Paşinyanın Ermənistanda açdığı “cəbhə” .....                     ABŞ-ın Azərbaycana marağı təbiidir: .....                     “Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“ .....                     Rövşən müəllim, İRD... heç bir işə yaramır... .....                     “Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər” .....                     Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... .....                     Bakıda adam öldürənlər .....                     “Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” .....                     Zemfiradan Zaura REAKSİYA: .....                     Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur .....                     Azərbaycanlılara hücumun pərdəarxası .....                     Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi .....                     Bu gün Oleq Bakinskiyə hökm oxunacaq .....                     Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: .....                     Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… .....                     Müştərisindən “Leobank”a ciddi ittihamlar .....                     Kamil Əliyev özü üçün işıqfor qoydurub .....                     Rusiyanın 5 şəhərində kritik durum .....                     Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir .....                     Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı .....                     Azərbaycan restoranı darmadağın edildi .....                     Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır .....                     Bakıdakı İran mağazalarında .....                     Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək .....                     Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin .....                     İqtisadi Zirvənin siyasi yükü .....                     “Kişilər Turan qurur” deyənlər görür ki... .....                     "Azərbaycan hər kəsə hörmət edir, eyni zamanda heç kəsə öz suverenliyinə zərər vermək fürsəti də tanımır" .....                     Professordan virus xəbərdarlığı .....                     Milli Məclis büdcənin icrasını təsdiqləyib .....                     Kremlin Bakıya media diversiyası: İlham Rəhimovun təbliğatının gizli məqamları .....                     "Rusiya-Azərbaycan münasibətlərində gərginlik: Kim daha çox itirir?" .....                     Səhiyyə Nazirliyinin 4.4 milyonluq tenderinə “stop” qoyuldu .....                     Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur .....                     “Şou-biznesin “Diva”sı var, niyə də “Afrodita”sı olmasın?” .....                     Müdafiə Nazirliyinin hərbçilərdən rüşvət almaqda təqsirləndirilən .....                     Naxçıvanın əxlaqsızlıqda ittiham olunan deputatını BIÇAQLAMAQ İSTƏDİLƏR .....                     AZƏRİQAZ-da fəhlə sinfinin ixtisarı `UĞURLA` davam etdirilir... .....                     Səhiyyə nazirliyi bunlarla BACARA BİLMİRSƏ... .....                     Sertifikasiyada kütləvi kəsilmə: .....                 

“Partiyalar ölkənin ictimai-siyasi həyatından çox kənardadırlar” - Sərdar Cəlaloğlu
Tarix: 29-05-2024, 08:19 | Çap et
“Partiyalar ölkənin ictimai-siyasi həyatından çox kənardadırlar”
Ötən həftənin əvvəlində Azərbaycanda siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin və 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş təşkil olunub. Görüşdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib, bu istiqamətdə indiyədək görülmüş çoxsaylı işlər barədə ətraflı məlumat verib. Şöbə müdiri siyasi partiyaların cəmiyyətdə artan rolunu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi xüsusi vurğulayaraq təşkil olunmuş görüşün, həmçinin siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib. Ə.Vəliyev sağlam əməkdaşlığın, milli həmrəyliyin sabitliyi və dayanıqlı inkişafı təmin edən amillərdən olduğunu diqqətə çatdırıb.

Tədbirdə müxtəlif dövlət orqanlarının nümayəndələri çıxış edərək “Siyasi partiyalar haqqında” qanundan irəli gələn məsələlər barədə təmsil etdikləri orqanların aidiyyəti üzrə gördüyü işlər barədə məlumat veriblər. Sonra siyasi partiyaların nümayəndələri çıxış edərək müzakirə olunan mövzulara münasibətlərini bildiriblər.

Tədbir dövlət orqanlarının təmsilçiləri tərəfindən siyasi partiya nümayəndələrinin çoxsaylı suallarının cavablandırılması və müzakirələrlə davam edib. İştirakçılar bu qəbildən olan tədbirlərin mütəmadi təşkilinin və hər bir siyasi qüvvənin belə təşəbbüslərdə fəal iştirak etməsinin faydalı olacağını diqqətə çatdırıblar.

Sözügedən tədbirdə iştirak edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu təəssüratlarını AYNA ilə bölüşüb. ADP rəhbəri deyib ki, 4 il bundan qabaq, 2020-ci ildə iqtidarla milli məsələdə əməkdaşlıq etmək qərarı veriblər:

- Həmin vaxt bizim bu addımımızı hər cür yozanlar oldu, çirkin adlar qoydular, az qala “satqınlıq” dedilər. Amma 44 günlük Vətən müharibəsi milli məsələ idi və milli məsələdə iqtidar-müxalifət söhbətinin olmamalıdır, ola bilməz. İkinci Qarabağ müharibəsində siyasi qüvvələrin birliyi, iqtidar-müxalifət əməkdaşlığı qələbədə elə ciddi rol oynad ki, bu addımımızın nə qədər vacib, düzgün olduğu göründü. Demək istədiyim odur ki, uzun illər aradan sonra 2020-ci ildə iqtidar-müxalifət dialoqu baş tutdu və bu, səmərəli nəticə verdi.

Sonuncu tədbir isə Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanunun tətbiqi məsələsinə həsr olunmuşdu. Prezident Adminstrasiyasının təşkil etdiyi, Siyasi partiyalarla iş və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə keçirilən tədbirdə Ədliyyə Nazirliyinin, MSK-nın, Maliyyə Nazirliyinin, Hesablama Palatasının, Milli Məclisin rəsmiləri iştirak edirdilər. Onlar siyasi partiyaların həmin qurumlarla bağlı hissəsinə aydınlıq gətirildi. Sonra isə partiya rəhbərləri çıxış etdilər, təkliflərini səsləndirdilər.

Açığını deyim ki, son vaxtlar hakimiyyətin iqtidar-müxalifət münasibətlərini yeni müstəviyə qaldırmaq istəyi müşahidə edilir. Münasibətlərin inkişafı üçün həm iqtidar, həm də müxalifət tərəfindən müəyyən cəhdlər var və müəyyən irəliləyişlər də var.

- Söhbət hansı irəliləyişdən gedir?

- Məsələn, bu gün Ermənistanda və Gürcüstanda gedən siyasi proseslərə baxdıqda görürük ki, hər ikisində destabilizasiya var, müxalifət küçələrdədir. Heç kəsə sirr deyil ki, Ermənistanda Rusiya, Gürcüstanda isə Qərb müxalifəti dəstəkləyir. Yəni ki, bu ölkədə baş verənlər xarici dəstəyin nəticəsidir. Amma Azərbaycanda sabitlikdir, çünki Azərbaycan müxalifətinin heç bir xarici qüvvə ilə əlaqəsi yoxdur. Bunun özü də Azərbaycan müxalifətinin milli məsələlərdə, dövlət məsələlərində iqtidarla əməkdaşlığa hazır olduğunun sübutlarından biridir.

Həmin tədbirdə mən də, digər siyasi partiya rəhbərləri də çıxış etdi, çoxlu məsələlər qaldırıldı. Siyasi partiyalarla bağlı qəbul edilən yeni qanunun ilk nəticəsi o oldu ki, 30-a yaxın partiya özünü buraxdı. Əslində Azərbaycan kimi balaca bir ölkədə 56 siyasi partiyanın olması düzgün deyildi. Açığını deyim ki, bunun çoxpartiyalılığa qətiyyən dəxli yoxdur. Hələ bu gün də 26 partiya var ki, düşünürəm, bu da Azərbaycan üçün çoxdur. Ölkəmizdə maksimum 4-5 partiyaolmalıdır. Bu, kifayətdir. Qanunda elə kriteriyalar müəyyənləşdi ki, adı olub, özü olmayan partiyalar avtomatik sıradan çıxdılar. İkincisi, partiyalara ofis verildi, partiyalarla hakim qurumlar arasında sıx əlaqələr yarandı. Yəni ki, müsbət irəliləyiş oldu.

- Bu irəliləyiş partiyaları inkişaf etdirirmi?

- Partiyalara qarşı əvvəlki illərdə olan repressiv addımların indi olmamasına baxmayaraq, hələ də partiyalaşma prosesində ciddi problem var. Etiraf edirəm ki, Azərbaycanda müxalifətə qoşulmaq istəyən vətəndaşların sayı sıfıra bərabərdir. Belə bir sual ortaya çıxır: niyə Azərbaycanda müxalifət ya radikaldır, ya da ondan radikallıq gözlənilir?! Bizdə elə bir vəziyyət yaranıb ki, işi olan insanlar, ziyalılar, millətinin, xalqının taleyini düşünən heç kəs siyasi partiyalara üz tutmur. İşi olmayan, hakimiyyətdən narazı olan, radikal əhvallı adamlar siyasi partiyalara gəlirlər. Belə olan halda, partiya hansı siyasi xətt tutur-tutsun, partiyada radikallıq əhvalı yaranır. Partiyaları bundan xilas etmək üçün, çoxlu ziyalılar, işi olan vətəndaşlar üzv olmalıdırlar. Yəni partiyalar sosial-iqtisadi narazılıq mərkəzinə çevrilməməlidir, əksinə, siyasi idealizmin mərkəzinə çevrilməlidir. Partiyanın məqsədi ölkənin siyasətini irəli aparmaqdır, sosial təminat nazirliyi funksiyasını yerinə yetirmək deyil. Bu baxımdan, partiyalar inkişaf edə bilmirlər. Bu da cəmiyyət üçün çox böyük təhlükədir.

- Hansı təhlükələri nəzərdə tutursunuz?

- Siyasi partiyaların inkişaf etməməsi ona gətirib çıxarır ki, vətəndaşlar ya dini radikal qüvvələrə meyl edirlər, ya da narkotika kimi, cinayətkarlığın başqa formaları kimi neqativlər sürətlə inkişaf edir. Əgər Azərbaycanda insanlar kütləvi sürətdə siyasi partiyalara üzv olsaydılar, nə indiki qədər narkomaniya müşahidə olunardı, nə indiki qədər dini radikal qüvvələrə qoşulmalar olardı. Məsələ burasındadır ki, adamlar iddialarını bu və ya başqa formada ifadə etmək istəyirlər.

- Sizcə, niyə insanlar, ziyalılar, dediyiniz işi olan insanlar müxalif partiyalara üzv olmurlar, buna can atmırlar?

- Əvvəlki təcrübəyə əsasən, repressiv addımlar səbəbindən müxalifət partiyaları onların anlamında “qorxulu yerdir”. Həmçinin, müxalifət hər vəchlə o qədər nüfuzdan salınıb ki, sanki Azərbaycandakı bütün problemlərin günahı siyasi partiyalardadır. Düşünürəm ki, müxalifət partiyalarının sıraları genişlənməsə, ölkədə çox ciddi sosial neqativ hallar müşahidə olunacaq.

- Çıxış yolu nədir?

- Mən hakimiyyət nümayəndələri ilə keçirilən tədbirdə də bu məsələni qaldırdım. Düşünürəm ki, siyasi partiyaların dövlətin və cəmiyyətin həyatında iştirakına “yaşıl işıq” yandırılmalıdır. Bu gün Azərbaycanda partiyalar sanki mövcudluğunu qorumaq üçün ayaqda dayanırlar. Halbuki partiyalar ölkənin ictimai-siyasi həyatında o qədər mühüm yer tutmalıdırlar ki, dövlət, cəmiyyət inkişaf etsin. Bu inkişaf həm də partiyaların mövqeyindən asılı məsələdir. Təəssüf ki, hakim Yeni Azərbaycan Partiyası da daxil olmaqla, partiyalar ölkənin ictimai-siyasi həyatından çox kənardadırlar. Düşünürəm ki, bizim əsas məqsədlərimizdən bir bu problemi aradan qaldırmaq olmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın Ermənistanda açdığı “cəbhə” - Xankəndidən İrəvana İSMARIŞ
Bu gün, 16:05
ABŞ-ın Azərbaycana marağı təbiidir: - Bakı Vaşinqton üçün olduqca cəlbedici tərəfdaşdır
Bu gün, 14:57
“Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“
Bu gün, 14:54
Rövşən müəllim, İRD... heç bir işə yaramır... - BU DA FAKT!
Bu gün, 14:46
“Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər”
Bu gün, 14:37
Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... - Kopıtko
Bu gün, 14:01
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
Bu gün, 13:48
“Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” - Qənirə Ataşova həmin həkimdən yazdı
Bu gün, 13:39
Zemfiradan Zaura REAKSİYA: - “Corabı başqa adamlardan soruş"
Bu gün, 13:11
Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur - SƏBƏB
Bu gün, 13:08
Azərbaycanlılara hücumun pərdəarxası – Putinin ilginc səbəbi
Bu gün, 13:01
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi - FOTO
Bu gün, 12:43
Bu gün Oleq Bakinskiyə hökm oxunacaq – Rusiya FTX zabitinin mülki iddiası təmin olunacaqmı?
Bu gün, 12:37
Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: - Ən az maaşı onlar alır
Bu gün, 12:34
Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… - AKTUAL
Bu gün, 12:27
Müştərisindən “Leobank”a ciddi ittihamlar - "...banklarımız da yalançı və oğrudur"
Bu gün, 12:13
Kamil Əliyev özü üçün işıqfor qoydurub – məşhur şirkətə etiraz
Bu gün, 12:11
Rusiyanın 5 şəhərində kritik durum – Minlərlə azərbaycanlı…
Bu gün, 12:06
Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir - İNCƏLƏMƏ
Bu gün, 12:04
Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı
Bu gün, 12:01
Azərbaycan restoranı darmadağın edildi - FOTO
Bu gün, 11:58
Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır - TƏFƏRRÜAT
Bu gün, 11:54
Bakıdakı İran mağazalarında qiymətlər ARTDI
Bu gün, 11:48
Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək - Paşinyan
Bu gün, 11:42
Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
Bu gün, 11:38
İqtisadi Zirvənin siyasi yükü - Bu dəfə mesaj Xankəndidən verilir
Bu gün, 11:37
“Kişilər Turan qurur” deyənlər görür ki... – onlar ayaqda sağlam DURAN birlik qururlar
Bu gün, 11:33
"Azərbaycan hər kəsə hörmət edir, eyni zamanda heç kəsə öz suverenliyinə zərər vermək fürsəti də tanımır" - ONA GÖRƏ DƏ...
Bu gün, 11:30
Professordan virus xəbərdarlığı – “Evdən çıxmayın...”
Bu gün, 11:28
Milli Məclis büdcənin icrasını təsdiqləyib
Bu gün, 11:26
Kremlin Bakıya media diversiyası: İlham Rəhimovun təbliğatının gizli məqamları - uğursuz cəhdin tarixçəsi...
Bu gün, 11:13
"Rusiya-Azərbaycan münasibətlərində gərginlik: Kim daha çox itirir?" - "Deutsche Welle"
Bu gün, 11:09
Səhiyyə Nazirliyinin 4.4 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 11:07
Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur - MƏQALƏ
Bu gün, 11:00
“Şou-biznesin “Diva”sı var, niyə də “Afrodita”sı olmasın?” - FOTO
Bu gün, 10:58
Müdafiə Nazirliyinin hərbçilərdən rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinə hökm oxunub
Bu gün, 10:52
Naxçıvanın əxlaqsızlıqda ittiham olunan deputatını BIÇAQLAMAQ İSTƏDİLƏR - ARAYA ƏMİSİ OĞLU GİRDİ VƏ...
Bu gün, 10:45
AZƏRİQAZ-da fəhlə sinfinin ixtisarı `UĞURLA` davam etdirilir... - URRRAAA!!!
Bu gün, 10:37
Səhiyyə nazirliyi bunlarla BACARA BİLMİRSƏ... - DİQQƏT: TƏHLÜKƏ VAR...
Bu gün, 10:18
Sertifikasiyada kütləvi kəsilmə: - Sabiq deputat yaşlı müəllimlərin əleyhinə çıxdı
Bu gün, 10:14
Zelenskini Bakıya zənginə görə hədəf aldılar - Kreml İSTERİKADADIR...
Bu gün, 09:57
Rusiya kanallarından absurd çağırışlar davam edərsə... BAĞLANMALIDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
Vikipediya QALMAQALI: Tanınmışlar haqda qərəzli və saxta ölüm xəbərlərini kim YAYIR? - ARAŞDIRMA
Bu gün, 09:47
Nazirimiz bahalı maşınının benzinpulunu BELƏ ÇIXARIR - SİZ DƏ ELƏ BİLİRSİNİZ Kİ...
Bu gün, 09:38
Vəziyyətə nəzarət üçün hər şeyi etmək əmr olundu... - “Johovurd”
Bu gün, 09:30
Paşinyan Azərbaycanın şərtlərinin icrasına başladı - BUNDAN SONRA...
Bu gün, 09:26
Məhkəmə borca görə dostunu bıçaqlayan şəxslə bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 09:22
Naxçıvanın keçmiş nazirinə AĞIR İTTİHAM - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:20
Əlillərlə bağlı BU TƏLƏB VAR... - DİQQƏT!
Bu gün, 09:16
Azərbaycan mediasına hücum: Kremlin məqsədi nədir? - AKTUAL
Bu gün, 09:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru