“Araz Supermarket”də təyinat olub .....                     Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? .....                     Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki... .....                     Lənkəranın kanalizasiya sistemini tikəcək şirkət müəyyənləşib .....                     Qubadlıda 24 milyonluq layihəni icra edəcək şirkət .....                     "Zümrüd Residence"dən 3 otaq ev aldı, 2 otaq çıxdı .....                     ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı .....                     Regionda sürpriz gəlişmə: İrəvandan yeni ordu həmləsi .....                     Kupyanskda nələr baş verir? .....                     Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb .....                     Nahid Bağırovun şübhəli TENDER ORTAĞI .....                     Qəbir yeri də bahalaşdı... .....                     Xankəndi terrorunda ASALA İZİ... .....                     Azərbaycan iş adamları Kolumbiyaya yarıtım etməyə başlayıblar .....                     “Şərq Kimya Şirkəti-Bakı”nın külli miqdarda vergi borcu üzə çıxdı .....                     Suriya-İsrail dialoqunda BAKI MASASI... .....                     Rusiya Azərbaycana Xəzərdən HÜCUM EDƏCƏK? .....                     Mədət Zeynalovun bağça biznesi .....                     Misli.az qadın futbolunu niyə bloklayır? .....                     "Nizami City" sakinləri CANA DOYURUB... .....                     ABŞ -nin qarant rolunda iştirakı... .....                     “AccessBank”a borclandınsa... BATDIN! .....                     Deputatdan ətin bahalaşmasına etiraz .....                     "Hər hansı geri çəkilmə və ya ləngimə müşahidə olunmur" .....                     İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ .....                     SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" .....                     Xankəndidəki təxribatın arxasında .....                     “Music Gallery” müştərini necə süründürür? .....                     "Neftçi" klubunun şikayəti təmin edilməyib .....                     Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... .....                     Ermənistan-İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib .....                     Keçmiş səfirin qızına cinayət işi açıldı .....                     Ağazaryan Sərkisyanın planı barədə: .....                     Bakının yeni missiyası... .....                     Dövlət qurumunun tenderi .....                     Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir .....                     "Qalmışam əlacsız vəziyyətdə..." .....                     “Özləri də çox yerdə deyirlər ki, bir zənglə məsələni həll etdirdik” .....                     İsveçrə və Fransanın Azərbaycana yatırdıqları investisiyalar kəskin artıb .....                     Azərbaycanlı deputatı kimlər sıxışdırır? .....                 

“Ermənilərin çıxarılması nəzərdə tutulan plan üzrə həyata keçirilir” - deputat
Tarix: 23-08-2022, 08:10 | Çap et
“Ermənilərin çıxarılması nəzərdə tutulan plan üzrə həyata keçirilir”
Yayılan məlumatlar və gedən proseslər onu göstərir ki, Laçın dəhlizi, dəhliz boyunca yerləşən Zabux və Sus kəndləri, Laçın şəhəri və bir sıra strateji yüksəkliklər yaxın günlərdə Azərbaycanın tam nəzarətinə keçəcək.

Artıq Azərbaycan ordusunun təmsilçiləri adları çəkilən kəndlərdə və Laçının rayon mərkəzində olmuş, Rusiya sülhməramlıları və Qarabağda yaşayan erməni icmasının rəhbərləri ilə bərabər inventarlaşdırma aparıblar. Burada məqsəd yuxarıda adları çəkilən yaşayış məntəqələrinin, meşə örtüyü və ərazilərin yandırılmadan, dağıdılıb, qəsb olunmadan Azərbaycana təhvil verilməsidir. Laçın və dəhlizboyu kəndlərdə Suriyadan, Liviya və Rusiyadan gətirilmiş ermənilər 1994-cü ildən bəri məskunlaşdırılıb və indi onlar oradan çıxarılır. Azərbaycan tərəfi bundan əvvəlki Kəlbəcər nümunəsindən dərs çıxardaraq, bu dəfə tədbirli davranıb. Erməni icmasının avtoritetləri hansısa yolla prosesə cəlb olunub, Rusiya sülhməramlıları isə artıq xeyli müddətdir, Azərbaycanın dediklərini həvəslə icra etməkdədirlər. İndi sülhməramlı rus zabitləri azərbaycanlı jurnalist Eynulla Fətullayevin Laçın şəhərinə və Zabuxa komifilə olunmuş səfərini təşkil edir, onu qoruyur, eyni zamanda, Azərbaycan FHN-in yanğınsöndürən maşınlarını Laçın şəhərinə və Zabux kəndinə müşayiət edir, onları erməni aqressiyasından mühafizə edirlər.

Zabux və Sus kəndlərində, eləcə də Laçının mərkəzində qanunsuz məskunlaşan ermənilərin əksəriyyəti artıq bu yaşayış məntəqələrini tərk ediblər. Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində cəmi bir neçə ailə qalıb, qalanları Ermənistanın müxtəlif rayonlarına gedib. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Haqqın.az məlumat yayıb. “Kavkazskiy uzel” nəşri xəbər verir ki, “Laçın administrasiyası” adlanan qurum ermənilərə avqustun 20-dək yaşayış məntəqələrini tərk etməyi tapşırıb. Əmlakını vaxtında daşımağa vaxt tapmayan ailələrə əlavə 5 gün, yəni avqustun 25-dək vaxt verilib. Həmçinin bildirilir ki, erməni sakinlərinin tərk etməli olduqları bütün yaşayış məntəqələrinin artıq elektrik enerjisi və rabitə xətti kəsilib. 44 günlük müharibədən sonra Sus kəndində dörd və ya beş ailə qalıb, onlar da artıq kəndi tərk ediblər, əhalinin 90 faizi Laçını və Zabux kəndini tərk edib. Laçından üç, Zabuxdan isə beş ailə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində qalmağa qərar veriblər - onların Xankəndidə yerləşdiriləcəklərinə söz verilib. Özünü “Laçın administrasiyası”nın rəhbəri kimi təqdim edən Muşeq Alaverdyan avqustun 25-dək şəhərin Azərbaycanın nəzarətinə veriləcəyini bildirib. Onun “həmkarı” özünü “Zabux kənd administrasiyasının” başçısı adlandıran Andranik Çauşyan isə bildirib ki, artıq ailəsini köçürdüyü Xankəndində müvəqqəti məskunlaşmaq niyyətindədir: “Hazırda Zabuxda cəmi 30 nəfər qalıb, hamı əşyaların daşınması ilə məşğuldur”.

Laçındakı mağazalardan birinin sahibi Aida Balikyan etiraf edib ki, işğal illərində burada məskunlaşıb: “Ermənistan hökuməti eksperiment olaraq bizi Laçına yerləşdirdiklərini söylədi. Biz də hökumətə inandıq və bu yerlərə gəldik. Məlum oldu ki, verdikləri vədlərin hamısı yalandır”.

Yeri gəlmişkən, İtaliyanın tag43.it portalı yazır ki, Qarabağda Rusiya sülhməramlıları ilə bağlı narazılıqlar son toqquşmalardan sonra xüsusilə artıb. “44 günlük müharibədən sonra ermənilər bu yerlərə qayıtdılar, çünki ruslar onların təhlükəsizliyinə zəmanət verdi. Rusiya sülhməramlıları öz vəzifələrini yerinə yetirməlidirlər. Hər şey belə davam edərsə, o zaman bu əraziyə beynəlxalq sülhməramlıların yerləşdirilməsini tələb edəcəyik” - deyə Xankəndi sakini bildirib. Qeyd edək ki, 10 noyabr üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) bəyanatına əsasən, Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilər bu əraziləri boşaldır. Ermənilər vandal davranışlarından hələ də əl çəkmirlər. Zabuxdan köçən daha bir erməni evini yandırıb. Bu barədə telegram kanallarında video yayılıb. Videodan da göründüyü kimi, yaşlı erməni əlindəki bir şüşə benzini evə boşaldır. Qeyd edək ki, Laçının Zabux kəndi “Laçın dəhlizi”ndə Azərbaycan-Ermənistan sərhədində, Zabux çayı sahilində yerləşir və burada hələ də ermənilər yaşayır. Bu günlərdə ermənilər Zabuxdan köçürülür. Burada yaşayanlar əsasən Livan, Suriya, Rusiya, İraqdan köçüb gəlmiş ermənilərdir.

Yayılan məlumatlara görə, tək-tük ermənilər Qarabağda qalmağa qərar verirlər, əksəriyyət başını və qəbirlərini götürüb Ermənistana qaçırlar. Azərbaycan dövlətinin zarafat etmədiyini “Qisas” əməliyyatından sonra anlamağa başlayan erməni terrorçular da özlərini yığışdırmağa başlayıblar bu ərəfədə. Yeri gəlmişkən, FHN-in Qarabağ rayonları üzrə strukturlarının və texnikasının Laçın və dəhlizboyu kəndlərə göndərilməsi Azərbaycanın möhtəşəm və iddialı gedişlərindən sayılmalıdır. Ermənilər laçını yandırmasın, yandırsalar, FHN texnikası iş başında olacaq! Azərbaycanın digər bölgələrində yanğın çıxanda necə bizim öz yanğınsöndürənlərimiz hadisə yerində olursa, ayrılmaz və müqəddəs parçamız olan Laçını da yanğından özümüz qorumalı, özümüz söndürməliyik.

Belə bir ərəfədə, mərhələ xarakterli bir prosesi uğurla apardığımız zaman ölkə daxilindəki və xaricindəki hansı amillər prosesə kölgə sala bilər? Bu amillər yolundamı və ortaya hansısa təhdidlər çıxa bilərmi? Azərbaycan müxalifəti Laçın prsosesinə necə baxır və dövlətin siyasəti ilə razıdırmı? Prosesə İran və Rusiyanın loyallığı gözlə görünür, bəs, Qərb ölkələri nə əcəb heç səs eləmirlər, hansısa bəyanatlar, hansısa telefon zəngləri, səfərlər müşahidə edilmir? Hər kəs Azərbaycanın yaratdığı status-kvo ilə bu qədərmi razıdır?

Məsələ Qarabağdakı separatçı ermənilər və oyuncaq-saxta rejim üçün o qədər ümidsizdir ki, onların təmsilçiləri son günlər tək qaldıqlarını, Ermənistan ermənilərinin də onları tərk etdiklərini açıq şəkildə söyləyir və şikayətlənirlər. “Artsax cəmiyyəti tək qalıb’’, - deyə fəryad edən erməni fəallar və politoloqlar haqlıdırlarmı və bu əhval-ruhiyyə Azərbaycanın xeyrinədirmi? Tək qalıblarsa, buyursunlar bizim torpaqları tərk etsinlər.

Bu əhvalda olan icmanın Azərbaycana inteqrasiya prosesi necə olacaq? Dövlətimizin bu istiqamətdəki planları ermənilərin o cür pessimist əhvalına uğun gəlirmi? diaaz.space-ın məlumatına görə, BQP başqanı, deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, Laçın şəhəri, Zabux və Sus kəndlərindən ermənilərin çıxarılması nəzərdə tutulan plan üzrə həyata keçirilir: “Azərbaycan tərəfi də qısamüddətli ”Qisas" əməliyyatında qətiyyətli şəkildə bir daha göstərdi ki, deyilən müddətdə bu addımlar atılmayacaqsa, ən sərt münasibəti ortaya qoyacaq. Bunu həm Rusiya sülhməramlıları, həm erməni hərbi birləşmələri, həm də Ermənistan rəhbərliyi gördü. O baxımdan da burada proses bizim istədiyimiz şəkildə gedir. Həqiqətən də biz qabaqlayıcı müəyyən addımlar ata bildik. Xüsusilə də Rusiya sülhməramlıları, Qarabağda yaşayan erməni separatçılarının təmsilçilərinin diqqətinə prosesin bu qədər gərginləşdirilməsi, yanğınların, dağıntıların törədilməsinin gələcəkdə onlar üçün böyük problemlər yaradacağını çatdırdıq. Bildirdik ki, Azərbaycan bu məsuliyyətsiz davranışların cavabını daha sərt şəkildə verə bilər. Bunu da onunla əsaslandıra bilər ki, bütün bunlar sizin Kəlbəcərdə, Laçında etdiklərinizin çox kiçik hissəsidir və biz sizə edirik. Bizim belə bir niyyətimiz yoxdur, amma siz bizi buna məcbur edirsiniz. O halda biz bu addımı istənilən vaxt sizə qarşı atmağa qadirik və bunu da edəcəyik. Ona görə də onların gələcəyin “Qisas-2"sini gözləmədən belə bir addım atmaları hər halda yerində oldu”.

F.Mustafanın sözlərinə görə, eyni zamanda Azərbaycan FHN-in yanğınsöndürənlərinin bölgəyə getməsi, rus hərbçilərin müşahidəsi ilə orda yerləşməsi mümkün yanğının lokallaşdırılmasını təmin edə biləcək ehtiyat addımlar idi: “Bu məsələdə Rusiya sülhməramlıları da prosesə Rusiyanın imzaladığı sənədə hörmət prizmasından yanaşdılar. Çünki bizim burada Rusiya sülhməramlılarından hansısa bir tələb, yaxud fədakarlıq istəyimiz olmayıb. Burda birbaşa Putinin altına imza atdığı sənəddən söhbət gedir. Həmin sənəddə də Azərbaycan öhdəsinə düşən yolu çəkibsə - bizə dəxli yoxdur, Ermənistan çəkəcək, çəkməyəcək, xüsusilə Laçın dəhlizi ilə bağlı vəziyyət necə olacaq - buyurub, hələ ki, həmin yolla hərəkət eləsinlər. İndi biz artıq Zəngəzur üzərində indekslənmişik, Zəngəzur dəhlizini həll etməyə iradə ortaya qoymasalar, onda Laçın dəhlizi ilə bağlı imkanlarımız daha da genişlənəcək. O halda məsələyə müdaxilə etmək imkanımız kifayət qədər real olacaq. Ermənilərin də bu məsələdə ümidsizləşməsi bizim illərdir gözlədiyimiz prosesdir. İllər keçdikcə, zaman bizim xeyrimizə işləyir. Təbii ki, biz arzu etdiyimiz hədəfə tam çatmamışıq. Amma arzu etdiyimiz hədəfə çatmaq üçün bütün pilləkənlərı qoyuruq. Yəni o binaya çıxamğımız üçün lazım olan pilləkənləri artıq qoymuşuq. İndi o binanın içərisinə qalxmaq üçün bizə müəyyən vaxt lazımdır. İndi vaxtdan ən ağıllı istifadə edən məhz Azərbaycan dövlətidir. Azərbaycan Prezidentinin də qətiyyətli şəkildə bu mövzuda kompromissiz bir siyasət sərgiləməsini müşahidə etməkdəyik. Son vaxtlar Ermənistan ictimaiyyətinə daha məqsədyönlü şəkildə mesajlar ötürülür və orda da öz rezonansını göstərir. Xüsusilə də Zəngəzur məsələsində Azərbaycanın hansısa güzəşti düşünmədiyini hər dəfə vurğulaması, üstəlik, Qərbi Azərbaycan icmasının yaranması da Ermənistanın iddialarına qarşılıq verəcək bir siyasi modelin də qurulduğunu təsdiqləyir. Yəni biz bütün platformalarda - siyasi, diplomatik, hərbi, mülki platformalarda - üstünlüyü artıq ələ götürmüşük”. Millət vəkili qeyd etdi ki, artıq sentyabrın 1-dən sonrakı yeni dövrün başlanğıcından bəhs etmək olar: “Çünki ərazi ilə bağlı imzalanan bütün bəndlər yerinə yetirildi. Qaldı əlimizdə olmayan ərazidə yaşayan ermənilərlə problemi çözmək. Bu problemin çözülməsi də Azərbaycan vətəndaşlığı kontekstində ola bilər. Azərbaycan bu ərazilərdə möhkəmlənəndən sonra Azərbaycan vətəndaşlığını stimullaşdırmalı, Azərbaycan vətəndaşı olmayan hər hansı bir erməninin terrorçu və separatçı kimi tanıtımını sürətləndirməlidir. Sonra da onlara qarşı hansısa bir mexanizm - hərbi, mülki, yaxud da cəza mexanizmləri - tətbiq olunanda hamı buna hazır olmalıdır. Çünki bunun təbliğatı bir neçə müddət həm beynəlxalq arenada, həm də ermənilərin öz arasında gedəcək. Onlar anlayacaqlar ki, Azərbaycan vətəndaşı olmadan Azərbaycanın suveren ərazisində yaşamaq perspektivləri ümumiyyətlə, yoxdur. Laçından sonra bu perspektiv tamamilə sıfra enəcək. Biz bir az səbirli olub bu prosesi gözləməliyik”.

BQP başqanının sözlərinə görə, Azərbaycan müxalifətinin bu proseslərə baxışı fərqlidir: “Kənardan idarə olunan Azərbaycan müxalifəti kədərlidir. Azərbaycanın cənubundan idarə olunan Azərbaycan müxalifəti çox üzüntülüdür. Onlar Laçının da boşalmasını artıq onların əlindən bütün şanslarının çıxması kimi qiymətləndirirlər. Azərbaycan dövlətinə bağlı bütün müxalifət qüvvələri bu məsələdə Azərbaycan dövlətinin, Azərbaycan hakimiyyətinin yanındadır, bu siyasəti dəstəkləyir və bu siyasətin həyata keçməsi üçün öz dəstəyini ifadə edir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Araz Supermarket”də təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:22
Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:20
Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki... - “artsax xalqı” deyilən bir qövm yoxdur, olmayıb
Bu gün, 09:19
Lənkəranın kanalizasiya sistemini tikəcək şirkət müəyyənləşib
Bu gün, 09:17
Qubadlıda 24 milyonluq layihəni icra edəcək şirkət - MƏLUM OLDU
Bu gün, 09:15
"Zümrüd Residence"dən 3 otaq ev aldı, 2 otaq çıxdı - "Kupça" da ala bilmirik"
Bu gün, 09:11
ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı - təxribat planı
Bu gün, 09:07
Regionda sürpriz gəlişmə: İrəvandan yeni ordu həmləsi – Bakı artıq hazırdır
Bu gün, 08:29
Kupyanskda nələr baş verir? - Makovski
Bu gün, 07:15
Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb
Bu gün, 07:13
Nahid Bağırovun şübhəli TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 06:33
Qəbir yeri də bahalaşdı... - AÇIQLAMA
Bu gün, 06:28
Xankəndi terrorunda ASALA İZİ... - GƏLİŞMƏ
Bu gün, 06:25
Azərbaycan iş adamları Kolumbiyaya yarıtım etməyə başlayıblar – MƏBLƏĞ
Bu gün, 06:22
“Şərq Kimya Şirkəti-Bakı”nın külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 05:58
Suriya-İsrail dialoqunda BAKI MASASI... - Biz geniş miqyasda oynamağa başlamışıq...
Bu gün, 05:51
Rusiya Azərbaycana Xəzərdən HÜCUM EDƏCƏK? - Görünəni odur ki...
Bu gün, 05:40
Mədət Zeynalovun bağça biznesi - İTTİHAM VAR...
Bu gün, 05:38
Misli.az qadın futbolunu niyə bloklayır? - İLGİNC FAKT
Bu gün, 05:32
"Nizami City" sakinləri CANA DOYURUB... - Vətəndaşın evi görün nə hala düşdü
Bu gün, 05:28
ABŞ -nin qarant rolunda iştirakı... ONA GÖRƏ vacibdir ki...
Bu gün, 05:22
“AccessBank”a borclandınsa... BATDIN! - BU DA FAKT...
Bu gün, 05:20
Deputatdan ətin bahalaşmasına etiraz - “Həyətlər boşdur”
Bu gün, 05:11
"Hər hansı geri çəkilmə və ya ləngimə müşahidə olunmur" - AKTUAL
Bu gün, 05:08
İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ - Azərbaycanda bu sahələr iflic olacaq
Dünən, 18:04
SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" – İrandan gülünc və fantaziya xarakterli hədələr
Dünən, 18:00
Xankəndidəki təxribatın arxasında KİM DAYANIR Kİ...
Dünən, 17:52
“Music Gallery” müştərini necə süründürür? - AXI NİYƏ?
Dünən, 17:44
"Neftçi" klubunun şikayəti təmin edilməyib
Dünən, 17:21
Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... - Replika
Dünən, 17:11
Ermənistan-İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib - Paşinyan
Dünən, 17:06
Keçmiş səfirin qızına cinayət işi açıldı - SİYAHI
Dünən, 16:45
Ağazaryan Sərkisyanın planı barədə: - Yekə-yekə danışmağın mənası yoxdur
Dünən, 16:40
Bakının yeni missiyası... - GƏLİŞMƏ...
Dünən, 16:35
Dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 16:26
Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir
Dünən, 16:24
"Qalmışam əlacsız vəziyyətdə..." - VƏTƏNDAŞ NƏ ETSİN?
Dünən, 16:21
“Özləri də çox yerdə deyirlər ki, bir zənglə məsələni həll etdirdik” - BU NƏDİ BELƏ...
Dünən, 16:12
İsveçrə və Fransanın Azərbaycana yatırdıqları investisiyalar kəskin artıb - SİYAHI
Dünən, 16:07
Azərbaycanlı deputatı kimlər sıxışdırır? - Şirkətinə cinayət işi açıldı
Dünən, 16:04
Mərhum generalın işində hökm oxundu – Müdafiə Nazirlindən 15 milyonluq oğurluq
Dünən, 15:53
İbrahim Kalın Suriyaya gedib
Dünən, 15:50
"Vətəndaşın cibi hesabına büdcəni doldurmaq uğursuz olacaq" - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:48
Azərbaycan ən çox bu beş ölkəyə mal ixrac edib - DETALLAR
Dünən, 15:44
“Xankəndindəki son terror cəhdinin arxasında Rusiya ilə bağlı qurumların durmasına zərrə qədər şübhəm yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 13:09
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq sənədinin imzalanma tarixini müzakirə edib
Dünən, 13:06
“AİD Language Center” xaricdə təhsil adıyla gəncləri aldadıb pulunu mənimsəyir - NARAZILIQ VAR...
Dünən, 13:05
Məşhur müğənnilər arasında qalmaqal böyüyür - "Müğənni dedi ki, atası ölüb"
Dünən, 12:59
Rusiyadan Azərbaycanla bağlı inanılmaz həmlə: “eyni anda əməliyyatlar” – ŞOK gizlinlər
Dünən, 12:58
Paşinyandan müxalifətə erkən seçki şoku
Dünən, 12:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru