Azərbaycanda Bilik Günüdür .....                     Bakının işğaldan azad edilməsindən 107 il ötür .....                     Yenə yağış, yenə Sabunçu... .....                     Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb .....                     Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU .....                     Qazaxda abadlıq işləri aparılır .....                     Ermənistan müdafiə naziri Çinə səfər edib .....                     Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? .....                     Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? .....                     Yumurtanın da qiyməti BAHALAŞDI .....                     Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı .....                     Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI .....                     “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” .....                     Keçmiş baş həkimlə müğənni arasında qalmaqal .....                     İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə .....                     Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq .....                     Problemli kreditlərin həcmini necə azaltmaq olar? .....                     "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı .....                     Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? .....                     İrəvandan daha bir sülh açıqlaması .....                     DİQQƏT: Burda satışda zay ərzaq var... .....                     "Qarşıdan parlament seçkiləri gəlir..." .....                     Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı .....                     Nazir təzə mövzu açıb... .....                     Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR .....                     Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR .....                     20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? .....                     Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin .....                     Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... .....                     Sülh prosesini pozmaq cəhdləri... .....                     Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür .....                     "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir" .....                     Rusiya Türkiyədən "S-400"ləri geri alır .....                     GDU-dan tədris dövründə təmirə hazırlaşır... .....                     Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? .....                     “AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                 

"Bizim də orada iştirakımız təmin olunmalıdır" - Tural Abbaslı Xankəndinə getmək istəyir...
Tarix: 16-12-2023, 08:50 | Çap et
"Bizim də orada iştirakımız təmin olunmalıdır"
Gələn həftə - dekabrın 21-də Xankəndində Azərbaycan Kubokunun 1/8 final mərhələsinin bir oyunu keçiriləcək. Matç “Qarabağ”la “MOİK” arasında olacaq. Artıq oyunu canlı izləmək istəyən azarkeşlərin Bakıdan Xankəndiyə yola düşəcəyi dəqiqləşib. Bununla bağlı “Bakı Metropoliteni”nin iş qrafiki də dəyişdiriləcək.

Belə ki, dekabrın 21-də Bakı metrosu işinə 06:00-da deyil 04:00-da başlayacaq. Buna səbəb isə “Qarabağ” - “MOİK” matçı üçün azarkeşlərin Xankəndiyə aparılmasıdır. Belə ki, avtobuslar həmin gün səhər saatlarında, daha dəqiq desək, 05:00-da metronun “Koroğlu” stansiyasından Xankəndiyə yola düşəcək.

AĞ Partiya başqanı Tural Abbaslı bu tarixi oyunun önəmindən söz açdı: “Təbii ki, Xankəndidə keçirilən futbol oyunu çox önəmlidir. Bu ev sahiblərinin evlərinə döndüyünün mesajıdır. Bunu futbol klubları səviyyəsində nümayiş etdirməyin özü belə dünyaya bir mesajımızdır. Hesab edirəm ki, bu olmalıdır. Bizim də orada iştirakımız təmin olunmalıdır. Hesab edirəm ki, burada təşkilatçılıq məsələsində aidiyyatı qurumlar daha diqqətli olmalıdırlar, insanların ora getmələri filan məsələlərində. İşlərimiz imkan versə, təbii ki, o oyunda çox iştirak etmək istərdik. Burada əsas oyun və oyunun nəticələri deyil, əsas olan məkandır. 30 ildən bir çox zamandan sonra orada Azərbaycan bayraqlarının dalğalanması misli görünməmiş bir hisslər hamımıza yaşadacaq. Biz də maraqlanacağıq və imkan daxilində iştirak etməyə çalışacağıq. Burada aidiyyatı qurumlara müraciət edirik ki, təşkilatçılıq ən yüksək səviyyədə təşkil olunsun”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın sözlərinə görə, “Qarabağ”ın oyunları artıq bu stadiona daşınmalıdır: “Bu çox önəmli bir hadisədir. ”Qarabağ"ın orada oyununun keçirilməsi sevindiricidir. Əminəm ki, bu başlanğıc bizim üçün həmişəlik bir proses olacaqdır. Çünki, Xankəndində futbol oyunu illərlə arzuladığımız, bəlkə də gözləmədiyimiz bir hadisədir. Bu oyunu izləməyə gedəcək fədakar insanlarımıza eşq olsun. Çünki, böyük bir tarixi hadisənin şahidi olacaqlar. Bu başlanğıcda iştirak etməyin özü bir şansdır. Çox sevindirici anlar yaşayırıq. Xankəndi stadionu tədricən “Qarabağ”ın stadionuna çevrilməlidir. “Qarabağ” oyunlarını yaxın gələcəkdə bu stadionda keçirməlidir. Bu da bizim üçün sevindirici, qürurverici günlər ola bilər".

Deputat Aqil Abbas isə bildirdi ki, bu oyunda iştirak edəcək: “Əvvəllər o stadionda olmuşam. 80-cı illərə təsadüf edirdi. O vaxt ”Qarabağ" bir neçə dəfə həmin stadionda oynamışdı. Orada oynamışıq, qalib də gəlmişik. Gözəl bir stadion tikiblər. Burada əsas olan odur ki, artıq Xankəndi tam olaraq bizimdir. Biz orada oyun da oynayırıq, əllərimizi qaldırıb rəqs də edirik. Bundan böyük önəm ola bilərmi? Mənim üçün bundan sevincli gün ola bilməz. Erməni separatizmi, terrorçular getdi. Möhtərəm prezidentimizin sərkərdəliyi, şəhid və qazilərimizin qəhrəmanlığı ilə Qarabağı işğalçılardan təmizlədik. Azərbaycan 200 ildə görmədiyini həyata keçirdi. İndi bu qələbəni həm də futbol oyunu keçirməklə qeyd edəcəyik. Səhv etmirəmsə, 4 mindən çox azarkeş aparılacaq. İndi kubok oyunudur, gedib baxacağıq, ləzzət edəcək. “Qarabağ”ın Ağdamda öz stadionu olacaq. Avropa oyunlarını artıq orada keçirəcək. Orada bir komanda yaratsalar, bu başqa məsələdir. Öz stadionu olandan sonra Avropa oyunlarını niyə Xankəndində oynamalıdır? Bir sözlə bütün xalqımı bir daha təbrik edirəm, belə tarixi anları yaşadığımız üçün".

Azad Vətən Partiyasının sədri Akif Nağının sözlərinə görə, bu təşəbbüsün tarixi mesajları daha çoxdur: “Həm ”Qarabağ" futbol klubumuza dəstək baxımından, həm də meydanda qələbəmizin göstərilməsi üçün çox vacib bir qərardır. Qarabağ son 30 ildə qələbəmizin rəmiz olub. Hər zaman “Qarabağ”ın qələbələrinə sevinmişik, klubumuzla qürur duymuşuq. “Qarabağ” Azərbaycanımızı hər zaman ləyaqətlə, qürurla təmsil etdi, dünyada “Qarabağ” adından söz etdirdi. Xankəndinə bayraq sancılandan sonra bu növbəti addımımız olacaq. Uğurlarımızın davamlı olacağının anonsu olacaq. Həm də bir mesaj veriləcək ki, artıq orada sabitlikdir, futbol oyunu belə oynanılır. Hərtərəfli müsbət bir hadisədir. İştirak etmək çox istəyərdim. Amma açığı hansı formada buna nail olmaq olur bilmirəm. Bu istiqamətdə məlumatsızlıqdır. Bilənlər yəqin ki, müraciət ediblər. Hər halda iştirak barədə düşünəcəm. Çox istərdim ki, partiyamızın nümayəndələri ilə ortada iştirak edək. “Qarabağ”ın Bakıda keçirilən avrokubok oyunlarına soyuq havalarda belə meydandan baxmışam. İndi də həmin ənənəni davam etdirib futbol oyununda iştirak etmək istəyirəm. Bir daha Azərbaycanımıza, futbolumuza uğurlar arzulayıram".

İdman yazarı Natiq Muxtarlı isə bu oyunu futbol tariximizin ən böyük oyunu sayır: “Azərbaycan futbol tarixinin ən böyük oyununu izləmək üçün Xankəndiyə gedəcəm. Bu, adi oyun olmayacaq. Azərbaycan futbol tarixinin ən böyük oyunu olacaq Xankəndidə. Qarabağın təmsilçisi ilə Azərbaycan Ordusunun təmsilçisi üz-üzə gələcək. Bunun isə böyük mənası var. Həmin gün Azərbaycan Xankəndidə olacaq - ictimaiyyəti ilə, ordusu ilə. Belə bir tarixi oyunu tribunadan izləmək fürsəti böyük şərəfdir”.

İdman mütəxəssisi Kənan Məstəliyev bu oyunda mütləq iştirak edəcəyini söylədi: “Xankəndidə keçirilən oyun çox tarixi bir maçdır. Çünki, 30 ildən çox idi ki, həmin yerlərə azərbaycanlıların, futbolçularımızın ayaqları dəymirdi. Bu baxımdan böyük tarixi əhəmiyyət daşıyacaq. İndi oradan meydana çıxan klublardan biri fəxrimiz, qürurumuz ”Qarabağ" olacaq. Burada adın “Qarabağ” olması həm də simvolik bir məna daşıyır. Eyni zamanda, rəqibin Mərkəzi Ordu İdman Klubu olması 44 günlük savaşda böyük rəşadət göstərmiş ordumuzun da orada olmasının bir mesajıdır. Çox gözəl bir qarşılaşma olacaq. Biz Qarabağın bir hissəsinə deyil, bütün Qarabağa qayıdırıq. Artıq hər kəs ora qayıdıb. Sonda idman qalmışdı, o da qayıdır. Futbolumuzun şahi “Qarabağ”ımız oyununu orada keçirəcək. Böyük fəxr duyulası bir məqamdır. Böyük məmnuniyyətlə orada iştirak edəcəm".

Mənbə: “Yeni Müsavat”
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46
Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43
Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28
Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23
Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09
Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46
Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42
Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56
İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55
DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Dünən, 10:47
"Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Dünən, 10:43
Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Dünən, 10:36
Nazir təzə mövzu açıb... - AKTUAL
Dünən, 10:30
Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Dünən, 10:27
Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Dünən, 10:11
20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Dünən, 10:05
Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Dünən, 10:01
Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Dünən, 09:59
Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Dünən, 09:57
Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Dünən, 09:53
"Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Dünən, 09:50
Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Dünən, 09:48
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
13-09-2025, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
13-09-2025, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
13-09-2025, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
13-09-2025, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
13-09-2025, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
13-09-2025, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
13-09-2025, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
13-09-2025, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
13-09-2025, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
13-09-2025, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
13-09-2025, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
13-09-2025, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
13-09-2025, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
13-09-2025, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
13-09-2025, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
13-09-2025, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
13-09-2025, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru