Azərbaycanda Bilik Günüdür .....                     Bakının işğaldan azad edilməsindən 107 il ötür .....                     Yenə yağış, yenə Sabunçu... .....                     Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb .....                     Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU .....                     Qazaxda abadlıq işləri aparılır .....                     Ermənistan müdafiə naziri Çinə səfər edib .....                     Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? .....                     Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? .....                     Yumurtanın da qiyməti BAHALAŞDI .....                     Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı .....                     Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI .....                     “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” .....                     Keçmiş baş həkimlə müğənni arasında qalmaqal .....                     İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə .....                     Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq .....                     Problemli kreditlərin həcmini necə azaltmaq olar? .....                     "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı .....                     Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? .....                     İrəvandan daha bir sülh açıqlaması .....                     DİQQƏT: Burda satışda zay ərzaq var... .....                     "Qarşıdan parlament seçkiləri gəlir..." .....                     Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı .....                     Nazir təzə mövzu açıb... .....                     Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR .....                     Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR .....                     20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? .....                     Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin .....                     Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... .....                     Sülh prosesini pozmaq cəhdləri... .....                     Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür .....                     "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir" .....                     Rusiya Türkiyədən "S-400"ləri geri alır .....                     GDU-dan tədris dövründə təmirə hazırlaşır... .....                     Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? .....                     “AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                 

“Ermənistanın təhlükəsizliyinin qarantı Türkiyə Cümhuriyyəti olacaq” - Zərdüşt Əlizadə ŞƏRH EDİR
Tarix: 14-12-2023, 09:51 | Çap et
“Ermənistanın təhlükəsizliyinin qarantı Türkiyə Cümhuriyyəti olacaq”
Azərbaycan və Ermənistan arasında sülh prosesinin yeni mərhələsi sayılan 7 dekabr birgə bəyanatının detalları hər kəsə məlumdur. Əksəriyyət düşünür ki, daha sülh üçün vasitəçiyə ehtiyac yoxdur, çünki tərəflər ikili danışıqlarla nəticələrə nail ola bilirlər. Vasitəçi adı ilə çıxış edənlər, prosesə kənar müdaxilələr isə indiyədək heç bir effekt verməyib. İllərdir davam edən düşmənçilik və ədavətin sona yaxınlaşdığını ehtimal edənlər də az deyil. Rəsmi İrəvan müstəqil siyasət yeritməyə davam edərsə, yaxın dönəmdə sülh müqaviləsinin imzalanması reallaşa bilər. Bunu həm azərbaycanlı, həm də erməni rəsmilərin açıqlamaları da təsdiqləyir. Əgər Ermənistan bu balansı qorusa, kənar güclərin siyasi alətinə çevrilməsə, vasitəçi olmadan ikitərəfli görüşlərin sayı artar və problemli məqamlar da çözülər. Sülh ətrafında cərəyan edən proseslərlə bağlı " Sherg.az"a müsahibə verən tanınmış siyasətçi, politoloq Zərdüşt Əlizadə sözlərinə məşhur fizik Albert Eynşteynin sözü ilə başlayıb. Analitik vurğulayıb ki, əgər bir insan hansısa yolu sınaqdan keçirirsə və uğursuzluğa düçar olursa, təkrar-təkrar həmin yolla getmək cəhdləri onun ağılsızlığından xəbər verir. Siyasətçinin fikrincə, tərəflər düzgün istiqaməti tapıb...

- Zərdüşt müəllim, dekabrın 7-də Azərbaycan və Ermənistan arasında əldə olunmuş ilkin razılaşmanı necə şərh edərdiniz? Bunu vasitəçisiz görüşlərin başlanğıcı hesab etmək olarmı?
- Azərbaycan və Ermənistan son 30 ildə ancaq vasitəçilərin köməyi ilə sülhə nail olmağa çalışdılar. Müxtəlif fəndləri, metodları, təklifləri sınaqdan keçirtdilər və hamısında uğursuzluğa düçar oldular. Biz kənar dövlətlərin vasitəçiliyi ilə sülhə nail olmaq istəyiriksə, deməli, ağılsızıq. Çünki dəfələrlə uğursuzluğa düçar olmuşuq. Nəhayət ki, doğru yolun tənliyini tapdıq. Məhz həmin tənliyin vasitəsi ilə 7 dekabr da kiçik də olsa uğura nail olduq. Deməli, yalnız və yalnız ikitərəfli danışıqlar yolu ilə Azərbaycan və Ermənistan aralarındakı məsələləri həll etməyə qadirdilər. Bundan sonra əminəm ki, Azərbaycan və Ermənistan rəhbərləri heç bir vasitəçini yaxına buraxmayacaqlar. Nə Rusiyanı, nə Avropa Birliyini, nə də Fransa və ABŞ-ni yaxına buraxmaq olmaz. İkitərəfli təmaslar və qarşılıqlı güzəşt əsasında sülhə nail ola bilərik. Bununla Azərbaycan və Ermənistan xalqlarına möhkəm sülh verə bilərik. Bu, sadə bir həqiqətdir. Belə məqamda Qərbin sərgilədiyi mövqe, o cümlədən Qərb tərəfdarları olan qruplarım, siyasilərin, təhlilçilərin təlaşı başadüşüləndir. Çünki onların əlindən mənfəətli tikələri çıxmış olacaq. İndi başlayıblar deməyə ki, "ikitərəfli görüş yaxşı olar, amma mütləq Qərb də burada olmalıdır". Niyə olmalıdır? Qərbin burada nə işi var? Axı kim qismətimizə yazıb ki, siz ancaq Qərbin vasitəçiliyi, köməkliyi ilə sülhə nail ola bilərsiz. Belə şey yoxdur. Azərbaycan və Ermənistan ikitərəfli danışıqları aparacaqlar və sonra sülh müqaviləsini Tbilisidə ikitərəfli əsaslarla imzalayacaqlar. Bizə nə Rusiya, nə Fransa, nə də ABŞ lazımdır.

- Qonşu Gürcüstanın sülh prosesində yer alması yönündə təkliflər hələ gündəmdədir. Siz Tbilisini sadəcə görüş məkanı kimi qeyd edirsiniz?
- Əlbəttə, Tbilisi sadəcə görüş məkanı ola bilər. Gürcüstan vasitəçi ola bilməz. Gürcüstanın hər iki dövlətlə xoş münasibətləri var. Ona görə də qonşu ölkə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün öz paytaxtını təklif edə bilər. Əgər Bakı və İrəvan buna riza göstərməsə, başqa variantı seçərlər. Əsas odur ki, ekspertlər qrupu sülh sazişini razılaşdırır, xarici işlər nazirləri imzalayır və son olaraq sənəd ölkə rəhbərlərinin masasına qoyulur. Azərbaycan Prezidenti və Ermənistan baş naziri də sənədi imzaladıqdan sonra proses başa çatır və bununla sülh müqaviləsi qüvvəyə minir.

- Vasitəçisiz görüşlərdə arxa planda hər hansı olacaqmı? Bəzi şərhçilərə görə, ABŞ rəsmisi C.Obraynın bölgəyə səfərindən sonra tərəflər arasında razılaşma oldu...
- Kimlərsə elə təsəvvür edir ki, Obrayn, yaxud başqası Azərbaycana hansısa təlimat verib, bizim rəhbərlik də ona "baş üstə" deyib, dediklərini yerinə yetirib. Bunlar absurd və gülünc iddiadır. Belə şeylər daha çox xəstə təxəyyüllü erməni şərhçilərdən çıxa bilər. Ağlı başında olan adam çox gözəl anlayır ki, ABŞ, Rusiya, Fransa və başqa ölkələr Azərbaycana təlimat verə bilməz. Məsələ Ermənistanın "dayday"sız danışıqlara gəlməsidir. Hesab edirlər ki, əgər İrəvan hökuməti heç bir vasitəçi, himayəçi olmadan Azərbaycanla danışığa gəlsə, guya, Bakı onu təkləyəcək, təzyiq göstərəcək və nəyəsə məcbur edəcək. Bunlar da boş söhbətlərdir. İndiyədək Ermənistanın arxasında əsas müttəfiqi kimi Rusiya var idi. Bunun ermənilərə bir qəpiklik xeyri dəydimi? Dəymədi. Nəticə məğlubiyyət və itkilər oldu. ABŞ və Avropa Birliyi də Ermənistanın arxasında duraraq ona Qranada bəyanatını qəbul etdirdilər. Guya, Ermənistanın ərazi bütövlüyünü müdafiə etdiklərini deyirdilər. Məgər bunun hansısa faydası oldumu? Yox, olmadı. Ancaq elə ki ikitərəfli danışıqlar baş tutdu, tərəflər vasitəçisiz bir araya gəldi, bir neçə razılaşma əldə olundu. Əsirlər dəyişdirildi, iki tərəf bir-birinin dəstəyini qazandı. Bu da göstərir ki, Azərbaycan və Ermənistan arasında davamlı sülh yalnız qarşılıqlı hörmət əsasında mümkündür.

- Erməni tərəfi Azərbaycanı Ermənistanı "işğal" etməkdə, yaxud buna hazırlıq görməkdə və s. iddialarla ittiham edir. Bu ittihamlar sülh prosesinə mənfi təsir göstərirmi?
- Azərbaycan Ermənistanın indiki ərazilərinin bir qarışına belə iddia irəli sürmür. Tarixi kənara qoyaq, ay nə bilim, Səfəvi dövləti 300 min kv. km. idi, yaxud "Böyük Ermənistan" dənizdən-dənizə idi və s. Bunlar artıq mənasızdır. Səviyyəsiz və savadsız adamlar bu məsələləri daim gündəmdə saxlayır. Beynəlxalq aləmdə indiki vəziyyət və mövcud qanunlar əsasdır. Hammurapinin (qədim Babil hökmdarı -red) qanunlarının heç bir əhəmiyyəti yoxdur. Böyük Karl, Adolf Hitler, İosif Stalin - bunlar tarixdə qaldı. Erməni şərhçilər iddia edirlər ki, guya, Azərbaycan Ordusu indiki Ermənistan sərhədini keçib, neçə kilometr ərazini "işğal" edib. Azərbaycan tərəfi haqlı olaraq sual edir ki, ermənilər hansı sərhəd pozuntusundan danışır? Axı Ermənistan öz sərhədlərini müəyyənləşdirməyib. İrəvan Almatı deklorasiyasını imzalayanda ora əlavə etmişdi ki, "Qarabağ ərazisi də daxil olmaqla". Yəni bizim torpaqlarımıza iddia etmişdilər, sərhədlərimizi pozaraq öz ərazilərinə qatmışdılar. Deməli, Ermənistan həm də öz sərhədini pozmuş sayılır. Nikol Paşinyan Şuşada içib, hoppanıb-tullananda demişdi ki, "Qarabağ Ermənistandır". Qondarma "Artsax" da iddia edirdi ki, işğal etdikləri ətraf 7 rayon onların "respublikası"na aiddir. Yəni Paşinyan öz iddiası ilə yeddi rayonumuzu da Ermənistana "birləşdirmişdi". Azərbaycan Ordusunun sərhəddə varlığı erməniləri narahat edirsə, təşviş yaradırsa, qoy onlar da kənar ordunun "öz ərazilərində" qalmasının nə demək olduğunu dərk etsinlər. Ermənistan ordusu illərlə öz hərbçilərini Azərbaycan torpaqlarında saxlayırdı. Xoşluqla deyirdik ki, çıxarın, amma qulaqardına vururdular. 3 il saxladılar. Axırda güc tətbiq etməklə vurub çıxartdıq. İndi yaxşı olar ki, Ermənistan daşı ətəyindən töksün. Sərhədlərin delimitasiya və demarkasiya məsələsində real mövqe tutsun və Azərbaycan ərazisini rəsmən tanısın. Qarabağ məsələsini də birdəfəlik gündəlikdən çıxartsın. Azərbaycan ermənilərin yaşadıqları ərazilərə möhtac deyil. Qazaxın 7 kəndi, Naxçıvanın 1 kəndi qaytarılandan, ermənilər ürəkbulandıran iddialarından əl çəkəndən sonra Azərbaycan da Ermənistanın suverenliyinə hörmətlə yanaşacaq. Ardınca əlaqələr tədricən bərpa olunacaq, ticarət, gediş-gəliş formalaşacaq. Xüsusən, Ermənistanın Türkiyə ilə münasibətləri tənzimlədikdən sonra Ermənistan Respublikasının təhlükəsizliyinin qarantı elə Türkiyə Cümhuriyyəti olacaq. Buna qətiyyən şübhə etmirəm.

- Ermənistan rəsmisi A.Qriqoryan sülh sənədinin 70 faizinin hazır olduğunu dedi. Sizcə, qısa zamanda yerdə qalan 30 faiz məsələnin həlli realdırmı?
- Lap 99 faiz məsələ həllini tapsa, 1 faiz belə razılaşdırılmamış qalsa, sülh müqaviləsi imzalana bilməz. Sülh sazişinin imzalanması üçün əsas məsələlərdə 100 faiz razılıq şərtdir. Ancaq əminəm ki, proses uzun çəkməyəcək və yaxın dönəmdə sülh müqaviləsinin imzalanması reallaşacaq.

- Sülh müqaviləsi dedikdə sadəcə çərçivə sənədindən söhbət gedir, yoxsa detallı razılaşma toplusundan?
- Söhbət əsas və ən mühüm məqamları özündə əks etdirən çərçivə sənədindən gedir. Mübahisəli məsələləri özündə əks etdirən məqamlar çoxdur. Elə məsələ var ki, müzakirələr illərlə davam edəcək, danışıqlar gedəcək və yavaş-yavaş nəticə əldə olunacaq. 30 il bir-birimizə düşmən olmuşuq, birdən-birə münasibətləri tam normala dönə bilməz axı. Yəni hər problemin həlli qısa zamanda imkansızdır.

- Etimad mühitinin formalaşması tez-tez gündəmə gəlir. Məlum 7 dekabr razılaşmasında da bu məqam əksini tapıb. Bu məsələyə haradan başlamaq lazımdır sizcə?
- Cəmiyyətlər arasında münasibətlərin ən gözəl nümunəsini mən və mərhum erməni sülhpərvəri Georgi Vanyanın (Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin direktoru Georgi Vanyan (1963-2021) - red) yaxınlığı idi. Sıx əməkdaşlıq edirdik və səmimi dost idik. Bir-birimizə inanırdıq. Sülhpərvərlik məsələsində bir-birimizin arxasında dururduq. Fərz edək, iki ölkə öz aralarında hansısa sənədi imzaladılar və ədavətə son qoydular. Qərara aldılar ki, bundan sonra düşmənçilik etməyəcəklər. Bundan sonra Azərbaycanda və Ermənistanda mövcud olan qanunlar işə düşəcək. Hər iki ölkənin konstitusiyasında yazılıb ki, insanlar arasında dini, cinsi-irqi və siyasi mənsubiyyətə görə ayrı-seçkilik qadağandır. Buna görə Cinayət Məcəlləsində müəyyən cəzalar nəzərdə tutulub. Azərbaycanda hansısa nadürüst çıxıb desə ki, "ermənilər bizim əbədi düşmənimizdir", "harada gördün erməni, vur başına gülləni", yaxud Ermənistanda kimsə söyləsə ki, "türkes əbədi-əzəli düşməndir" həmin şəxslər üzərində açıq məhkəmə keçirilərək cəzaları verilməlidir. Çünki bu tip adamlar iki ölkənin mənafeyinə, bəşəri qanunlara zidd hərəkətlər edirlər. 3-5 il həbsxanada yatsınlar, ağıllansınlar. Əmin olun, ondan sonra gündüz çıraqla axtarsanız da başqa axmaq tapa bilməzsiniz. Ancaq indiki dönəmdə bu tipli gic-gic şüarlar səsləndirənləri hər iki ölkədə qəhrəman kimi görürlər. Hansısa bir xalqın yeddi arxa dönəminə kimi söymək, təhqir etmək, aşağılamaq cinayətdir. Hələlik hər iki cəmiyyət belə səfeh hərəkətlərə dözümlü yanaşır. Amma Azərbaycan-Ermənistan arasında sülh sənədi imzalanandan sonra bəhs etdiyim qanunlar qüvvədə olacaq və tətbiq ediləcək. 3-5 il sonra görəcəksiz ki, bir azərbaycanlı kişi hansısa erməni xanıma eşq-məhəbbət mahnısı oxuyur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46
Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43
Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28
Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23
Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09
Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46
Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42
Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56
İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55
DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Dünən, 10:47
"Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Dünən, 10:43
Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Dünən, 10:36
Nazir təzə mövzu açıb... - AKTUAL
Dünən, 10:30
Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Dünən, 10:27
Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Dünən, 10:11
20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Dünən, 10:05
Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Dünən, 10:01
Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Dünən, 09:59
Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Dünən, 09:57
Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Dünən, 09:53
"Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Dünən, 09:50
Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Dünən, 09:48
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
13-09-2025, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
13-09-2025, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
13-09-2025, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
13-09-2025, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
13-09-2025, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
13-09-2025, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
13-09-2025, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
13-09-2025, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
13-09-2025, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
13-09-2025, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
13-09-2025, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
13-09-2025, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
13-09-2025, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
13-09-2025, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
13-09-2025, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
13-09-2025, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
13-09-2025, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru