"Cənab Borrel yalan danışır" - deputat
Tarix: 7-12-2023, 07:57 | Çap et
 Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrelin uydurma açıqlamasına da münasibət bildirib. “150 min erməninin Qarabağdan qaçmağa məcbur olduğu”nu iddia edən Borrelin sözlərinə diqqət çəkən dövlət başçısı vurğulayıb ki, hətta ermənilərin özləri etiraf edirlər ki, bu cür təcrübəli Avropa diplomatı yalan danışır: "Deyirlər ki, Qarabağı 100 min insan tərk edib, 150 min deyil. Yəni cənab Borrel bu tərzdə davam etsə, bir aydan sonra 200 min adam deyəcək. Ola bilər ki, cənab Borrel yuxular görür. Bu, tamamilə qəbuledilməzdir. Bu təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamlardır, bizim etmədiyimizlə bağlı ittihamdır. Bizim Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat verdi. Çox təəccüblüdür ki, onun öz ölkəsi separatçılıqdan əziyyət çəkir. Belə bir şəxs separatçıları necə müdafiə edər? Bu, çox təəccüb doğurur”. Məlumat üçün bildirək ki, Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrel, guya, “hərbi müdaxilə”, “güc tətbiq edilməsi” nəticəsində “150 min erməninin Qarabağdan qaçmağa məcbur olduğu”nu iddia edib. Ermənilərin özlərinin belə 150 min rəqəmini dilə gətirmədiyi halda Borrelin bu rəqəmi haradan götürməsi suallar doğurur. Borrel Ermənistanın yüz minlərlə Qərbi azərbaycanlını öz dədə-baba yurdundan deportasiya etməsindən xəbərdardırmı? Aydındır, ikili standartlara, məsələlərə etnik və dini simpatiya əsasında yanaşdığına görə J.Borrel heç vaxt bu barədə danışmayacaq. Nəinki Borrel, ümumən Avropa İttifaqı rəsmiləri Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal etməsini, etnik təmizləmə həyata keçirməsini, Xocalı soyqırımını törətməsini, şəhər və kəndlərin, mədəni irsin, məscidlərin dağıdılmasını, mina terrorunu heç vaxt pisləməyiblər. Millət vəkili Aydın Mirzəzadə "Sherg.az"a deyib ki, Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrelin bu ifadələri zaman-zaman ədalətli mövqe tutmağa çalışan bir şəxsin ədalətsiz yanaşma sərgiləməsidir. Deputat diqqətə çatdırıb ki, cənab Borrel bir tərəfdən dünyada insan hüquq və azadlıqlarının qorunmasına çağırış edir, digər tərəfdən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasında çox uğursuz bir nümunə ortaya qoyur:
"Halbuki Borrelin Qarabağdan çıxan ermənilərlə və bölgədə baş verən proseslərlə bağlı kifayət qədər dəqiq, obyektiv və ətraflı məlumat almaq imkanları mövcuddur. Vaxtı ilə Qarabağda yaşamış 60-70 min erməninin qısa müddətdə 150 minə çatması qeyri-mümkündür. Ermənistan özü 120 min erməni deyirdi, cənab Borrel isə 150 min ermənidən danışır. Qısa zamanda 30 min erməninin haradan əlavə olunması şəxsən mənim üçün çox maraqlıdır. Digər yandan, nədən öz yurd-yuvasından qovulmuş, uzun illər məcburi köçkün, qaçqın həyatı yaşamış 1 milyondan artıq insanın taleyi Borreli maraqlandırmayıb? O, Azərbaycan ərazilərinin 30 il ərzində işğalda qalması ilə də maraqlanmayıb. Müəyyən qrup erməninin Qarabağdan Ermənistana könüllü surətdə köç etməsi Borreli narahat edib. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququ var və buna hörmətlə yanaşılmalıdır. Erməniləri belə canfəşanlıqla müdafiə etməkdə Borrelin məqsədi, qayəsi nədir? Bəlkə qarşıdakı dönəmdə Borrelin də hansısa çirkin oyunda əlinin olması faktı üzə çıxacaq. Onsuz da vaxtaşırı erməniləri müdafiə edən amerikalı senatorların, Avropa Parlamentinin deputatlarının maliyyə maxinasiyalarında, rüşvət hadisələrində adları hallanır". Parlament üzvü hesab edir ki, Borrel öz vəzifəsinə və səlahiyyətinə yaraşmayacaq şəkildə çox məsuliyyətsiz və ikili standartlara uyğun yanaşma ortaya qoyur: "Azərbaycan belə münasibəti heç vaxt qəbul edə bilməz. Borrel Azərbaycanın suveren hüquqlarına, müstəqil dövlətçiliyimizə hörmətlə yanaşmalıdır. Çünki o, Azərbaycanda separatçı rejim qurmaq istəyənlərin yox, Avropanın xarici siyasətinin təmsilçisidir. Öz səlahiyyətləri çərçivəsində hərəkət etməsi daha məqsədəuyğun olar".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46 |
|
|
|
• Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43 |
|
|
|
• Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28 |
|
|
|
• Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23 |
|
|
|
• Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09 |
|
|
|
• Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03 |
|
|
|
• Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00 |
|
|
|
• Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48 |
|
|
|
• Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46 |
|
|
|
• Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42 |
|
|
|
• Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35 |
|
|
|
• Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03 |
|
|
|
• “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56 |
|
|
|
• Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54 |
|
|
|
• İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48 |
|
|
|
• Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27 |
|
|
|
• Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15 |
|
|
|
• "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02 |
|
|
|
• Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56 |
|
|
|
• İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55 |
|
|
|
• DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Dünən, 10:47 |
|
|
|
• "Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Dünən, 10:43 |
|
|
|
• Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Dünən, 10:36 |
|
|
|
• Nazir təzə mövzu açıb... - AKTUAL
Dünən, 10:30 |
|
|
|
• Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Dünən, 10:27 |
|
|
|
• Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Dünən, 10:11 |
|
|
|
• 20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Dünən, 10:05 |
|
|
|
• Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Dünən, 10:01 |
|
|
|
• Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Dünən, 09:59 |
|
|
|
• Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Dünən, 09:57 |
|
|
|
• Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Dünən, 09:53 |
|
|
|
• "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Dünən, 09:50 |
|
|
|
• Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Dünən, 09:48 |
|
|
|
• GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
13-09-2025, 23:45 |
|
|
|
• Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
13-09-2025, 23:44 |
|
|
|
• “AFFA milli komandaya Fatih Terimi düşünür”
13-09-2025, 15:46 |
|
|
|
• Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
13-09-2025, 15:43 |
|
|
|
• “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
13-09-2025, 15:34 |
|
|
|
• Hakan Fidan sabah Dohaya gedəcək
13-09-2025, 15:28 |
|
|
|
• Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
13-09-2025, 15:24 |
|
|
|
• “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
13-09-2025, 13:04 |
|
|
|
• Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
13-09-2025, 13:00 |
|
|
|
• "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
13-09-2025, 12:28 |
|
|
|
• Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
13-09-2025, 12:26 |
|
|
|
• 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
13-09-2025, 12:24 |
|
|
|
• “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
13-09-2025, 12:19 |
|
|
|
• Simonyanın Bakı nefti arzusu - reaksiyalar
13-09-2025, 12:18 |
|
|
|
• Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
13-09-2025, 12:13 |
|
|
|
• Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
13-09-2025, 12:11 |
|
|
|
• Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
13-09-2025, 12:06 |
|
|
|
|