“Xaricdə elə deputat var ki, 40-50 ildir, parlamentdə təmsil olunur” - 74 yaşlı Tahir Rzayev
Tarix: 9-05-2024, 10:39 | Çap et
 Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev yaşı 70-dən çox olan deputatların siyahısında adının yer alması və yaşlı deputatların fəaliyyətsizlikdə ittiham olunmalarına münasibət bildirib.
Komitə sədri Pravda.az-a açıqlamasında deyib ki, kadrların, siyasətçilərin fəaliyyətinə yanaşmada müxtəlif fikirlər var və bu, insanların dünyagörüşündən, reallıqları qiymətləndirmələrindən asılıdır.
Deputat bildirib ki, dünya təcrübəsi, eləcə də parlamentlərin təcrübəsi var: “Seçkili orqanlara insanlar xalqın səsi vasitəsilə seçilirlər. Sözsüz ki, bu prosesdə onların nüfuzu, qabiliyyəti, insanlar arasında hörməti nəzərə alınır. Əlbəttə, parlamentdə gənclərə yer verilməlidir. Hər birimiz bu mərhələni keçmişik, lakin gənclərlə bərabər təcrübəli insanlar da istər siyasətdə, istər təsərrüfatda və digər sahələrdə öz sözlərini deməli, fəaliyyətlərini davam etdirməlidirlər. Xarici parlamentlərin təcrübəsinə müraciət etsək, orada elə deputat var ki, 40-50 ildir, parlamentdə təmsil olunur və fəaliyyətini davam etdirir. Çünki bu insanların zəngin təcrübələri, beynəlxalq aləmdə tanınanları, çox mütəşəkkil iş görmək qabiliyyətinə malik olanları var. Buna görə də fikir bildirmək bir az çətindir. Yanaşmalarda təzadlı fikirlər daha çoxdur. Bu gün parlamentdə təmsil olunan yaşlı deputatların əksəriyyəti elm, təsərrüfat, iqtisadiyyat sahəsində çox geniş biliyə malik insanlardır. Belə insanları birdən-birə töhmətləmək, yaşlarına görə fəaliyyətlərinə kölgə salmaq, tənqidə, hətta təhqirə keçmək yolverilməzdir. Çünki biz humanist xalqın nümayəndələriyik. İstər gənc, istər yaşlı olsun, hər kəs bir-birinə hörmətlə, rəğbətlə yanaşmalıdır. Bugünkü gənc sabah yaşlanacaq və o, yaşlı nəsil haqqında təhqiramiz, lazımsız ifadələr işlədirsə, gələcəkdə onun "bəhrəsini" özü görəcək, özü haqqında daha kəskin fikirlər səsləndiriləcək. Bəzi insanlar yaşlı nəsli töhmətləndirir. Hər kəsin keçdiyi yol, nailiyyətləri, uğurları nəzərdən keçirilməli və qiymətləndirilməlidir. İnsana öz ləyaqətinə, davranışına, biliyinə görə qiymət verilməlidir”.
T.Rzayev növbəti parlament seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi barədə də danışıb: “Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. İlk gündən Partiyanın sıralarında olmuşam, onun təşkilatlanmasında müəyyən qədər iştirak etmişəm. Bu gün YAP-ın bir əsgəriyəm. YAP məsləhət bilərsə, sözsüz ki, namizədliyimi müdafiə etməyə hazıram".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45 |
|
|
|
• Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44 |
|
|
|
• “AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46 |
|
|
|
• Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43 |
|
|
|
• “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34 |
|
|
|
• Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28 |
|
|
|
• Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24 |
|
|
|
• “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04 |
|
|
|
• Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00 |
|
|
|
• "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28 |
|
|
|
• Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26 |
|
|
|
• 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24 |
|
|
|
• “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19 |
|
|
|
• Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18 |
|
|
|
• Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13 |
|
|
|
• Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11 |
|
|
|
• Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06 |
|
|
|
• Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01 |
|
|
|
• Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59 |
|
|
|
• "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58 |
|
|
|
• İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57 |
|
|
|
• “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Dünən, 11:51 |
|
|
|
• İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Dünən, 11:47 |
|
|
|
• DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Dünən, 11:35 |
|
|
|
• “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Dünən, 11:32 |
|
|
|
• Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Dünən, 11:30 |
|
|
|
• Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Dünən, 11:29 |
|
|
|
• Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Dünən, 10:59 |
|
|
|
• Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Dünən, 10:51 |
|
|
|
• Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Dünən, 10:39 |
|
|
|
• “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Dünən, 10:28 |
|
|
|
• "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Dünən, 10:02 |
|
|
|
• Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Dünən, 09:56 |
|
|
|
• Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Dünən, 09:52 |
|
|
|
• Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Dünən, 09:50 |
|
|
|
• Elnur Şükürov azadlığa çıxdı
Dünən, 09:44 |
|
|
|
• Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Dünən, 09:41 |
|
|
|
• Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:26 |
|
|
|
• İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Dünən, 09:23 |
|
|
|
• "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Dünən, 09:13 |
|
|
|
• Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Dünən, 09:05 |
|
|
|
• Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Dünən, 09:04 |
|
|
|
• Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Dünən, 08:47 |
|
|
|
• Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Dünən, 07:39 |
|
|
|
• Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Dünən, 07:38 |
|
|
|
• İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Dünən, 07:29 |
|
|
|
• Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Dünən, 07:23 |
|
|
|
• Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Dünən, 07:19 |
|
|
|
• Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Dünən, 07:14 |
|
|
|
• “Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Dünən, 07:12 |
|
|
|
|