxıb. Və ona görə də Güney Qafqazda bütün mövqelərini itirmək təhlükəsi qarşısında qalan Rusiya Azərbaycandan möhkəm yapışmağa və onun bütün şərtlərini qəbul etməyə məcburdur. Siz də görürsüz ki, Moskva Azərbaycanı öz yanında qoruyub saxlamaq üçün onun mənafelərinə uyğun olan bütün şərtləri qəbul edir. Ona görə də hazırkı durum bizim də maraqlarımıza uyğundur. Və məqsəd də Azərbaycanın mənafelərini genişləndirmək və perspektivlərini gücləndirməkdir... -Xahiş edirik, konkret olaraq Ermənistandakı proseslər haqda da danışın... -Ermənistanda vəziyyət nə qədər gərginləşsə, bizim xeyrimizədir... -Bəs, sizcə, hansı tərəfin qalib gəlməsi Azərbaycanın maraqlarına daha çox uyğun olar? -Fərqi yoxdur. Tərəflərdən heç birinin tam qələbəsi mümkün deyil. Ona görə də İrəvanda tərəflər arasındakı mübarizə nə dərəcədə ciddi və dərin olsa, Azərbaycanın xeyrinədir... -Axı Moskva Ermənistanda öz agenturası, "5-ci kalon"u, irqçi və revanşistlər vasitəsilə Xocalı caniləri olan eks-prezidentlər Robert Köçəryan və ya Serj Sərkisyanı və ya onlara bənzər birilərini hakimyyətə qaytarsa, onlar indiyədək qoyduqları tələblərə uyğun olaraq Azərbaycanla yenidən müharibə edilməsinə çalışmalıdırlar... -Birincisi, revanşistlər, Köçəryanlar, Sərksiyanlar heç bir vaxt qalib gələ biilməzlər. Çünki Ermənistanın əhalisi Paşinyandan nə qədər narazı olsa da, bu heç də o demək deyil ki, ermənilər Köçəryan və yaxud Sərkisyanın hakimiyyətə qayıtmasını istəyirlər. Hazırkı durumda Ermənistan xalqı yaxın perspektivdə onların və ya onlara bənzər heç birinin hakimiyyətə qayıtmasına imkan verməyəcək. İkincisi də, Ermənistanda hakimiyyətin dəyişib-dəyişməyəcəyindən asılı olmayaraq Azərbaycan qarşısına qoyduğu hərbi vəzifələri yekunlaşdırmaq üzrədir. Yəni hərbi strateji üstünlük bizim tərəfdədir. Və bu nisbətin yaxın perspektivdə dəyişməsi də mümkün görünmür. Ermənistanda iqtidarın dəyişməsi isə yalnız sülh müqaviləsinin imzalanmamasına və ya bu prosesin ləngidilməsinə səbəb ola bilər ki, bu da yenə də Ermənistanın ziyanına olacaq... -Bəs Gürcüstandakı proseslərin inkişafını necə görürsüz: orada Rusiya tərəfdarları qalib olacaq, yoxsa Qərb? -Gürcüstanda Rusiya tərəfdarları, demək olar ki, yoxdur. Yəni Rusiya tərəfdarları olsalar da, bunu açıq şəkildə ifadə edə bilməzlər və bilməyəcəklər də. Ancaq orada söhbət milyarder İvanişvilinin dəstəsi ilə digərləri arasındakı hakimiyyət mübarizəsindən gedir. Hazırda Tiflisdə gərginlik olsa da, Rusiyanın hərbi cəhətdən oraya qayıtması mümkün deyil. Ancaq Moskvadan təhdidlər var və unutmayaq ki, Gürcüstanın ərazisi də parçalanmış bir vəziyyətdədir. Ölkənin ərazi bütövlüyünü də bərpa etmək yaxın perspektivdə mümkün görünmür...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “AFFA milli komandaya Fatih Terimi düşünür”
Bu gün, 15:46 |
|
|
|
• Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Bu gün, 15:43 |
|
|
|
• “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Bu gün, 15:34 |
|
|
|
• Hakan Fidan sabah Dohaya gedəcək
Bu gün, 15:28 |
|
|
|
• Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Bu gün, 15:24 |
|
|
|
• “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Bu gün, 13:04 |
|
|
|
• Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Bu gün, 13:00 |
|
|
|
• "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Bu gün, 12:26 |
|
|
|
• 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Bu gün, 12:24 |
|
|
|
• “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Bu gün, 12:19 |
|
|
|
• Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Bu gün, 12:18 |
|
|
|
• Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Bu gün, 12:13 |
|
|
|
• Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Bu gün, 12:11 |
|
|
|
• Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Bu gün, 12:06 |
|
|
|
• Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Bu gün, 12:01 |
|
|
|
• Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Bu gün, 11:59 |
|
|
|
• "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Bu gün, 11:58 |
|
|
|
• İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Bu gün, 11:57 |
|
|
|
• “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Bu gün, 11:51 |
|
|
|
• İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Bu gün, 11:47 |
|
|
|
• DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Bu gün, 11:35 |
|
|
|
• “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Bu gün, 11:32 |
|
|
|
• Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Bu gün, 11:30 |
|
|
|
• Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Bu gün, 11:29 |
|
|
|
• Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Bu gün, 10:59 |
|
|
|
• Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Bu gün, 10:51 |
|
|
|
• Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Bu gün, 10:39 |
|
|
|
• “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Bu gün, 10:28 |
|
|
|
• "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02 |
|
|
|
• Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 09:56 |
|
|
|
• Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Bu gün, 09:52 |
|
|
|
• Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Bu gün, 09:50 |
|
|
|
• Elnur Şükürov azadlığa çıxdı
Bu gün, 09:44 |
|
|
|
• Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Bu gün, 09:41 |
|
|
|
• Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26 |
|
|
|
• İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Bu gün, 09:23 |
|
|
|
• "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Bu gün, 09:13 |
|
|
|
• Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Bu gün, 09:05 |
|
|
|
• Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Bu gün, 09:04 |
|
|
|
• Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Bu gün, 08:47 |
|
|
|
• Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Bu gün, 07:39 |
|
|
|
• Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Bu gün, 07:38 |
|
|
|
• İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Bu gün, 07:29 |
|
|
|
• Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Bu gün, 07:23 |
|
|
|
• Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Bu gün, 07:19 |
|
|
|
• Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14 |
|
|
|
• “Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Bu gün, 07:12 |
|
|
|
• Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ - İLGİNC FAKTLAR
Bu gün, 07:04 |
|
|
|
• "Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Bu gün, 06:51 |
|
|
|
|