"Heç bir qüvvə bəhanələrlə özünə haqq qazandıra bilməz" - Partiya sədri
Tarix: 20-12-2023, 08:09 | Çap et
 "Seçkilər siyasi qüvvələr, liderlər üçün lakmus kağızı rolunu oynayır. Kimin kim olduğu, hansı liderin nə qədər elektoral bazaya malik olması, xalqın hansı lideri dəstəkləməsi məhz seçkilər zamanı üzə çıxır". Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Əlisahib Hüseynov deyib. Analitikin sözlərinə görə, bu baxımdan güclü siyasi təşkilatlar, qələbə qazanacağına inanan təcrübəli siyasi liderlər seçki institutunu bütün varlığı ilə dəstəkləyir. İstər ənənəvi, istərsə də növbədənkənar seçkiləri təqdirlə qarşılayırlar: "Bu qəbildən olan təşkilatlar və liderlər hər zaman seçkilərə hazırlıqlı olurlar. Onlar növbədənkənar prezident və ya parlament seçkiləri haqqında qərarın gözlənilməz olduğunu bəhanə edərək seçkidə iştirakdan yayınmırlar. Əlləri ətəklərindən uzun şəkildə mübarizə meydanını qorxaqcasına tərk etmirlər. Lakin seçici bazasının olduqca zəif olduğunu bilən, əsas rəqibə uduzacaqlarını öncədən hiss edən və bunu öz siyasi mövcudluqlarının sonu kimi dəyərləndirən, marginallaşmış siyasi qüvvələr minbir bəhanə ilə seçkilərdə iştirak etməkdən boyun qaçırırlar, seçkiləri boykot etmək yolunu tuturlar". Ekspert vurğulayıb ki, radikal müxalifət sağalmaz xəstəliyə, hər seçkidə həvəslə istifadə etdikləri boykotçuluq xəstəliyinə tutulublar: "Boykotçuluğun onları siyasi autsayderlərə çevirdiyini, siyasətin kənarına itələdiyini, “oyundankənar” vəziyyətə saldığını da dərk edə, görə bilmirlər. Beləliklə, müxalifətin çoxillik faciəsi yenə də davam edir. Çünki onlar Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş, 30 illik işğala son qoymuş, üçrəngli bayrağımızı Xankəndidə ucaldaraq cəmiyyətin birmənalı dəstəyini qazanmış İlham Əliyev kimi güclü siyasi rəqibə qalib gəlməyin mümkünsüzlüyünü anlayırlar. Bəri başdan boykot yolunu tutmağı, seçkinin nəticələrini öncədən şübhə altına almağı, kirli texnologiyaları işə salmaqla seçki prosesinin demokratikliyinə kölgə salmağı özləri üçün ən rahat, ən optimal yol hesab edirlər. Əvvəlki seçkilərdə boykot taktikasından yararlanmağa çalışanlar bu dəfə reallıqları düzgün hesablaya bilmədilər. Yanlış olaraq düşündülər ki, eyni taktika bu dəfə də effektiv olacaq, onların işinə yarayacaq. Lakin gözləntiləri doğrulmadı, yanıldılar. Ona görə də onların “qəfil seçki”, “növbədənkənar seçki”, “qeyri-bərabər imkanlar”, “gözlənilməz seçkilərə hazırlıqsızlıq” kimi çeşidli bəhanələri indi onların öz əleyhinə işləyir. Peşəkar siyasətdə bu cür absurd anlayışlar, bəhanələr qətiyyən işə yaramır. Heç kim bu cür bəhanələri ortaya atmaqla özünün siyasi impotentliyinə, səriştəsizliyinə, bacarıqsızlığına haqq qazandıra bilməz. Sən siyasət meydanındasansa və özünü “ana müxalifət lideri”, peşəkar siyasətçi-filan hesab edirsənsə, o zaman zəhmət çəkib bu iddialarına uyğun olmalısan. Hətta ən əlverişsiz seçki kampaniyasına da qatılmağı, müəyyən dividendlər qazanmağı özünə borc bilməlisən. Seçkilərdə iştirak etmək siyasi partiyaların təkcə hüququ deyil, həm də vəzifəsidir. Seçkilərdən yayınan partiya isə partiya deyil, sıradan bir dərnəkdir, ən yaxşı halda siyasi diskussiya klubudur. Seçkiləri boykot etmək açıq-aşkar siyasi təxribatdır".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46 |
|
|
|
• Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43 |
|
|
|
• Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28 |
|
|
|
• Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23 |
|
|
|
• Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09 |
|
|
|
• Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03 |
|
|
|
• Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00 |
|
|
|
• Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48 |
|
|
|
• Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46 |
|
|
|
• Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42 |
|
|
|
• Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35 |
|
|
|
• Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03 |
|
|
|
• “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56 |
|
|
|
• Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54 |
|
|
|
• İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48 |
|
|
|
• Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27 |
|
|
|
• Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15 |
|
|
|
• "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02 |
|
|
|
• Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56 |
|
|
|
• İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55 |
|
|
|
• DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Dünən, 10:47 |
|
|
|
• "Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Dünən, 10:43 |
|
|
|
• Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Dünən, 10:36 |
|
|
|
• Nazir təzə mövzu açıb... - AKTUAL
Dünən, 10:30 |
|
|
|
• Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Dünən, 10:27 |
|
|
|
• Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Dünən, 10:11 |
|
|
|
• 20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Dünən, 10:05 |
|
|
|
• Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Dünən, 10:01 |
|
|
|
• Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Dünən, 09:59 |
|
|
|
• Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Dünən, 09:57 |
|
|
|
• Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Dünən, 09:53 |
|
|
|
• "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Dünən, 09:50 |
|
|
|
• Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Dünən, 09:48 |
|
|
|
• GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
13-09-2025, 23:45 |
|
|
|
• Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
13-09-2025, 23:44 |
|
|
|
• “AFFA milli komandaya Fatih Terimi düşünür”
13-09-2025, 15:46 |
|
|
|
• Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
13-09-2025, 15:43 |
|
|
|
• “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
13-09-2025, 15:34 |
|
|
|
• Hakan Fidan sabah Dohaya gedəcək
13-09-2025, 15:28 |
|
|
|
• Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
13-09-2025, 15:24 |
|
|
|
• “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
13-09-2025, 13:04 |
|
|
|
• Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
13-09-2025, 13:00 |
|
|
|
• "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
13-09-2025, 12:28 |
|
|
|
• Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
13-09-2025, 12:26 |
|
|
|
• 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
13-09-2025, 12:24 |
|
|
|
• “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
13-09-2025, 12:19 |
|
|
|
• Simonyanın Bakı nefti arzusu - reaksiyalar
13-09-2025, 12:18 |
|
|
|
• Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
13-09-2025, 12:13 |
|
|
|
• Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
13-09-2025, 12:11 |
|
|
|
• Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
13-09-2025, 12:06 |
|
|
|
|