"Qəti qərarımız bu həftə elan olunacaq" - REAL Partiyası
Tarix: 11-12-2023, 09:10 | Çap et
 “Növbəti növbədənkənar (qəribə səslənir, deyilmi) prezident seçkiləri elan olunan kimi REAL-da daxili müzakirələr başlandı, arqumentlərin və tezislərin “savaşını” gördük, bu çox gözəldir, demokratik idarəetmə ənənələri yaratmaq üçün vacib ortamdır. Dünən saatlarla müzakirələrdən sonra səsvermə oldu – 8 nəfərlik Siyasi Komitə üzvlərinin səsləri 3 nəfər iştirakın lehinə, 3 nəfər əlehinə, 2 nəfər isə qərarsız kimi bölündü. İclasda qərara gəldik ki, daha bir neçə gün “beyin fırtınasını” davam etdirək, hər bir yanaşmanı müdafiə edənlər öz mövqelərini Siyasi Komitə üzvləri arasında arqumentləşdirməyə davam etsinlər, müzakirələr elə indi də "online" gedir. Amma istənilən halda qəti qərarımız bu həftə elan olunacaq”. Yeniavaz.com xəbər verir ki, bunu iqtisadçı ekspert, REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb. “Siyasi Komitənin bütün üzvləri bir məsələdə tam konsensusa gəldi – REAL üçün prioritet Parlament seçkiləridir və bizim prezident seçkilərində iştirak edib-etməməyimiz məhz bu əsas məqsədə uyğunlaşdırılmalıdır. Aydındır ki, indiki şəraitdə İlham Əliyevi prezident seçkilərində udmaq həddən artıq çətin görünür, amma iştirak tərəfdarları seçkini təbliğat fürsətinə, bu sürəci Parlament seçkilərinə starta çevirməyi təklif edirlər – ilk baxışdan çox məntiqli yanaşmadır. Amma iştirakın əleyhinə olanların da ciddi arqumentləri var, məsələn: - Seçki sürəci böyük maliyyə vəsaiti tələb edir, REAL-ın maddi imkanları məhduddur, prezident seçkilərinə qatılsaq qısıtlı olan maliyyə resurslarımızı xərcləsək, o zaman fevraldakı seçkilərdən cəmi 8-9 ay sonra baş tutacaq Parlament seçkilərinə resursumuz çox az qalacaq, - İştirak etmək üçün 60 dairədən 40 min imza lazımdır (əslində 45 min lazımdır ki, MSK 3-4 min imzanı çıxdaş etsə qeydiyyat üçün 40 min qalsın), bu imzaları toplamaq üçün cəmi 35 gün zaman var, bu böyük insan və maliyyə resursu tələb edir ki, qışın oğlan, camaatın Yeni İl modunda olan vaxt çox böyük problem kimi görünür, - Ölkədəki seçki institutunun, yumşaq desəm, yaxşı çalışmadığını nəzərə alsaq, hətta yığdığımız səslərin belə bizə sayılacağına güman azdır, bu isə REAL-ın cəmiyyətdə olan ciddi elektoral potensialının son rəqəmlərdə əks olunmamasına səbəb ola, bu da Parlament seçkilərində əleyhimizə işləyən faktora çevrilə bilər. Xülasə, REAL-da ciddi demokratik müzakirələr gedir, bunun özü partiyamızın gələcəyi üçün çox pozitiv məqamdır. Müzakirələri, səsverməni şəffaf şəkildə cəmiyyətlə böyüşərək digərləri üçün də örnək olmağa çalışırıq. Bir daha deyim ki, hər bir mövqenin öz üstün cəhətləri var, amma istənilən halda iştirak edəcəyik, çünki iştirakın müxtəlif formaları, alqoritmi var, həm də biz əminik ki, illərdir ölkədə aşılanan mənasız, məzmunsuz, ancaq iqtidara sərf edən boykot siyasətinə son vermək lazımdır. Bir məsələni də deyim: Həzarat, seçki vətəndaşsız, seçicisiz olmur, sizlər də bu prosesə qoşulun, iştirakçılığı təşviq edən addımlar atın, bu imza da ola bilər, seçkilərə qatılanlara maddi dəstək də - yəni, məsələn, çayxanada oturub bütün siyasəti xırdalamaqla yanaşı elə bir çaynik çayın pulunu siyasi partiyalara ianə etsəz, inanın ki, növbəti müzakirələriniz daha maraqlı olacaq”, - N. Cəfərli qeyd edib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46 |
|
|
|
• Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43 |
|
|
|
• Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28 |
|
|
|
• Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23 |
|
|
|
• Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09 |
|
|
|
• Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03 |
|
|
|
• Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00 |
|
|
|
• Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48 |
|
|
|
• Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46 |
|
|
|
• Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42 |
|
|
|
• Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35 |
|
|
|
• Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03 |
|
|
|
• “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56 |
|
|
|
• Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54 |
|
|
|
• İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48 |
|
|
|
• Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27 |
|
|
|
• Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15 |
|
|
|
• "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02 |
|
|
|
• Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56 |
|
|
|
• İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55 |
|
|
|
• DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Dünən, 10:47 |
|
|
|
• "Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Dünən, 10:43 |
|
|
|
• Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Dünən, 10:36 |
|
|
|
• Nazir təzə mövzu açıb... - AKTUAL
Dünən, 10:30 |
|
|
|
• Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Dünən, 10:27 |
|
|
|
• Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Dünən, 10:11 |
|
|
|
• 20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Dünən, 10:05 |
|
|
|
• Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Dünən, 10:01 |
|
|
|
• Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Dünən, 09:59 |
|
|
|
• Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Dünən, 09:57 |
|
|
|
• Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Dünən, 09:53 |
|
|
|
• "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Dünən, 09:50 |
|
|
|
• Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Dünən, 09:48 |
|
|
|
• GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
13-09-2025, 23:45 |
|
|
|
• Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
13-09-2025, 23:44 |
|
|
|
• “AFFA milli komandaya Fatih Terimi düşünür”
13-09-2025, 15:46 |
|
|
|
• Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
13-09-2025, 15:43 |
|
|
|
• “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
13-09-2025, 15:34 |
|
|
|
• Hakan Fidan sabah Dohaya gedəcək
13-09-2025, 15:28 |
|
|
|
• Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
13-09-2025, 15:24 |
|
|
|
• “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
13-09-2025, 13:04 |
|
|
|
• Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
13-09-2025, 13:00 |
|
|
|
• "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
13-09-2025, 12:28 |
|
|
|
• Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
13-09-2025, 12:26 |
|
|
|
• 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
13-09-2025, 12:24 |
|
|
|
• “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
13-09-2025, 12:19 |
|
|
|
• Simonyanın Bakı nefti arzusu - reaksiyalar
13-09-2025, 12:18 |
|
|
|
• Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
13-09-2025, 12:13 |
|
|
|
• Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
13-09-2025, 12:11 |
|
|
|
• Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
13-09-2025, 12:06 |
|
|
|
|