"Bəlli oldu ki, hüquqların və azadlıqların, ədalətin carçısı deyil.." - deputat
Tarix: 26-01-2024, 08:15 | Çap et
 Avropalı parlamentarilər Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətinə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti qurumla əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumu tərketmə səbəblərindən danışıb. O deyib ki, belə bir şəraitdə bu qurumda işləmək, bu qurumda qalmaq, onlarla danışmaq, onlarla məsələləri müzakirə etmək tamamilə mənasızdır: "20 il bu təşkilatda biz öz maraqlarımızı müdafiə etdik, nümayəndə heyətinin bu qurumla konstruktiv işləməsi üçün hər şeyi etdik. Amma görürsünüz ki, bu məclisdə necə ikili standartlar hökm sürür, necə lobbiçilik, korrupsioner, misantrop fəlsəfə hökm sürür. Buna görə də, bu gün nümayəndə heyəti insan hüquqları ilə bağlı problemlərin həlli üçün prinsipial olaraq paylaşdığımız dəyərlərə bu cür yanaşan məclis nümayəndələri ilə işləməyəcəyi barədə bəyanat verdi”. Məlum olduğu kimi, 2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü ildə birgünlük antiterror əməliyyatından sonra Cənubi Qafqazda yeni geosiyasi reallıq yarandı. Bu reallıqların müəllifi rəsmi Bakıdır. Məhz 44 günlük döyüşlərdən və antiterror əməliyyatından sonra Azərbaycan regional və qlobal oyunçu kimi öz gücünü bir daha göstərdi. Bu isə çox keçmədən beynəlxalq müstəvidə qıcığa səbəb oldu. Beynəlxalq təşkilatlar, o cümlədən AŞPA istər-istəməz “maskasını” çıxarmalı oldu. Məsələnin absurd tərəfi orasındadır ki, Ermənistana “vəkillik” edən AŞPA Azərbaycan torpaqlarının 30 il işğal altında qalmasına, habelə dini və mədəni abidələrimizin dağıdılmasına, törədilən vandallıqlara heç bir reaksiya verməyib. Beynəlxalq təşkilat kimi Avropa Şurasının (AŞ) əsas vəzifələrindən biri də dünyada sülh və sabitliyin qorunmasına xidmət etməkdir. AŞPA isə bu qurumun əsas təsisatlarından biridir. Amma tarixi təcrübə göstərdi ki, AŞ və AŞPA öz işini layiqincə icra edə bilmir. Qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvü olub. Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyi, əslində, həqiqəti əks etdirməyən məsələlərlə bağlı ölkəmizi ittiham etməsi yolverilməzdir. Deputatın sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin səlahiyyətinin məhdudlaşdırılması ilə bağlı alınan qərar həm AŞPA-nın nizamnaməsinə, həm də beynəlxalq hüquqa ziddir:
"Nəticə etibarı ilə AŞPA hüquqların və ədalətin təminatçısı olaraq yaradılmış təşkilat olmasına baxmayaraq, daim Azərbaycanın hüquqları üzərində təzyiq qurub, onun suveren hüquqlarını məhdudlaşdırmağa çalışıb. Xüsusən Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra AŞPA Azərbaycan üzərində islamofob mərkəzlərin bir təzyiq alətinə çevrilib. Ona görə də düşünürəm ki, AŞPA-da fəaliyyət göstərən nümayəndə heyətimiz doğru qərar qəbul edərək qurumun qərəzli mövqeyi qarşısında öz fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdı. Nəticə etibarı ilə AŞPA Azərbaycanı ittiham etməklə həm də regionda sülhün əldə olunmasına maneçilik törədir. Bununla da, bir növ Makronun bəyan etdiyi "Fransa Ermənistanı xilas edəcək" tezisinə xidmət göstərmiş olur". Parlamentari vurğulayıb ki, AŞPA-nın ofisi Fransanın Strasburq şəhərində yerləşir: "Fransa dövlətinin və Avropadakı islamofob mərkəzlərin təzyiqi AŞPA-nın davranışlarında özünü aydın göstərir. Hələ Azərbaycana qarşı mövqeyinə qədər AŞPA üzvü olan bəzi deputatların müxtəlif ölkələrdən aldıqları maliyyə dəstəyi müqabilində beynəlxalq hüququ, ədaləti heçə sayaraq bu dövlətlərin lobbiçiliyini etmələri AŞPA-da qeyri-hüquqi və qeyri-mənəvi mühitin xəbərçisi idi. Əslində, Azərbaycana qarşı bu cür davranışları ilə AŞPA özünü ifşa etmiş oldu. Bəlli oldu ki, hüquqların və azadlıqların, ədalətin carçısı deyil, sadəcə olaraq Avropadakı islamofob dairələrin əlində bir alətdir. O baxımdan Azərbaycan nümayəndə heyəti öz qərarı ilə qalib ölkənin qürurlu vətəndaşları kimi davrandılar".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Bu gün, 18:09 |
|
|
|
• Qazaxda abadlıq işləri aparılır
Bu gün, 18:03 |
|
|
|
• Ermənistan müdafiə naziri Çinə səfər edib
Bu gün, 18:00 |
|
|
|
• Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Bu gün, 17:48 |
|
|
|
• Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Bu gün, 17:46 |
|
|
|
• Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Bu gün, 17:42 |
|
|
|
• Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Bu gün, 17:35 |
|
|
|
• Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Bu gün, 14:03 |
|
|
|
• “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Bu gün, 13:56 |
|
|
|
• Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Bu gün, 13:54 |
|
|
|
• İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Bu gün, 13:48 |
|
|
|
• Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Bu gün, 11:27 |
|
|
|
• Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:15 |
|
|
|
• "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Bu gün, 11:02 |
|
|
|
• Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:56 |
|
|
|
• İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Bu gün, 10:55 |
|
|
|
• DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47 |
|
|
|
• "Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Bu gün, 10:43 |
|
|
|
• Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Bu gün, 10:36 |
|
|
|
• Nazir təzə mövzu açıb... - AKTUAL
Bu gün, 10:30 |
|
|
|
• Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:27 |
|
|
|
• Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Bu gün, 10:11 |
|
|
|
• 20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Bu gün, 10:05 |
|
|
|
• Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Bu gün, 10:01 |
|
|
|
• Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Bu gün, 09:59 |
|
|
|
• Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Bu gün, 09:57 |
|
|
|
• Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Bu gün, 09:53 |
|
|
|
• "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Bu gün, 09:50 |
|
|
|
• Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Bu gün, 09:48 |
|
|
|
• GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45 |
|
|
|
• Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44 |
|
|
|
• “AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46 |
|
|
|
• Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43 |
|
|
|
• “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34 |
|
|
|
• Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28 |
|
|
|
• Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24 |
|
|
|
• “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04 |
|
|
|
• Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00 |
|
|
|
• "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28 |
|
|
|
• Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26 |
|
|
|
• 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24 |
|
|
|
• “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19 |
|
|
|
• Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18 |
|
|
|
• Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13 |
|
|
|
• Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11 |
|
|
|
• Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06 |
|
|
|
• Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01 |
|
|
|
• Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59 |
|
|
|
• "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58 |
|
|
|
• İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57 |
|
|
|
|