Eldar Namazovun xəyalları gerçəkləşir? - ANA MÜXALİFƏTÇİLİK SAVAŞI
Tarix: 1-02-2014, 12:00 | Çap et
 Uzun illərdir ürəyində gizli-gizli “ana müxalifət” olmaq sevdası ilə yaşayan Eldar Namazovun arzusunun cücərməsi üçün uyğun zaman yetişib. Milli Şuranın faktiki dağılmasını və “görkəzmə”lərin fiaskosunu görən narazı elektoratın ümidlərinin puç olduğu məqamı əla fürsət kimi dəyərləndirən Namazov “ya Allah” deyib bu yolda sürətlə irəliləməkdədir. Hazırda özünü cəmiyyətə “EL” hərəkatının lideri kimi təqdim edən Eldar Namazovun həmişə liderliyə can atdığını bir çoxları bilir. Bilməyənlər üçün onun Milli Şura sədri Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmadığı zamanlar irəli çıxmaq üçün etdiyi cəhdləri nümunə göstərə bilərik. Həmin vaxt o, müxalifətin prezidentliyə vahid namizədi olmaq istəyirdi, amma AXCP-dəki və Müsavatdakı “dostları” buna imkan vermədilər.
Xatırladaq ki, E.Namazov prezident seçkiləri öncəsi siyasi aktivliyini artırıb. Özünü Rüstəm İbrahimbəyovun ən yaxın silahdaşı kimi qələmə verən bu şəxs prezident seçkiləri öncəsi “El” hərəkatını yaratmışdı. O, özlərini demokratik qüvvələr adlandıranların birliyi (birliyin nə günlərə qaldığını hamımız gördük) olan Milli Şuranın aparat rəhbərliyində xeyli irəliləməyə də müvəffəq olmuşdu. Heç kimə sirr deyil ki, onun bu qurumda irəliləməsi və digər fəaliyyətləri birbaşa Rüstəm İbrahimovla bağlı idi. Bir neçə gündür ki, Milli Şurada fərdi fəaliyyətinə xitam verdiyini açıqlayan Eldar Namazovun bu qurumdakı mövqeyini və sadaladığımız canfəşanlıqlarını nəzərə alanlar əvvəlcə bu xəbərə inanmadılar. İbrahimbəyovun bəzi fikirlərinin mətbuata Namazov vasitəsilə çatdırılması və onların yaxınlıqlarını təsdiq edən digər nüanslar açıqlamaya şübhə ilə yanaşılmasını qaçılmaz etdi. Lakin onun “sən Allah, getmə, qardaş canı inciyərik” deyənlərin harayına məhəl qoymadan Şuradan istefa verməsi faktdır. O da faktdır ki, Namazov bu qərarını ABŞ səfiri Riçard Morninqstarla görüşündən sonra açıqlayıb. Göründüyü kimi, ruslardan bir şey çıxmadığını başa düşən Namazov bu dəfə üzünü Qərbə tutmaqla müxalifət düşərgəsində baş verənləri, yaranmış çıxılmaz vəziyyəti fürsət bilib, bundan yararlanmaq istəyir. Onun səfirlə görüşdə seçkidən sonrakı dövr üçün müəyyən planlar qurması istisna edilmir. Yayılan məlumatlara görə, “EL” rəhbəri AXCP və Müsavatın, onların rəhbərlərinin ambisiyalarına hakim ola bilməyib pozuculuq fəaliyyəti həyata keçirdiklərini iddia edir və bunu açıq şəkildə ifadə edir. Əsas məqsədi də Azərbaycanda Qərbin maraqlarına uyğun fəaliyyət planını həyata keçirən siyasi təşkilat qurmaqdır. Sirr deyil ki, Qərb, xüsusilə də ABŞ Azərbaycandakı təsir vasitələri olan siyasi təşkilatların - AXCP və Müsavatın son durumundan çox narahatdır. ABŞ bu iki təşkilat təmsilçiləri arasındakı ziddiyyətlərin daha da kəskinləşməsindən məyus olduğunu gizlətmir. Görünür, hər zaman optimist olmaları ilə seçilən amerikalılar bu durumda da çıxış yolu tapıblar. Onların radikal müxalifətin acınacaqlı durumunu real qiymətləndirdiklərini və onlar vasitəsilə hakimiyyətə təzyiq etməyin mümkün olmadığını anladıqlarını görmək çətin deyil. Elə bu səbəbdəndir ki, səfir bundan sonra “ana müxalifət” olmaq üçün kifayət qədər potensiala malik “El” hərəkatına dəstək verəcəklərini açıqlayıb. Morninqstar hesab edir ki, bunun üçün “El” hərəkatı partiyaya çevrilməli, mütləq şəkildə üzvlərinin sayını artırmalıdır. “Ana müxalifət” olmağın digər yollarını da iddialı şəxsə başa salan amerikalı onlara bütün seçkilərdə fəal iştirak etməyi və QHT-lərlə yaxın münasibət qurmağı tövsiyə edib. Səfir xüsusi vurğulayıb ki, onların tövsiyələri yerinə yetiriləcəyi təqdirdə “El”ə hərtərəfli dəstək verəcəklər. Bu o deməkdir ki, ABŞ-ın istəkləri ilə Eldar Namazovun “ana müxalifət” olmaq arzuları üst-üstə düşür.
Bu haqq-hesabdan sonra qalır Eldar Namazovun dəstəkdən lazımınca yararlanmağı və arzuladığı “ana müxalifət” lideri olması. Küsüb, söyüşüb sonra isə barışıb öpüşməkdən yorulmayan, özlərini “ənənəvi müxalifət” adlandıranlardan daha cəld tərpənib “mənim onlardan nəyim əskikdir, “ana müxalifət” elə, özüm olacam” deyən Eldar Namazovun arzularının çin olması üçün müəyyən imkanlar həqiqətən də var. Neyləsinlər, siyasətçi olduqlarını unudub blokların qabağında oturan boş-bekar arvadlar kimi günlərini bir-birini didməyə, yıxıb-sürüməyə sərf edən adamlarla nə qədər yol yoldaşı olasan? \ kaspi.az \\


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - NƏ BAŞ VERİR?
Bu gün, 00:14 |
|
|
|
• “Dedim, qoy məni elə öldü bilsinlər” - 9 ay sonra tapılan Kənan
Bu gün, 00:08 |
|
|
|
• Yaxın Şərqdə sabitliyin ümidi: bir vaxtlar terrorçu idi, indi isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:01 |
|
|
|
• Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiyalarla məşğuldur - FAKT BUDUR!
Dünən, 19:02 |
|
|
|
• İrəvanda məyusluq: arzular puça çıxır - GƏLİŞMƏ
Dünən, 19:00 |
|
|
|
• "Bakı-Pivə" səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 18:58 |
|
|
|
• Kollec məzunları üçün YOL BAĞLANIR - Bitirənlər müəllim işləyə BİLMƏYƏCƏK
Dünən, 18:31 |
|
|
|
• “Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi - FOTO
Dünən, 18:26 |
|
|
|
• “İmişli kimi sərhədyanı rayonlarda “KQB” vaxtilə birə on fəal işləyibdir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 18:16 |
|
|
|
• AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb - FOTO
Dünən, 18:09 |
|
|
|
• AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
Dünən, 18:07 |
|
|
|
• Putin “Zəngəzur döyüşü”nə hazırlaşır - AKTUAL
Dünən, 18:00 |
|
|
|
• “Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” - RSF
Dünən, 17:56 |
|
|
|
• 3 şirkət daha bazarı tərk etdi
Dünən, 17:51 |
|
|
|
• İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi – İki problem var
Dünən, 17:47 |
|
|
|
• Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir - ÇÜNKİ...
Dünən, 17:45 |
|
|
|
• Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir - İslam dini nə deyir?
Dünən, 17:44 |
|
|
|
• “Araz Supermarket”də yeni təyinat olub - DOSYE
Dünən, 17:42 |
|
|
|
• Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
Dünən, 17:40 |
|
|
|
• STP-nin törəmə şirkətinin direktoru dəyişdi - BUNDAN SONRA...
Dünən, 17:38 |
|
|
|
• Daha bir xarici şirkət Azərbaycan bazarından gedir
Dünən, 17:32 |
|
|
|
• "Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:28 |
|
|
|
• "Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar"
Dünən, 17:22 |
|
|
|
• Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU - Böyük "müharibə" olacaq
Dünən, 17:20 |
|
|
|
• Ermənistanın təhlükəli diplomatik oyunu
Dünən, 17:15 |
|
|
|
• İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT!
Dünən, 17:12 |
|
|
|
• Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR...
Dünən, 17:08 |
|
|
|
• Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
Dünən, 17:01 |
|
|
|
• Qızıl bazarında saxta məhsullar satılır - VİDEO
Dünən, 16:57 |
|
|
|
• Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb - "İnterfaks"
Dünən, 16:53 |
|
|
|
• Beh alıb, məclisə getmədi
Dünən, 16:48 |
|
|
|
• Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Dünən, 16:45 |
|
|
|
• “Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• "Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Dünən, 13:58 |
|
|
|
• Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Dünən, 11:42 |
|
|
|
• “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Dünən, 11:01 |
|
|
|
• “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Dünən, 10:47 |
|
|
|
• İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Dünən, 10:44 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Dünən, 10:41 |
|
|
|
• Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Dünən, 10:36 |
|
|
|
• Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Dünən, 10:33 |
|
|
|
• "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Dünən, 10:31 |
|
|
|
• 5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Dünən, 10:25 |
|
|
|
• PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Dünən, 10:22 |
|
|
|
• Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Dünən, 10:19 |
|
|
|
• Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Dünən, 10:09 |
|
|
|
• Şirkətlər qrupunda yeni ASC yaradılıb
Dünən, 10:01 |
|
|
|
• "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 09:59 |
|
|
|
• 38 yaşlı sabiq məmur həbsxanada öldü
Dünən, 09:49 |
|
|
|
• Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 09:46 |
|
|
|
|