Yenə yağış, yenə Sabunçu... .....                     Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb .....                     Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU .....                     Qazaxda abadlıq işləri aparılır .....                     Ermənistan müdafiə naziri Çinə səfər edib .....                     Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? .....                     Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? .....                     Yumurtanın da qiyməti BAHALAŞDI .....                     Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı .....                     Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI .....                     “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” .....                     Keçmiş baş həkimlə müğənni arasında qalmaqal .....                     İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə .....                     Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq .....                     Problemli kreditlərin həcmini necə azaltmaq olar? .....                     "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı .....                     Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? .....                     İrəvandan daha bir sülh açıqlaması .....                     DİQQƏT: Burda satışda zay ərzaq var... .....                     "Qarşıdan parlament seçkiləri gəlir..." .....                     Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı .....                     Nazir təzə mövzu açıb... .....                     Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR .....                     Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR .....                     20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? .....                     Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin .....                     Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... .....                     Sülh prosesini pozmaq cəhdləri... .....                     Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür .....                     "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir" .....                     Rusiya Türkiyədən "S-400"ləri geri alır .....                     GDU-dan tədris dövründə təmirə hazırlaşır... .....                     Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? .....                     “AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                     “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” .....                     Xalq artisti Hacı Murad Yagizarov vəfat edib .....                 

"Mən 30 yaşımdan etibarən aktiv siyasi fəaliyyətlə məşğulam" - prezidentliyə namizəd
Tarix: 4-01-2024, 19:00 | Çap et
"Mən 30 yaşımdan etibarən aktiv siyasi fəaliyyətlə məşğulam"
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Beləliklə, 17 nəfər prezidentliyə namizədliyini irəli sürüb. Namizədliyin təsdiqlənməsi üçün isə 40 min imza toplamaq tələb olunur.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb. YAP dekabrın 26-da İlham Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

MSK-nın dekabrın 30-da keçirilən iclasında da İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Həmçinin, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc, Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev, Böyük Qurtuluş Partiyasının sədri, deputat Fazil Mustafanın müdafiəsi üçün toplanan 40 mindən artıq seçici imzaları da MSK-ya təqdim olunub.

"Cebhe.info" prezidentliyə namizəd olan şəxslərlə müsahibələrinə davam edir.

Bu dəfə isə prezidentliyə namizəd olan politoloq Yusif Bağırzadə seçkilərlə bağlı saytımıza müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Yusif müəllim, prezidentliyə namizəd olmağa necə qərar verdiniz?

- Mən 30 yaşımdan etibarən aktiv siyasi fəaliyyətlə məşğulam. 1995-ci ildə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə millət vəkili seçilərək “Hüquq siyasəti və dövlət quruculuğu” Komissiyasının sədr müavini olmuşam. 2000-ci ilə qədər ATƏT Parlament Assambleyasının Qara dəniz iqtisadi təşkilatının və MDB Parlament Assambleyasının üzvü olmuşam.

Həmçinin, 2000, 2010 və 2015-ci illərdə də millət vəkili seçkilərində iştirak etmişəm. Başqa sözlə desək, bu mənim Prezident seçkilərində namizəd olaraq iştirak etdiyim ilk seçki olsa da, əslində uzun illərdir seçkilərdə iştirak edirəm.

Prezident seçkilərində iştirakla bağlı qərarım isə bir sıra faktorlarla bağlıdır. Ən vacib faktor 2024-cü il seçkilərinin ilk dəfə olaraq ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş bir şəraitdə, işğaldan azad edilmiş regionlar da daxil olmaqla, respublikamızın hər bir bölgəsində keçirilməsi ilə bağlıdır. Başqa sözlə, bu seçkilər təkcə siyasi hadisə deyil, həm də tarixi bir hadisədir. Odur ki, seçki yarışına qoşulmaq həm də bu mühüm tarixin bir parçası olmaq istəyimdən qaynaqlanır.

- Prezident və Ali Baş Komandan olaraq İlham Əliyev Azərbaycana tarixi Qarabağ zəfərini bəxş edib. Hazırda da xalq onu dəstəkləyir. Bəs bütün bunların fonunda namizəd olmaq olduqca çətin deyil?

- Cənab İlham Əliyevə xalqın inamı ortadadır və şəksizdir. Son seçkilərin, yəni Qarabağ zəfərindən öncəki seçkilərin də nəticəsi göstərir ki, İlham Əliyevin reytinqi hər zaman yüksək olub. Bu baxımdan, onunla seçki yarışına qoşulmaq təbii olaraq hər zaman çətin olub. İndi isə bu ikiqat çətindir. Çünki sizin də dediyiniz kimi cənab İlham Əliyev bir Prezident və Ali Baş Komandan olaraq ölkəmizə tarixi Qarabağ zəfərini bəxş edən liderdir.

Odur ki, bu seçkilər ənənəvi seçkilərdən fərqli olaraq, namizədlərin üzərinə daha böyük məsuliyyət qoyur. Daha çox çalışmağa, daha çox təbliğat aparmağa ehtiyac var. Ümid edirəm ki, mən və komandam bu çətin işin öhdəsindən layiqincə gəlməyi bacaracağıq.

- Hazırda prezidentliyə namizəd olan şəxslərin sayı 20 nəfərə yaxındır. Əvvəlki seçkilərlə müqayisədə bu dəfə namizədlərin sayının çox olmasını nə ilə əlaqələndirmək olar?

- Təbii ki, hər bir namizədin seçkidə iştirakla bağlı qərarı konkret nəyə əsaslanaraq verməsini həmin şəxslərin özləri daha yaxşı deyə bilər. Çünki seçkilərdə iştirak hakimiyyət uğrunda mübarizə olmaqla yanaşı, həm də öz ideya və baxışlarını daha geniş auditoriyaya çatdırmaq imkanıdır.

Bu sadalananlara özünü daha geniş kütləyə tanıtmaq üçün seçki yarışına qoşulanları da nəzərə alsaq namizədlərin sayının çox olması elə də təəccüblü görünməməlidir. Qeyd edim ki, namizəd olmaq arzusunda olanların çox olması heç də hər kəsin namizəd olaraq qeydə alınacağı demək deyil.

Seçki yarışında namizədlər deyil, qeydə alınmış namizədlər iştirak edir. Qarşıda isə ağır bir mərhələ - imza toplama mərhələsi var. İndi ən vacib olanı həmin mərhələni layiqincə və qanunauyğun şəkildə başa vurmaqdır. Bu mərhələni nə qədər namizədin başa vura biləcəyini zaman göstərəcək.

- Namizədliyin qeydə alınması üçün 60 seçki dairəsi ərazisindən ümumilikdə minimum 40 min seçici imzası toplamaq lazımdır. Sizin bunları həyata keçirə biləcək komanda və resurslarınız var?

- Əlbəttə ki, var. Əks halda seçki yarışına qoşulmaq haqqında qərar verməzdim. Əvvəldə də qeyd etdiyim kimi, uzun illər siyasi fəaliyyətlə məşğul olan, 2003-2006-cı illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olan biri olaraq kifayət qədər seçki təcrübəm var. Bu təcrübə mənə kifayət qədər hazırlıqlı komanda formalaşdırmaq imkanı verib.

Qeyd edim ki, 2010-2015-ci illərdə Azərbaycan Milli istiqalal Partiyasının (AMİP) sədri olduğum dövrdə daha geniş auditoriyaya tanınmaq imkanım olub ki, bu da prezident seçkilərində bir namizəd olaraq mənə əlavə üstünlük verir. Mənim tələb olunan imzaların toplanması və o cümlədən də uğurlu kampaniyanı təşkil etmək baxımından bir problemim yoxdur.

- Əgər kifayət qədər imza toplasanız namizəd təbliğat-təşviqat kampaniyasını necə aparacaqsınız?

- Hazırda seçki qərərgahım təbliğat-təşviqat kampaniyasının təşkili ilə bağlı müxtəlif layihələr üzərində işləyir. Seçki platformamız hazırdır və kampaniya da məhz bu platformanın daha geniş auditoriyaya çatdırılması imkanları üzərində qurulacaq.

Seçki qanunvericiliyinə görə kampaniya 24 günlük elə də böyük olmayan bir dövrü əhatə edir. Odur ki, bu müddət ərzində maksimum seçici kütləsi ilə təmasda olmaq şərtdir.

Qısa zaman kəsiyində bütün ölkə ərazisində seçki kampaniyasının aparılmasını nəzərə alaraq böyük seçki qabağı görüşlər yerinə müxtəlif bölgələrdə birbaşa təmaslara, həm namizəd olaraq mənim, həm də səlahiyyətli nümayəndə və vəkillərimin “qapı-qapı” kampaniyası aparması daha məqbul yoldur.

Namizədin seçki qabağı platformasının maksimum şəkildə yayılması üçün xüsusi bukletlərin paylanılması, televiziya, radio və qəzetlər vasitəsilə platformanın seçicilərə çatdırılması kimi demək olar ki, əksər ölkələrin seçki təcürəbəsində nəzərdə tutulan fəaliyyət həyata keçiriləcək.

Hazırda ölkə əhalisinin böyük əksəriyyətinin sosial şəbəkə istifadəçiləri olduğunu nəzərə alaraq bu istiqamətdə də fəaliyyətə böyük yer ayrılacaq. Bura reklam roliklərinin yerləşdirilməsi və sair daxildir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28
Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23
Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09
Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46
Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42
Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56
İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55
DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Dünən, 10:47
"Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Dünən, 10:43
Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Dünən, 10:36
Nazir təzə mövzu açıb... - AKTUAL
Dünən, 10:30
Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Dünən, 10:27
Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Dünən, 10:11
20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Dünən, 10:05
Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Dünən, 10:01
Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Dünən, 09:59
Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Dünən, 09:57
Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Dünən, 09:53
"Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Dünən, 09:50
Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Dünən, 09:48
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
13-09-2025, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
13-09-2025, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
13-09-2025, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
13-09-2025, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
13-09-2025, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
13-09-2025, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
13-09-2025, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
13-09-2025, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
13-09-2025, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
13-09-2025, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
13-09-2025, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
13-09-2025, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
13-09-2025, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
13-09-2025, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
13-09-2025, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
13-09-2025, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
13-09-2025, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
13-09-2025, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
13-09-2025, 11:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru