Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR .....                     “Araz Supermarket”də təyinat olub .....                     Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? .....                     Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki... .....                     Lənkəranın kanalizasiya sistemini tikəcək şirkət müəyyənləşib .....                     Qubadlıda 24 milyonluq layihəni icra edəcək şirkət .....                     "Zümrüd Residence"dən 3 otaq ev aldı, 2 otaq çıxdı .....                     ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı .....                     Regionda sürpriz gəlişmə: İrəvandan yeni ordu həmləsi .....                     Kupyanskda nələr baş verir? .....                     Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb .....                     Nahid Bağırovun şübhəli TENDER ORTAĞI .....                     Qəbir yeri də bahalaşdı... .....                     Xankəndi terrorunda ASALA İZİ... .....                     Azərbaycan iş adamları Kolumbiyaya yarıtım etməyə başlayıblar .....                     “Şərq Kimya Şirkəti-Bakı”nın külli miqdarda vergi borcu üzə çıxdı .....                     Suriya-İsrail dialoqunda BAKI MASASI... .....                     Rusiya Azərbaycana Xəzərdən HÜCUM EDƏCƏK? .....                     Mədət Zeynalovun bağça biznesi .....                     Misli.az qadın futbolunu niyə bloklayır? .....                     "Nizami City" sakinləri CANA DOYURUB... .....                     ABŞ -nin qarant rolunda iştirakı... .....                     “AccessBank”a borclandınsa... BATDIN! .....                     Deputatdan ətin bahalaşmasına etiraz .....                     "Hər hansı geri çəkilmə və ya ləngimə müşahidə olunmur" .....                     İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ .....                     SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" .....                     Xankəndidəki təxribatın arxasında .....                     “Music Gallery” müştərini necə süründürür? .....                     "Neftçi" klubunun şikayəti təmin edilməyib .....                     Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... .....                     Ermənistan-İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib .....                     Keçmiş səfirin qızına cinayət işi açıldı .....                     Ağazaryan Sərkisyanın planı barədə: .....                     Bakının yeni missiyası... .....                     Dövlət qurumunun tenderi .....                     Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir .....                     "Qalmışam əlacsız vəziyyətdə..." .....                     “Özləri də çox yerdə deyirlər ki, bir zənglə məsələni həll etdirdik” .....                     İsveçrə və Fransanın Azərbaycana yatırdıqları investisiyalar kəskin artıb .....                 

Siyasi dəyişiklik tələbi: 29 partiya lehinə, YAP, AXCP və Müsavat əleyhinə - REAKSİYALAR
Tarix: 22-08-2022, 10:24 | Çap et
Siyasi dəyişiklik tələbi: 29 partiya lehinə, YAP, AXCP və Müsavat əleyhinə
Azərbaycanda fəaliyyət göstərən 29 siyasi partiya “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair təkliflərlə çıxış edib. Lakin Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyaları (AXCP) ilə yanaşı, hakim Yeni Azərbaycan Partiyası (YAP) da bu müraciətə qoşulmayıb.

Qeyd edək ki, bir ay öncə Azərbaycan Parlamentində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədrinə müraciət ünvanlayıb.

Müraciətdə partiyaların qeydiyyat prosesinin sadələşdirilməsi, həmçinin qeydiyyatın yenidən dəqiqləşdirilməsi, partiya üzvlərinin sayının artırılması, seçkilərdə iştirakla bağlı məsələlər, televiziya və kütləvi informasiya vasitələrində (KİV) efir və yayım haqqının verilməsi və digər məsələlər öz əksini tapıb.

Xatırladaq ki, “Siyasi partiyalar haqqında” mövcud qanun 30 il öncə qəbul edilib və sonradan müxtəlif dəyişikliklərə məruz qalıb.

diaaz.space-ın məlumatına görə, müraciət müəlliflərindən olan Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa AYNA-ya açıqlamasında deyib ki, Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun 30 il qabaq qəbul edilib və bu səbəbdən yenilənməsinə ehtiyac var: “30 il kifayət qədər uzun müddətdir. O zamandan dünyada və Azərbaycanda çox ciddi dəyişikliklər baş verib, yeni reallıqlar yaranıb. Bu mənada siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunun da təkmilləşməsinə ehtiyac var”.

“Böyük Quruluş Partiyası olaraq bizim də yeni qanuna dair öz təkliflərimiz var. Birinci təklifimiz partiya üzvlərinin sayının artırırlması ilə bağlıdır. Digər təklif isə seçkilərlə əlaqədardır. Ən azı iki seçkidə iştirak etməyən partiyaların qeydiyyatına məhkəmə qaydasında baxıla bilər. Çünki partiyalar əsasən seçki məsələsinə fokuslanmalı və diqqət ayırmalıdır”, - deyə siyasətçi bildirib.

BQP sədrinin sözlərinə görə, parlamentdə təmsil olunan siyasi partiyalar üçün ali qanunverici orqanda fraksiya yaradılması məsələsi sadələşdirilməlidir: “Siyasi partiyaların fəaliyyətinə münbit şəraitin yaradılması, onların arasında sağlam rəqabətin formalaşması, seçkilərdə iştirakı baxımından əlverişli şəraitin mövcudluğu baxımından dəyişikliklər qaçılmazdır. Biz də bütün bu reallıqları nəzərə alaraq, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair müvafiq təkliflərimizi irəli sürmüşük”.

diaaz.space-ın məlumatına görə, müraciət müəlliflərindən olan REAL Partiyasının təmsilçisi Natiq Cəfərli isə AYNA-ya açıqlamasında qeyd edib ki, “Siyasi partialar haqqında” qanunla yanaşı, Seçki Məcəlləsinə də dəyişiklikləri labüd sayır: “Çünki Azərbaycan Respublikasının Konstutisiyasına dəyişiklik edilmədən, eyni zamanda mövcud iqtisadi şəraitdə dəyişikliklər paralel aparılmalıdır. Siyasi partiyalar üçün mövcud qanunda tətbiq olunan məhdudiyyətlər aradan qaldırılmalıdır. Parlament və bələdiyyə seçkilərində partiyaların üzvləri üçün imza toplanması qaydası ləğv edilməlidir. Bunu həyata keçirmək üçün isə siyasi partiyaların say məsələsinə yenidən aydınlıq gətirilməlidir”.

“Digər yandan prezident seçkilərində tələb olunan imzadan artıq səs toplayan namizədi irəli sürən partiya üçün növbəti seçkilərdə imza tələbi olmamalıdır. Ali qanunverici orqanda təmsil olunan partiyaların təmsilçilərinə İctimai Televiziyada efir vaxtı müəyyən edilməli və bu müddət ən azı həftədə yarım saatdan az olmamalıdır”, - deyə həmsöhbətimiz söyləyib.

Cəfərli hesab edir ki, partiyaların qeydiyyatı ilə yanaşı, onun qeydiyyatının ləğvi məsələsinə də qanunda aydınlıq gətirilməlidir: “Siyasi partiya ard-arda iki dəfə ümumi parlament, ya da ard-arda üç dəfə ümumi bələdiyyə seçkilərində namizəd irəli sürməkdən imtina etdikdə onun dövlət qeydiyyatı ləğv olunmalıdır. Partiyanın sədri və funskionerləri ölkənin ərazisində daimi yaşamalıdırlar. Bütün bunlar yeni qanun layihəsində öz əksini tapmalıdır”.

diaaz.space-ın məlumatına görə,Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məsələyə dair AYNA-ya şərhində deyib ki, Azərbaycanda qanun dəyişiklikləri əksər hallarda daha ciddi məhdudlaşmalara gətirib çıxarır: “Bu mənada “Siyasi partiyalar haqqında” yeni qanun layihəsindən ciddi gözləntilərimiz yoxdur. Yəqin ki, bu qanunla ölkədə siyasi fəaliyyət göstərmək daha da çətinləşəcək. Mövcud olan qanun mütərəqqidir, lakin ona riayət olunmur”.

“2000-ci ilin parlament seçkilərində proporsional sistem üzrə Müsavat Partiyası qələbə qazandı və bundan sonra YAP iqtidarı Konstitusiyada dəyişilik etdi. Proporsional seçki sistemini ləğv edərək, yalnız majoritar seçki sistemini saxladı. Məqsəd siyasi partiyaların fəaliyyətinə maneçilik yaratmaq və onları öz nəzarətinə almaq idi. İndiki halda yenidən bu mövzunun gündəmə gətirilməsi bir daha onu göstərir ki, hakimiyyət siyasi partiyaların fəaliyyətini tənzimləmək və öz maraqlarına uyğunlaşdırmaq istəyir”, - deyə müsahibimiz vurğulayıb.

Müsavat Partiyasının bu təşəbbüsə qoşulmaması barədə danışan partiya funksionerinin sözlərinə görə, ictimaiyyət müraciətin mətni ilə bağlı məlumatsızdır: “Bu müraciətdə hansı məqamlar öz əksini tapıb, “Siyasi partiyalar haqqında” qanuna hansı dəyişikliklər təklif olunur, bu barədə xəbərsizik. Nəinki, Müsavat Partiyası, ictimaiyyət də bundan məlumatsızdır. Yeni Azərbaycan Partiyasının niyə bu müraciətə qoşulmadığı da qaranlıq məqamdır. Hakim partiya bununla bağlı öz mövqeyini ifadə etdikdən və təkliflərin mətni ictimaiyyətə elan olunduqdan sonra Müsavat Partiyası da öz mövqeyini bildirəcək”.

Qeyd: Mövzu ilə bağlı YAP-dan münasibət öyrənmək cəhdimiz nəticəsiz qaldı. Partiyanın mərkəzi qərargahından bununla bağlı sualımıza cavab ala bilmədik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR - İş araşdırılır, amma...
Bu gün, 09:36
“Araz Supermarket”də təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:22
Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:20
Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki... - “artsax xalqı” deyilən bir qövm yoxdur, olmayıb
Bu gün, 09:19
Lənkəranın kanalizasiya sistemini tikəcək şirkət müəyyənləşib
Bu gün, 09:17
Qubadlıda 24 milyonluq layihəni icra edəcək şirkət - MƏLUM OLDU
Bu gün, 09:15
"Zümrüd Residence"dən 3 otaq ev aldı, 2 otaq çıxdı - "Kupça" da ala bilmirik"
Bu gün, 09:11
ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı - təxribat planı
Bu gün, 09:07
Regionda sürpriz gəlişmə: İrəvandan yeni ordu həmləsi – Bakı artıq hazırdır
Bu gün, 08:29
Kupyanskda nələr baş verir? - Makovski
Bu gün, 07:15
Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb
Bu gün, 07:13
Nahid Bağırovun şübhəli TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 06:33
Qəbir yeri də bahalaşdı... - AÇIQLAMA
Bu gün, 06:28
Xankəndi terrorunda ASALA İZİ... - GƏLİŞMƏ
Bu gün, 06:25
Azərbaycan iş adamları Kolumbiyaya yarıtım etməyə başlayıblar – MƏBLƏĞ
Bu gün, 06:22
“Şərq Kimya Şirkəti-Bakı”nın külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 05:58
Suriya-İsrail dialoqunda BAKI MASASI... - Biz geniş miqyasda oynamağa başlamışıq...
Bu gün, 05:51
Rusiya Azərbaycana Xəzərdən HÜCUM EDƏCƏK? - Görünəni odur ki...
Bu gün, 05:40
Mədət Zeynalovun bağça biznesi - İTTİHAM VAR...
Bu gün, 05:38
Misli.az qadın futbolunu niyə bloklayır? - İLGİNC FAKT
Bu gün, 05:32
"Nizami City" sakinləri CANA DOYURUB... - Vətəndaşın evi görün nə hala düşdü
Bu gün, 05:28
ABŞ -nin qarant rolunda iştirakı... ONA GÖRƏ vacibdir ki...
Bu gün, 05:22
“AccessBank”a borclandınsa... BATDIN! - BU DA FAKT...
Bu gün, 05:20
Deputatdan ətin bahalaşmasına etiraz - “Həyətlər boşdur”
Bu gün, 05:11
"Hər hansı geri çəkilmə və ya ləngimə müşahidə olunmur" - AKTUAL
Bu gün, 05:08
İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ - Azərbaycanda bu sahələr iflic olacaq
Dünən, 18:04
SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" – İrandan gülünc və fantaziya xarakterli hədələr
Dünən, 18:00
Xankəndidəki təxribatın arxasında KİM DAYANIR Kİ...
Dünən, 17:52
“Music Gallery” müştərini necə süründürür? - AXI NİYƏ?
Dünən, 17:44
"Neftçi" klubunun şikayəti təmin edilməyib
Dünən, 17:21
Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... - Replika
Dünən, 17:11
Ermənistan-İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib - Paşinyan
Dünən, 17:06
Keçmiş səfirin qızına cinayət işi açıldı - SİYAHI
Dünən, 16:45
Ağazaryan Sərkisyanın planı barədə: - Yekə-yekə danışmağın mənası yoxdur
Dünən, 16:40
Bakının yeni missiyası... - GƏLİŞMƏ...
Dünən, 16:35
Dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 16:26
Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir
Dünən, 16:24
"Qalmışam əlacsız vəziyyətdə..." - VƏTƏNDAŞ NƏ ETSİN?
Dünən, 16:21
“Özləri də çox yerdə deyirlər ki, bir zənglə məsələni həll etdirdik” - BU NƏDİ BELƏ...
Dünən, 16:12
İsveçrə və Fransanın Azərbaycana yatırdıqları investisiyalar kəskin artıb - SİYAHI
Dünən, 16:07
Azərbaycanlı deputatı kimlər sıxışdırır? - Şirkətinə cinayət işi açıldı
Dünən, 16:04
Mərhum generalın işində hökm oxundu – Müdafiə Nazirlindən 15 milyonluq oğurluq
Dünən, 15:53
İbrahim Kalın Suriyaya gedib
Dünən, 15:50
"Vətəndaşın cibi hesabına büdcəni doldurmaq uğursuz olacaq" - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:48
Azərbaycan ən çox bu beş ölkəyə mal ixrac edib - DETALLAR
Dünən, 15:44
“Xankəndindəki son terror cəhdinin arxasında Rusiya ilə bağlı qurumların durmasına zərrə qədər şübhəm yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 13:09
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq sənədinin imzalanma tarixini müzakirə edib
Dünən, 13:06
“AİD Language Center” xaricdə təhsil adıyla gəncləri aldadıb pulunu mənimsəyir - NARAZILIQ VAR...
Dünən, 13:05
Məşhur müğənnilər arasında qalmaqal böyüyür - "Müğənni dedi ki, atası ölüb"
Dünən, 12:59
Rusiyadan Azərbaycanla bağlı inanılmaz həmlə: “eyni anda əməliyyatlar” – ŞOK gizlinlər
Dünən, 12:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru