ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ .....                     AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir .....                     Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb .....                     Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? .....                     “Tərtər işi”nə görə həbs edilən generalın işi .....                     Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır .....                     Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı .....                     “Ermənistanın qonşularla ticarəti məhv olacaq” .....                     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib .....                     Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? .....                     Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib .....                     Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? .....                     ADSU-nun rektor əvəzi özü də tələbədir? .....                     Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir .....                     Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik! .....                     Azər Qasımlı ilə bağlı qərar verildi .....                     Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür .....                     Dünyanın ən amansız ordusu Ermənistana girə bilər .....                     “Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." .....                     “PASHA Real Estate”də yeni təyinat .....                     Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər .....                     Bu idarənin rəis müavininə cinayət işi açıldı .....                     Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi .....                     Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi .....                     Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb .....                     Ordumuzun əsgəri vəfat edib .....                     ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... .....                     Paşinyan KTMT-dən çıxdığını .....                     Blinken və Mirzoyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər .....                     "Qayınanamın ayaqlarından öpərəm" .....                     Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyıb .....                     Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyi niyə hədəfə aldı? .....                     "Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir .....                     Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... .....                     “Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir .....                     ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? .....                     Bayramova ingiliscə saxta məktub... .....                     Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik .....                     “Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli .....                     İranın Zəngəzur planı üzə çıxdı .....                 

"Müxalifət əlinə silah götürdüyü gün Azərbaycana dönəcəm" - Mahir Cavadovdan şok açıqlama
Tarix: 17-03-2014, 09:51 | Çap et
"Müxalifət əlinə silah götürdüyü gün Azərbaycana dönəcəm"
Eks-spiker Rəsul Quliyevin 1995-ci ilin mart hadisələri ilə bağlı açıqlaması ictimai rəydə böyük marağa səbəb olmaqla yanaşı, ötən dövrün hadisələrinin yenidən aktuallaşmasına səbəb olub. Bugünlərdə məlum olaylarla bağlı Moderator.az-a müsahibə verən mərhum Rövşən Cavadovun qardaşı Mahir Cavadov 19 il əvvəlki hadisələrlə bağlı şok informasiyalar səsləndirib. M.Cavadovun yeni müzakirə və mübahisələrə səbəb olacaq müsahibəsini oxuculara təqdim edirik.

- Mahir bəy, bu gün bəzi insanlar Rövşən Cavadovun ölümündə məhz sizi baiskar hesab edir. Maraqlıdır, siz özünüz necə, bu məsələdə az da olsa özünüzü müqəssir hesab edirsinizmi?

- Mən Rövşəni 300 OMON-çunun yanında qoyub, tək getmişəm. Atam kitabında yazıb ki, Rövşən bronjiletini çıxarıb mənə verib və oradan çıxardıb. Amma bu, həqiqət deyil. Mənim də, Rövşənin də öz bronjiletimiz olub. Onun bildiyiniz kimi güllə yaraları ayağından idi və o, qan itirmədən həlak olmuşdu. Daxili orqanları zədələnməmişdi.
Digər baxımdan, mən vəziyyəti görürdüm və bizi məhv etmək istədiklərini bilirdim. Məsələn, Əli Ömərov məni AzTV-də cinayətkar elan etdikdən sonra, telefon açıb nümayişkəranə prokurorluğa dəvət etməsi və ardından Rövşənə Heydər Əliyevin telefon açaraq, get, gör prokurorluqda nə baş verir deyib, oraya göndərməsi, daha sonra Cavadov qardaşları prokurorluğu dövlət çevrilişi məqsədi ilə zəbt edib deməsi, elə bizi məhv etmək arzusunun sübutu deyildimi? Biz hədəfə alınmışdıq və vuruşmağa məcbur idik.

- Ölkədən getməsəydiniz, hətta həbs olunsanız belə bir gün azadlığa qovuşar və bu gün Azərbaycanda mübarizə apara bilərdiniz. Amma siz ömürlük didərginliyi seçdiniz.

- Mən heç zaman təslim olmazdım! Bizim üçün bu, variant deyildi. Mən öldürülməyi həbs edilərək əsgərlərimin gözü qarşısında döyülüb, təhqir edilməkdən üstün tuturdum. Azərbaycanı tərk etmək fikrim yox idi...

- Baş prokuror Əli Ömərovla bağlı konfiliktiniz haqqındaı nə deyə bilərsiniz? Doğrudanmı onunla başqa cür haqq-hesab çəkmək mümkün deyildimi? Axı bir rayon prokuroru nə qədər haqlı olsa belə, baş prokurorla arasındakı konfilikti bu şəkildə „həll etməsi“doğrudan da yolverilməzdir.

- Mən Əli Ömərovun kabinetinə öz dəvəti ilə getmişdim. Onun sifətinə avtomatın qundağı ilə vurmağım da onun uydurmasıdır. Hətta o vaxt demişdi ki, Cavadov məni elə yerimdən vurub ki, göstərə bilmirəm. Bununla özünü rüsvay etdi, sadəcə. Əslində onu əsgərim vurmuşdu, mən əsgəri qorumaq üçün öz boynuma götürdüm.
Sizə deyim, siz də bilin ki, əslində hər şey necə oldu. Mən evimdə oturub, televiziyaya baxırdım. Bir də gördüm ki, Ömərov bəyan edir ki, Mahir Cavadov Afiyəddin Cəlilov və Şəmsi Rəhimovu öldürüb.
Prokurorluğun binasının daxili işıqlandırması elə idi ki, bizi prokurorun qapısında duran mühafizə yaxınlaşmadan tam görə bilmirdi. Tamamən yaxınlaşdığımızda bizi gördülər və biz yaxın məsafədən onları asanlıqla tərkisilah etdik, ardından Ömərovun kabinetinə daxil oldum. Otaqda heç kəs yox idi, yandakı istirahət otağından gələn səsdən anladım ki, Ömərov orada gizlənib, stulu oraya tərəf atdığımda avtomatdan atəş açdılar. Mən dedim ki, əlimdə qumbara var, çıxmasanız içəri atacam. Ömərov və qardaşı, silahı yerə qoyub, çıxdılar. Təsadüf nəticəsində, prokurorluğun qarşısından keçən Elçin Əmiraslanov da öz yanında olan uşaqlarla buraya gəlmişdi. Onlar Qazaxdan Bakıya silah dalınca gəlmişdilər. Bunların içində mənim köməkçim Elçin Əliyev də vardı. Hələ sentyabırın 1-də məni aradan götürmək üçün adamlarımı zərərsizləşdirməkdən ötürü əmr verilmişdi və Elçinin qonşusunun evinə girib hamısını öldürmüşdülər. Sonra Elçinin evinə girib, tutub aparmışdılar ki, guya qonşunu bu öldürüb. Sonra mən təzyiq edərək onu buraxdırmışdım. Mənimlə Ömərovun kabinetinə girən uşaqlardan biri Ömərovu sifətindən avtomatın qundağı ilə vurdu, bu zaman qırmızı telefon zəng çaldı, Ömərov dedi ki, H.Əliyevdir. Mən də qaldırdım telefonu və dedim ki, Afiyəddinlə Şəmsini öldürtdürüb, mənim boynuma yıxırsınız. H.Əliyev bildirdi ki, mənim xəbərim yoxdur, Rəsulla Ömərovun işidir. Mən də dedim ki, Ömərovla Quliyevi yaxşı tanıyıram, onlar qorxaq adamlardır, sizin göstərişiniz olmadan belə işə hünərləri çatmaz. Bir az mübahisədən sonra telefonu asdım, daha sonra oraya Rövşən də gəldi. Məni görüb təəcübləndi ki, burda nə edisən? Mən də ondan soruşdum, bəs sən burda neynirsən? Dedi ki, H.Əliyev telefon açıb dedi ki, get prokurorluğa dəy. Bu vaxt, H.Əliyev televiziyaya çıxaraq, bizi prokurorluğu tutmaqda günahlandırdı.
Mən Ömərovu uşaqların yanında qoymuşdum, sonra dedilər ki, halı pisdir, buraxdım getsin xəstəxanaya, anlamışdım ki, H.Əliyev üçün Ömərovun heç bir dəyəri yoxdur, onu öldürüb-öldürməməmiz Əlyevi maraqlandırmır...

- Rəsul Quliyev iddia edir ki, o zaman sizi sıralarınızda mənəvi ata hesab etdiyiniz bir şəxsi var idi, hansı ki, o, mərkəzi hakimiyyəti lazımi informasiyalarla təmin edirdi. Həmin şəxs kimdir?

- Rəsul Quliyev xəyal danışır, bizim yanımıza heç kesi ideoloji ata kimi yerləşdirə bilməzdilər. Biz kimsənin məsləhəti ilə hərəkət etmirdik, atamızın belə bizə təsiri imkansız idi. Amma bizim sıralara OMON-çu qismində döyüşçülər yerləşdirdikləri doğrudur. Bu insanlardan isə biz istifadə edirdik. Bizə sədaqətlərini sübuta yetirmək, inam qazanmaq üçün əmrlərimizi can-başla yerinə yetirirdilər.

- Sizcə Rövşən Cavadov ağ bayraq qaldırandan sonra niyə öldürüldü? Qətlin kim tərəfindən icra edildiyi sizə məlumdurmu?

- H.Əliyev ANS-də tokşou təşkil etdirmişdi. Oraya mənim atamı da dəvət etmişdilər. Orada Mirşahinin vasitəsi ilə sübut etməyə çalışırdılar ki, Rövşəni öldürən Rövşən Əkbərov – 777-ci briqadanın komandiridir. Niyə? 94-cü ilin fevralında Rövşən Əkbərov öz briqadasını geri çəkərək Rövşən Cavadovu 20 nəfərlə mühasirədə qoyduğuna görə Rövşən onu döymüşdü və bu insidentdən istifadə edərək, bu ölümü onun boynuna qoymağa çalışırdılar. Amma bu, tam yalandır. Rövşən Cavadovu öldürən Əmiraslan Qara oğlu Əliyevdir. Ağ bayraq qaldırmasına gələndə isə Rövşən təslim olmaq üçün ağ bayraq qaldırmamışdı. S.Dəmirəl onu inandırmışdı ki, danışıqlara getməlidir və ağ bayraq bu danışıqlara razılıq əlaməti olaraq qaldırılmışdı.
H.Əliyevə bizim sağ qalmamız sərf etmirdi, çünki onun bağladığı sülh bizi qane etmirdi.

- Azərbaycana nə vaxt qayıtmağı planlaşdırırsınız?

- Azərbaycana müxalifət əlinə silah götürdüyü gün dönəcəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Bu gün, 17:02
AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58
Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56
Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55
“Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48
Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46
Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43
“Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18
Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17
Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14
Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12
ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01
Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59
Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!
Bu gün, 15:57
Azər Qasımlı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 15:56
Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür - Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 15:53
Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 15:39
“Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." - Ekspert
Bu gün, 15:35
“PASHA Real Estate”də yeni təyinat
Bu gün, 15:34
Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər
Bu gün, 15:32
Bu idarənin rəis müavininə cinayət işi açıldı - FOTO
Bu gün, 15:30
Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi - ŞƏRH
Bu gün, 15:24
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi - LƏĞV OLUNUR
Bu gün, 15:20
Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:17
Ordumuzun əsgəri vəfat edib - FOTO
Bu gün, 15:10
ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... - AKTUAL
Bu gün, 15:08
Paşinyan KTMT-dən çıxdığını ELAN EDƏCƏK
Bu gün, 15:02
Blinken və Mirzoyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər - Ermənistan XİN
Bu gün, 14:58
"Qayınanamın ayaqlarından öpərəm"
Bu gün, 14:43
Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyıb
Bu gün, 14:41
Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyi niyə hədəfə aldı? - İLGİNC
Bu gün, 14:32
"Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir - ARAŞDIRMA
Bu gün, 14:02
Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... -RƏY
Bu gün, 14:00
“Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir - “Nezavisimaya qazeta”
Bu gün, 13:58
ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02
Bayramova ingiliscə saxta məktub... - Arkov
Bu gün, 12:56
Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 12:53
“Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli - Əhalinin şikayət etdiyi bank
Bu gün, 12:50
İranın Zəngəzur planı üzə çıxdı - Dəhlizi əngəlləmək üçün bu yola əl atdılar
Bu gün, 12:47
Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır - Pritçin
Bu gün, 12:46
"Başqası ilə eşq yaşayırdı" - Həyat yoldaşını qətlə yetirən şəxs
Bu gün, 12:43
NƏ ETSƏK DƏ... ÇÖRƏYİMİZİN DUZU YOXDUR! - İran ABŞ-la qolboyun olan İrəvanı sükutla seyr edir, Rusiya isə...
Bu gün, 12:39
İntihar edən gənc İbrahim Kərbalıyevin oğlu imiş... - FOTO
Bu gün, 12:34
AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib
Bu gün, 12:32
Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi - "ATLANT İŞİ"
Bu gün, 12:30
Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? - TƏFƏRRÜAT
Bu gün, 12:25
Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək - DETALLAR
Bu gün, 12:22
“1 milyon əsgər Azərbaycana gələcək” – növbəti çərənləmə
Bu gün, 12:19
Bakı Reqional Məşğulluq Filialına yeni müdir təyin olunub - ƏMR
Bu gün, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru