Ermənistana yeni konstitusiya lazımdır .....                     Ermənistan qətiyyətli qərar verib: .....                     Naxçıvan stadionunun layihələndirilməsinə 718 min manatlıq ayrılıb .....                     Yoxsulluqla mübarizə resepti: səbətimizə yenidən baxılacaq .....                     Aşura günü ümumilikdə 2 mindən çox şəxs könüllü qan verib .....                     Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! .....                     Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir .....                     İşçilərin belə bir hüququ varmı? .....                     Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib .....                     Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək .....                     “İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” .....                     Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir .....                     Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib .....                     Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır .....                     Onları da hədəfə aldılar: .....                     "Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... .....                     BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub .....                     Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar .....                     DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... .....                     "Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" .....                     Xamenei kanalizasiyada gizlənir: .....                     Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... .....                     "Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." .....                     Futbolun gələcəyi haqqında düşünən yoxdur: .....                     Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? .....                     "Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" .....                     Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? .....                     İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? .....                     Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır .....                     Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi .....                     Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb .....                     Qusar təhsilinin ÜZQARASI... .....                     Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır .....                     Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” .....                     Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış .....                     Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI .....                     Bakı və Moskvanı Ərdoğan barışdıracaq? .....                     Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? .....                     1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? .....                     ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb .....                 

"Ona görə də bu dəfə müxalifəti sülh mətni ilə tanış etmək istəməyiblər" - Partiya sədri
Tarix: 19-03-2024, 11:00 | Çap et
"Ona görə də bu dəfə müxalifəti sülh mətni ilə tanış etmək istəməyiblər"
Bəllidir ki, Rusiya Qərbə üz tutacağı təqdirdə Ermənistanı “Ukrayna ssenarisi” ilə hədələyir: bu o deməkdir ki, Kreml Paşinyanın siyasətinə cavab olaraq Ermənistana qarşı hərbi rıçaqlardan istifadə etməyə hazırdır.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin taleyi qeyri-müəyyən olaraq qalır. Hərgah son vaxtlar danışıqları intensivləşdirmək yönündə hərəkətlənmələr, səylər artmış kimi görünür. Hətta bu ilin noyabrında Bakıda keçirilməsi nəzərdə tutulan COP29 tədbirinədək sülh sənədinin imzalana biləcəyi, Nikol Paşinyanın da Azərbaycana gələ biləcəyi haqda ümid və gözləntilər səslənib. Prezident İlham Əliyev bu xüsusda ötən həftə XI Qlobal Bakı Forumunun açılışı zamanı bildirib ki, Azərbaycan və Ermənistan sülhə hər zamankındən daha yaxındır. “Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz bunu istəyirik. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymağın vaxtı yetişib”, - Prezident əlavə edib. Forumda çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan da hazırda Azərbaycanın və Ermənistanın sülh müqaviləsinə çox yaxın olduğunu vurğulayıb.

Bu arada Ermənistan XİN-i müxalifət deputatlarına Azərbaycanın sülh müqaviləsi ilə bağlı son təklifləri ilə tanış olmağa imkan verməyib. Qadağa barədə sosial şəbəkələrdə parlamentindəki müxalif “Hayastan” fraksiyasının nümayəndəsi Qeqam Manukyan bildirib. Deputat deyib ki, Bakının fevralın 23-də təqdim etdiyi son təkliflər paketi ilə tanış olmaq xahişini XİN rədd edib. Nazirlik hesab edib ki, məlumatların ilkin mərhələdə açıqlanması danışıqlara mane ola və sazişin yanlış təfsirinə səbəb ola bilər. Lakin Manukyana görə, imtina üçün heç bir hüquqi əsas yoxdur. O, sənədlərə girişin qadağan edilməsinin daha əvvəl müxalif erməni deputatlar üçün razılaşmaların mövcudluğundan narazılığını bildirən Azərbaycanın təzyiqinin nəticəsi olduğunu iddia edib. Onun sözlərinə görə, Ermənistan XİN-in bu qərarı deputatların ictimaiyyəti məlumatlandırmaq işini çətinləşdirmək və bilərəkdən çaşdırmaq cəhdindən başqa bir şey deyil.

Yada salaq ki, bu ilin yanvarında müxalifət deputatları Azərbaycanın təklifləri ilə tanış olmuşdular. O zaman Manukyan açıq şəkildə bildirmişdi ki, Bakının təklifləri sülh yolu ilə nizamlanmaya kömək etmir. Buna cavab olaraq Ermənistan XİN deputatlara gələcəkdə bu cür sənədlərə girişin məhdudlaşdırıla biləcəyi haqda xəbərdarlıq etmişdi. Maraqlıdır ki, məhz belə bir qadağa fonunda XİN rəhbəri Ararat Mirzoyan ötən həftəsonu bəyan edib ki, Azərbaycan və Ermənistan sülhə, delimitasiya və ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün əsas kimi 1991-ci il sərhədlərinin tanınması ilə bağlı konsensusa yaxındır. “Hazırda iki ölkənin mövqeləri hətta bir ay əvvəlkindən də yaxındır”, - nazir vurğulayıb. Bəlkə elə buna görə sənədin məzmunu erməni müxalifətindən gizlədilir? Doğrudanmı Bakı İrəvan sülh müqaviləsini imzalamağa heç vaxt olmadığı qədər yaxındır? Bakının son təkliflər paketində nə var və demək olarmı ki, İrəvan onunla razılaşmaq üzrədir?

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, bir müddət əvvəl parlamentin müxalifətdən olan üç deputatı iqtidardan sülh mətni ilə tanışlığı istəmişdi: “O zaman sülh mətni, delimitasiya prosesi ilə bağlı görüş olmuşdu, məzmunu onlara çatdırılmışdı. Sonra həmin erməni deputatlar açıqladılar ki, mətndə narahatedici məqamlar var və Azərbaycanın şərtləri ağırdır, əgər qəbul olunarsa, o halda Ermənistanı böyük problem gözləyir. Ona görə də bu dəfə müxalifəti sülh mətni ilə tanış etmək istəməyiblər”. A.Əlizadənin fikrincə, görünür ki, bəzi məsələləri ictimaiyyətdən gizlətməyə çalışırlar: “Bu prosesin uzanması həm də onu deməyə əsas verir ki, Azərbaycan mövqeyində israrlıdır”. Partiya sədrinin sözlərinə görə, onlar da istərdi ki, sülh mətni ilə tanış olsunlar: “Biz ən çətin məqamlarda dövlətin yanında olmuşuq, dövlətçiliyi dəstəkləmişik. Əgər bəzi məsələlərin açıqlanması məsləhət deyilsə, ən azı siyasi təşkilatlarla bunu bölüşmək olar. Xatırlayıram ki, mərhum Heydər Əliyevlə partiyaların birgə iclası olmuşdu, qapalı tədbirdə Qarabağ məsələsi müzakirə olunmuşdu. Bu dəfə də belə bir toplantı mümkündür və siyasi təşkilatlar dövlətçiliyin maraqları naminə ictimaiyyəti sülhlə bağlı yönləndirmək istiqamətində addımlar ata, ümumi işə fayda verə bilər”.

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli qəzetimizə açıqladı ki, erməni iqtidarı sənədi müxalifətdən daxili təpkilərə görə gizlədir: “Paşinyan komandasına elə gəlir ki, müxalifət sənədlə tanış olduqdan sonra ictimai rəydə manipulyasiya edə biləcək. Yəni siyasi qüvvələr iqtidarı təslimçilikdə, torpaq verməkdə, iddialardan əl çəkməkdə ittiham etməyə başlayacaqlar. Müxalifət bəyan edəcək ki, sənəd Ermənistanın milli maraqlarına uyğun deyil, xalqın istəklərini fadə etmir və hakimiyyətin güzəştə getmək aktıdır. Bunu bildikləri üçün mətni müxalifətin əlinə vermirlər. Çünki bir dəfə eyni aqibət yaşanıb. O səbəbdən müxalifət daxili auditoriyada populyarlıq qazanmasın, iqtidar satqın obrazında təqdim olunmasın deyə danışıqların detallarını gizlədirlər”. VHP funksioneri qeyd etdi ki, sülhün alternativi olmadığını erməni müxalifəti də dərk edir, sadəcə, iqtidara basqı etməkdədirlər. S.Əsədli bildirdi ki, Paşinyan cəmiyyəti mərhələli şəkildə sülhə hazırlayır: “Ona görə bəyan etdi ki, xalq istəyəndə referendum olacaq. Qanunvericiliyə dəyişiklik üçün münbit siyasi şərait gözləməkdədir. Sonra Müstəqillik Aktından ərazi iddiaları referendumda dəyişikliklərlə aradan qaldırılacaq. Bunu indi edəcəyi təqdirdə müxalifət iqtidarın üzərinə getməyə başlayacaq. O cəhətdən həm sülh danışıqlarının məzmunu müxalifətə təqdim olunmur, həm referendum keçirilməsi üçün tələskənliyə yol vermək istəmirlər. Hər halda, Böyük Britaniyanın baş nazirinin sözləri də kifayət qədər cəlbedici idi. Rişi Sunak eyham vurmuşdu ki, COP29-dək tarixi sülh müqaviləsinin imzalanması istisna deyil”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistana yeni konstitusiya lazımdır -Paşinyan
Bu gün, 17:00
Ermənistan qətiyyətli qərar verib: - Rusiyasız Zəngəzur dəhlizinin açılmasına ikiəlli razıdır
Bu gün, 16:54
Naxçıvan stadionunun layihələndirilməsinə 718 min manatlıq ayrılıb
Bu gün, 16:51
Yoxsulluqla mübarizə resepti: səbətimizə yenidən baxılacaq - AKTUAL
Bu gün, 16:45
Aşura günü ümumilikdə 2 mindən çox şəxs könüllü qan verib
Bu gün, 16:32
Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! - Prezidentin açıq ismarışı
Bu gün, 16:18
Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir -Ərdoğan
Bu gün, 15:00
İşçilərin belə bir hüququ varmı? - ekspert danışır...
Bu gün, 14:57
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib - "İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır"
Bu gün, 14:52
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 14:46
“İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” – Gözlənilən ETİRAF
Bu gün, 12:54
Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir - AÇIQLAMA
Bu gün, 12:47
Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib
Bu gün, 12:36
Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır – Gürcü ekspertdən şok
Bu gün, 11:51
Onları da hədəfə aldılar: - Baş prokurora müraciət
Bu gün, 11:45
"Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... - Solovyov kimdir ki, ona cavab verir?"
Bu gün, 11:41
BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub - DETALLAR
Bu gün, 11:39
Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB
Bu gün, 11:31
DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... - BU NƏDİ BELƏ?
Bu gün, 11:24
"Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" - GİLEY
Bu gün, 11:16
Xamenei kanalizasiyada gizlənir: - İranlılar dini lideri ələ salırlar
Bu gün, 10:41
Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... - AMMA...
Bu gün, 10:33
"Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." - İNDİ İSƏ...
Bu gün, 10:27
Futbolun gələcəyi haqqında düşünən yoxdur: - Qəbələ Futbol Akademiyası da dayandı
Bu gün, 10:21
Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:18
"Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" - Özbək politoloqdan MARAQLI TƏHLİL
Bu gün, 10:13
Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? - ARAŞDIRMA
Bu gün, 10:04
İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? - İTTİHAM VAR...
Bu gün, 09:54
Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır - Anar Quliyevin diqqətinə
Bu gün, 09:48
Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi - türk mediası
Bu gün, 09:42
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - SİYAHI
Bu gün, 09:29
Qusar təhsilinin ÜZQARASI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:21
Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır - ailələrə bildiriş gəlib
Bu gün, 09:16
Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” - Bütün Rusiyada soydaşlarımız HƏDƏFDİR!
Bu gün, 09:09
Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış - DETALLAR
Bu gün, 09:04
Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI - Erməni nəşri
Bu gün, 09:00
Bakı və Moskvanı Ərdoğan barışdıracaq? - Kritik gəlişmə
Bu gün, 08:58
Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? - Görünəni odur ki...
Bu gün, 08:56
1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? - AKTUAL
Bu gün, 08:52
ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb
Bu gün, 08:48
Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 08:44
"Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" - MR-dan İSMARIC!
Bu gün, 08:28
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb - TƏFƏRRÜAT
Bu gün, 07:48
Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
"Sertifikasiya imtahanı test formatında keçirilməsin" - Ekspertdən yeni TƏKLİF
Bu gün, 06:37
Ölkəni titrədən generallar hazırda hardadır? – Bəzisi vuruldu, bəzi isə…
Bu gün, 06:07
Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... - NƏ ETMƏLİ?
Bu gün, 06:01
ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi - KİV
Bu gün, 05:58
TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI - İLGİNC FAKTLAR
Bu gün, 05:46
Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru