"Çünki burada zərərçəkən tərəf Azərbaycandır..." - REAKSİYA
Tarix: 5-04-2024, 08:47 | Çap et
 Postmüharibə dövründə beynəlxalq təşkilatlar, Qərb, Avropa təsisatları işğaldan azad edilmiş Qarabağın dirçəldilməsinə, minalardan təmizlənməsinə maksimum dəstək vermək əvəzinə Ermənistanın yazıq obrazının formalaşdırılması, onların “taleyi” ilə bağlı daha çox danışdılar. Hansı ki, erməni terroru Qarabağda bu gün də davam edir...
Söhbət basdırılmış mina terrorundan gedir. Postmüharibə dövründə 300-dən çox Azərbaycan vətəndaşı minaya düşüb. Son olaraq aprelin 2-də Tərtərdə keçmiş təmas xəttində mina partlayışı nəticəsində 3 nəfər ağır xəsarət aldı.
“Beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsini aradan qaldırmaq üçün qüvvələrini birləşdirməlidir”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib və dünyaya çağırış olunub. Sitat: “Ermənistanın basdırdığı minalar Azərbaycanda günahsız dinc insanların həyatına təhlükə yaratmaqda davam edir. Bu gün dörd azərbaycanlı mülki şəxs növbəti mina partlayışının qurbanı olub. Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların dəqiq xəritələrini verməkdən imtina etməsi genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də məcburi köçkünlərin qayıtması prosesini ləngidir, regionda sülhün bərqərar olması səylərini sarsıdır”.
Bəs dünya niyə mina terroruna ciddi dəstək vermir? Bunun üçün Azərbaycan hansı addımları atsın?
Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Dünya ictimaiyyəti, daha doğrusu, beynəlxalq təşkilatlar, bəzi dövlətlər əgər istəsəydilər, Ermənistanı məcbur edərdilər ki, postmüharibə dövründə minalanmış Azərbaycan ərazilərinin xəritələrini versin. Amma çox təəssüf ki, beynəlxalq təşkilatlar beynəlxalq humanitar hüquqa zidd olan bu addıma, yəni ərazilərin minalanmasına göz yumurlar. Çünki burada zərərçəkən tərəf Azərbaycandır və beynəlxalq təşkilatların, qurumların dövlətimizə qarşı ikili yanaşmanısını həmişə görmüşük, müşahidə etmişik. Lakin burada söhbət dövlətdən deyil, mülki əhalidən getməlidir. Azərbaycan dövlətinin mülki əhalisi Ermənistanın çirkin və beynəlxalq hüquqa zidd əməlindən bu gün də əziyyət çəkir. Aprelin 2-də 3 vətəndaşımızın mina partlaması nəticəsində ağır xəsarət alması, yaralanması ilə bağlı hadisəni eşidəndə yenə də ürəyimizdən qara qanlar axdı ki, nəyə görə Ermənistan mina xəritələrini vermir, nəyə görə dövlətlər, təşkilatlar Ermənistanı buna məcbur etmir? Çox təəssüf ki, bu suallara cavab tapa bilmirik. Mina terrorunun qarşısı alınması üçün addımlar atılmadıqca, Azərbaycan vətəndaşlarının bu terrorun qurbanı olması ehtimalı daha da çoxdur.
Bəs Azərbaycan nə etməlidir? Bu məsələdə dövlətimiz üzərinə düşən bütün vəzifələri yerinə yetirib, təkliflərini bildirib. Belə ki, terrorda iştirak etmək məqsədilə Azərbaycan ərazisinə gəlmiş erməni cinayətkarlarının bəzilərini dəyişdirməklə mina xəritələrinin müəyyən hissəsini əldə etmişdi. Lakin sonra dövlətimiz gördü ki, verilən mina xəritələrinin yalnız 25 faizi həqiqətə uyğundur. Beləliklə, burada da Ermənistan öz çirkin məqsədlərini həyata keçirmək üçün Azərbaycan tərəfini aldatdı, bu danışıqlarda vasitəçi olan dövlətləri pis vəziyyətdə qoydu".
Çingiz Qənizadə qeyd edib ki, Azərbaycan öz gücü ilə, həm də azacıq da olsa kənardan verilən dəstəklə ərazilərimizin minalardan təmizlənməsi istiqamətində atdığı addımları davam etdirməlidir: “Çünki biz heç kimdən ciddi dəstək gözləmirik. Bütün güc, ağırlıq, xəsarət yenə də Azərbaycan vətəndaşlarının üzərinə düşəcək. Yəni xəsarət alan Azərbaycan vətəndaşları, mülki insanlardır.
Bu baxımdan yenə də maksimum dərəcədə çalışmalıyıq ki, dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların və bəzi dövlətlərin rəsmilərinin yatmış vicdanlarını oyatmaq üçün səsimizi daim ucaldaq və tələb edək ki, bu beynəlxalq hüququ zidd olan terror aksiyasına son qoyulması üçün minalanmış ərazilərin xəritələri Azərbaycana dəqiqliyi ilə verilsin".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45 |
|
|
|
• Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44 |
|
|
|
• “AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46 |
|
|
|
• Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43 |
|
|
|
• “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34 |
|
|
|
• Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28 |
|
|
|
• Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24 |
|
|
|
• “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04 |
|
|
|
• Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00 |
|
|
|
• "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28 |
|
|
|
• Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26 |
|
|
|
• 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24 |
|
|
|
• “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19 |
|
|
|
• Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18 |
|
|
|
• Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13 |
|
|
|
• Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11 |
|
|
|
• Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06 |
|
|
|
• Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01 |
|
|
|
• Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59 |
|
|
|
• "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58 |
|
|
|
• İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57 |
|
|
|
• “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Dünən, 11:51 |
|
|
|
• İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Dünən, 11:47 |
|
|
|
• DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Dünən, 11:35 |
|
|
|
• “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Dünən, 11:32 |
|
|
|
• Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Dünən, 11:30 |
|
|
|
• Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Dünən, 11:29 |
|
|
|
• Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Dünən, 10:59 |
|
|
|
• Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Dünən, 10:51 |
|
|
|
• Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Dünən, 10:39 |
|
|
|
• “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Dünən, 10:28 |
|
|
|
• "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Dünən, 10:02 |
|
|
|
• Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Dünən, 09:56 |
|
|
|
• Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Dünən, 09:52 |
|
|
|
• Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Dünən, 09:50 |
|
|
|
• Elnur Şükürov azadlığa çıxdı
Dünən, 09:44 |
|
|
|
• Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Dünən, 09:41 |
|
|
|
• Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:26 |
|
|
|
• İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Dünən, 09:23 |
|
|
|
• "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Dünən, 09:13 |
|
|
|
• Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Dünən, 09:05 |
|
|
|
• Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Dünən, 09:04 |
|
|
|
• Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Dünən, 08:47 |
|
|
|
• Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Dünən, 07:39 |
|
|
|
• Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Dünən, 07:38 |
|
|
|
• İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Dünən, 07:29 |
|
|
|
• Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Dünən, 07:23 |
|
|
|
• Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Dünən, 07:19 |
|
|
|
• Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Dünən, 07:14 |
|
|
|
• “Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Dünən, 07:12 |
|
|
|
|