Kupyanskda nələr baş verir? .....                     Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb .....                     Nahid Bağırovun şübhəli TENDER ORTAĞI .....                     Qəbir yeri də bahalaşdı... .....                     Xankəndi terrorunda ASALA İZİ... .....                     Azərbaycan iş adamları Kolumbiyaya yarıtım etməyə başlayıblar .....                     “Şərq Kimya Şirkəti-Bakı”nın külli miqdarda vergi borcu üzə çıxdı .....                     Suriya-İsrail dialoqunda BAKI MASASI... .....                     Rusiya Azərbaycana Xəzərdən HÜCUM EDƏCƏK? .....                     Mədət Zeynalovun bağça biznesi .....                     Misli.az qadın futbolunu niyə bloklayır? .....                     "Nizami City" sakinləri CANA DOYURUB... .....                     ABŞ -nin qarant rolunda iştirakı... .....                     “AccessBank”a borclandınsa... BATDIN! .....                     Deputatdan ətin bahalaşmasına etiraz .....                     "Hər hansı geri çəkilmə və ya ləngimə müşahidə olunmur" .....                     İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ .....                     SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" .....                     Xankəndidəki təxribatın arxasında .....                     “Music Gallery” müştərini necə süründürür? .....                     "Neftçi" klubunun şikayəti təmin edilməyib .....                     Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... .....                     Ermənistan-İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib .....                     Keçmiş səfirin qızına cinayət işi açıldı .....                     Ağazaryan Sərkisyanın planı barədə: .....                     Bakının yeni missiyası... .....                     Dövlət qurumunun tenderi .....                     Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir .....                     "Qalmışam əlacsız vəziyyətdə..." .....                     “Özləri də çox yerdə deyirlər ki, bir zənglə məsələni həll etdirdik” .....                     İsveçrə və Fransanın Azərbaycana yatırdıqları investisiyalar kəskin artıb .....                     Azərbaycanlı deputatı kimlər sıxışdırır? .....                     Mərhum generalın işində hökm oxundu .....                     İbrahim Kalın Suriyaya gedib .....                     "Vətəndaşın cibi hesabına büdcəni doldurmaq uğursuz olacaq" .....                     Azərbaycan ən çox bu beş ölkəyə mal ixrac edib .....                     “Xankəndindəki son terror cəhdinin arxasında Rusiya ilə bağlı qurumların durmasına zərrə qədər şübhəm yoxdur...” .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq sənədinin imzalanma tarixini müzakirə edib .....                     “AİD Language Center” xaricdə təhsil adıyla gəncləri aldadıb pulunu mənimsəyir .....                     Məşhur müğənnilər arasında qalmaqal böyüyür .....                 

Məktəbli forması və korupsiya şorbası... - deputat yazır...
Tarix: 5-09-2022, 07:42 | Çap et
Məktəbli forması və korupsiya şorbası...
Azərbaycan Respublikasının əlahəzrət Konstitusiyasi var. Orada ən dəyərli maddələrdən biri də 42 saylıdır. Bu maddə hər kəsə təhsil hüquqi verir və üstəlik də pulsuz icbari ümumi orta təhsil almaq hüququnu dövlətin təmin etdiyini bildirir. Təəssüf ki, bu gün həmin hüququn real həyatda gerçəkləşdirilməsi həm də "Oxumuram!" və ya "Oxutmuram!" deyə biləcək bir hüququn yaranmasına bəhanə verir. Ancaq bizim aydınlıq gətirmək istədiyimizi əsas məsələ məhz bu hüquqdan istifadə edən, övladını icbari təhsil almağa həvəslə göndərən, hətta bunun üçün "yaxşı məktəb", "yaxşı sinif" üçün qeyri-qanuni vəsait ödəyən insanlara aiddir. Bu o deməkdir ki, istənilən vətəndaş pulsuz orta təhsili dövlətin hesabına alır və dövlət bunu etməyə borcludur. Bu həm də o deməkdir ki, məktəblin işığından başlamış istiliyinə, təmizliyinə, oturacaq yerinin keyfiyyətinə, uşağın məktəbə nəqliyyat vasitəsi ilə çatdırılmasına, uşaqların təhlükəsizliyinə, məktəb hüdudlarında sağlamlığına, savadlı və əxlaqlı pedaqoqlarla, idarəçilərlə təmin olunmasına və ən əsası da dərslik, ləvazimat, məktəb hüdudlarında geyim formasına qədər təminat dövlət tərəfindən gerçəkləşdirilməlidir. Bunun üçün də dövlət büdcəsindən ayrıca bəndlər üzrə vəsait ayrılır. Uzun illərdir bizim məmləkətdə icbari təhsil hüququ və təhsilverən üçün təhsil alanın qanunsuz ödənişlər etməsi problem olaraq qalır. Açıq etiraf edək ki, dövlət öz üzərinə düşən minimumları edir: məktəb tikir, təhsil verdiyinə görə müəllimə pul ödəyir, dərslikləri pulsuz verir, yaxşı-pis təhsil infrastrukturunu qurur, təhlükəsizliyi qoruyur. Lakin Konstitusiyanın tələbinə uyğun gələn bəzi öhdəliklərin yerinə yetirilməsi illərdir mümkün olmur. Burada söhbət təkcə təhsil şəbəkəsində geniş yayılmış korrupsiya elementlərindən getmir, məktəbə ənənəvi baxışın dəyişməməsindən gedir. Əgər orta təhsil icbaridirsə, mənim də təhsil hüququm varsa, mən aclıqdan, geyimsizlikdən, nəqliyyat imkansızlığından bu hüququmu gerçəkləşdirə bilmirəmsə, bunun maddi təminatını hökmən dövlət etməlidir. İndi bizdə uşağın məktəbə çatdırılması üçün nəqliyyat xərcləri, məktəbdə ac-susuz qalmaması üçün ödənişlər, dərslikdənkənar xeyli sayda vəsaitin alınması, idman ləvazimatları, məktəbli çantası təminat olaraq valideyinə aiddir. İllərdir buraya məktəbli forması da əlavə olunur və bu forma standartları və seçimi xüsusi bir korrupsiya şəbəkəsinin formalaşmasına imkan yaradır. Əgər valideyinin bu təminatı gerçəkləşdirməyə maddi imkanı və ya həvəsi yoxdursa, o halda nə baş verəcək? Uşağı məktəbdən hansı əsaslarla uzaqlaşdıracaqlar? "Niyə maşın tapıb dərsə gələ bilmirsən, niyə pul tapıb forma ala bilmirsən, niyə çantan yoxdur, niyə idman dərsləri üçün geyim almamısan" kimi sualları hansı əsasla verə bilərsiniz? Sözün qısası budur: hansısa vəzifəli şəxsin, hansısa qurumun, hansısa direktorun, sinif rəhbərinin "bu cür forma geyəcəksən, filan yerdən alacaqsan, filan qiyməti ödəyəcəksən" tələbi, təklifi, hətta tövsiyyəsi tamamilə qanunsuzdur. Dövləti təmsil edən müvafiq icra hakimiyyəti ya özün bu formanı verəcəksən (Konstitusiya da məhz bunu deyir), təmin edə bilmirsənsə valideyn üçün optimal standartlara uyğun gələn (açıq-saçıqlığa, fərqləndiriciliyə aşkar yol açmayan) alternativ forma əldə etməsinə imkan yaradacaqsan! İndiki halda məktəblilərə ödənişlə təklif olunan məktəbli formaları valideyinlərdən qanunsuz şəkildə alınan, onlara yüklənən bir korrupsiya variantıdır. Bu şəbəkədən, bu qiymətə və həm də bu formanı almalısan dayatması mədəniyyətsiz bir soyğunçuluqdur. Buyurub məktəblər üçün beş-on növdə alternativ geyim forması tövsiyyə edin, valideyn də minimum məsrəflə və ya məsrəfsiz şəkildə bu problemi çözə bilsin. Sözümün canı budur ki, hansısa vəzifəli şəxsin, sinif rəhbərinin məhz bu formanı geyməlisən, məhz bu formanı almalısan deməsi tamamilə qanuna ziddir, vətəndaşın təhsil hüququnun gerçəkləşməsinə qarşı davranışdır. Əlbəttə, geyim üçün məktəbə xas əxlaq standartlarının tələb olunmasına hansısa valideyn narahat olmaz, əsas odur ki, məktəbli formasından kimlərsə korrupsiya şorbası bişirməsin.
Fazil Mustafa
millət vəkili
DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kupyanskda nələr baş verir? - Makovski
Bu gün, 07:15
Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb
Bu gün, 07:13
Nahid Bağırovun şübhəli TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 06:33
Qəbir yeri də bahalaşdı... - AÇIQLAMA
Bu gün, 06:28
Xankəndi terrorunda ASALA İZİ... - GƏLİŞMƏ
Bu gün, 06:25
Azərbaycan iş adamları Kolumbiyaya yarıtım etməyə başlayıblar – MƏBLƏĞ
Bu gün, 06:22
“Şərq Kimya Şirkəti-Bakı”nın külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 05:58
Suriya-İsrail dialoqunda BAKI MASASI... - Biz geniş miqyasda oynamağa başlamışıq...
Bu gün, 05:51
Rusiya Azərbaycana Xəzərdən HÜCUM EDƏCƏK? - Görünəni odur ki...
Bu gün, 05:40
Mədət Zeynalovun bağça biznesi - İTTİHAM VAR...
Bu gün, 05:38
Misli.az qadın futbolunu niyə bloklayır? - İLGİNC FAKT
Bu gün, 05:32
"Nizami City" sakinləri CANA DOYURUB... - Vətəndaşın evi görün nə hala düşdü
Bu gün, 05:28
ABŞ -nin qarant rolunda iştirakı... ONA GÖRƏ vacibdir ki...
Bu gün, 05:22
“AccessBank”a borclandınsa... BATDIN! - BU DA FAKT...
Bu gün, 05:20
Deputatdan ətin bahalaşmasına etiraz - “Həyətlər boşdur”
Bu gün, 05:11
"Hər hansı geri çəkilmə və ya ləngimə müşahidə olunmur" - AKTUAL
Bu gün, 05:08
İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ - Azərbaycanda bu sahələr iflic olacaq
Dünən, 18:04
SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" – İrandan gülünc və fantaziya xarakterli hədələr
Dünən, 18:00
Xankəndidəki təxribatın arxasında KİM DAYANIR Kİ...
Dünən, 17:52
“Music Gallery” müştərini necə süründürür? - AXI NİYƏ?
Dünən, 17:44
"Neftçi" klubunun şikayəti təmin edilməyib
Dünən, 17:21
Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... - Replika
Dünən, 17:11
Ermənistan-İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib - Paşinyan
Dünən, 17:06
Keçmiş səfirin qızına cinayət işi açıldı - SİYAHI
Dünən, 16:45
Ağazaryan Sərkisyanın planı barədə: - Yekə-yekə danışmağın mənası yoxdur
Dünən, 16:40
Bakının yeni missiyası... - GƏLİŞMƏ...
Dünən, 16:35
Dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 16:26
Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir
Dünən, 16:24
"Qalmışam əlacsız vəziyyətdə..." - VƏTƏNDAŞ NƏ ETSİN?
Dünən, 16:21
“Özləri də çox yerdə deyirlər ki, bir zənglə məsələni həll etdirdik” - BU NƏDİ BELƏ...
Dünən, 16:12
İsveçrə və Fransanın Azərbaycana yatırdıqları investisiyalar kəskin artıb - SİYAHI
Dünən, 16:07
Azərbaycanlı deputatı kimlər sıxışdırır? - Şirkətinə cinayət işi açıldı
Dünən, 16:04
Mərhum generalın işində hökm oxundu – Müdafiə Nazirlindən 15 milyonluq oğurluq
Dünən, 15:53
İbrahim Kalın Suriyaya gedib
Dünən, 15:50
"Vətəndaşın cibi hesabına büdcəni doldurmaq uğursuz olacaq" - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:48
Azərbaycan ən çox bu beş ölkəyə mal ixrac edib - DETALLAR
Dünən, 15:44
“Xankəndindəki son terror cəhdinin arxasında Rusiya ilə bağlı qurumların durmasına zərrə qədər şübhəm yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 13:09
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq sənədinin imzalanma tarixini müzakirə edib
Dünən, 13:06
“AİD Language Center” xaricdə təhsil adıyla gəncləri aldadıb pulunu mənimsəyir - NARAZILIQ VAR...
Dünən, 13:05
Məşhur müğənnilər arasında qalmaqal böyüyür - "Müğənni dedi ki, atası ölüb"
Dünən, 12:59
Rusiyadan Azərbaycanla bağlı inanılmaz həmlə: “eyni anda əməliyyatlar” – ŞOK gizlinlər
Dünən, 12:58
Paşinyandan müxalifətə erkən seçki şoku
Dünən, 12:55
İrəvanda “artsax nümayəndəliyi”: - məhkəmə niyə 2026-ya qalır?
Dünən, 12:53
“Alliance Logistics” şirkətində rəhbər dəyişikliyi - BUNDAN SONRA...
Dünən, 12:29
Yanvarın 1-dən özəl sektorda maaşlar 14% azala bilər – Ekspert səbəbini açıqladı
Dünən, 12:25
“Azərenerji”nin 24 milyon manatlıq tenderini - BU ŞİRKƏT UDDU
Dünən, 12:24
MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirilib - VİDEO
Dünən, 12:10
23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi - MƏQALƏ
Dünən, 12:05
Vidadi Mustafayevin Azərbaycan əleyhinə fəaliyyəti... - Diaspor adı altında Rusiya layihəsi
Dünən, 12:00
Arvadına 20 bıçaq zərbəsi vuran qısqanc ərə 14 il HƏBS CƏZASI
Dünən, 11:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru