"Türkiyə və Azərbaycan bu evin məhvərini təşkil edirlər" - Partiya sədri
Tarix: 15-12-2023, 07:56 | Çap et
 Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidanı qəbul edib. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Dövlət başçıları və digər səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə töhfə verdiyi bildirilib. Söhbət zamanı əlaqələrimizin bundan sonra da bütün istiqamətlərdə daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub, əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb. Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla da təkbətək görüşüb. Nazirlər mətbuatla bəyanatlarla çıxış ediblər. Ekspertlərin fikrincə, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana gəlişi indiki dövrdə əhəmiyyətlidir, çünki biz strateji müttəfiqik. Şuşa bəyannaməsi daimi məsləhətləşməni diktə edir. Həm də ciddi hadisələr baş verib, Ermənistanla sülh sazişinin imzalanması üçün təmaslar genişlənib. Türkiyə bu prosesdən kənarda qala bilməz. Çünki Ermənistan Azərbaycanla sülh sazişi imzalayan kimi İrəvanın Türkiyə ilə münasibətlərinin də normallaşması prosesi başlayacaq. Ona görə də Bakı ilə Ankaranın İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə olduğu kimi sinxron hərəkət etməsinə ehtiyac var. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyə ortaq gələcəklərini birgə müəyyənləşdirir. Partiya rəhbərinin sözlərinə görə, Türk Dövlətləri Təşkilatının üzv ölkələri də xarici siyasətlərini, təhlükəsizlik və hətbi məsələlərini koordinasiya edirlər:
"Artıq vahid ev qurulub. Türkiyə və Azərbaycan bu evin məhvərini təşkil edirlər. Bütün məsələlərdə, xüsusən xarici siyasətdə razılaşmalar var. Fransa Aralıq dənizi, Orta Şərq və Afrikada mövqelərini uduzandan sonra Cənubi Qafqazda Türkiyənin yerini tutmağa çalışır. Başa düşür ki, Türkiyə bölgədə yaranmış boşluğu dolduracaq. Rusiya-Ukrayna müharibəsindən sonra da regionda yeni şərait yaranacaq. Ona görə də böyük güclərin ciddi fəaliyyətinin şahidi olmaqdayıq. Ermənistan da anlayır ki, böyük qardaşı - Rusiyadan üz döndərirsə, digər qardaşları çox uzaqdadırsa, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırması həyati əhəmiyyət kəsb edir". F.Quliyevin qənaətincə, Ermənistan son vaxtlar ikitərəfli danışıqlarda daha yumşaq mövqe sərgiləyir: "Yəni ermənilər ağaları olmadan prosesə qatılanda daha konstruktiv olurlar. Azərbaycan-Ermənistan münasibətlərinin səhmana salınması həm də, İrəvanın Ankara ilə əlaqələrinin düzəlməsində açar rolunu oynayır. Ermənilər dərk edirlər ki, Azərbaycanla münasibətlər yaxşılaşmasa, Türkiyə Ermənistanla əməkdaşlıq etməyəcək. Əvvəldən bildirirdim ki, Ermənistan rəhbərliyi ilin sonunadək mövqeyini yumşaldacaq və sülh sazişini imzalayacaq. Başqa yol yoxdur və alternativi müharibədir. Müharibəni isə erməni cəmiyyəti istəmir. Ermənilər Nikol Paşinyanı seçməklə, əslində, sülhə səs vermişdilər. Baş nazir sülh platformasından çıxış edirdi". Həmsöhbətimiz diqqətə çatdırıb ki, Hakan Fidanın Bakıya səfərində məqsədlər mövcud məsələləri çözmək, Zəngəzur dəhlizi məsələsini səhmana salmaq, bölgədə kataklizmlərin aradan qaldırılması üçün profilaktik addımları müəyyənləşdirməkdir: "Şübhəsiz, bizə məlum olmayan başqa məsələlər də müzakirə edilir. Prinsipcə, Hakan bəy Azərbaycan və Türkiyənin həm qlobal, həm bölgə siyasətində, həm də ikili münasibətlərdə bundan sonrakı addımlarını müəyyənləşdirmək üçün Bakıya səfər edib. Alınan qərarlar Türkiyə və Azərbaycanın ortaq qərarlarıdır. Biz təklikdə davranmırıq, çünki hiss etsələr ki, Bakı və ya Ankara təkbaşına hərəkət edir, dərhal basqılar artacaq. Dünyaya nümayiş etdiririk ki, gücümüz birdir. Türkiyənin nəyi varsa, bizim - Azərbaycanın nəyi varsa, Türkiyənindir. Hakan Fidanın səfəri də bunun təzahürüdür".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46 |
|
|
|
• Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43 |
|
|
|
• Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28 |
|
|
|
• Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23 |
|
|
|
• Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09 |
|
|
|
• Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03 |
|
|
|
• Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00 |
|
|
|
• Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48 |
|
|
|
• Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46 |
|
|
|
• Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42 |
|
|
|
• Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35 |
|
|
|
• Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03 |
|
|
|
• “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56 |
|
|
|
• Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54 |
|
|
|
• İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48 |
|
|
|
• Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27 |
|
|
|
• Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15 |
|
|
|
• "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02 |
|
|
|
• Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56 |
|
|
|
• İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55 |
|
|
|
• DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Dünən, 10:47 |
|
|
|
• "Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Dünən, 10:43 |
|
|
|
• Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Dünən, 10:36 |
|
|
|
• Nazir təzə mövzu açıb... - AKTUAL
Dünən, 10:30 |
|
|
|
• Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Dünən, 10:27 |
|
|
|
• Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Dünən, 10:11 |
|
|
|
• 20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Dünən, 10:05 |
|
|
|
• Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Dünən, 10:01 |
|
|
|
• Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Dünən, 09:59 |
|
|
|
• Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Dünən, 09:57 |
|
|
|
• Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Dünən, 09:53 |
|
|
|
• "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Dünən, 09:50 |
|
|
|
• Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Dünən, 09:48 |
|
|
|
• GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
13-09-2025, 23:45 |
|
|
|
• Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
13-09-2025, 23:44 |
|
|
|
• “AFFA milli komandaya Fatih Terimi düşünür”
13-09-2025, 15:46 |
|
|
|
• Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
13-09-2025, 15:43 |
|
|
|
• “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
13-09-2025, 15:34 |
|
|
|
• Hakan Fidan sabah Dohaya gedəcək
13-09-2025, 15:28 |
|
|
|
• Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
13-09-2025, 15:24 |
|
|
|
• “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
13-09-2025, 13:04 |
|
|
|
• Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
13-09-2025, 13:00 |
|
|
|
• "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
13-09-2025, 12:28 |
|
|
|
• Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
13-09-2025, 12:26 |
|
|
|
• 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
13-09-2025, 12:24 |
|
|
|
• “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
13-09-2025, 12:19 |
|
|
|
• Simonyanın Bakı nefti arzusu - reaksiyalar
13-09-2025, 12:18 |
|
|
|
• Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
13-09-2025, 12:13 |
|
|
|
• Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
13-09-2025, 12:11 |
|
|
|
• Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
13-09-2025, 12:06 |
|
|
|
|