Azərbaycanda Bilik Günüdür .....                     Bakının işğaldan azad edilməsindən 107 il ötür .....                     Yenə yağış, yenə Sabunçu... .....                     Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb .....                     Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU .....                     Qazaxda abadlıq işləri aparılır .....                     Ermənistan müdafiə naziri Çinə səfər edib .....                     Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? .....                     Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? .....                     Yumurtanın da qiyməti BAHALAŞDI .....                     Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı .....                     Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI .....                     “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” .....                     Keçmiş baş həkimlə müğənni arasında qalmaqal .....                     İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə .....                     Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq .....                     Problemli kreditlərin həcmini necə azaltmaq olar? .....                     "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı .....                     Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? .....                     İrəvandan daha bir sülh açıqlaması .....                     DİQQƏT: Burda satışda zay ərzaq var... .....                     "Qarşıdan parlament seçkiləri gəlir..." .....                     Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı .....                     Nazir təzə mövzu açıb... .....                     Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR .....                     Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR .....                     20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? .....                     Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin .....                     Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... .....                     Sülh prosesini pozmaq cəhdləri... .....                     Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür .....                     "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir" .....                     Rusiya Türkiyədən "S-400"ləri geri alır .....                     GDU-dan tədris dövründə təmirə hazırlaşır... .....                     Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? .....                     “AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                 

“Demokratik üsulla hakimiyyətə gəlməyin yolunu seçkilərdə iştirak etməkdə görürük” - Partiya sədri
Tarix: 19-12-2023, 07:51 | Çap et
“Demokratik üsulla hakimiyyətə gəlməyin yolunu seçkilərdə iştirak etməkdə görürük”
Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 7-yə çatıb. Prezident İlham Əliyevin (Yeni Azərbaycan Partiyası) namizədliyindən sonra millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin və keçmiş Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin, deputat Fazil Mustafanın (Böyük Quruluş Partiyası), Elşad Musayevin (Böyük Azərbaycan Partiyası) və Zahid Orucun (Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri) prezidentliyə namizədliyi irəli sürülüb. Müxalifət partiyaları - Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməmək, Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkiləri boykot etmək barədə qərar qəbul ediblər. Məlumat üçün deyək ki, Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. "Şərq"in bugünkü həmsöhbəti prezidentliyə namizədliyini irəli sürmüş Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevdir. Onun namizədliyi ilə bağlı qərar partiyanın siyasi şurasında qəbul olunub. Partiya sədri ilə söhbətə keçməzdən öncə məlumat üçün deyək ki, BAP 2003-cü il mayın 11-də təsis edilib, 2005-ci ildə dövlət qeydiyyatına alınıb. “Siyasi Partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra 2023-cü ildə təkrar dövlət qeydiyyatına alınıb. Elşad Musayev 2003-cü ildə prezident seçkilərində də namizədliyi irəli sürsə də, Mərkəzi Seçki Komissiyası onun namizədliyini qeydə almayıb.

E.Musayev parlament seçkilərində də deputatlığa namizəd olub...
- Elşad bəy, öncə növbədənkənar seçkinin elan olunmasına münasibətinizi öyrənmək istərdim. Partiya rəhbəri kimi bu qərarı necə qarşıladınız?
- Növbədənkənar prezident seçkisi hamı üçün gözlənilməz oldu. Bunun da müəyyən səbəbləri var və onları araşdırmaq lazımdır. İlk növbədə ondan başlayaq ki, ölkədə, bölgədə və dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, vəziyyət həqiqətən gərgindir. Kənarda oturub fürsət gözləyənlər var ki, Azərbaycanda qarışıqlıq olsun. 2024-cü ildə Rusiyada prezident seçkisi keçiriləcək. O cümlədən ABŞ və Avropa İttifaqında seçkilər keçiriləcək. 2025-ci ildə Rusiya sülhməramlı kontingetninin Azərbaycanda qalma müddəti bitir. Ruslar öz qoşunlarını buradan çıxartmaq istəmirlər, qalmaq üçün min hoqqadan çıxırlar. Ölkə daxilindəki uzantıları vasitəsilə gərginlik yaradarlar. Ermənistanla münasibətlərimiz həll olunmayıb. Ona görə də düşünürəm ki, dövlətçilik baxımından götürəndə növbədənkənar seçkilərin təyin olunması doğru qərardır. Digər yandan hər bir siyasi hakimiyyət çalışır ki, həm özü, həm də dövlət üçün münbit, komfortlu seçki mühiti yaratsın. İndiki məqamda kənardan heç bir müdaxilə ehtimalı yoxdur, ölkə daxilində də ciddi gərginlik yoxdur. Normal qaydada, iki ay sonra seçkilər keçirilə bilər. Bu, siyasi hakimiyyətin hüququdur və ondan istifadə edir. Hörmətlə yanaşmaq lazımdır.
- Bəzi siyasi partiyalar hələ də müzakirə mərhələsindədir. Seçkidə iştirakla bağlı tərəddüd edən partiyalar haqqında nə deyə bilərsiniz?
- Əlbəttə, partiyaların hansısa seçkidə iştirak edib-etməyəcəyi onların hüququdur, özləri bilərlər. Ancaq nəzərə alaq ki, "Siyasi partiyalar haqqında" qanuna görə, siyasi partiyaların qarşısındakı öhdəliklərdən biri seçkilərdə iştirak etməkdir. Demokratik üsulla hakimiyyətə gəlməyin yolunu seçkilərdə iştirak etməkdə görürük. Bəzən deyirlər ki, ölkədə demokratik seçki mühiti yoxdur. Demokratik seçki mühitini yaratmaq lazımdır. Bəs bunu kim etməlidir? Təbii ki, burada əlini daşın altına qoyacaq əsas qurumlar - siyasi partiyalardır. Əgər siyasi təşkilatlar buna cəhd etmirsə, ortaya cəsarət nümunə qoymursa, onların əvəzinə mühiti kim yaratmalıdır? Gözləyirik ki, kimsə kənardan gəlib bizə seçki mühiti yaratsın?! Yaxud da kimlərsə bunlara "stavka" eləsin, gəlib hakimiyyətdə otursunlar. Nə qədər çətin və problemli də olsa, hesab edirəm ki, bütün siyasi partiyalar seçkilərdə iştirak etməlidir. Seçkilərlə bağlı bizim o qədər şikayətlərimiz olub. Amma indiki halda növbədənkənar seçki qərarı dövlətimiz üçün doğru qərardır. İlk növbədə dövlətimizi, ölkəmizi fikirləşməliyik. Ondan sonra partiya maraqlarını, şəxsi maraqları fikirləşməliyik. Dövlət maraqları da tələb edir ki, Azərbaycanda dinc, demokratik seçki keçirilsin. Çalışmaq lazımdır ki, kənardan basqılar olmasın, seçkinin nəticələri şübhə altına alınmasın.
- Namizədliyin qeydə alınması üçün 40 min imza şərti var. Gərəkli imzanı toplamaq mümkün olacaqmı? Məsələn, deyirlər qeydiyyat üçün 5 min üzv tapa bilməyənlər qırx mini necə tapacaq?
- 40 min imza həqiqətən çətin məsələdir. Bunu etiraf etmək lazımdır. Qısa müddətdə 40 min imzanı toplamaq lazımdır. Partiyaların qeydiyyatı üçün 5 min üzv tələb olunanda 6378 nəfərlə qeydiyyatdan keçmişik. Qeydiyyatdan keçən partiyalar içində ilk 5-likdəyik. Partiyalara üzv olmaq məsələsi başqadır, insanlar bəzən siyasi təşkilata üzv olmaq istəmirlər, çəkinirlər. Amma 40 min imza toplamaq elədir ki, istənilən partiyanın üzvü namizədlik üçün imza verə bilər. Bu həm də imkan verəcək ki, siyasi partiyalar öz imkanlarını dəyərləndirsinlər. Eyni zamanda ciddi təbliğat imkanları qazanır. Bu, şansdır. Siyasi partiyaların çoxu çalışacaq ki, seçkidə müəyyən uğurlar qazansınlar. Təəssüflər olsun ki, Azərbaycanda yeni gənc siyasi qüvvələr yoxdur, gənclər siyasətə gəlmir. Məhz bu cür problemləri aşmaq üçün seçkilərə qatılmaq lazımdır. Ən azından seçkilərin alternativsiz keçməsinə imkan verə bilmərik. Kənardan deməsinlər ki, "alternativ yoxdur", nəticələri şübhə altına salmasınlar. Bütün siyasi qüvvələr əllərini daşın altına qoymalıdır. Dövlətçiliyimiz bunu tələb edir.
- İndiyədək 7 nəfərin prezidentliyə namizəd olacağı açıqlanıb ki, onların arasında hazırkı prezident, qalib lider İlham Əliyev də var. Digər namizədlərə baxdıqda, rəqabət şansını necə dəyərləndirirsiniz?
- Normal yanaşıram. Seçkiyə gedən optimalist yanaşmalıdır. Təbii ki, İlham Əliyev hamıdan çox qabaqdadır. Real vəziyyət budur. Amma bizim partiya olaraq seçkidə ilk üçlükdə olmaq, hətta ikinci yerə çıxmaq imkanlarımız var. Özümüzdə bu potensialı görürük.
- Sizcə, bir çox partiya rəhbəri güclü rəqiblərdən çəkindikləri üçün seçkiyə getmir?
- Əlbəttə, elədir. Siyasətdə ən açıq danışan adam mənəm. Seçkiyə qatılıb çox biabırçı səslə uduzmaqdan qorxurlar. Buna rəğmən, seçkidə iştirak etməyin özü bir növ cəsarət tələb edir. Azərbaycanda elə qüvvələr var ki, kənardan kimsə gəlib onları hardasa otuzduracaq. Bu düşüncədən imtina etmək lazımdır. Hamı öz gücünü-qüvvətini ortaya qoymalıdır. Keçmişi arxada qoymaq, irəli baxmaq lazımdır. İqtidarlı-müxalifətli mədəni surətdə seçki mühiti yaratmağ bacarmalıyıq. Təklif edirəm ki, sorğular keçirilsin, hansı partiyanın, hansı siyasətçinin şansı nə qədərdir, neçənci yerdədir, aydınlaşsın.
- Seçki öncə blokların yaranmasını, bir neçə partiyanın güclərini birləşdirməsini necə dəyərləndirirsiniz?
- Hesab edirəm ki, bu məsələ də arxada qalıb. Bizə də müəyyən təkliflər oldu, amma qəbul etmədik. Çünki artıq seçkidə iştirakla bağlı qərarımızı vermişdik. Kim istəyir birləşsin, blok halında seçkiyə getsin. Məsələn, ideologiyası eyni olan siyasi təşkilatlar seçkiyə bir yerdə qatıla bilərlər. Əslində, bloklaşma ideoloji yönünə görə olmalıdır. Yoxsa kimin kimlə dostluğu varsa, deyir ki, blok yaratmışıq. Halbuki biri sağ, o biri sol təmayüllü təşkilatdır. Nəhayət, ölkədə siyasi təşkilatları yerinə oturtmalıyıq. Çox istərdim ki, proporsional seçki sistemi də qəbul olunsun. Ölkədə referendum keçirilməsinə ehtiyac var. Fundamental islahatlar olmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46
Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43
Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28
Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23
Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09
Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46
Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42
Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56
İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55
DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Dünən, 10:47
"Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Dünən, 10:43
Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Dünən, 10:36
Nazir təzə mövzu açıb... - AKTUAL
Dünən, 10:30
Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Dünən, 10:27
Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Dünən, 10:11
20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Dünən, 10:05
Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Dünən, 10:01
Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Dünən, 09:59
Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Dünən, 09:57
Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Dünən, 09:53
"Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Dünən, 09:50
Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Dünən, 09:48
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
13-09-2025, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
13-09-2025, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
13-09-2025, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
13-09-2025, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
13-09-2025, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
13-09-2025, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
13-09-2025, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
13-09-2025, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
13-09-2025, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
13-09-2025, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
13-09-2025, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
13-09-2025, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
13-09-2025, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
13-09-2025, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
13-09-2025, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
13-09-2025, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
13-09-2025, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru