"Belə məmurlar sözsüz ki, Azərbaycanın inkişafının əleyhinədir və xalqa düşmən mövqeyini seçmiş sayılır" - deputat
Tarix: 31-05-2024, 08:30 | Çap et
 Avropada məskunlaşan özünü blogger adlandırıb, Azərbaycanı və Azərbaycandakı mövcud iqtidarı, həmçinin bir sıra məmurları söyən Tural Sadıqlını Azərbaycandan maliyyələşdirən məmurlar varmış. Hətta iddialar var ki, həmin blogerləri xaricdə yerləşdirən də həmin məmurlar imiş. Kimdən xoşları gəlmirsə, pulunu ödəyib, söydürürmüş. Bu günlərdə "yal"larını paylaşa bilməyən blogerlər bir-birini ifaş etməyə qərar veriblər. Biri deyir “sən hakimiyyətə işləyirsən”, o biri də deyir ki, “bəs sənə dövlət məmurları yal yedizdirir”. Məsələ hər nədirsə, yəqin ki, yaxın günlərdə Dövlət Təhlükəsizlik Xidməti üstünü açacaq. Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün dünyada yeni reallıqlar meydandadır və Azərbaycan xalqı əvvəlki kimi yalanlara, böhtanlara, şantajlara bir o qədər əhəmiyyət vermir.
Deputat deyir ki, əvvəllər xalqın içinə girmək istəyənlər, xalqı yağlı dilə tutanlar sonralar öz əməlləri ilə göstərdilər ki, onlar əslində vətənə, torpağa, xalqa xidmət etmirlər.
“Bu şəxslər öz ağalarına, onlara əyri yol göstərənlərə xidmət eldirlər. Bu gün bir çox bloggerlər xaricdə oturub, Azərbaycanın əleyhinə böhtan kampaniyası həyata keçirirlər və bunun da haradan qaynaqlandığı yaxşı məlumdur. İlk növbədə xaricdə fəaliyyət göstərən müəyyən fondlar və müəyyən beynəlxalq təşkilatlar və qurumlar bu bloggerləri maliyyələşdirirlər.
Bu gün mən inanmıram ki, Azərbaycanda yüksək vəzifə tutan şəxslər bu ölkənin əleyhinə ciddi böhtan kampaniyası aparmaq üçün hansısa bir bloggerlərin xidmətindən istifadə etsinlər. Belə məmurlar sözsüz ki, Azərbaycanın inkişafının əleyhinədir və xalqa düşmən mövqeyini seçmiş sayılır.
Radikal müxalifət ölkədə mövcuddur. “Milli Şura”, “Azərbaycan Xalq Cəbhəsi Partiyası”, eləcə də ayrı-ayrı aqressiv insanlar sözsüz ki, hardansa maliyyələşirlər. Bunların maliyyə bazası da məlumdur ki, onlar dəstəyi xarici havadarlarından alırlar və onların tapşırıqlarını yerinə yetirirlər. Müəyyən məmurların fikirləri üst-üstə düşməyə bilər. Və sözsüz ki, onlar da bunun üçün məsuliyyət daşıyırlar.
Azərbaycanda inzibati orqanlar peşəkardır, qabiliyyətlidir və onlar bütün hadisələri diqqət mərkəzində saxlamağa qadirdirlər. Və dövlətimizin yürütdüyü siyasətlə əldə olunan qələbələr və son illər beynəlxalq aləmdə qazandığımız nüfuz da bu gün hər bir məmurdan öz işinə məsuliyyətlə yanaşmağı tələb edir, həm də onun cəmiyyət üçün faydalı olub olmadığını müəyyənləşdirir. Bəzi məmurlar oldu ki, onlar çalışdıqları sahələrdə nöqsanlara yol verdiklərinə görə artıq istintaq orqanları qarşısında cavab verirlər”-deyən deputat vurğulayıb ki, hansısa məmur "yol"unu itirərsə, qanunlarımız qarşısında cavab verəcək.
Deputat hesab edir ki, bu gün pulla alınan o bloggerlərin saxta, yalan, böhtan xarakterli çıxışları və onların yaydıqları əsassız məlumatlar Azərbaycan xalqı tərəfindən nifrətlə qarşılanır. Cəmiyyət belə hallara qarşı artıq barışmaz mövqeyini ortaya qoyub.
“Kiçik problemləri şişirtmək və dövlətin adına qara yaxmaqla nailiyyətlərə kölgə salmaq vətənpərvərlik deyil. Bu, sadəcə xəyanətdir. Xəyanət edənlərin yeri də məlumdur”-deyə Tahir Rzayev qeyd edib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “AFFA milli komandaya Fatih Terimi düşünür”
Bu gün, 15:46 |
|
|
|
• Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Bu gün, 15:43 |
|
|
|
• “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Bu gün, 15:34 |
|
|
|
• Hakan Fidan sabah Dohaya gedəcək
Bu gün, 15:28 |
|
|
|
• Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Bu gün, 15:24 |
|
|
|
• “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Bu gün, 13:04 |
|
|
|
• Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Bu gün, 13:00 |
|
|
|
• "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Bu gün, 12:26 |
|
|
|
• 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Bu gün, 12:24 |
|
|
|
• “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Bu gün, 12:19 |
|
|
|
• Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Bu gün, 12:18 |
|
|
|
• Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Bu gün, 12:13 |
|
|
|
• Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Bu gün, 12:11 |
|
|
|
• Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Bu gün, 12:06 |
|
|
|
• Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Bu gün, 12:01 |
|
|
|
• Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Bu gün, 11:59 |
|
|
|
• "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Bu gün, 11:58 |
|
|
|
• İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Bu gün, 11:57 |
|
|
|
• “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Bu gün, 11:51 |
|
|
|
• İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Bu gün, 11:47 |
|
|
|
• DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Bu gün, 11:35 |
|
|
|
• “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Bu gün, 11:32 |
|
|
|
• Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Bu gün, 11:30 |
|
|
|
• Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Bu gün, 11:29 |
|
|
|
• Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Bu gün, 10:59 |
|
|
|
• Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Bu gün, 10:51 |
|
|
|
• Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Bu gün, 10:39 |
|
|
|
• “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Bu gün, 10:28 |
|
|
|
• "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02 |
|
|
|
• Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 09:56 |
|
|
|
• Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Bu gün, 09:52 |
|
|
|
• Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Bu gün, 09:50 |
|
|
|
• Elnur Şükürov azadlığa çıxdı
Bu gün, 09:44 |
|
|
|
• Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Bu gün, 09:41 |
|
|
|
• Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26 |
|
|
|
• İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Bu gün, 09:23 |
|
|
|
• "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Bu gün, 09:13 |
|
|
|
• Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Bu gün, 09:05 |
|
|
|
• Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Bu gün, 09:04 |
|
|
|
• Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Bu gün, 08:47 |
|
|
|
• Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Bu gün, 07:39 |
|
|
|
• Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Bu gün, 07:38 |
|
|
|
• İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Bu gün, 07:29 |
|
|
|
• Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Bu gün, 07:23 |
|
|
|
• Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Bu gün, 07:19 |
|
|
|
• Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14 |
|
|
|
• “Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Bu gün, 07:12 |
|
|
|
• Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ - İLGİNC FAKTLAR
Bu gün, 07:04 |
|
|
|
• "Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Bu gün, 06:51 |
|
|
|
|