Yumurtanın da qiyməti BAHALAŞDI .....                     Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı .....                     Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI .....                     “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” .....                     Keçmiş baş həkimlə müğənni arasında qalmaqal .....                     İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə .....                     Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq .....                     Problemli kreditlərin həcmini necə azaltmaq olar? .....                     "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı .....                     Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? .....                     İrəvandan daha bir sülh açıqlaması .....                     DİQQƏT: Burda satışda zay ərzaq var... .....                     "Qarşıdan parlament seçkiləri gəlir..." .....                     Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı .....                     Nazir təzə mövzu açıb... .....                     Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR .....                     Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR .....                     20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? .....                     Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin .....                     Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... .....                     Sülh prosesini pozmaq cəhdləri... .....                     Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür .....                     "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir" .....                     Rusiya Türkiyədən "S-400"ləri geri alır .....                     GDU-dan tədris dövründə təmirə hazırlaşır... .....                     Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? .....                     “AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                     “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” .....                     Xalq artisti Hacı Murad Yagizarov vəfat edib .....                     "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur .....                     Gəlinsiz, musiqisiz və içkisiz toy .....                     15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər .....                     “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir .....                     Simonyanın Bakı nefti arzusu .....                     Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib .....                     Xalq artistinin evində ŞADYANALIQ: .....                 

"Seçicilər sanki İlham Əliyevə vəfa borcunu ödəməyə gəlmişdilər" - Çingiz Qənizadə
Tarix: 10-02-2024, 10:11 | Çap et
"Seçicilər sanki İlham Əliyevə vəfa borcunu ödəməyə gəlmişdilər"
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri artıq arxada qalıb. Bu seçkilər ölkənin gələcək inkişafının müəyyən olunması baxımından mühüm siyasi hadisədir. Azərbaycan bu dəfə də demokratik, azad, ədalətli və şəffaf seçki keçirməklə bu sahədə zəngin təcrübəsinin, həmçinin qanunvericilik bazasının olduğunu bir daha nümayiş etdirdi. Budəfəki seçkilər əvvəlkilərlə müqayisədə daha çox diqqəti cəlb edirdi. Çünki son 30 ildə ilk dəfə idi ki, seçkilər Azərbaycanın bütün ərazisində keçirilirdi. Dünya ictimaiyyətinin nəzər-diqqəti Azərbaycana, daha çox işğaldan azad edilmiş ərazilərdə keçiriləcək prezident seçkilərinə yönəlmişdi. Seçki günü həmin ərazilərdə böyük canlanma yaranmışdı. Sanki hər bir seçici Zəfər seçkisində iştirak etmək və ən layiqli namizədə səs verməyi özünə borc və şərəf bilirdi. Onlar həm də doğma ata-baba yurdlarında səs verməkdən qürur hissi keçirirdilər. Keçmiş məcburi köçkünlər öz yurdlarında seçkilərə alnıaçıq, üzüağ gedirdilər. Bunu bütün Azərbaycan vətəndaşları haqqında da demək mümkündür. Çünki biz seçkilərə qalib ölkənin vətəndaşları olaraq gedirdik.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Hüquq müdafiəçisi bildirib ki, budəfəki seçkilər əvvəlkilərlə müqayisədə daha mütəşəkkil keçirildi. Həm də yaddaşlarda əbədi qalacaq. Bunu yerli və beynəlxalq müşahidəçilərin sayı da təsdiqləyir. Təsəvvür edin ki, seçkiləri 90 mindən artıq müşahidəçi izləyib. Onların sırasında 72 beynəlxalq təşkilat və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçi olub. Bundan başqa, 109 beynəlxalq media qurumunun 216 təmsilçisi isə seçki prosesini işıqlandırıb. Müşahidəçilərin 50 mindən çoxu 19 siyasi partiyanın nümayəndəsi olub. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da seçkilərdə müşahidələr aparıblar.

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 26 məntəqə 23 mindən çox, həmçinin 37 ölkədə 23 minə yaxın seçicinin 49 məntəqədə səs verdiyini deyən hüquq müdafiəçisi bu seçkilərin böyük əhəmiyyət kəsb etməsinin bir səbəbini də otuz illik həsrətdən sonra Qarabağ və Şərqi Zəngəzura – doğma yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərin, eyni zamanda, həmin ərazilərdə dövlət tərəfindən aparılan yenidənqurma və bərpa işlərində iştirak edən vətəndaşlarımızın səs vermələri ilə əlaqələndirib: “Seçicilər sanki ən layiqli namizədə - İlham Əliyevə vəfa borcunu ödəməyə gəlmişdilər. Ölkəmizin hər bir vətəndaşı çox yaxşı bilir ki, 2020-ci ilin Vətən müharibəsindən və 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən uğurlu antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olundu və dünyada suveren ölkə kimi tanındı. Prezident İlham Əliyev Xankəndinin mərkəzində Azərbaycan Bayrağını qaldırdıqdan sonra artıq dünya ictimaiyyətinə birdəfəlik bəlli oldu ki, Qarabağ Azərbaycandır! Bu, həm Ermənistana, həm də onun havadarlarına ciddi mesaj idi. Eyni zamanda, separatizmin kökünün kəsildiyini təsdiqləyən təkzibolunmaz fakt idi. Xalqımızın otuz illik istək və arzuları artıq reallaşdı. Söz yox ki, buna qədər də əhali böyük çoşqu ilə öz ata-baba yurdlarına qayıdırdılar. Qarabağda separatizmin kökü kəsildikdən sonra keçmiş məcburi köçkünlər tam təhlükəsiz olaraq dədə-baba yurdlarına qayıtmağa başlayıblar. Bu, xoşməramlı köç bu gün də davam edir.

Komitə sədri deyib ki, xalqımızın bu Qələbədən, bu Qayıdışdan və keçmiş məcburi köçkün soydaşlarımızın isti ocaqlarına tam təhlükəsiz dönmələrindən sonra qüdrətli ordu formalaşdıran Prezidentə, Ali Baş Komandana inam və etimadı daha da artdı və Azərbaycanda İlham Əliyevə alternativ xəyala belə gətirilmədi. Fevralın 7-də xalq kütləvi şəkildə seçki məntəqələrinə gedərək Prezidentə vəfa borcunu geri qaytardı və ona olan inam və etimadı öz səsləri ilə təsdiqlədilər. Sanki həmin gün möcüzə baş vermişdi. Yaşından asılı olmayaraq, hər bir şəxs, hətta 80, 90, 100 və daha çox yaşı olan kişi və qadınlar, sağlamlığının bir qismini itirən qazilər əlil arabası ilə səsvermə məntəqələrinə gəlib ən layiqli namizədə səs verdilər. Seçkilərin nəticəsi bir daha təsdiqlədi ki, ən layiqli namizəd rəqiblərini xeyli geridə qoymuş Prezident İlham Əliyev idi.

Ç.Qənizadə bir sıra qərəzli beynəlxalq təşkilat və ermənipərəst dövlətlərdən də söhbət açıb. Deyib ki, onların bölgədə münaqişəni yenidən alovlandırmaq cəhdinin bir səbəbi də növbədənkənar prezident seçkilərinin baş tutmasına problem yaratmaq idi. İndiyədək onların bölgədə sülhə xidmət edəcək hər hansı bir addım atmalarının şahidi olmadıq. Əksinə, Fransa və Almaniyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi prosesinə müdaxiləsi nəticəsində tərəflər arasında aparılan sülh danışıqlarının pozulması müşahidə olundu. AŞPA-nın qış sessiyasının iclasında nümayəndə heyətimizə qarşı hazırlanmış təxribat bəzi Avropa dövlətlərinin Cənubi Qafqazda sülhə mane olmaq iddiasından əl çəkmədiyini, öz riyakarlığını davam etdirdiyini bir daha göstərdi. AŞPA iclasında yaranmış vəziyyətlə əlaqədar Azərbaycan nümayəndə heyətinin assambleyanın işində iştirak etməkdən imtinası, təbii ki, tarixi Qələbəmizin, sürətli inkişafımızın həzm oluna bilməməsi idi.

Hüquq müdafiəçisi növbədənkənar prezident seçkilərini izləmiş beynəlxalq müşahidəçilərin rəylərini xatırladaraq deyib ki, həmin nümayəndələr seçkilərdən bir gün sonra açıqladıqları rəylərlə qərəzli beynəlxalq təşkilatlara, Fransa və Almaniyaya ciddi mesaj verdilər: “Həmin mesajda bildirilir ki, prezident seçkiləri demokratik, beynəlxalq standartlara uyğun, şəffaf və ədalətli şəkildə keçirilib. Vətəndaşların fəallığı, seçicilərin səsvermə başlayan andan məntəqələrə gələrək, sərbəst şəkildə öz iradələrini ifadə etmələri prosesin yaxşı təşkil olunduğunu təsdiq edir. Gənclərin və qadınların seçkiyə yüksək münasibəti və fəal qoşulması müsbət təəssürat doğurdu. İlk dəfə olaraq, seçkilər Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən işğaldan azad olunmuş ərazilərində keçirilib”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Bu gün, 17:42
Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Bu gün, 17:35
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Bu gün, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Bu gün, 13:56
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Bu gün, 13:54
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Bu gün, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Bu gün, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Bu gün, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:56
İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Bu gün, 10:55
DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47
"Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Bu gün, 10:43
Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Bu gün, 10:36
Nazir təzə mövzu açıb... - AKTUAL
Bu gün, 10:30
Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:27
Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Bu gün, 10:11
20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Bu gün, 10:05
Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Bu gün, 10:01
Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Bu gün, 09:59
Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Bu gün, 09:57
Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Bu gün, 09:53
"Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Bu gün, 09:50
Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Bu gün, 09:48
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59
"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58
İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57
“50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Dünən, 11:51
İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Dünən, 11:47
DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Dünən, 11:35
“Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Dünən, 11:32
Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Dünən, 11:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru