“AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                     “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” .....                     Xalq artisti Hacı Murad Yagizarov vəfat edib .....                     "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur .....                     Gəlinsiz, musiqisiz və içkisiz toy .....                     15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər .....                     “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir .....                     Simonyanın Bakı nefti arzusu .....                     Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib .....                     Xalq artistinin evində ŞADYANALIQ: .....                     Mərkəzi Nəbatat Bağında təlim keçirildi .....                     Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ .....                     Delimitasiya bu sərhəddən başlaya bilər .....                     "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır .....                     İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı... .....                     “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” .....                     İran Fələstini niyə dəstəkləmədi .....                     DOST-umuz dövlət büdcəsinə qonub... .....                     “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” .....                     Quşçuluq şirkətinə yeni direktor seçilir .....                     Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? .....                     Zəngəzur dəhlizi... .....                     Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq .....                     Nəqliyyat şirkətinə yeni sədr seçiləcək .....                     “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu .....                     "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." .....                     Adil Vəliyevdən YENİ TƏYİNATLAR .....                     Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. .....                     Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi .....                     Elnur Şükürov azadlığa çıxdı .....                     Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? .....                     Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq .....                     İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... .....                     "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" .....                     Ermənilərin gözü yenə orda-burda .....                     Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir .....                 

"Qafqaz Müsəlmanları İdarəsi də bu prosesdə fəallıq göstərməlidir" - YOXSA...
Tarix: 25-05-2024, 08:53 | Çap et
"Qafqaz Müsəlmanları İdarəsi də bu prosesdə fəallıq göstərməlidir"
“Türkiyənin İzmir şəhərində yas mərasimində yemək verilmə adətinin ləğvi barədə xəbəri eşitdik. Bu haqda həmişə düşünmüşəm, lakin çəkinmişəm ki, toylarda, yaslarda israfçılığın aradan qaldırılması barədə təkliflər versəm, bu, insan hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.

Ona görə də bu haqda həmişə ehtiyatla söz demişəm. İndi isə dövlət orqanlarına deyil, şəxsən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə müraciət etmək istəyirəm ki, belə bir qərar qəbul etsinlər, yas mərasimlərində yemək vermək adəti yığışdırılsın. Bu, bahalıq şəraitində yaxını vəfat etmiş insanlara həddən artıq böyük yükdür. İnsanlara çox çətinliklər yaradır. Bilmirlər, dəfnlə məşğul olsunlar, yoxsa camaata yemək versinlər”. Bu sözləri pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib. “Ümumiyyətlə, ehsana qarşı deyiləm. Kim ehsan vermək istəyirsə, müəyyən yerlərdə verə bilər. İmkanı olan şəxslər hansısa kəndə yol çəkilməsini həyata keçirə, yaxud qəbiristanlıq yolunu düzəldə, abadlıq işləri apara, kimsəsizlər evinə yardımlar edə bilərlər. Bəlkə, bu, vəfat edənin ruhu üçün daha xoş olar. Xahiş edirəm, bu təklifimə baxsınlar. Azərbaycanda yas mərasimlərində yemək vermək adətinin aradan qaldırılması barədə fətva versinlər”, - deputat bildirib.

Qeyd edək ki, hələ 2014-cü ildə Azərbaycanda “ehsan qadağası” tətbiq edilməyə başlamışdı. Belə ki, yas mərasimlərində israfçı süfrələrin qarşısının alınması üçün 2014-cü ilin avqustunda ilk dəfə hökumət bütün ölkə boyu mübarizəyə başladı, ehsan süfrələrinin açılmaması tövsiyə olundu. Hətta bəzi yerlərdə qadağaya riayət edilməməsi ilə əlaqədar sərt tədbirlərə əl atıldı. Bir müddət bu sahədə normal durum yaransa da, sonradan ənənəvi vəziyyət bərpa olunmağa başladı.

Bəzi yerlərdə məsələlər həllini tapdı. Məsələn, Naxçıvanın Mahmudkənd və Culfa rayonunun Camaldın kəndinin sakinləri yas mərasimlərində yemək verilməsini dayandırıblar.

Bunu israfçılıq hesab edən kənd sakinləri Camaldın kəndində yas mərasimlərində yalnız çay süfrəsi olacağını bildiriblər.

Eləcə də ötən il Şəki rayonunun Şirinbulaq kənd camaatının ümumi qərarı ilə bundan sonra yas mərasimlərində yemək verilməyəcəyi açıqlanmışdı. Həmçinin Şəkinin Böyük Dəhnə, Kiçik Dəhnə və Oxud kəndlərində də artıq yaslarda yemək verilməsi adətinin tədricən aradan qalxdığını bildirimişdilər.

Millət vəkili Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, məsələ ilə bağlı müxtəlif istiqamətlərdə işlərin həyata keçirilməsinə ehtiyac var: “Əslində bu məsələ uzun müddətdir ki, Azərbaycan cəmiyyətində müzakirə olunur. Mən də dəfələrlə bu mövzunu mediada səsləndirmişəm. Hesab edirəm ki, bu məsələ ilə bağlı müxtəlif istiqamətlərdə işlərin həyata keçirilməsinə ehtiyac var.

Əslində Qafqaz Müsəlmanları İdarəsinin yas yerlərində israfçılıqla bağlı çağırışları olub. Burada cəmiyyətin də üzərinə ciddi vəzifə düşür. Burada iki istiqamətdə iş getməlidir. Birincisi, ya biz cəmiyyət olaraq bu məsələlərdə fəal iştirak etməliyik, Qafqaz Müsəlmanları İdarəsi də bu prosesdə fəallıq göstərməlidir, ya da məsələ qanunvericilik formasında tənzimlənməlidir. Bu gün cəmiyyətin böyük bir hissəsi bu məsələdən əziyyət çəkir, israfçılıqla üz-üzədir. Bu yalnız bir istiqamətdə deyil, bir neçə istiqamətdə özünü açıq-aydın göstərir. Bu baxımdan, biz bu məsələyə ciddi yanaşmalıyıq və düşünürəm ki, iki yoldan birini seçməliyik.

Bununla bağlı fətva da verilə bilər. Amma hesab edirəm ki, təkcə fətvanın verilməsi vəziyyətdən çıxış yolu deyil. Qeyd etdiyimiz məqamlar, məsələlər hər biri ciddi şəkildə və dəqiqliklə nəzərə alınmalıdır".

Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu isə mövzuya bu cür şərh bildirib: “Azərbaycanda uzun illər əvvəl bəzi bölgələrdə yas mərasimində yemək ləğv olunub. 2014-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkə üzrə yeməkli ehsan süfrələrinin qadağan edilməsi kampaniyası başlayıb. Ancaq müəyyən zamandan sonra bəzi rayonlarında yenə bərpa olunub. Bu, dini məsələ deyil. Dində dəfn qaydaları müəyyən olunur. Ehsan süfrələri isə belə demək olarsa, xalq adətidir. İnsanlar dünyasını dəyişənin adına süfrə açıb, başsağlığı üçün gələn insanlara adət olaraq yedirib yola salıb. Ancaq zamanla bu adət bütün digər adət-ənənələrimiz kimi məqsədini aşıb, israf elementləri müşahidə olunub. Bunu aradan qaldırmaq üçün ilk növbədə maarifləndirmə işləri aparılmalıdır. Məcburən, inzibati qaydada bu cür adətləri ləğv eləmək mümkün deyil. Üstəlik, tamamilə ləğv eləmək də mümkün deyil, çünki qonağa süfrə açmaq adətdəndir. Bunu insanlara qadağan eləmək olmur. Sadəcə, israfçılıq aradan qaldırmalıdır. Dediyim kimi, bunu yalnız maarifləndirmə işləri ilə etmək olar”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“AFFA milli komandaya Fatih Terimi düşünür”
Bu gün, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Bu gün, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Bu gün, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
Bu gün, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Bu gün, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Bu gün, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Bu gün, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Bu gün, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Bu gün, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Bu gün, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Bu gün, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Bu gün, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Bu gün, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Bu gün, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Bu gün, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Bu gün, 11:59
"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Bu gün, 11:58
İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Bu gün, 11:57
“50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Bu gün, 11:51
İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Bu gün, 11:47
DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Bu gün, 11:35
“Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Bu gün, 11:32
Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Bu gün, 11:30
Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Bu gün, 11:29
Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Bu gün, 10:59
Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Bu gün, 10:51
Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Bu gün, 10:39
“Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Bu gün, 10:28
"Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02
Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 09:56
Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Bu gün, 09:52
Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Bu gün, 09:50
Elnur Şükürov azadlığa çıxdı
Bu gün, 09:44
Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Bu gün, 09:41
Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26
İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Bu gün, 09:23
"Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Bu gün, 09:13
Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Bu gün, 09:05
Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Bu gün, 09:04
Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Bu gün, 08:47
Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Bu gün, 07:39
Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Bu gün, 07:38
İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Bu gün, 07:29
Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Bu gün, 07:23
Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Bu gün, 07:19
Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14
“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Bu gün, 07:12
Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ - İLGİNC FAKTLAR
Bu gün, 07:04
"Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Bu gün, 06:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru