“Alliance Logistics” şirkətində rəhbər dəyişikliyi .....                     Yanvarın 1-dən özəl sektorda maaşlar 14% azala bilər .....                     “Azərenerji”nin 24 milyon manatlıq tenderini .....                     MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirilib .....                     23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi .....                     Vidadi Mustafayevin Azərbaycan əleyhinə fəaliyyəti... .....                     Arvadına 20 bıçaq zərbəsi vuran qısqanc ərə .....                     Vəkil Cavidan Osmanlı dələduzluqda ittiham olunur .....                     Əbdül Xalidlə bağlı ŞOK İDDİA .....                     Bakıda İsrail və Suriya arasında kritik GÖRÜŞ .....                     Yetərsay çatmadı, bir qurumun tenderi .....                     İran “Mossad agenti”ni dar ağacına göndərdi .....                     Kişi 7-ci mərtəbədən yıxılıb öldü .....                     Paşinyanın növbəti hiyləsi: .....                     "Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər" .....                     Vardanyanın Paşinyanı Bakıya gətirmək planı .....                     Zelenski Qərbə çağırış etdi: .....                     "Hələ də anlaya bilmirəm ki,..." .....                     Paşinyan II Qareginin yerinə namizəd tapıb .....                     Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara .....                     “Qarabağ”ın Lissabon FƏTHİ .....                     "Tamar" qaz layihəsinə görə Azərbaycanın İsrailə yatırımları yarım mlrd. dolları ötüb .....                     Kriminal aləmdə “Gəncəli Püsük” kimi tanınan şəxslə bağlı .....                     "Onları ifşa etdiyim üçün məni məhkəmənin əli ilə cəzalandırmaq istəyirdilər..." .....                     "Qarabağ"ın hər hücumu təhlükəli idi" .....                     Köhnə rəhbərlik NƏDƏN CƏZASIZ QALIB? .....                     Böyük Britaniya Cənubi Qafqaza qayıdır .....                     Gürcüstan Azərbaycana olan borcunu tam ödədi .....                     Paşinyandan “Putin NATO-su”na hücum .....                     Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib .....                     "Axı niyə fəhləyə qul kimi baxırlar?.." .....                     Sahil Babayev nazirin pulunu kəsdi .....                     Tərtərdə 20 illik hotel bağlanır .....                     Bakıdan İrəvana sərt tələb .....                     Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr .....                     Azərbaycanda BOKT ləğv olunur .....                     Azərbaycanın müttəfiqi Türkiyə ilə dostu İsrail arasında müharibə riski ən pik həddə çatıb .....                     "Finoko" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Teatrda heç kimlə ikili oyun oynamıram" .....                     "Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb .....                 

“Lavrov bu açıqlama ilə nə Azərbaycana dəstək verir, nə də onun iradəsinin ziddinə fikirlər söyləyir” - deputat
Tarix: 6-02-2023, 11:08 | Çap et
“Lavrov bu açıqlama ilə nə Azərbaycana dəstək verir, nə də onun iradəsinin ziddinə fikirlər söyləyir”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuata son müsahibəsi zamanı bildirib ki, Ermənistan uzun illər ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb: “Müharibə zamanı Azərbaycan ona məxsus olan torpaqları geri qaytarıb. Ötən ilin sentyabrında toqquşma zamanı hər iki tərəfdən təqribən 300 nəfər həlak oldu. Biz bu zaman Ermənistanın xahişini aldıq. KTMT-nin Baş katibi xüsusi missiya ilə sərhədə getdi və Ermənistanın Azərbaycanla sərhəd hissəsində KTMT missiyasının yerləşdirilməsi planını gətirdi. Bu plan artıq çoxdan hazır idi. Lakin Ermənistan tərəfi bizi tələsdirmədi və nəticədə İrəvanda baş tutan sammitdə müvafiq qərarın mətnini bitirdik”.

Lavrovun sözlərinə görə, Ermənistan tərəfi bu qərarda Azərbaycanın qəti şəkildə qınanılması şərtini irəli sürsə də, KTMT ölkələri buna razı olmayıb.

DİA.AZ-ın məlumatına görə, Azərbaycan Milli Məclisinin üzvü, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, Lavrov tarixi reallıqları Ermənistana xatırladıb: “Bundan öncə Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan edib. Düzdür, o zaman Rusiya rəhbəri Dağlıq Qarabağ terminini işlətmişdi. Lakin 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra regionda yeni reallıqlar yaranıb. Azərbaycanın qələbəsi Dağlıq Qarabağ müzakirələrini də tarixə qovuşdurdu. Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ İqtisadi Rayonu yaradıldı”.

“Əslində, Lavrov bu açıqlama ilə nə Azərbaycana dəstək verir, nə də onun iradəsinin ziddinə fikirlər söyləyir. Sadəcə həqiqətləri dilə gətirir. Burada qeyri-adi və təəccüblü bir şey yoxdur. Lavrov Alma-Ata bəyannaməsinə istinad edir və o zaman Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu bəyan olunur”, - deyə həmsöhbətimiz söyləyib.

Deputat hesab edir ki, Ermənistan bundan düzgün nəticə çıxarmalıdır: “Nəhayət, anlamadırlar ki, işğalçılıq siyasəti onlara xeyir gətirməyəcək. Bu siyasət Ermənistanı uçuruma sürükləyir. Region çalxalanır və konfliktlərin mərkəzinə çevrilir. Belə bir şəraitdə Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi ilk növbədə onların özlərinə zərbə vuaracaq”.

“Azərbaycanın dünya miqyasında əhəmiyyəti artır. Türkiyə ilə müttəfiqlik münasibətləri rəsmiləşdirilib. İşğal altında olan torpaqlarımız azad edilib. Ermənistanın nə siyasi, nə iqtisadi, nə də hərbi gücü var ki, Azərbaycanın qarşısında duruş gətirə bilsin. İşğal dövründə xarici havadarlarına ümid edirdilər. Məhz onların sayəsində bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salındı. Lakin artıq əvvəlki dövr deyil. Ermənistan rəhbərliyi mövcud reallıqları nəzərə alaraq, qonşularla münasibətlərin normallaşmasında maraqlı olmalıdır. Əks halda ciddi problemlərlə üzləşəcək”, - deyə Mustafa vurğulayıb.

DİA.AZ-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı AYNA-ya şərhində qeyd edib ki, Rusiyanın Qarabağla bağlı mövqeyi tarixi fürsətdir: “Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun indiyə qədər belə bir açıqlamasına rast gəlməmişik. İlk dəfə idi ki, Lavrov belə mövqe ortaya qoyurdu. O, Ermənistanla bağlı digər tənqidi fikirlər də səsləndirib. Bu, o demək deyil ki, Rusiya Azərbaycana dəstək nümayiş etdirir. Dəstək olsaydı, indiyə qədər bəyan edilərdi. Ermənistanın mövcud siyasi rəhbərliyi sələflərinin yolu ilə getmir və bu səbədən Kremllə ciddi problemləri mövcuddur”.

“Moskva Paşinyana təzyiq etmək üçün müxtəlif üsullardan istifadə edir. Hətta, Ermənistanda növbədənkənar parlament seçkiləri də keçirilib. Bu seçkilərdə də Paşinyan və rəhbərlik etdiyi siyasi blok qələbə qazanıb. Yəni, Rusiyanın səyləri nəticəsiz qalıb. İndiki halda Rusiya Paşinyanı cəzalandırmaq üçün Azərbaycanın hədəflərinə çatmasına mane olmamaq xəttini tutub”, - deyə müsahibimiz bildirib.

Politoloqun fikrincə, Ermənistan tərəfi bundan nəticə çıxarmalıdır: “Onlar anlamalıdırlar ki, Rusiya kifayət qədər çətin vəziyyətdədir. Ukrayna ilə müharibə aparır. Bu təcavüz bir ilə yaxındır davam etsə də, Moskva ciddi nəticə əldə etməyib. Ukraynalılar da geri çəkilmək niyyətində deyillər. Digər yandan, Rusiyaya qarşı ABŞ, Böyük Britaniya, Avropa ölkələri tərəfindən çoxvektorlu embarqolar tətbiq edilib. Digər ölkələr də bu sanksiyalara qoşulub. Rusiya faktiki olaraq təklənmiş vəziyyətdədir. Şimal qonşumuz ciddi iqtisadi problemlərə hamilədir. Yəni, başı ciddi şəkildə özünə qarışıb. Belə bir şəraitdə Rusiya Ermənistana dəstək verməyəcək”.

“Ermənistan hakimiyyəti də Rusiya iqtidarına yaxın deyil. Paşinyan Qərbə yönəlik siyasi kursunu götürüb. Belə bir şəraitdə Azərbaycan öz hədəflərinə çatmaq üçün tarixi imkan əldə edir. Yaxşı olardı ki, Ermənistan mövcud reallığı qiymətləndirəydi. Rusiya hazırkı şəraitdə Azərbaycanın suverenliyinə mane olmaq iqtidarında və niyyətində deyil. Ermənistanın hərbi-siyasi rəhbərliyi gələcək siyasətini buna uyğunlaşdırmalıdır. İşğalçılıq siyasətindən birdəfəlik imtina olunmalıdır”, - deyə Şahinoğlu fikrini yekunlaşdırıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Alliance Logistics” şirkətində rəhbər dəyişikliyi - BUNDAN SONRA...
Bu gün, 12:29
Yanvarın 1-dən özəl sektorda maaşlar 14% azala bilər – Ekspert səbəbini açıqladı
Bu gün, 12:25
“Azərenerji”nin 24 milyon manatlıq tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 12:24
MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirilib - VİDEO
Bu gün, 12:10
23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi - MƏQALƏ
Bu gün, 12:05
Vidadi Mustafayevin Azərbaycan əleyhinə fəaliyyəti... - Diaspor adı altında Rusiya layihəsi
Bu gün, 12:00
Arvadına 20 bıçaq zərbəsi vuran qısqanc ərə 14 il HƏBS CƏZASI
Bu gün, 11:54
Vəkil Cavidan Osmanlı dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 11:51
Əbdül Xalidlə bağlı ŞOK İDDİA - “İlk evliliyindən olan uşağına…”
Bu gün, 11:47
Bakıda İsrail və Suriya arasında kritik GÖRÜŞ - "Sky News Arabia"
Bu gün, 11:41
Yetərsay çatmadı, bir qurumun tenderi - LƏĞV OLUNNDU
Bu gün, 11:34
İran “Mossad agenti”ni dar ağacına göndərdi - İRNA
Bu gün, 11:32
Kişi 7-ci mərtəbədən yıxılıb öldü - Bakıda DƏHŞƏT
Bu gün, 11:29
Paşinyanın növbəti hiyləsi: - “Qarabağ binası” niyə ləğv olunmur?
Bu gün, 11:27
"Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər"
Bu gün, 11:23
Vardanyanın Paşinyanı Bakıya gətirmək planı – MƏHKƏMƏ ZALINDAN ERMƏNİSTANA ATILAN "BOMBA"
Bu gün, 11:17
Zelenski Qərbə çağırış etdi: - “Daha çox Ukraynanı düşünün”
Bu gün, 11:01
"Hələ də anlaya bilmirəm ki,..."
Bu gün, 10:58
Paşinyan II Qareginin yerinə namizəd tapıb
Bu gün, 10:56
Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara SƏRT REAKSİYA
Bu gün, 10:54
“Qarabağ”ın Lissabon FƏTHİ – “Benfika” qalibiyyəti illüziya yaratmamalıdır”
Bu gün, 10:52
"Tamar" qaz layihəsinə görə Azərbaycanın İsrailə yatırımları yarım mlrd. dolları ötüb
Bu gün, 10:47
Kriminal aləmdə “Gəncəli Püsük” kimi tanınan şəxslə bağlı QƏRAR
Bu gün, 10:46
"Onları ifşa etdiyim üçün məni məhkəmənin əli ilə cəzalandırmaq istəyirdilər..." - TƏFƏRRÜAT
Bu gün, 10:35
"Qarabağ"ın hər hücumu təhlükəli idi" - "Benfika"nın ukraynalı futbolçusu
Bu gün, 10:30
Köhnə rəhbərlik NƏDƏN CƏZASIZ QALIB? - Nöqsana görə işdən atılır, amma nöqsan aradan qaldırılmır...
Bu gün, 10:28
Böyük Britaniya Cənubi Qafqaza qayıdır -ŞƏRH
Bu gün, 10:15
Gürcüstan Azərbaycana olan borcunu tam ödədi
Bu gün, 10:08
Paşinyandan “Putin NATO-su”na hücum - Bakıdan əl çəkmir
Bu gün, 09:59
Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib
Bu gün, 09:57
"Axı niyə fəhləyə qul kimi baxırlar?.." - ETİRAZ VAR...
Bu gün, 09:55
Sahil Babayev nazirin pulunu kəsdi – Qayıbovun maliyyə qeybinin pərdəarxası
Bu gün, 09:47
Tərtərdə 20 illik hotel bağlanır
Bu gün, 09:40
Bakıdan İrəvana sərt tələb - o əski parçalarını yığışdır!
Bu gün, 09:39
Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr - MƏQALƏ
Bu gün, 09:33
Azərbaycanda BOKT ləğv olunur
Bu gün, 09:29
Azərbaycanın müttəfiqi Türkiyə ilə dostu İsrail arasında müharibə riski ən pik həddə çatıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
"Finoko" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:16
"Teatrda heç kimlə ikili oyun oynamıram" - Nicat Kazımov
Bu gün, 09:14
"Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb
Bu gün, 09:06
‘Lotto Lombard’ mənim sığorta pulumu mənimsədi, maşınımı da qaytarmır” - Qarabağ qazisi NARAZILIQ EDİR
Bu gün, 07:34
"Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları sonlandırılanda regionda təhlükəsizlik tam təmin olunacaq" - FAKT BUDUR!
Bu gün, 07:31
Vasif Talıbovun korrupsiya ortağı BELƏ İLİŞDİ - İDDİA
Bu gün, 07:28
Dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:25
Hərbi Hava Qüvvələrinin generalının adı ilə onun müəllimini necə aldadıblar? - TƏFƏRRÜAT
Bu gün, 07:23
Günbəgün bahalaşan dərman bazarı... - NƏ ETMƏLİ?
Bu gün, 07:18
“Onkoloji xəstənin pulunu verməmək hansı vicdana, hansı insafa sığar?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:16
Məmləkətin 'Azercell' boyda dərdi... - AXI NİYƏ?..
Bu gün, 07:13
Bu qanunsuzluq aradan qalxmasa... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:02
Təhsil problemini həll etməli olanlar... təhsilimizə belə PROBLEM YARADIR...
Bu gün, 06:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru