Dövlət qurumunun tenderi .....                     Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir .....                     "Qalmışam əlacsız vəziyyətdə..." .....                     “Özləri də çox yerdə deyirlər ki, bir zənglə məsələni həll etdirdik” .....                     İsveçrə və Fransanın Azərbaycana yatırdıqları investisiyalar kəskin artıb .....                     Azərbaycanlı deputatı kimlər sıxışdırır? .....                     Mərhum generalın işində hökm oxundu .....                     İbrahim Kalın Suriyaya gedib .....                     "Vətəndaşın cibi hesabına büdcəni doldurmaq uğursuz olacaq" .....                     Azərbaycan ən çox bu beş ölkəyə mal ixrac edib .....                     “Xankəndindəki son terror cəhdinin arxasında Rusiya ilə bağlı qurumların durmasına zərrə qədər şübhəm yoxdur...” .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq sənədinin imzalanma tarixini müzakirə edib .....                     “AİD Language Center” xaricdə təhsil adıyla gəncləri aldadıb pulunu mənimsəyir .....                     Məşhur müğənnilər arasında qalmaqal böyüyür .....                     Rusiyadan Azərbaycanla bağlı inanılmaz həmlə: “eyni anda əməliyyatlar” .....                     Paşinyandan müxalifətə erkən seçki şoku .....                     İrəvanda “artsax nümayəndəliyi”: .....                     “Alliance Logistics” şirkətində rəhbər dəyişikliyi .....                     Yanvarın 1-dən özəl sektorda maaşlar 14% azala bilər .....                     “Azərenerji”nin 24 milyon manatlıq tenderini .....                     MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirilib .....                     23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi .....                     Vidadi Mustafayevin Azərbaycan əleyhinə fəaliyyəti... .....                     Arvadına 20 bıçaq zərbəsi vuran qısqanc ərə .....                     Vəkil Cavidan Osmanlı dələduzluqda ittiham olunur .....                     Əbdül Xalidlə bağlı ŞOK İDDİA .....                     Bakıda İsrail və Suriya arasında kritik GÖRÜŞ .....                     Yetərsay çatmadı, bir qurumun tenderi .....                     İran “Mossad agenti”ni dar ağacına göndərdi .....                     Kişi 7-ci mərtəbədən yıxılıb öldü .....                     Paşinyanın növbəti hiyləsi: .....                     "Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər" .....                     Vardanyanın Paşinyanı Bakıya gətirmək planı .....                     Zelenski Qərbə çağırış etdi: .....                     "Hələ də anlaya bilmirəm ki,..." .....                     Paşinyan II Qareginin yerinə namizəd tapıb .....                     Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara .....                     “Qarabağ”ın Lissabon FƏTHİ .....                     "Tamar" qaz layihəsinə görə Azərbaycanın İsrailə yatırımları yarım mlrd. dolları ötüb .....                     Kriminal aləmdə “Gəncəli Püsük” kimi tanınan şəxslə bağlı .....                 

"Dəhlizdə Azərbaycanın sərhəd postu və gömrük postu qurulmalıdır" - İsa Qəmbərdən ÇAĞIIŞ
Tarix: 10-01-2023, 10:19 | Çap et
"Dəhlizdə Azərbaycanın sərhəd postu və gömrük postu qurulmalıdır"
Milli Strateji Düçüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində Laçın dəhlizində ekofəalların aksiyası, Dağlıq Qarabağın dövlət naziri kimi təqdim edilən Ruben Vardanyanla bağlı Rusiyanın siyasi niyyətləri, Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti, Azərbaycan-Ermənistan sülh danışıqlarında Rusiya və Qərb dövlətlərinin rolundan danışıb. DİA.AZ “Yeni Sabah”a istinadla həmin müsahibəni təqdim edir:

- Sizcə Laçın dəhlizində ekofəlların dinc aksiyası nə ilə nəticələnə bilər? Aksiya iştirakçılarının tələbləri yerinə yetirilə bilərmi? Burada daha hansı məqsədlər ola bilər?

- Laçın dəhlizindəki dinc aksiya iştirakçılarının tələbləri Qarabağın dağlıq hissəsində hazırda ermənilərin və rusların nəzarətində olan torpaqlarda Azərbaycanın təbii sərvətlərinin sui-istifadəsinə qarşıdır. Əsas rəsmi tələb orada Azərbaycan rəsmilərinin, müvafiq nazirliyin əməkdaşlarının monitorinq keçirə bilməsi ilə bağlıdır. Bu əslində, hüquqi cəhətdən düzgün tələbdir. Amma aydın məsələdir ki, mövzu təkcə bu deyil. Mövzu 44 günlük Qarabağ savaşından keçən iki ildən artıq müddət ərzində Ermənistan-Azərbaycan arasında mövcud olan problemlərin həll edilməməsidir və bunun qarşısının həm Ermənistan rəsmiləri tərəfindən, həm Qarabağdakı separatçı rejim tərəfindən, həm də Rusiyanın oradakı hərbi kontingenti tərəfindən alınmasıdır. Azərbaycan bu dinc aksiya vasitəsi ilə beynəlxalq birliyin diqqətini problemlərin həll edilməməsinə yönəltmək istəyir. Eyni zamanda, məhz Ermənistanın və Rusiyanın səmərəsiz, revanşist ermənilərin ziyanlı yanaşması nəticəsində bu problemlərin həll edilməməsinə diqqəti cəlb etməyə çalışır. Ona görə də tələblərin nə şəkildə yekunlaşacağını bu gün demək çətindir. Amma aydın məsələdir ki, minimum nəticə Azərbaycanın müvafiq nazirliklərinin, ekologiya və sair nazirliklərinin gedib orada monitorinq keçirə bilməsidir. Eyni zamanda, təbii ki, Laçın dəhlizinin Azərbaycan dövlətinin nəzarətinə götürülməsidir. Dəhlizdə Azərbaycanın sərhəd postu və gömrük postu qurulmalıdır. Mövzu bununla bağlıdır.

- Azərbaycan prezidenti Qarabağın dövlət naziri kimi təqdim edilən Ruben Vardanyanın "Rusiyanın adamı" kimi gündəliyinin aydın olduğunu deyib. Sizcə Ruben Vardanyanın Qarabağa gəlməsi hansı siyasi məqsdələrə xidmət edir?

- Ruben Vardanyanın bura göndərilməsi, mən əminəm ki, o, Moskva rejimi, Putin tərəfindən göndərilib. Məqsəd sülhməramlı proseslərin qarşısını almaqdır, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının qarşısnı almaqdır. Bunun üçün də Vardanyanı Moskva oraya göndərib. Yəni, Moskva narahat idi ki, Araik Arutunyan nə qədər Moskvaya bağlı adam olsa da, eyni zamanda Paşinyanla dil tapırdı. Ona görə də Rusiya məsələni uzatmaq, Qarabağ məsələsinin həllini zamanın öhdəsinə buraxmaq məsələsini həyata keçirmək üçün Vardanyanı oraya göndərib. Bütövlükdə məqsəd konfliktin həll edilməsinə imkan verməməkdir. Moskvanın məqsədi budur. Vardanyan da həmin məqsədin bir alətidir. Moskva rəsmilərinin, Lavrovun və başqalarının guya Vardanyanın Rusiyaya heç bir dəxli olmaması haqqında dedikləri birbaşa yalandır.

- Ruben Vardanyanın Qarabağa gəlməsi Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının gündəliyinin pozulmasına gətirib çıxara bilərmi? Nəticə nə ola bilər?

- Artıq danışıqlar pozulub. Yəni, Brüsseldə, Praqada, Vaşinqtonda kifayət qədər uğurlu danışıqlar gedirdi və müəyyən ilkin razılaşmalar əldə olunmuşdu. Yadınızdadır ki, Valday forumunda Putin məsələni qarışdırmaq məqsədi ilə bir sıra açıqlamalar verdi. Guya məsələnin həlli ilə bağlı Vaşinqton variantı var və o variantda Qarabağın Azərbaycan torpaqları olması tam şəkildə qəbul edilir. Amma Putin düşünür ki, ermənilərin buna fərqli yanaşması da ola bilər. Ona görə də o tezisi ortaya atdı və Vardanyanın oraya göndərilməsi də danışıqların qarşısını almaq məqsədi güdürdü. Təəssüf ki, Moskva bu məsələdə öz istəyinə nail olub və danışıqlar faktiki olaraq dayanıb, münasibətlər isə kifayət qədər gərginləşib.

- Ermənistanın Rusiyanın vasitəçiliyi ilə son danışıqlardan imtina etməsi, Azərbaycanın isə "Rusiyanın adamı" hesab etdiyi Ruben Vardanyanla danışıqlar aparılmayacağını bəyan etməsi hər iki ölkənin Rusiyanın vasitəçiliyindən narazı olmasına işarə edir. Bu ABŞ və Avropa İttifaqının vasitəçiliyinin sülh danışıqlarında ön plana çıxacağını ehtimal etməyə əsas verirmi? Bu halda Rusiyanın reaksiyası necə ola bilər?

- Təəssüf ki, Rusiyanın danışıqları dayandırmaq məqsədi var. Fransanın da yanlış addımları oldu. Xüsusən də Fransanın dövlət başçısı Makronun açıq-aydın ermənipərəst mövqedən çıxış edərək, eyni zamanda guya vasitəçi kimi çıxış etməyə iddia etməsi müəyyən problemlər yaratdı. Ona görə də təkcə Moskva danışıqları dayanmadı, eyni zamanda Brüssel danışıqları, Praqa istiqaməti də dayanmış oldu. İndi bu vəziyyətdən çıxış yolu tapmaq üçün hesab edirəm ki, Vaşinqton və Brüssel yeni səylər ortaya qoymalıdır. Rusiyanın bu prosesdən kənarlaşdırılıb Avropa İttifaqı və ABŞ-ın iştirakı ilə gedən danışıqlara şərait yaradılmalıdır. Eyni zamanda, mən hesab edirəm ki, əslində ən düzgün yol Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlardır. Bu təklifi dəfələrlə səsləndirmişəm, bu, Tbilisidə başlayan danışıqlar ola bilər. Tbilisi əla platfomadır. Yəni, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması baxımından danışıqlar Tbilisidə başlaya bilər və daha sonra Yerevanda və Bakıda davam etdirilə bilər. Mən uğur yolunu bunda görürəm. Hesab edirəm ki, Ermənistan da, Azərbaycan da kifayət qədər yetkin xalqlardılar, dövlətlərdilər və özləri birbaşa danışıqlar aparıb problemləri birlikdə həll etməyə çalışmalıdırlar.

- Bir sıra ekspertlər Azərbaycan ərazisindəki Rusiya sülhməramlı kontingentinin işğalçı kontingentə çeviriləcəyini ehtimal edir. Siz necə düşünürsünüz?

- Məncə, rus hərbi kontingentinin işğalçı qüvvəyə çevrilməsi ehtimalından danışmağa ehtiyac yoxdur. Rus silahlı qüvvələri həmin torpaqlara gəldiyi gündən işğalçıdır. Sadəcə olaraq Azərbaycan hakimiyyəti müxtəlif səbəblərdən Rusiya ilə qarşı-qarşıya gəlmək istəmədiklərinə görə faktiki olaraq Moskvanın, Putin rejiminin şantajına, təzyiqlərinə boyun əyərək rus hərbçilərinin həmin torpaqlara yerləşdirilməsinə razılıq veriblər. Aydın məsələdir ki, Rusiya oraya problemi həll etmək üçün gəlməyib. Rusiya problemin həllini uzatmaq üçün və problemin mövcudluğundan Rusiyanın öz maraqları üçün istifadə etməsi üçün, Ermənistanı öz nəzarətində saxlamaq və Azərbaycana da Moskvanın təsirini artırmaq məqsədi ilə həmin kontingent oradadır. Həmin kontingent oradan kənarlaşmasa Azərbaycanın suverenliyinə, müstəqilliynə təhdid kimi davam edəcək. Ermənistanın da gerçək müstəqillik yolunda hərəkət etməsinə ciddi maneələr törədəcək. Ona görə də bu kontingent mümkün qədər tez Qarabağdan çıxarılmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Bu gün, 16:26
Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir
Bu gün, 16:24
"Qalmışam əlacsız vəziyyətdə..." - VƏTƏNDAŞ NƏ ETSİN?
Bu gün, 16:21
“Özləri də çox yerdə deyirlər ki, bir zənglə məsələni həll etdirdik” - BU NƏDİ BELƏ...
Bu gün, 16:12
İsveçrə və Fransanın Azərbaycana yatırdıqları investisiyalar kəskin artıb - SİYAHI
Bu gün, 16:07
Azərbaycanlı deputatı kimlər sıxışdırır? - Şirkətinə cinayət işi açıldı
Bu gün, 16:04
Mərhum generalın işində hökm oxundu – Müdafiə Nazirlindən 15 milyonluq oğurluq
Bu gün, 15:53
İbrahim Kalın Suriyaya gedib
Bu gün, 15:50
"Vətəndaşın cibi hesabına büdcəni doldurmaq uğursuz olacaq" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:48
Azərbaycan ən çox bu beş ölkəyə mal ixrac edib - DETALLAR
Bu gün, 15:44
“Xankəndindəki son terror cəhdinin arxasında Rusiya ilə bağlı qurumların durmasına zərrə qədər şübhəm yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 13:09
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq sənədinin imzalanma tarixini müzakirə edib
Bu gün, 13:06
“AİD Language Center” xaricdə təhsil adıyla gəncləri aldadıb pulunu mənimsəyir - NARAZILIQ VAR...
Bu gün, 13:05
Məşhur müğənnilər arasında qalmaqal böyüyür - "Müğənni dedi ki, atası ölüb"
Bu gün, 12:59
Rusiyadan Azərbaycanla bağlı inanılmaz həmlə: “eyni anda əməliyyatlar” – ŞOK gizlinlər
Bu gün, 12:58
Paşinyandan müxalifətə erkən seçki şoku
Bu gün, 12:55
İrəvanda “artsax nümayəndəliyi”: - məhkəmə niyə 2026-ya qalır?
Bu gün, 12:53
“Alliance Logistics” şirkətində rəhbər dəyişikliyi - BUNDAN SONRA...
Bu gün, 12:29
Yanvarın 1-dən özəl sektorda maaşlar 14% azala bilər – Ekspert səbəbini açıqladı
Bu gün, 12:25
“Azərenerji”nin 24 milyon manatlıq tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 12:24
MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirilib - VİDEO
Bu gün, 12:10
23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi - MƏQALƏ
Bu gün, 12:05
Vidadi Mustafayevin Azərbaycan əleyhinə fəaliyyəti... - Diaspor adı altında Rusiya layihəsi
Bu gün, 12:00
Arvadına 20 bıçaq zərbəsi vuran qısqanc ərə 14 il HƏBS CƏZASI
Bu gün, 11:54
Vəkil Cavidan Osmanlı dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 11:51
Əbdül Xalidlə bağlı ŞOK İDDİA - “İlk evliliyindən olan uşağına…”
Bu gün, 11:47
Bakıda İsrail və Suriya arasında kritik GÖRÜŞ - "Sky News Arabia"
Bu gün, 11:41
Yetərsay çatmadı, bir qurumun tenderi - LƏĞV OLUNNDU
Bu gün, 11:34
İran “Mossad agenti”ni dar ağacına göndərdi - İRNA
Bu gün, 11:32
Kişi 7-ci mərtəbədən yıxılıb öldü - Bakıda DƏHŞƏT
Bu gün, 11:29
Paşinyanın növbəti hiyləsi: - “Qarabağ binası” niyə ləğv olunmur?
Bu gün, 11:27
"Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər"
Bu gün, 11:23
Vardanyanın Paşinyanı Bakıya gətirmək planı – MƏHKƏMƏ ZALINDAN ERMƏNİSTANA ATILAN "BOMBA"
Bu gün, 11:17
Zelenski Qərbə çağırış etdi: - “Daha çox Ukraynanı düşünün”
Bu gün, 11:01
"Hələ də anlaya bilmirəm ki,..."
Bu gün, 10:58
Paşinyan II Qareginin yerinə namizəd tapıb
Bu gün, 10:56
Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara SƏRT REAKSİYA
Bu gün, 10:54
“Qarabağ”ın Lissabon FƏTHİ – “Benfika” qalibiyyəti illüziya yaratmamalıdır”
Bu gün, 10:52
"Tamar" qaz layihəsinə görə Azərbaycanın İsrailə yatırımları yarım mlrd. dolları ötüb
Bu gün, 10:47
Kriminal aləmdə “Gəncəli Püsük” kimi tanınan şəxslə bağlı QƏRAR
Bu gün, 10:46
"Onları ifşa etdiyim üçün məni məhkəmənin əli ilə cəzalandırmaq istəyirdilər..." - TƏFƏRRÜAT
Bu gün, 10:35
"Qarabağ"ın hər hücumu təhlükəli idi" - "Benfika"nın ukraynalı futbolçusu
Bu gün, 10:30
Köhnə rəhbərlik NƏDƏN CƏZASIZ QALIB? - Nöqsana görə işdən atılır, amma nöqsan aradan qaldırılmır...
Bu gün, 10:28
Böyük Britaniya Cənubi Qafqaza qayıdır -ŞƏRH
Bu gün, 10:15
Gürcüstan Azərbaycana olan borcunu tam ödədi
Bu gün, 10:08
Paşinyandan “Putin NATO-su”na hücum - Bakıdan əl çəkmir
Bu gün, 09:59
Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib
Bu gün, 09:57
"Axı niyə fəhləyə qul kimi baxırlar?.." - ETİRAZ VAR...
Bu gün, 09:55
Sahil Babayev nazirin pulunu kəsdi – Qayıbovun maliyyə qeybinin pərdəarxası
Bu gün, 09:47
Tərtərdə 20 illik hotel bağlanır
Bu gün, 09:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru